Azəri
Friday 26th of April 2024
0
نفر 0

Nə üçün Quranda kafirlərlə əlaqədar فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِیمٍ “onlarla dərdli əzab müjdəsi ver” cümləsində “müjdə” ifadəsi gəlmişdir, halbuki müjdə yaxşı şeylərdə olur?

Nə üçün Quranda kafirlərlə əlaqədar فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِیمٍ “onlara dərdli əzabı müjdə ver” ifadəsi gəlir, halbuki müjdə müsbət məna ifadə edir?
Qısa cavab

Quran və lüğətdə “bişarət” kəlməsi həm sevinc gətirən xəbərlər, həm də qəm-qüssəli hadisələr barədə işlədilir. Amma şahidlər (buna qərinə deyilir) əsasında bu iki mənadan hansı birinin nəzərdə tutulduğu müəyyən olunur. Qurani-kərimdə müjdənin qəm-qüssəli xəbərlərdə işlənməsi bir növ istiarə, yaxud təhəkkümdür. Yəni mənası bu olur ki, onlar üçün əzabdan başqa heç bir şey yoxdur. Moizə, öyüd-nəsihət kafirlərin və bütpərəstlərin qəlbində heç bir təsir qoymadığına görə Allah-taala Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə xitab edərək “onları dərdli əzabla müjdələ” – deyə buyurur.

 

Ətreaflı cavab

Quran və lüğətdə “bişarət” kəlməsi həm sevinc gətirən xəbərlərdə (müjdə), həm də qəm-qüssə gətirən xəbərlərdə işlənir,[1] amma şahidlərə (qərinə) əsasında bu iki mənadan hansı birinin nəzərdə tutulduğu müəyyən olunur.

 

“Bişarət” kəlməsinin özü Quranda gəlməmişdir, amma ondan alınan sair kəlmələr gəlmişdir, o cümlədən “buşra”:

 

وَ مَا جَعَلَهُ اللَّهُ إِلاَّ بُشْرَى لَکُمْ

 

“Allah onu (mələklərin kömək etməsini) yalnız sizin üçün şadlıq gətirən bir xəbər qərar vermişdir.”[2]

 

Bu və sair oxşar ayələrdə “buşra” kəlməsi sevinc gətirən müjdəli xəbər mənasına işlənmişdir. Amma Qurandakı “bəşşir” (müjdə ver) kəlməsi “bişarət”in hər iki mənasına gəlmişdir:

 

بَشِّرِ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْری مِنْ تَحْتِهَا الْأَنْهار

 

“İman gətirib saleh (layiqli) işlər görənlərə müjdə ver ki, onlar üçün ağaclarının altından çaylar axan behişt bağları vardır.”[3]

 

Bu ayədəki “bəşşir” kəlməsi müjdə və şad xəbər mənasına gəlmişdir.

 

بَشِّرِ الْمُنافِقِینَ بِأَنَّ لَهُمْ عَذاباً أَلِیماً

 

“Münafiqlərə müjdə ver ki, dərdli əzablar onların intizarını çəkir.”[4]

 

فَبَشِّرْهُمْ بِعَذابٍ أَلِیم

 

“Onlara dərdli əzabla müjdə ver.”[5]

 

Bu ayələrdə “bəşşir” kəlməsi “qəm-qüssəli xəbər” mənasına gəlmişdir. Bu kəlmənin belə işlədilməsi bir növ istiarə, yaxud təhəkkümdür. Yəni onlar üçün əzabdan başqa heç bir şey yoxdur.[6] Öyüd-nəsihət kafirlərin və bütpərəstlərin qəlbində heç bir təsir qoymadığından Allah-taala Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə xitab edərək buyurur ki, dərdli əzabları və işgəncələri onlara elan et. Bu da bir növ tənə vurmaq və məzəmmət etməkdir.[7]

 

 

 

 



[1] Qurəşi, Seyid Əli Əkbər, “Qamusul-Quran”, 1-ci cild, səh. 194, “Darul-kutubil-islamiyyə”, Tehran, 6-cı çap, 1371-ci il; Türeyhi, “Məcməul-bəhreyn”, tədqiq: Hüseyni, Seyid Əhməd, 3-cü cild, səh. 221, “Mürtəzəvi” kitab mağazasının nəşri, Tehran, 3-cü çap, 1375-ci il

 

[2] “Ali-İmran” surəsi, ayə: 126

 

[3] “Bəqərə” surəsi, ayə: 25

 

[4] “Nisa” surəsi, ayə: 138

 

[5] “İnşiqaq” surəsi, ayə: 24

 

[6] “Qamusul-Quran”, 1-ci cild, səh. 194; “Məcməul-bəhreyn”, 3-cü cild, səh. 221

 

[7] Hüseyni Həmədani, Seyid Məhəmməd Hüseyn, “Ənvari derəxşan”, təhqiq Behbudi, Məhəmməd Baqir, 18-ci cild, səh. 62 və 63, “Lütfi” kitab mağazasının çapı, Tehran, 1-ci çap

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment