Azəri
Friday 26th of April 2024
0
نفر 0

Günah aşkarda olanda ...

Günah aşkarda olanda ...
Qurani-Məcid xalqı aşkar və gizli günahdan çəkinməyə çağırır (“Ənam” surəsi, ayə 151).
Aşkar günah həyasızlıq və ədəbsizlik, İslam cəmiyyətinin qanunlarına hörmətsizlik nişanəsidir. İslam dinində ictimai mühitin çirkləndirilməsi olduqca sərt məzəmmət edilir. İslam ümmətinin həyatında qarışıqlıq salanlar üçün ciddi cəzalar nəzərdə tutulur.
Mömin insanlar, xüsusilə ictimai asayiş keşikçiləri cəmiyyətdəki əxlaqsız və həyasız hərəkətlərin qarşısını almalıdırlar. Cəmiyyətdəki aşkar günahlar qorxulu mikrob kimi xalqın, xüsusi ilə də gənc nəslin həyatını məhv edir. Əmr be məruf və nəhy əz münkərin, yəni yaxşıya dəvət və pisdən çəkindirmənin əsas rolu cəmiyyəti aşkar günahkarlıq bəlasından qorumaqdır. Əgər təlim-tərbiyə mərkəzlərində və ailədə gənclər həyalı və iffətli tərbiyə olunarsa, nə gizli, nə də açıq günahkarlığa yer qalmaz.
Həya, Allaha diqqət, günahın nəticəsini düşünmək insanı günahdan çəkindirən ən təsirli vasitədir. İmam Sadiq (ə) buyurur: “Həya imandandır, iman isə behiştədir”. İslam Peyğəmbəri (s) buyurur: «Allahdan həya edib, bu haqqı yerinə yetirin. Hər biriniz ölüm gözlərinin qarşısında gecəni sübh etməklə göz, qulaq və dili haramdan hifz etməklə qarını haramdan gözləməklə qəbir və bədənin onda çürüməsini xatırlamaqla bu haqqı gözləyin. Axirəti istəyən kəs dünya həyatının aldadıcı bər-bəzəyini boşlayar.»[68]
Bir şəxs Həzrət Peyğəmbərdən (s) nəsihət istədiyi vaxt Həzrət (s) buyurdu: “Qövmünün layiqli şəxsindən həya etdiyin kimi Allahdan həya et.”
 
Yazının tərtibində tərcüməolunmuş kitabların elekrtron versiyasından istifadə olunub.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment