Azəri
Friday 26th of April 2024
2
نفر 0

salamu aleykum,bir sual verim size mene bunun cavabini verin cox xais edire.1. Men kitabda oxumamisam ancaq yasli insanlardan esitmisem ki muselman adam kilseye getse ve ya orada girib indiki zamanda oldugu kimi sam yandisa muselmanciliqdan cixir olur mun

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

31)

vusal

Azerbaycan

Ayətullah Xameneyi

salamu aleykum,bir sual verim size mene bunun cavabini verin cox xais edire.1. Men kitabda oxumamisam ancaq yasli insanlardan esitmisem ki muselman adam kilseye getse ve ya orada girib indiki zamanda oldugu kimi sam yandisa muselmanciliqdan cixir olur mundar,ama men isdediyim yerde insanlar var onlar da deyir ki xeyr sen deyen duz deyil.Basa dusurem Allahin evidi ikisi de ama onda hami gedib xristian dinin qebul etsin de niye mesh islami secibler.O duzgun deyil mence ki muselman kilseye gedib sam yandira biler ve ya diger seyler ede biler.Siz mene bunun nece duz oldugunu deyin cox xasi edirem. 2. Bir de ki eger muselman ele bir yerdedir ki namaz qilmaga hec cur serait yoxdu bir tek kilse var orda namaz qila biler?Ne derecede duzgun olar bu?Tesekkur Allah razi olsun

Cavab:

 

 

1. Müsəlman şəxsin müsəlmanlara aid olmayan ibadətgahlara getməsi və orada onlara məxsus əməllər icra etməsi, küfrün yayılması kimi hesab olunur və bu iş haramdır. Lakin bu əməl İslamdan üz döndərmək qəsdi ilə olmasa, bu əməl sahibi günah etməsinə baxmayaraq, mürtəd hesab olunmur.
2. Qeyd olunmuş surətdə eybi yoxdur.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

32)

AZER

Azerbaycan

Ayətullah Xameneyi

BISMILLAHIR RAHMANIR RAHIM. SALAM ALEYKUM. Men valideyin kimi oz gizimi ere verdikden sonra,gizimin eri namaz ehlidirse ve haramdan uzagdirsa,gizimin ayle islerine garismag hakgim varmi?Axi menimde gizimin uzerinde hakgim var,onu boyutmusem,boya basa catdirmisam,cox ki eri nese deyir men atasiyam! Meselen eri deyir olmaz,men deyirem-gizim gel men ne deyirem onu ele,camahat,gohum agraba ne deyer,adama gulerler- kimi sozlerle ve ya ona benzer sozlerle gizima tesir goymagim ve bu tehsirin sonucunda-gizimin aylesinde eri ile munagise yaranir,hetda bosanma derecesine catir men bir valideyin kimi hakli deylemmi,men ve ya yoldasim?Kurekenimin meni gunahlandirmaga hakgi varmi,gizima atan sef deyir demesi sef deyilmi?Men atasiyam,menim sozum gizima dahada kecerli olmalidir menim ve anasinin ele deyilmi? Evvelceden tesekkur edirem,Allahin Rehmeti ve bereketi olsun siz ve aylenize.

Cavab:

 

 

Ata və ana qızı ərə verdikdən sonra onun işlərinə qarışmağa haqları yoxdur və yalnız onun xeyrinə olan məsələlərdə nəsihət edə və məsləhət verə bilərlər.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

33)

AZER

Azerbaycan

Ayətullah Xameneyi

BISMILLAHIR RAHMANIR RAHIM. SALAM ALEYKUM. El arasinda taninilan telxek kimi senetin,isin hokmu nedir ve el arasinda tek sebir cut sebir(askirmag) kimi seylerin hokmu nedir,duzdurmu tek sebirin ve ya cut sebirin duser dusmezi olur?

Cavab:

 

 

Əgər müəyyən və tanınan bir şəxsin obrazı ilə çıxış edərsə, bu əməl qeybətdir və icazəli deyi. Amma müəyyən bir şəxs olmasa, günah ilə yanaşı olmadıqda eybi yoxdur.
El arasında tək və ya cüt səbirin düşər-düşməməzliyi kimi yayılmış sözlər xurafatdır və heç bir dini əsası yoxdur.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

34)

Qedir

Azerbaycan

Ayətullah Sistani

Istibra sag el ile olunmalidilir?

