Azəri
Wednesday 23rd of October 2019
  1713
  0
  0

HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI

HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI

Bəşəriyyət çox uzun bir müddətdə -zülm və haqsızlığın hakimiyyətini arxada qoyduqdan sonra, dünya Allahın axırıncı höccətinin zühur etməsi ilə yaxşılıqların hakimiyyətinə doğru gedəcək, hökumət yaxşı insanların əlində qərar tutacaqdır. Bu da Allah-Taalanın və`də verdiyi labud və qaçılmaz işlərdəndir.

Həzrəti Məhdi (ə)-ın hakimiyyəti ilə başlanaraq dünyanın axırına qədər davam edən yaxşılıqlar hökumətində zülmün və zalımların dövranı bir daha təkrar olunmayacaqdır.

Bundan öncə Peyğəmbəri Əkrəmdən (s) nəql etdiyimiz «Allah-Taala axırıncı mə`sum rəhbərin hakimiyyətini müjdə vermişdir» kəlamının axırında buyurulur: «(Məhdi hakimiyyətə çatandan sonra) onun dövləti davam edəcək və qiyamətə qədər yer üzünün hakimiyyətini Özünün dostlarının əli ilə dolandıracağdır.»[1]

Buna əsasən, imam Məhdi (ə) tərəfindən qurulan ədalət qurşluşundan sonra heç bir dövlət gəlməyəcəkdir və həqiqətdə bəşər həyatının yeni bir tarixi başlanacaqdır ki, yer üzünün hər tərəfində ilahi hakimiyyət bərqərar olunacaq.

İmam Baqir (ə) buyurur: «Bizim dövlətimiz dövlətlərin axırıncısıdır və dövlət sahibi olan elə bir xanədan qalmaz ki, bizim hökumətimizdən sonra hakim olsun. Nəhayət (Əhli-beytin hökuməti bərqərar olar və) hökmranlıq üslubunu görən zaman deyərlər: Əgər biz də hakim olsaydıq, belə əməl edərdik.»[2]

Buna əsasən, zühurdan sonra ilahi hökumət quruluşunun davam etmə müddəti imam Məhdi (ə)-ın şəxsən özünün hökumətdə olduğu müddətdən ayrıdır. Rəvayətlərə uyğun olaraq o Həzrət ömrünün qalan hissəsini hakimiyyətdə olacaq və nəhayət dünyadan gedəcəkdir.

Şübhəsiz, o Həzrətin hökumət müddəti o qədər olmalıdır ki, bütün dünya səviyyəsində ədalətin həyata keçməsi və bərqərar olunması üçün imkan mövcud olsun. Lakin bu hədəfin neçə ildə həyata keçməsinə gəldikdə isə, o, təxmini nəzərdən başqa bir şey deyildir və rəvayətlərə müraciət etmək lazımdır.

Əlbəttə, o ilahi rəhbərin qabiliyyətlərinə, o Həzrətin ilahi tofiq və qeybi yardımlarına, eləcə də onun ixtiyarında olan layiqli köməkçilərinə, zühur zamanında insani dəyərlərin və gözəlliklərin hakimiyyətini qəbul etmək üçün hazırlığın olmasına diqqət yetirməklə, mümkündür ki, və`dəsi verilən Həzrət Məhdinin ilahi risaləti nisbətən qısa müddət ərzində baş versin və bəşəriyyətin uzun əsrlər boyu aciz olduqları bir şey on ildən də qısa bir müddətdə baş versin.

Həzrəti Məhdi (ə)-ın hökumətinin davam etmə müddətini bəyan edən rəvayətlər müxtəlifdir: Bə`ziləri o həzrətin hökumətinin müddətini 5 il, bə`ziləri 8 il, bə`ziləri 9 və 10 il bəyan etmişlər. Bə`zi rəvayətlərdə bu müddət 19 ildən bir neçə ay artıq və nəhayət 40 il və 309 il qeyd edilmişdir.[3]

Bundan əlavə, rəvayətlərdə bu qədər fərqlərin səbəbi mə`lum deyildir. O həzrətin hakimiyyətinin həqiqi müddətini bu rəvayətlərin arasından tapmaq çətindir. Amma bə`zi şiə alimləri yeddi il müddətinin məşhur olduğuna görə bu nəzəri seçmişdir.[4]

Bə`ziləri demişlər ki, İmam Məhdi (ə)-ın hökumətinin müddəti yeddi ildir, lakin o həzrətin hökumətinin illərinin hər biri bizim illərin on ilinə bərabərdir ki, bu mətləb də bə`zi rəvayətlərdə qeyd olunmuşdur.

Ravi İmam Sadiq (ə)-dan Həzrəti Məhdi (ə)-ın hökumətinin neçə il davam edəcəyi barədə sual etdikdə İmam buyurdu: «(Həzrəti Məhdi) yeddi il hökumət edəcəkdir ki, sizin dövranınızın yetmiş ilinə bərabərdir.[5]

Mərhum Əllamə Məclisi buyurur: «İmam Məhdi (ə)-ın hakimiyyət müddəti ilə əlaqədar nəql olunan rəvayətlərdə aşağıdakı ehtimallara diqqət yetirmək lazımdır: Rəvayətlərin bə`ziləri isə hökumətin bütün müddətinə işarə edir, bə`ziləri hökumətin səbat və möhkəmliyinə. Bə`ziləri bizim tanış olduğumuz illər və günlərlə, bə`ziləri də o həzrətin dövranına aid olan illər və günlərə müvafiqdir ki, nisbətən daha uzun olacaq. Allah bu məsələnin həqiqətini daha yaxşı bilir.»[6]

İmamın hökumətdə tutduğu üslub

Hər bir hakim özünün müxtəlif idarəçilik və hökumət yönlərində xüsusi üslublara malikdir ki, bunun özü də onun hökumətinin imtiyazlarından sayılır. İmam Məhdi (ə) da dünya səviyyəli hökumətin idarə olunmasını öhdəsinə alan zaman özünün dünya səviyyəli quruluşunun tədbir və idarəçiliyində xüsusi üslubdan istifadə edəcəkdir. Keçən bölmələrdə o həzrətin tutduğu üslublardan bə`zilərinə işarə edilsə də, amma mövuzunun əhəmiyyətini nəzərə almaqla münasib görürük ki, bu bölmədə onu ayrıca şəkildə araşdıraq və Peyğəmbəri Əkrəm (s) və imamların dəyərli kəlamlarından İmam Məhdi (ə)-ın hökumət üslubunu daha yaxşı şəkildə anlayaq.

Əvvəldə demək lazımdır ki, rəvayət o həzrətin tutduğu üslubdan ümumi bir təsvir yaradır. O da bundan ibarətdir ki, imam Məhdi (ə)-ın tutduğu üslub elə Peyğəmbəri Əkrəmin (s) üslubudur. Peyğəmbəri Əkrəm (s) özünün zahir olduğu dövrdə cahiliyyətin hər bir yönündə mübarizə aparıb insanın dünya və axirət səadətinə zəmanət verən həqiqi islamı öz mühitində hakim etdiyi kimi, həzrəti Məhdi (ə) da özünün zühuru ilə qədim cahiliyyətdən qat-qat ürək yandıran olan yeni cahiliyyətlə mübarizə apararaq islami və ilahi dəyərləri yeni cahiliyyətin virançılıqları arasında bərqərar edəcəkdir

İmam Sadiq (ə)-dan Həzrəti Məhdi (ə)-ın üslubu barəsində soruşulduqda, buyurdu:

يَصْنَعُ كَما صَنَعَ رَسُولُ اللهِ يَهْدِمُ ما كانَ قَبْلَهُ كَما هَدَمَ رَسُولُ اللهِ اَمْرَالْجاهِلِيَّة وَيَسْتَأْنِفُ الْاِسلامَ جَديداًٍ

«İmam Məhdi (ə) Peyğəmbəri Əkrəm (s) kimi əməl edəcək. Peyğəmbəri Əkrəm (s) (camaatın arasında) mövcud olan cahiliyyət adət-ən`ənələrini məhv edib aradan apardığı kimi, imam (ə) da öz zühurundan əvvəl mövcud olan cahiliyyət adətlərini məhv edəcək, islamı yenidən quracaqdır.» [7]

Bu qeyd olunanlar və`dəsi verilən imamın, öz hakimiyyəti dövründə ümumi və külli siyasətlərindən ibarət idi. Əlbəttə, zaman baxımından şəraitlər bir-birindən fərqli olduğuna görə hökumətin idarəçiliyində və qanunların icra olunma üslublarında dəyişikliklərin olunmasını tələb edir ki, bu da rəvayətlərdə qeyd olunmuşdur. Biz bu böləmədə həmin rəvayətlərin bir qismini bəyan edirik.

 

[1] Kamalud din, birinci cild, bab 23, hədis 4, səh. 477

[2] Qeybəti-Tusi, 8-ci fəsil, hədis 493, səh. 472

[3] Bu rəvayətlər barədə əlavə mə`lumat almaq üçün «Məhdi (ə)-ın hökumətinə nəzər» adlı kitaba (Nəcmudin Təbəsi) səh. 173-175-ə baxa bilərsiniz.

[4] Seyyid Sədruddin Sədrin «əl Məhdi» kitabı, səh. 239, Tarixi ma bə`d əzzühur, Seyyid Məhəmməd Sədr

[5] Qeybəti Tusi, fəsil 8, hədis 497, səh. 474

[6] Biharul-ənvar, 52-ci cild, səh. 280

[7] Qeybəti Nömani, 13-cü bab, 13-cü hədis, səh. 236

  1713
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment