Azəri
Friday 26th of April 2024
0
نفر 0

Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın səhabələri quyu qazmaqla su əldə edə bilərdilərmi?

Aşura günündə imam Hüseyn (əleyhis-salam)-ın xeymələrinin qurulduğu yerlə Fərat çayı arasında fasiləsinin çox olmamasını nəzərə almaqla quyu qazmaqla su əldə etmək olardı. Orada bir iş baş verdimi?
Qısa cavab

Yezid qoşununun imam Hüseyn (əleyhis-salam)-ın qarşısında tutduğu ən mürtəce, çirkin və namərdcəsinə olan mövqe imam Hüseyn (əleyhis-salam)-ın ordusunda olanları ən zəruri həyat maddəsi olan sudan məhrum etməsi idi. O həzrət bu problemi aradan qaldırmaq üçün çox mühüm və təsirli tədbirlər görmüşdü. Bu tədbirlərdən biri imam Hüseyn (əleyhis-salam)-ın və səhabələrin su qıtlığını aradan qaldırmaq üçün quyu qazmaqları idi. Amma düşmən ordusu bundan xəbərdar olduqda mane oldular və bu işin qarşısını ciddi şəkildə aldılar.

Ətreaflı cavab

İmam Hüseyn (əleyhis-salam)-ın hərəkatı elə bir şəraitdə baş vermişdir ki, qüdrət və iqtidar həqiqətləri təhrif etməkdə məşhur olan Bəni-üməyyə tayfasının əlində idi. Buna görə də Kərbəla hadisəsi çox misilsiz bir əks-təbliğata, məkrli hiylələrə düçar olmuşdu. Bəni-Abbas xəlifələrinin dövründə də belə idi: onlar da əməldə Bəni-üməyyənin siyasətini davam etdirir, hətta bəzi hallarda onlardan da qabağa keçir, Əli (əleyhis-salam)-ın övladları ilə və şiələrlə tam qəddarlıq, misilsiz daşürəklilik əsasında rəftar edirdilər. Buna görə də imam Hüseyn (əleyhis-salam)-ın hərəkatının bir çox incəlikləri bizim üçün gizli qalmışdır.

İmam Hüseyn (əleyhis-salam)-ın hərəkatı Aşura günündən uzun müddət öncə başlanmışdı. O həzrətin karvanı Mədinədən hərəkət edərək çoxlu mənzilləri arxada qoymuş, Məkkəyə çatmış və oradan İraqa doğru hərəkət etmiş və bir çox mənzilləri keçdikdən sonra Kərbəlada düşərgə salmışdı. Amma bu hərəkatın tarixinə nəzər salanda yol əsnasında diqqəti cəlb edən çoxlu hərəkətlər görmürük; üstəlik, Aşura günündə baş verən hərəkət və hadisələrin də çoxu məxfi qalmışdır. Bu məsələlərdən biri də imam Hüseyn (əleyhis-salam) və səhabələrin düçar olduqları susuzluq məsələsidir. Müxtəlif hədis mənbələrində, ziyarət kitablarında və tarixlərdə imam Hüseyn (əleyhis-salam)-ın susuz olması və susuz halda da şəhadətə çatması səhih və mötəbər sənədlərlə qeyd olunmuşdur ki, onların bəzilərini qeyd edirik:

1. Əllamə Nuri və Əllamə Məclisi (rəhmətullahi əleyhima) belə rəvayət edirlər: “Hüseyn ibni Əli (əleyhiməs-salam), onun Əhli-beyti və səhabələri məzlum şəkildə, cisimləri və canları zülmə məruz qalan halda və susuz ağızla qətlə yetirilmişlər.”[1]

2. “Müstədrəkül-vəsail” kitabının müəllifi imam Baqir (əleyhis-salam)-ın belə buyurduğu nəql edir: “İmam Hüseyn (əleyhis-salam) – Kərbəlanın sahibi məzlum, qəmli, susuz və qüssəli halda şəhid edilmişdir.”[2]

3. Əllamə Məclisi (rəhmətullahi əleyh) rəvayət edir ki, Cəbrəil (əleyhis-salam) (Adəmin xilqətinin əvvəlində) imam Hüseyn (əleyhis-salam) üçün baş verəcək hadisələri həzrət Adəmə nəql etdi. Onlardan biri bu idi: “Sənin bu övladın elə (ağır) müsibətə düçar olacaqdır ki, bütün qalan müsibətlər onun müqabilində çox cüzi olacaqdır.” Adəm (əleyhis-salam) soruşdu: “Hansı müsibət?” Cəbrəil dedi: “Həzrət Hüseyn susuz, qərib, yalqız, köməksiz halda şəhid ediləcəkdir.”[3]

Qeyd olunan rəvayətlərdən əlavə, digər rəvayətlə də[4] İmam Hüseyn (əleyhis-salam)-ın susuz olmasını qətiləşdirir. Amma Aşura günündə baş verən cüzi məsələlərin bir çoxu bizim üçün naməlum qalmışdır. Su əldə etmək üçün quyu qazmaları, bu barədə bir tədbir görüb-görməmələri barədə bəzi rəvayətlər vardır ki, aşağıda onların bir neçəsini qeyd edirik:

1. Bəzi rəvayətlərdə deyilir: “İmam Hüseyn (əleyhis-salam) külüng götürdü, qadınların xeyməsinin arxasında cənub tərəfə doqquz addım gedib yeri qazdı və oradan sərin su çıxdı. O həzrətin özü və bütün yoldaşları su içdilər, tuluqları su ilə dordurlar...”[5]

Kərbəlanın Fərat çayına yaxın və suyun səviyyəsinin (xeymələrin yerləşdiyi yerin səviyyəsindən) ucada olmasına diqqət yetirməklə səhabələrin bu üslubdan istifadə etməsi mümkün idi. Lakin düşmən bu məsələdən xəbərdar olub şiddətlə onun qarşısını aldı!

2. Tarixdə deyilir: Bu xəbər Übeydullah ibni Ziyada (lənətullahi əlehy) çatdıqda Ömər Sədə bir məktub yazaraq ondan tələb etdi ki, imam Hüseyn (əleyhis-salam)-ın Əhli-beytinin su əldə etməsinə əsla imkan verməsin. Məktubda belə yazılmışdı: “Mənə xəbər vermişlər ki, Hüseyn və onun köməkçiləri quyu qazır və su götürürlər. Su əldə etsələr, onları heç bir vəchlə məğlub etmək olmaz. Məktubdan agah olan kimi gərək Hüseyn ibni Əlinin və onun köməkçilərinin quyu qazmasına mane olasan və su əldə etmələrinə yol verməyəsən!”[6]

3. “Mənaqib” kitabında nəql olunur ki, imam Hüseyn (əleyhis-salam)-ın Əhli-beyti üç gecə-gündüz sudan məhrum qaldılar. Bəzi vaxtlar içməkdən başqa istifadələr üçün quyu qazırdılar və düşmən hücum edib onları doldururdu. (Belə dayazda çıxan sular içmək üçün münasib olmaya bilərdi). Bəzən həzrət Əbul-fəzl (əleyhis-salam) şücaətlə döyüşür, Fəratın qolu üzərindəki mühasirəni yararaq su gətirirdi. Aşura gecəsi həzrət Əli Əkbər (əleyhis-salam) əlli nəfərlə şəriəyə (Fəratın qoluna) gedərək su gətirdi. Lakin Aşura günü sübh artıq imam Hüseyn (əleyhis-salam)-a su çatdırmaq mümkün olmadı.[7] Düşmənin bu işdə əsas hədəfi idi ki, Əhli-beyt (əleyhis-salam) susuzluğun şiddətindən taqətdən düşsünlər. Çünki onların şücaətindən xəbərdar idilər və bilirdilər ki, əgər susuzluqdan yorulub əldən düşməsələr, onlara heç vaxt qələbə çala bilməyəcəklər. Nəhayət, bu qeyri-insani üslubdan istifadə etdilər, susuzluq imam Hüseyn (əleyhis-salam)-ın bütün ordusuna hakim kəsildi və hamısı şəhid edildilər.[8]

Əlaqədar görünüşlər: “İmam Hüseyn (əleyhis-salam) və Aşura günü suyu qadağan edilməsi”, sual 13785 (sayt: az13621)

 


[1] “Müstədrəkül-vəsail”, 10-cu cild, səh. 238; "Biharul-ənvar", 98-ci cild, səh. 27

[2] “Müstədrəkül-vəsail”, 10-cu cild, səh. 240

[3] "Biharul-ənvar", 44-cü cild, səh. 264

[4] "Biharul-ənvar", 44-cü cild, səh. 264, 302, 98-ci cild, səh. 96; “Kamiluz-ziyarat”, səh. 107, 48 bölmə, səh. 131; “Səvabul-ə’mal”, səh. 89; “Əl-kafi”, 6-cı cild, səh. 392; Di’bil Xuzainin divanı, “Taiyyə” qəsidəsi

[5] “Mədinətul-məaciz”, 3-cü bölmə, imam Əbi Əbdillah Hüseyn (əleyhis-salam)-ın möcüzələri, səh. 245

[6] “Əl-futuh”, Əbu Məhəmməd Əhməd ibni Əli Ə’səm Kufi, “Elmi mədəniyyət” nəşriyyatının şirkəti, birinci çap, 1372-ci il, 2-ci hissə, 6-cı fəsil, “İmam Hüseyn (əleyhis-salam), Yezid, qiyam” bölməsi, səh. 893

[7] “Müntəhəl-amal”, Şeyx Abbas Qummi (rəhmətullah əleyh), “Behzad” nəşriyyatı, 2-ci çap, 1381-ci il, 5-ci bab, 3-cü məqsəd, 1-ci fəsil, səh. 427, haşiyə

[8] “İmam Hüseyn (əleyhis-salam)-ın həyatı”, Seyid Haşim Rəsuli Məhəllati, 4-cü çap, “İslami mədəniyyət” nəşri, 1378-ci il, səh. 387

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ

 
user comment