Azəri
Wednesday 23rd of October 2019
  2428
  0
  0

TƏKƏBBÜRLÜLƏRLƏ MÜBARIZƏ

TƏKƏBBÜRLÜLƏRLƏ MÜBARIZƏ

TƏKƏBBÜRLÜLƏRLƏ MÜBARIZƏ
İmam Sadiq (ə): Dövlətli bir kişi, bahalı və faxir geyimlə Peyğəmbərin (s) hüzuruna gəldi və oturdu. Yoxsul bir kişi də köhnə və çirkin bir paltarla daxil oldu və dövlətli kişinin yanında oturdu. Dövlətli ikişi paltarının ətəklərini yır- yığış etdi. Peyğəmbər (s) buyurdu: "Qorxdun ki, onun yoxsulluğundan sənə bir şey keçsin?"
Ərz etdi: Xeyir.
Buyurdu: "Qorxdum ki, sənin sərvətindən və varından ona bir şey keçsin?"
Ərz etdi: xeyir:
Buyurdu: Qorxdum ki, o sənin paltarını çirkləndirsin?"
Ərz etdi: Xeyir.
Buyurdu: Bəs bu işin səbəbi nə idi?"
Ərz etdi: Ey Allahın rəsulu! Mənim bir yoldaşım var ki, mənim üçün pislikləri zinətləndirir və gözəllikləri gözümdə pisləşdirir. Mən öz dövlətimin və sərvətimin yarısını bu kişiyə verirəm.
Peyğəmbər (s) o yoxsul kişiyə buyurdu: "Qəbul edirsənmi?"
Ərz etdi: xeyir.
Dövlətli kişi ona dedi: Nə üçün qəbul etmirsən?
Cavab verdi: Qorxuram mən də sənin kimi olam.  
Əs- sirrətün- nəbəviyyə: (ibni Hişam Vəlid ibni Müğeyrədən): Vəlid ibni Müğeyrə dedi: Aya Məhəmmədə vəhy nazil olur, halbu ki, mən Qüreyşin böyüsü və ən sərvətli şəxsiyəm və bununla belə sayılmıram? İbni Məsud, Əmr ibni Ümeyr Səqəfi və Sərvər Səqif də sayılmadılar?! Biz bu iki şəhərin böyükləriyik.
Mənə yetişən məlumatlar əsasında, bu sözlərin ardınca Allah- Taala bu ayənin nazil etdi. "Onlar dedilər: "Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin Məsuda) nazil edilməli deyildimi?"  
"(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını (keçinəcəklərini) öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!"   
Əs- sirrətün- nəbəviyyə: (ibni İshaqdan): Əxnəs ibni Şəriq ibni Əmr ibni Vəhəb Səqəfi, Bəni Zöhrənin həmpeymanı, varlı - dövlətli bir qəbilədən idi və sözünün kəsəri və təsiri var idi. Peyğəmbərə (s) zərər yetirər və ona cavab qaytarardı. Allah- Taala onun barəsində bu ayəni nazil etdi:
"(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa"  "Qeybət edənə, söz gəzdirənə"  "Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana"  "Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya"
Allah "zənim" yəni zinazadə sözünü onun nəsəbinin eybinə görə buyurmadı, çünki, Allah bir kəsdən nəsəb və nəslinə xatir eyb tutmur. Amma bu ibarə ilə onun sifətini bəyan etdi ki, tanınsın.
Bəs "Zənim" burada qəbiləyə gətirilmiş övlad mənasınadır.
Əs- sirrətün- nəbəviyyə: (İbni Hişam ibni İshaqdan): Hər zaman Peyğəmbər (s) bir məclisdə camaatı Allaha dəvət edərdi, onlara Quran tilavət edərdi və Qüreyşi keçmiş ümmətlərin başlarına gəldiklərindən xəbərdar edərdi və məclisdən gedərdi. Nəzr ibni Haris ibni Əlqəmə ibni Kildə ibni Əbdülmənaf ibni Əbdüddar ibni Qüssa, Peyğəmbərin (s) yerində oturardı və camaata Rüstəm pəhlivan, İsfəndiyar və fars padşahlarının dastanlarını danışardı və deyərdi: And olsun Allaha, mənim dastanlarım Məhəmmədin dastanlarından yaxşıdır.
Onun dediyi hekayələr keçmişlərin əfsanələridir. O, onları özündən yazıbdır, necə ki, mən bunları yazmışam.
Allah onun barəsində bəzi ayələr nazil etdi.   
Əs- sirətün- nəbəviyyə: (ibni Hişam İshaqdan): Mənə yetişən məlumatlara əsasən, bir gün Allahın rəsulu (s) Vəlid ibni Müğəyrə ilə Məsciddə oturmuşdu. O məclisdə Qüreyşdən neçə nəfər də var idi. Peyğəmbər (s) bir söz dedi və Nəzr ibni Haris etiraz etdi. Peyğəmbər (s) onu sakit edincə onunla söhbət etdi. Bu zaman ona və məclisdə olanlara bu ayələri oxudu.
"(Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! "
"Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar."
"Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər."
Əs- sirətün- nəbəviyyə: (ibni Hişam İshaqdan): Üməyyə ibni Xələf ibni Vəhəb ibni Hüzafə ibni Cüməh hər vaxt Peyğəmbəri (s) görərdi, onu məsxərə edərdi. Allah bu ayələri onun barəsində nazil etdi:
"1. (Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! 2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). 3. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. 4. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! 5. Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! 6. O, Allahın yanar odudur. 7. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. 8. O, belələrinin (qeybətçilərin və tənə vuranların) üzünə qapanıb kilidlənəcəkdir. 9. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar! "
İbni Hişamın dediklərinə görə "Hüməzə" o kəsə deyilir ki, açıq- aşkara digərlərini pisliyə və təhqir əlaməti olaraq onun üçün başqalarına göz vura və işarə edə. 

  2428
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment