Azəri
Friday 26th of April 2024
0
نفر 0

Firon necə əməllərinə görə ki, Allahın imtahan vəsiləsiydi əzab çəkəcək?

Bəqərə surəsinin 48- ci ayəsi deyir: Yada gətir o vaxtı ki, sizi Fironların sitəmindən nicat verdik ki, onlardan bərk işgəncədə idiniz. O həddə qədər ki, sizin oğlanlarınızı öldürüb qızlarınızı saxlayırdılar və bu böyük bir imtahan və bəla idi. Buna əsasən Firon ki, yoxlanış üçün Allahın əmr olunmuşu idi nə üçün digər tərəfdən Allahın qəzəbinə düçar olur?
Qısa cavab

Allahın dəyişməyən qanunlarından biri bəndələrin imtahanı və sınağıdır. Bu imtahan fərqli hadisələr və müxtəlif vəsilələrlə yerinə yetirilir. Bəzi hallarda Allah zalimləri digər kəslərin imtahan vəsiləsi qərar verir.

Bir halda ki, zalim özü bilmir ki, Allahın imtahan vəsiləsidir. Zalimin imtahan vəsiləsi olması onun pislərindən və əzaba düçar olmasından bir şey azaltmır. Çünki Allah ona əmr etməyib ki, imtahan vəsiləsi olsun. bəlkə təkvinən şəraiti bu cür hazırlayıb ki, hər vaxt zalim öz iradəsi və ixtiyarıyla zülm edir onun həmin zülmü ki, Allahın əmrinin ziddinədir, başqalarının imtahan vəsiləsi olur. Buna əsasən bu zülm bu kəsin ixtiyarı işi olduğu üçün əzabı var və zalim ona görə əzab çəkəcək.

Ətreaflı cavab

Allah Taala bu ayədə Bəni İsrailə verdiyi böyük nemətlərdən birinə işarə edir. O nemət zalimlərin cəngindən azadlıqdır ki, Allahın ən böyük nemətlərindəndir:

Sizi Fironların əlindən ki, sizə şiddətli dərəcədə əziyyət verirdilər (oğlanlarınızın başlarını kəsirdilər və qadınlarınızı kənizlik və xadiməçilik üçün diri saxlayırdılar) azad etdi.

Bu hadisədə sizin üçün Rəbbiniz tərəfindən çətin imtahan var idi: O cəhətdən ki, muzari feli adətən davamlı mənanı yetirir başa düşürük ki, Bəni İsrail mütəmadi olaraq Fironların işkəncəsi altında olublar) Öz gözləriylə gördülər ki, günahsız oğlanlarının başını kəsirlər və digər tərəfdən qızlarını kənizliyə aparırlar. Özləri də daimən işgəncə altında olub və Fironun dəstəsinin və qibtilərin xidmətçiləri və qulları hesablanırlar.

Mühüm budur ki, Quran bu hadisəni Bəni İsrail üçün böyük və kiçik bir imtahan sayır. (Bəlanın mənalarından biri imtahandır) həqiqətən bütün bu xoşa gəlməzlərə dözmək çətin imtahan olubdur.[1]

Amma nə üçün Firon bu əməllərinə görə ki, Allahın imtahan vəsiləsi olubdur əzab çəkir?

Cavab aydın olmaq üçün diqqət etmək lazımdır ki, dünyada baş verən hadisələr müxtəlif sahələrə və cəhətlərə sahibdir. Mümkündür bir hadisə biri üçün əzab olsun digəri üçün imtahan və üçüncü nəfər üçün Allah dərgahında dərəcə yüksəkliyinə səbəb olsun. İmam Əli (ə) buyurub: "Baş verən hədislər və bəlalar zalimləri ədəbləndirmək və möminlərin imtahanı üçün vəsilədir. Bəla möminlərin dərəcələrinin yüksəkməyinə və Allah övliyalarının kəramətinə səbəbdir.[2]