Cavab:

 

 

Yaxşı olar ki, istibra sol əl ilə yerinə yetirilsin.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

35)

ISUN

Aze

Ayətullah Xameneyi

Salam aleykum.Menim erim namaz ehlindendir,her zaman meni haramdan cekindirdiyini soyleyerek meni(namehremlerin oldugu ve icki ile musigi olan meclislere)goymurdu,hetda gohumlarin toyunda oynamagada goymurdu,mene hicab baglamagi mecbur edirdi.Menim aylem ise buna razi olmurlar,yeni hicaba ve erimin goydugu gadagalara ve men erime itaet etmeyerek,ona yalan danisarag,getmeye icaze vermirem demeyine baxmayarag,erim evden cixdigdan sonra,er evini terk etdim ve 1 aydir ki erimle hec bir elage saxlamamisam,eve gayitmag ucun ona sertler goydum,oda sertlerimi gebul etmedi. Menim gunahim ne derecede coxdur Allah yaninda,erim meni bagislamasa,menden razi olmazsa-meni Allah bagislayacagmi?Mende namaz gilib oruc tuturam.

Cavab:

 

 

Günahdan tövbə etməyin mənası, günah etdiyiniz işdən peşman olmağınız, bir daha belə bir işi təkrarlamayacağınıza söz verməyiniz, nöqsanlı əməllərinizin nöqsanını düzəltməyinizdir.
Siz həm ərinizin itəatindən çıxdığınız, həm də şəriətin icazə vermədiyi işi etdiyiniz (məclislərə getməyiniz və s.) üçün günaha düşmüş olursunuz. Ona görə də həm Allah qarşısında tövbə etməli, həm də ərinizin razılığınızı almağa çalışmalısınız.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

36)

Ramin

Azerbaycan

Ayətullah Sistani

Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!) Teheccud namazi nedi bir dene genish melumat vererdiz ve nece riket olur oooo?

Cavab:

 

 

Təhəccüd namazını gecə namazlarına deyilir və gecə namazları on bir rəkətdir:
Ardıcıl olaraq 4 iki rəkətli namaz Gecə namazı niyyəti ilə qılınır. İki rəkət Şəf, 1 rəkət isə Vitr namazı niyyəti ilə qılınır.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

37)

Akif

Azerbaycan

Ayətullah Sistani

Teqlid etdiyim mucdehidin risalesinde 1761- meselede; elde olunan qacancin illik xerclerden cox olmasi dedikde ne nezerde tutulur?

Cavab:

 

 

İnsan həyatındakı xərclərə “məunə” deyilir. Onun aşağıdakı yönümləri var:
1. Şəxsi xərclər. Məsələn: Yemək, geyim, ev, yaşayış vasitələri, minik vasitələri, təhsil vasitələri, kompüter, evlənmə xərcləri və s.
2. Hədiyyələr. Məsələn: Xeyriyyə, sədəqə, caizələr və s.
3. Vacib və müstəhəb həcc səfərinin xərcləri, ziyarət səfəri, gəzinti və istirahət.
4. Öhdədə olan haqlar. Məsələn: Diyə, vergi və kəffarə.
Qeyd: İnsanların ehtiyaclarından əlavə olan xərclər “məunə” hesab olunmur. Beləliklə, ilin başlanğıcınadək el arasında israf hesab olunan və deyilənlərdən artıq xərclərin xümsü ödənməlidir.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

38)

Эргиз

Россия

Ayətullah Xameneyi

Салам-алейкум.1.Какими словами,выражением мусульмане могут выразить соболезнования родственникам умершего немусульманина?2.Если расписание намазов размещенное в инете вызывает недоверие может ли человек молиться полагаясь на себя,с тем чтобы не упустить фазилат?Как можно определить точное время намаза самому-горожанину(высотки)?

Cavab:

 

 

1. Отвечать соответсвующими в той среде выражениями, кроме выражений, приводящих у ширку.
2. Время каждого намаза установлено шариатом. Таким образов, интрнет, или другие информационные источники не являются критерием того, что наступило время намаза. Совершайте намаз после того как вы удостоверелись в его наступлении.
Установление времен намаза имеется в “Практические заповеди ислама“ (рисалат). Для этого вы можете посетить библиотеку нашего сайта. http://www.haqqyolu.org/kitabxana/index.php

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

39)

Abdullah

Azərbaycan

Ayətullah Xameneyi

Salam. Bir nəfər namaza gəlməmişdən qabaq öz qayınanası ilə cinsi əlaqədə olmuşdur. Sonra o, tövbə etmiş və namaza başlamışdır. Hal-hazırda onun 2 övladı da var. Bu şəxsin xanımı ona halaldırmı? Ümumiyyətlə bu adamın vəzifəsi nədir?

Cavab:

 

 

Arvadı ona haram olmur və günahından tövbə etməlidir.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

40)

Emil

Aze

Ayətullah Sistani

Salam aleykum.Azeri xalq mahnilari ve mugamata qulaq asmaq olarmi?Allah razi olsun sizlerden.

Cavab:

 

 

Musiqi ləhv və ləb (eyş-işrət) məclislərinə uyğun olarsa, haram, əks təqdirdə halaldır.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

41)

ISUN

AZE

Ayətullah Xameneyi

salam elykum.Sizden sualimi cavablndirmaginizi xahis edirem.Men 22 yasimda namaza baslamisam,Bilmek isterdim ki,bu yasima qeder qilmadigim namazlaimin qezasini qilmaq vacibdirmi,yoxsa mustehebdirmi.evvelceden tesekkur edirem.

Cavab:

 

 

Həddi-büluğ olduqdan sonra qılmadığınız namazlarınızın qəzasını yerinə yetirməyiniz vacibdir.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

42)

Adil

Azerbaycan.

Ayətullah Xameneyi

Salam Aga.ALLAHA inanmayana kafir deyilir.bes kafirin uzune kafirsen demey olar?hemde o kafir 5 deq sonra hidayet olursa mene gunah yazilir?

Cavab:

 

 

Eybi yoxdur və bunun sizə günahı yoxdur.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

43)

vusal

Azerbaycan

Ayətullah Xameneyi

salamu aleykum,rehmete getmis mucthidlere teqlid elemk olar?

Cavab:

 

 

İbtidai təqliddə ələm və diri müctеhidə təqlid еtmək еhtiyatı tərk olunmamalıdır.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

44)

Emil

Aze

Ayətullah Sistani

Salam Aleykum.Bele bir sualim var.Islam qaydasina uygun olsun deye nisanlanmamisdan qabaq kebin kesdirdim.Amma mescidin axundu menim zaks kagizim olmadigina gore kebinin kagizini vermedi(kebinin duasini oxudu).Dedi ki bizi sixirlar dovlet orqanlari terefinden basa dus.Men de bir soz demedim.Indi bilmek isteyirem ki axundun verdiyi kagizi almaq vacibdirmi?Allah razi olsun sizlerden.

Cavab:

 

 

Əqdin oxunuşu kifayətdir və əqd kağızını almağın əqdə heç bir bağlılığı yoxdur.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

45)

Tahir

Azerbaycan

Ayətullah Sistani

Salamun eleykum EGER Bir kisi oz cinsisni deyisib Qadib olub ere gedibse eri olenden sonra irs aparir ya yox? birde kisi oz cinsini deyisenden sonra olse ona hansi qadin namazi qilinqcaq yoxsa kisi namazi?

Cavab:

 

 

Fərz olunmuş sualda qeyd olunmuş şəxs ərindən irs aparmır və belə şəxsin meyit namazında qadına və kişiyə qayıdan zəmirli cümlələr iki dəfə oxunmalı yəni bir dəfə kişiyə aid zəmirlə və bir dəfə qadına aid olan zəmirlə oxunmalıdır. Məsələn dördüncü təkbirdən sonra bir dəfə أَلّلهُمَّ اغفِر لِهَذَا المَيِّتِ və bir dəfə də أَلّلهُمَّ اغفِر لِهَذهِ المَيِّتِ deyilsin.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

46)

Xəyal

Azerbaycan

Ayətullah Məkarim

Salamlar Olsun Sizlere..Eger ATAM mene Ev alirsa o evin xumsa olur?eger olursa kimin boynuna dusur?hemde evin qiymeti 70-80 mindirse menim imkanim yoxdur o evin xumsunu vermeye..

Cavab:

 

 

Əgər hədiyyə oluunmuş ev xümsü verilmiş pul ilə alınmışsa və sizin də o evə ehtiyacınız varsa, xümsünü vermək lazım deyil.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

47)

niyazi

Azerbaycan

Ayətullah Fazil

Evvela her kesi salamlayiram!Size oz teshekkurumu bildirmek isteyirem cekdiyiniz eziyyete gore!!Sualim beledir yaxin bir qardashim var, bir xanimla munasibeti var idi evlenmek isteyirdiler,qardashin atasi rehmete getdi,adet-eneneye gore 1ilkecmemish toy etmek duz alinmir.helelik xanimla gorushurler.bunun ne qeder duz olub-olmasini bbilmek isteyir.

Cavab:

 

 

Onların arasında əqd (daimi, ya müvəqqəti) olmadığı surətdə bir-birlərinə naməhrəmdirlər və görüşə çıxmaları icazəli deyil.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

48)

Tofiq

Azerbaijan

Ayətullah Xameneyi

Salam!Siqarete tovbe eden shexs tovbesini pozarsa ne etmelidi?

Cavab:

 

 

Siqaret haram olmadığı üçün ondan tövbə etmək keçərli deyil. Lakin əgər siqaret çəkməyəcəyinə and içmişsə, andı poza bilməz. Pozduğu təqdirdə kəffarə ödəməlidir.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

49)

ADIL

AZERBAYCAN

Ayətullah Xameneyi

SALAM AQA DINI MUSIQILERDEN BASHQA MUSIQILERE QULAQ ASMAQ OLAR?

Cavab:

 

 

Dini musiqilərdən başqa musiqilər ləhv və ləb (eyş-işrət) məclislərinə uyğun olarsa, haram, əks təqdirdə halaldır.

 

 

 

 

 

 

 

Ad:

Ölkə:

Müctəhid:

Sual:

50)

Nahid

Azerbaycan

Ayətullah Sistani

Əssəlamu əleykum. Uca Allahdan "Haqqyolu"na dünya və axirətdə xoş müjdələr arzu edirəm. Namaz qıldığım illər ərzində sayları fərqli qəza namazlarim olubdur. Məsələn,təxminən 500 sübh, 250 günorta, 200 əsr və sair.Onları əda edərkən olarmı ki, məsələn bu gün 50 sübh namazı qılım,həmin gün ərzində başqa qəza namazı qılmayım, bir də sabah yalnız 15 günorta namazı , o biri gün yalnız 5 şam və s. qəza namazı qılım. Əgər olmazsa indiyədək bu qaydada qıldiqlarım batildirmi? Minnətdaram. Allah razı olsun

Cavab:

 

 

İcazəlidir və qəza namazları arasında ardıcıllığa riayət etmək vacib deyil

2
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual 47: Nisa surəsinin3-cü ayəsində buyurulur:
Sual 73: Ilahi pəhriz düzgündürmü? İlahi pəhriz ilə şeytani pəhriz arasında ...
Sual 71: Ağız ,burun və qulaq suyu insan orqanizmində yarandığı kimi göz ...
وَ یُطْعِمُونَ الطَّعامَ عَلى‏ حُبِّهِ ...
SUAL - CAVAB
Sual 23: Möcüzə, sehr və şöbədəbazlıq arasındaki fərqin nədən ibarət ...
Azan və iqamədə İmam Əliyə şəhadək verməyin hökmü
Sual: 31. Allah həqiqəti axtaran insanı həqiqətə çatdıracağına zamin ...
Sual:20. Dini hakimin hökuməti ilə peyğəmbər və imam (ə) hökuməti arasında ...
Sual: 6. Dinlərin sonuncusu necə dindir

 
user comment

fidan orucova
salam meselen bir sey olubdu ama sen tam deqiq bilmirsen olub yoxsa yox Allahdan dua isdiyrsenki olmamlis olsun Allah qebul eliyer o duani?
پاسخ
1     0
2013-02-10 20:44:44
essalamu aleykum.bu sozun menasini bilmek isterdim xahis edirem
پاسخ
0     0
2010-11-18 20:38:05