Azəri
Wednesday 23rd of October 2019
  869
  0
  0

Tövbənin şərtləri və nəticələri

Tövbənin şərtləri və nəticələri

 Tövbənin şərtləri və nəticələri

Allahın adı ilə

Allah-Talanın bəşəriyyətə olan mərhəmətinin bir nümunəsi də tönvbə və onun qəbul edilməsidir. Tövbə-qəlbi günah niyyətindən boşaltmaq, günahdan xilas olmaq deməkdir. Bəhsimizə başlamazdan öncə tövbənin leksik və islam terminologiyasındakı mənalarını nəzərinizə çatdırırıq.

Tövbə sözü lüğətdə "qayıtmaq" mənasını ifadə edir. İslam terminologiyasında isə günahı tərk edib Allaha tərəf qayıtmaq mənasını daşıyır. Burada bir sual yaranır ki, tövbə etmək vacibdirmi? Bəli, vacibdir. Çünki günah işlətmiş şəxs yaharam iş görmüşdür ki, nunu da tərk etmək vscibdir, ya da vacib bir işi tərk etmişdir ki, bunun da bərpası vacibdir. Deməli hər iki halda tövbə vacibdir. Tövbənin vacib olması aşağıdakı sübutlara əsaslanır.

1) Əqli baxımdan tövbənin vacibliyi.

Bildiyimiz kimi Allaha yaxınlaşıb, həqqi kamala çatmaq və bunların əmələ gəlməsi üçünlazım olan hər bir vasitə də əql baxımından vacibdir. Bunu da qeyd etməliyik ki, Allahın razılığını ələ gətirmək günah ilə uyğunlaşmırBunlardan belə bir nəticə çıxır ki, ağlın hökmünə əsasən günahlardan tövbə etmək lazımdır.

2) Allah-Taala Quranı Kərimdə buyurur: "Ey möminlər! Hamınız Allaha tövbə edin ki bəlkə nicat tapasınız!" (nur surəsi, ayə 31)

Quranı-Kərimin bir çox ayələrində 80 dəfə tövbədən, Alah-Taalaya tərəf təfəf qayıdışdan və tövbənin qəbul edilməsindən söhbət açılmışdır ki, bu da tövbə məsələsinin əhəmiyyətli və zəruri olmasını göstərir.

3) İmam Baqir (ə) buyurmuşdur: "Allaha and olsun, günahı etiraf etmədən ondan nicat tapa bilməzsən".

Tövbəni yubatmaq olmaz

İnsan hər bir an Allah-Taala tərəfindən tövbəyə dəvət edilir və onun "Tövbə edin" göstərişi insanları təcili olaraq tövbə etməyə çağırır. Buna görə də tövbəni yubatmaq Allahın buyurduqlarını yubatmaqdır. Bu cür adamlar hər an Allah-Taalanın göstərişini yerinə yetirməmiş sayılırlar.

İmam Baqir (ə) buyurmuşdur: "Tövbəni yubatmaqdan çəkinin, çünki onu yubatmaq sanki çıxılmaz vəziyyətdə qalan adasmın batdığı dəniz kimidir".

Bir şəxs həzrət Əli (ə)-dan məsləhət istədikdə həzrət ona buyurdu,: "heç iş görmədən axirət Səadətinə ümid edən və tövbəni xeyli yubadan adamlardan olma!".

Qeyd etmək lazımdır ki, ölüm əlamətlərinin hiss olunduğu vaxt edilən tövbə qəbul edilmir. Allah-Taala buyurur: "(tövbə edib) Rəbbinizə dönün, Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə bir kömək olunmaz!" (zümər surəsi, ayə 54). Fironun dənizdə batdığı zaman etdiyi tövbə qəbul edilmədi. Nisa surəsinin 18-ci ayəsində bu barədə deyilir: "Günah və pis işlər görməkdə davam edərək ölüm yetişən anda "Mən indi tövbə etdim" deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şidətli bir əzab hazırlamışıq".

Burada bir məsələni də nəzərdən qaçırmaq olmaz. Rəvayətlərin birində deyilir ki, əgər bir mömin adam günnah işlədərsə, ona (tövbə etmək üçün) yeddi saat möhlət verilir və o bu müddətdə tövbə etməlidir. Əgər tövbə etsə, günah həmin şəxsin əməl gitabında qeyd olunmur. Əks təqdirdə isə günah onun üçün yazılır.

Tövbənin şərtləri

Diqqət etmək lazımdır ki, tövbə təkcə dili tərpədir "əstəöfirullah", "tövbə etdim" demək deyildir. Belə ki, tövbə bir çox şərtlərə malik olmaqdır. O cümlədən:

a) Keçmiş günahlardan peşiman olmaq, etdiyi günahlardan peşiman olub desin: "Kaş o əməli yerinə yetirməyəydim".

b) Həmişəlik olaraq günahı tərk etmək qərarına gəlsin.

c) Camaatın haqqını ödəsin. Məsələn, bir nəfərə borcludursa, onun borcunu qaytarsın.Əgər həmin şəxs vəfat etmiş olarsa, borcu onun varisinə qaytarsın. Həmçinin, əgər başqa birini təhqir etsə, onun qeybətini etsə, töhmətləsə ondan halallıq alsın.

d) Allah-Taalanın haqqını ödəsin. Məsələn, tərk etdiyi vacib əməllərinin qəzasını yerinə yetirsin.

Q) İbadət və itaətin çətinliklərindən dadsın. Çox yaxşı olar ki, insan günah vasitəsi ilə qəlbində yaratdığı zülməti itaət nuru ilə məhv etsin, bacardığı qədər ibadət etsin, günahın şirinliyini daddığı kimi, ibadətin çətinliyini də dadsın. Belə ki, nəticədə günah onun nəzərində çirkin iş hesab olunsun. Həzrət Əli (ə) bu barədə buyurmuşdur: "Tövbə qəlb peşimançılığı, dillə üzrxahlıq etmə, ciddi qərara gəlmə və günahı tərk etməyi davam etdirməkdir".

Tövbənin nəticələri

Tövbə etmək və onun qəbul edilməsi Allah-Taalanın misilsiz və ən böyük mərhəmətidir. Tövbə bir çox nəticə və təsirlərə malikdir ki, onlardan bir neçəsini nəzərinizə çatdırırıq:

1) həqiqi tövbə günahkar insanı elə dəyişir ki, sanki heç bir zaman günah etməmişdir. İmam Baqir (ə) bu barədə buyurur: "günahdan tövbə edən şəxs günah etməyən adam kimidir".

2) Tövbə edən insan Allahın sevimlisinə çevrilər. Allah-Taala quranı-Kərimdə buyurmuşdur: "həqiqətən, Allah tövbə edənləri süvir" (bəqərə surəsi, ayə 222).

İmam Sadiq (ə) buyurur: "Allah-Taala tövbə edənlərə üç cür nemət bəxş etmişdir. Əgər onlardan birini bütün səma və yer əhlinə versəydi, onların hamısı nicat tapardı. Birincisi, Allah tövbə edənləri sevir. İkincisi, Allah-Taalanın ərşini daşıyan və onun ətrafında olan mələklər tövbə edənlərin bağışlanmalarını istəyərlər. Üçüncüsü, Allah özünün rəhmət və əfvini tövbə edənlər üçün qərar vermişdir".

3) Həqiqi tövbə günahın təsirlərinin ardadan qaldırılmasına səbəb olur. İmam Sadiq (ə) bu barədə buyurur: "İnsan həqiqi tövbə edən kimi allah onu sevir, həm dünyada, həm də axirətdə onun günahlarının üstünü örtür. Sonra iki mələyin onun üçün yazdıqları günahları onların yadından çıxarır, bədən üzvlərinə vəhy edir ki, onun günahlarını gizli saxlasınlar. Yer üzünə (onun günah etdiyi yerə) göstəriş verir ki, onun günahlarını gizli saxlasın".

4) Günahları yaxşılıqla əvəz edirlər.

5) İlahi nemətlərlə dolu cənnətə daxil olar.

6) Qiyamətdə rüsvay olmaz.

7) Tövbə duanın qəbul edilməsinə səbəb olar.

8) Tövbə ömrün uzanmasına səbəb olar.

Tövbə Alah rəhmətinə doğru açılan bir qapıdır

Allah-Taala insanlara günahdan uzaqlaşmağı əmr etsə də bir çoxları, hətta az miqdarda insanlar istisna olmaqla, bütün bəşəriyyət günaha aludə olur. Ancaq günah etməklə heç də özümüzü çarəsiz bilməməli, bütün yolların bağlandığını düşünməməliyik. Allah-Taala günahkarlar üçün "tövbə" adlı bir qapı qoymuşdur ki, bu yolla insan öz günahlarından təmizlənib Allah mərhəmətinə qovuşa bilər. Allah-Taala Quranı-Kərimdə buyurmuşdur: "(Ya Mühəmməd! Mənim adımdan bəndələrimə)de: ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. (tövbə etdikdə) Allah bütün günahları bağışlayır. Həqiqətən o, bağışlayandır, rəhm edəndir!" (zümər surəsi, ayə 53).

Peyğəmbər (s) buyurmuşdur: "Günahkar şəxs tövbə etdikdə Allah-Taala susuz səhrada yuxuya gedərək minik və azuqəsini itirmiş, bunları axtararaq yorulub əldən düşmüş və yorğunluq nəticəsində yenidən yuxuya getmiş, ayıldıqda minik və azuqəsini öz yanında görərkən sevinən şəxsdən də çox sevinir".

İmam Səccad (ə) "Taibin" (tövbə edənlər) adlı münacatında Allah-Taalaya belə xitab edir: "Ey bəndələrinə tövbə adlı rəhmət qapısı açan, Quranda "Allaha sidq ürəklə tövbə edin" deyə buyuran Allahım! İndi bu açıq qapından içəri girməyənlərin nə bəhanəsi qalır?".

Bu iki gözəl kəlamdan başa düşülür ki, tövbə qapısı bəndələrin üzünə həmişə açıqdır və heç bir qüvvə bu qapını bağlaya bilməz. Əlbəttə, bu qapının amçıq olması heç də insanı günah etməyə sövqləndirməməlidir. Allah-Taala hamımızı sidq ürəklə tövbə edənlərdən qərar versin. Amin!


  869
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment