Azəri
Monday 22nd of July 2019
  32
  0
  0

Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?

Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?
Qısa cavab
Ömər bin Səd, İbn Vəqqasın oğlu idi. Ömərin atası, Peyğəmbərin (s) məşhur səhabələrindən[1], İslamın ilk qoşun başçılarından və ərəb əmirlərindən idi.[2] O ilk müsəlman olanlardan idi və Peyğəmbər (s)- in zamanında çoxlu döyüşlərdə iştiral etdi.
Səd bin Əbi Vəqqas, Bəni Zöhrə və Qureyş tayfasından idi və Peyğəmbər (s)- in anası ilə qəbilə qohumluğu vardı. Üç il Kufənin hakimi oldu. Ömərin xəlifəni təyin etmək üçün seçdiyi altı nəfərlik şuranın üzvlərindən idi.[3]
Tarixçilər Ömər bin Sədin doğum ilini, Ömər bin Xəttabın ölüm ili[4] və ya Peyğəmbər (s)- in zamanında qeyd edirlər.[5] Ömər bin Səd Osman öldürüləndən sonra, atasına xilafət iddiası etməyi təklif etdi, amma atası bu təklifi qəbul etmədi.[6]
O, Hicr bin Əddinin əleyhinə şahidlik edən Kufənin əşraflarından biri idi. Bu şahidlik Hicrin Müaviyənin əli ilə şəhid olmasına şərait yaratdı.[7]
Ömər bin Səd Kufədə yaşayırdı. Ubeydullah bin Ziyad onu Həmədan və Rey hökumətinə təyin etmişdi və getmək üçün onun ixtiyarına bir dəstəni vermişdi. Bu arada, Hüseyn bin Əli (ə) Kufəyə gəldi, Ubeydullah bin Ziyad İmam Hüseynlə mübarizə etməyi Ömər bin Sədə əmr etdi. Əskərlərindən dörd min nəfəri onun ixtiyarına verib və Ömərə dedi: Əgər Hüseyn .(ə) mənim yanıma gəlib və əlini əlimə qoymağı qəbul etsə, həmin işi gör, əks halda onunla müharibə et, Ömər bin Səd qəbul etmədi. İbn Ziyad dedi: Əgər qəbul etməsən, səni hökumətdən azad edib və evini başına uçuracam. Ömər bin Səd təslim oldu və İmam Hüseyn (ə)- la mübarizəyə getdi. İmamla müharibə etdi və İmam Hüseyn (ə)- ı şəhid etdi.[8]
Ömər bin Səd İbn Ziyadın əmri ilə, Kərbəlada İmam Hüseyn (ə) və əshabının üzünə suyu bağladı.[9] Həmçinin İmam Hüseyn (ə) şəhid olandan sonra, əsgərlərinə O Həzrətin bədəninə at çapmalarını əmr verdi.[10]
Ömər bin Səd İmam Hüseyn (ə) şəhid olandan sonra, Ubeydullah bin Ziyadın yanına gedən zaman, İbn Ziyad Ömər Sədə dedi: Hüseyni Öldürmək üçün sənə verdiyim məktubu mənə ver. Ömər dedi: Niyə? Əmr verdin, mən də icra etdim və o məktub da itibdir. İbn Ziyad dedi: Gətirməlisən; Ömər Səd eyni cavabı yenidən təkrarladı. İbn Ziyad çox təkid edəndən sonra Ömər dedi: Məktubu saxlamışam ki, Mədinədə Qureyşin qoca qadınları mənə etiraz edəndə, o məktub mənim üzr və bəhanəm olsun. Mən sənə Hüseyn barəsində çoxlu öyüd və nəsihət etdim ki, əgər atama elə nəsihət etsəydim, onun haqqını əda edərdim...[11]
Ömər Səd etdiyi işdən çox peşman və qəmgin oldu. Çünki o, İbn Ziyadın ona vədə verdiyi vəzifələrdən naümid oldu. O İbn Ziyadın məclisindən qalxıb evə doğru getdi və yolda deyirdi: Mənim evimə qayıtdığım kimi, heç kəs evinə qayıtmayıb. Ubeydullaha, fasiq Ziyadın oğluna itaət etdim, ədalətli hakim Allaha itaətsizlik etdim və qohumluq əlaqələrini kəsdim.[12] Ömər bin Səd camaatla qarşılaşanda ondan üzlərini çevirirdilər, məscidə gələndə camaat çölə çıxırdı və kim onu görürdü söyürdü.[13] Nəhayət Muxtarın hökuməti zamanı, Kərbəla şəhidlərinin intiqamı ilə öldürüldü.[14]
 
[1] - İbn Həcr Əsqəlani, Əhməd bin Əli, Əl- isabə fi təmyizis- səhabə, Araşdırma: Əbdül- Məvcud, dil Əhməd, Muəvvəz, Əli- Məhəmməd, cild 3, səh 63, Darul- kutubul- elmiyyə, Beyrut, çap birinci, 1415 hicri qəməri
[2] - İbn Kəsir Dəməşqi, Əl- bidayə, vən- nihayə, cild 8, səh 72, Darul- fikr, Beyrut, Bita
[3] - Həmin
[4] - Əl- isabə fi təmyizis- səhabə, cild 5, səh 219
[5] - Nəql olunub: Əl- məzi, Cəmaləddin Əbil- Həccac Yusif, Təhzibul- kamal fi əsmair- rical, cild 21, səh 360, Muəssisətur- risalə, Beyrut, çap dördüncü, 1406 hicri qəməri
[6] - İbn Əbdül- bir, Yusif bin Abdullah, Əl- istiab fi mərifətil- əshab, Araçdırma: Əl- Bəcavi, Əli Məhəmməd, cild 2, səh 609, Darul- ceyl, Beyrut, çap birinci, 1412 hicri qəməri
[7] - Təbəri, Əbu Cəfər Məhəmməd bin Cərir, Tarixul- üməmi vəl- muluk (tarixi Təbəri), araşdırma: İbrahim, Məhəmməd ƏbulFəzl, cild 5, səh 269, Darut- turas, Beyrut, çap ikinci, 1387 hicri qəməri; Bilazəri, Əhməd bin Yəhya, Ənsabul- əşraf, araşdırma: Zukkar, Suheyl, Zərkuli, Riyaz, cild 5, səh 254, Darul- fikr, Beyrut, çap birinci, 1417 hicri qəməri
[8] - Katib vaqidi, Məhəmməd bin Səd Muhi, Əl- təbəqatul- kubra, cild 5, səh 128, Darul- kutubul- elmiyyə, Beyrut, çap ikinci, 1418 hicri qəməri
[9] - Şeyx Mufid, Əl- irşad fi mərifəti hucəcillahi ələl- ibad, cild 2, səh 86, Şeyx Mufid konqresi, Qum, çap birinci, 1413 hicri qəməri
[10] - Sebt bin Cuzi, Təzkirətul- xəvas minəl- umməti fi zikri xəsaisil- əimmə, səh 228, Mənşuratuş- şərif, ər- Rəzi, Qum, çap birinci, 1418 hicri qəməri; Əl- irşad fi mərifəti hucəcullahi ələl- ibad, cild 2, səh 88
[11] - İbn Əsir, Əli bin Məhəmməd, Əl- kamil fit- tarix, cild 4, səh 93- 94, Daru Sader, Beyrut, 1385 hicri qəməri
[12] - Bilazəri, Əhməd bin Yəhya, Ənsabul- əşraf, Araşdırma: Zukkar, Suheyl, Zərkuli, Riyaz, cild 3, səh 211, Darul- fikr, Beyrut, çap birinci, 1417 hicri qəməri; Təzkirətul- xəvas minəl- umməti fi zikri xəsaisil- əimmət, səh 233
[13] - Təzkirətul- xəvas minəl- umməti fi zikri xəsaisil- əimmə, səh 233
[14] - Zəhəbi, Məhəmməd bin Əhməd, Tarixul- İslam, cild 5, səh 169, Darul- kitabul- ərəbi, Beyrut, çap ikinci, 1409 hicri qəməri; Təbəri, Əbu Cəfər Məhəmməd bin Cərir, Tarixul- uməmi vəl- muluk (Tarixi- Təbəri), Araşdırma: İbrahim, Məhəmməd Əbul- Fəzl, cild 6, səh 62, Darut- turas, Beyrut, çap ikinci, 1387 hicri qəməri

  32
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Hindistan ABŞ-a etiraz etdi: İran neftini digər ölkənin nefti ilə əvəz etmək bu asanlıqla ...
      İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) səhabələrindən on ...
      Aya İslam peyğəmbəri (s) və imamlar dövründə Azərbaycan adı və məntəqəsi olmuşdur ...
      Aya Şeyx Müfid və Şeyx Səduq Həzrəti Möhsinin şəhadətini qəbul ediblərmi?
      Ömər bin Səd bin Əbu Vəqqas kim olub yəni nece bir insan olub?
      Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya ...
      Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə ...
      İmam Əli (ə)- ın leylətul- məbit gecəsi (Peyğəmbərin yerində yatması) ölüm ...
      Qədir hədisini isbat edən hansı sənəd və mənbələr vardır?
      Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda neçə dəfə gəlmişdir?

 
user comment