Azəri
Friday 26th of April 2024
0
نفر 0

Rəsuləllahın(s) ayı

Rəsuləllahın(s) ayı

Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”

Şəban ayı çox şərəfli aydır və peyğəmbərlərin seyyidi Hz.Məhəmmədə(s) mənsubdur. Hz.Rəsuləllah(s) bu ay başlayandan Ramazan ayına qədər fasiləsiz hər gün oruc tutardı.

  Şəban – qəməri təqvimin səkkizinci ayıdır. Hədislər bu ayı Hz.Məhəmməd(s) ayı elan edirlər, hətta peyğəmbər(s) özü buyurardı: “Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”. O Həzrət(s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Bu ayın əsas bəyənilən əməlinin oruc olması təsadüfi deyil. Şəban, özündən öncəki Rəcəb ayı kimi müqəddəs Ramazan ayına müqəddimədir. İlahi ziyafət və ibadət ayı sayılan Ramazan ayına mənəvi və fiziki baxımdan hazır olmaq üçün Allah Rəcəb və Şəban aylarında oruc tutub, bağışlanmaq diləməyi tövsiyə edir. Bu aylar bəndə üçün bir fürsətdir ki, Rəbbinin mübarək Ramazan ayında dəvətinə ləyaqətlə cavab verə bilsin.

Hz.Əli(ə) buyurur ki, hər kim Allaha daha yaxın olmaq üçün, Peyğəmbəri(s) sevdiyini göstərmək üçün Şəban ayında oruc tutarsa, Allah onu Özünə yaxın edər. Ona görə bu ayda kim nə qədər bacarsa oruc tutmağa çalışsın. Hətta bir şəxs haram qana mürtəkib olsa(birini öldürsə), Şəban ayının orucunu tutmaq onun üçün faydalıdır və günahı bağışlanar. Müstəhəbdir ki, bu ayın hər bazar ertəsi və cümə axşamı oruc tutulsun. Həmçinin ayın son günlərində oruc tutmaqla Ramazan ayının orucu arasında fasilə verməmək bəyənilən əməllərdəndir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir
Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm ...
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından

 
user comment