Digər tərəfdən Allahın dəyişməyən qanunlarından biri bəndələrin imtahanıdır. Quran Allahın bu qanunu haqqında buyurur: Camaat güman etdilər həmin ki, desələr: "İmam gətirdik" sərbəst buraxılacaqlar və imtahan olunmayacaqlar?! Biz onlardan qabaq olan kəsləri sınadıq (bunlarıda imtahan edəcəyik).[3] Bu imtahan fərqli hadisələr və müxtəlif vəsilələrlə yerinə yetirilir. Bəziləri kasıbçılıqla və başqa bəziləri sərvətə, bəziləri xəstəliklə, bəziləri sağlamlıqla, bəziləri qüdrətlə, bəziləri zəifliklə, bir millət sel və zəlzələ ilə, digər millət asayişlə, bəziləri xeyirlə bəziləri şərlə və... imtahan olurlar. Quran imtahanların müxtəlifliyi haqqında buyurur: "Sizləri pisliklər və yaxşılıqlarla imtahan edirdik və sonda bizim tərəfə qaytarılacaqsınız!"[4]

Habelə başqa yerdə imtahanın keyfiyyəti barədə buyurur".... bu cürə onların bəzilərini başqa bəziləriylə sınadıq"[5]... Yəni sizin bəzilərinizi başqa bəzilərinizin vasitəsiylə imtahan edirik.

Bəzi vaxtlar Allah zalimləri başqa kəslərin imtahan vəsiləsi edir bir halda ki, zalimin xəbəri yoxdur ki, Allahın imtahan vəsiləsidir. Zalim imtahan vəsiləsi olmaqla onun pis işlərindən və əzaba laiq olmağından bir şey azalmır: Çünki Allah ona əmr etməyib ki, imtahan vəsiləsi olsun. bəlkə təkvinən şəraiti bir cürə hazırlayıb ki, hər vaxt zalim öz iradəsi və ixtiyarıyla zülm edir, Allah onun həmin zülmüylə başqalarını imtahan edir. Amma digər tərəfdən bu zülm o kəsin ixtiyarı işi olduğu üçün əzabı var və zalım ona görə əzab çəkəcək.

Necə ki, bir çox yerlərdə Allah öz dinini zalimlərin vasitəsiylə təsdiqlətdirib və kömək edir. Əziz Peyğəmbər (s) buyurub: "Allah bu dinə (İslama) səlahiyyəti olmayan adamların vasitəsiylə kömək edir".[6] Baxmayaraq ki, bu kafir ya zalim adamların zalımcəsinə olan işləri dini təsdiqləyir və qüvvələridir.

Amma onlar bu işlərdən heç bir savab və mükafat əldə etmirlər.

Bu izahla qeyd olunan ayənin mənası aydın oldu. Müəyyən oldu ki, bir zalımın işi Allahın imtahan vəsiləsi olmaqla onun əməlinin pisliyini aradan aparmır və əzabından bir şey azaltmır. Çünki Allah ona bu imtahanı etməyə əmr etməyibdir. Bəlkə sadəcə onun zalımcasına olan işi imtahan vəsiləsi olubdur.

 


[1] - Məkarim Şirazi Nasir Təfsir- nümunə, cild 1, səh 248 və 429 (azca fərqlə) darul- kutubul- İslamiyyə nəşri, Tehran, 1374 hicri şəmsi.

[2] - Vəri, Müstədrəkül- vəsail, cild 2, səh 438. 2400- 23 cameul- əxbar,

«قَالَ أَمِيرُ الْمُؤْمِنِينَ ع إِنَ الْبَلَاءَ لِلظَّالِمِ أَدَبٌ وَ لِلْمُؤْمِنِ امْتِحَانٌ وَ لِلْأَنْبِيَاءِ دَرَجَةٌ وَ لِلْأَوْلِيَاءِ كَرَامَةٌ»

Alul- beyt nəşriyyatı, Qum 1408 hicri qəməri.

[3] - Ənkəbut surəsi, ayə 2- 3.

«أَ حَسِبَ النَّاسُ أَن يُترَْكُواْ أَن يَقُولُواْ ءَامَنَّا وَ هُمْ لَا يُفْتَنُونَ. وَ لَقَدْ فَتَنَّا الَّذِينَ مِن قَبْلِهِم »

[4] - Ənbiya surəsi, ayə 35

«وَ نَبْلُوكُم بِالشَّرِّ وَ الخَْيرِْ فِتْنَةً  وَ إِلَيْنَا تُرْجَعُونَ»

[5] - Ənam surəsi, ayə 53.

«وَ كَذَالِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍ...»

[6] - Kuleyni, Muhəmməd ibni Yəqub, Əl- kafi, cild 5, səh 19

«... إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ يَنْصُرُ هَذَا الدِّينَ بِأَقْوَامٍ لَا خَلَاقَ لَهُمْ ...»

darul- kutubul- İslamiyyə, Tehran, 1365- hicri şəmsi.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment