Azəri
Friday 26th of April 2024
0
نفر 0

Fatimə Zəhranın (səlamullahi əleyha) buyurduğu gözəl kəlamları

A- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Analar Bayramı olan həzrəti Fatimə Zəhranın (səlamullahi əleyha) təvəllüd gününün münasibəti ilə, ABNA saytı iki dünya xanımlarının tacı, bütün aləmin yaranmasının əsas hədəfi, Beheşt cavanları
Fatimə Zəhranın (səlamullahi əleyha) buyurduğu gözəl kəlamları

A- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Analar Bayramı olan həzrəti Fatimə Zəhranın (səlamullahi əleyha) təvəllüd gününün münasibəti ilə, ABNA saytı iki dünya xanımlarının tacı, bütün aləmin yaranmasının əsas hədəfi, Beheşt cavanlarının, Həsən ilə Hüseynin (əleyhimə səlam) Anası, Allah Təalanın məxluqatları üzərindəki höccətinin buyurduqları gözəl kəlamlarını tərcümə edərək saytımızın izləyicilərinə töhfə edir.

 

1- Əhli Beytin (əleyhimus səlam) məqam və mənziləti

قالَتْ فاطِمَةُ الزَّهْراءُ(علیها السلام( :» وَاحْمَدُوا الَّذى لِعَظمَتِهِ وَ نُورِهِ یبْتَغى مَنْ فِى السَّمواتِ وَ الاَْرْضِ إِلَیهِ الْوَسیلَةَ، وَ نَحْنُ وَسیلَتُهُ فى خَلْقِهِ، وَ نَحْنُ خاصَّتُهُ وَ مَحَلُّ قُدْسِهِ، وَ نَحْنُ حُجَّتُهُ فى غَیبِهِ، وَ نَحْنُ وَرَثَةُ أَنـْبِیائِهِ «.

شرح نهج البلاغه ابن ابی الحدید: ج ۱۶، ص ۲۱۱٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Əzəmət və Nuruna xatir göylərdə və yerdə olanların hammısının vəsilə ilə ona yaxınlaşmaq istədikləri Allaha həmd və səna edin. Biz Onun (Allah Təalanın) yaratdıqları sırasındakı vəsilələrik. Biz Onun dərgahının məxsus kəsləri və müqəddəs məkanlarıyıq. Biz Onun (yaratdıqlarının) gözlərinə görsənmədiyi qeybində höccətlərik (admin: Həzrəti Zəhra Əthər səlamullahi əleyha bununla demək istəyir ki, Əhli Beyt əleyhimus səlam Allah Təalanın Xəlifələri və Onun Hakimiyyətinin yer üzündəki bilavasitə nümayəndələridir. Onların sözündən çıxmaq Allah Sübhanəhu Təalanın sözündən çıxmaq və onlara qarşı çıxmaq Allah Təalaya qarşı çıxmaqdır. Onları sevmək Allah cəllə cəlaluhunu sevmək, onlara itaət etmək Allah Təalaya itaət etməkdir. İbadət isə yanlız yenilməz qüdrət sahibi olan kainatın yaradıcısı Allah Təalaya məxsusdur.)”

(Şərhi Nəhcül Bəlağə İbni Əbil Hədid, Cild. 16, Səh. 211)

 

2- Həzrəti Fatimə Zəhra (səlamullahi əleyha) İmam Əlini (əleyhi səlam) tanıtdırır

قالَتْ(علیها السلام): وَهُوَ الإمامُ الرَبّانی، وَالْهَیْکَلُ النُّورانی، قُطْبُ الاقْطابِ، وَسُلالَهُ الاْطْیابِ، النّاطِقُ بِالصَّوابِ، نُقْطَهُ دائِرَهِ الإمامَهِ.

ریاحین الشّریعه: ج ۱، ص ۹۳٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “O, (Əli ibn Əbu Talib əleyhi səlam) Rəbbani və İlahi rəhbərdir, Nurun təcəssümü və bütün mövcudların diqqət mərkəzidir, Pak (və şirkə aludə olmayan) nəslin övladıdır, Haqqı söyləyən hidayətçidir. O, İmamlığın və Liderliyin dairə mərkəzidir.”

Riyaheyni Şəriə, Cild. 1, Səh 93

 

3- İxlasla ibadət etməyin faydaları

قالَتْ (علیها السلام): مَنْ اصْعَدَ إلیَ اللّهِ خالِصَ عِبادَتِهِ، اهْبَطَ اللّهُ عَزَّوَجَلَّ لَهُ افْضَلَ مَصْلَحَتِهِ.

تنبیه الخواطر معروف به مجموعه ورّام: ص ۱۰۸ و ۴۳۷، بحار: ج ۶۷، ص ۲۴۹، ح ۲۵٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Hər kəs Allaha xaliscəsinə ibadət edib, Allah xatirinə işlərini görərsə, Allah Təala ən layiqli məsləhət və bərəkətlərini ona əta edər.”

Tənbihul Xəvatir (Məcməul Vərram), Səh. 108 və 437 – Biharul Ənvar, Cild. 67, Səh. 249, Hədis 25

 

4- Xanım Zəhranın (səlamullahi əleyha) Şiələri üçün etdiyi duaları

قالَتْ (علیها السلام): إلهی وَ سَیِّدی، اسْئَلُکَ بِالَّذینَ اصْطَفَیْتَهُمْ، وَ بِبُکاءِ وَلَدَیَّ فی مُفارِقَتی اَنْ تَغْفِرَ لِعُصاهِ شیعَتی، وَشیعَهِ ذُرّیتَی.

کوکب الدّریّ: ج ۱، ص ۲۵۴٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “İlahi! Ey Mövlam mənim! Özüvün seçdiyin Övliya və Şəxsiyyətlərə xatir, övladlarımın (Şəhadətimdən sonra) mənim ayrılığıma görə, dalımca ağlamaqlarına xatir Səndən mənim və (pak) övladlarımın günahkar Şiələrini bağışlamağıvı diləyirəm.”

Kövkəbu Durriy, Cild. 1, Səh. 254

5-Cənnətin ən üstün şəxsləri Şiələrdir

قالَتْ (علیها السلام): شیعَتُنا مِنْ خِیارِ اهْلِ الْجَنَّهِ وَکُلُّ مُحِبّینا وَ مَوالی اَوْلیائِنا وَ مُعادی اعْدائِنا وَ الْمُسْلِمُ بِقَلْبِهِ وَ لِسانِهِ لَنا.

فرمود: شیعیان و پیروان ما، و همچنین دوستداران اولیاء ما و آنان که دشمن دشمنان ما باشند، نیز آن هائی که با قلب و زبان تسلیم ما هستند بهترین افراد بهشتیان خواهند بود.

بحارالانوار: ج ۶۸، ص ۱۵۵، س ۲۰، ضمن ح ۱۱٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Bizim Şiələrimiz, həmçinin bizi və övliyalarımızı sevənlər, düşmənlərimiz ilə düşmənçilik edənlər, habelə dili və qəlbi ilə bizə təslim olanlar Cənnətin ən üstün şəxsləridirlər.”

Biharul Ənvar, Cild. 68, Səh. 155, 11-ci hədisin bir hissəsi.

6- Ömər ibn Xəttabın itaətsizliyi

قالَتْ (علیها السلام): وَاللّهِ یَابْنَ الْخَطّابِ لَوْلا انّی اکْرَهُ انْ یُصیبَ الْبَلاءُ مَنْ لا ذَنْبَ لَهُ، لَعَلِمْتَ انّی سَاُقْسِمُ عَلَی اللّهِ ثُمَّ اجِدُهُ سَریعَ الاْجابَهِ.

اصول کافی: ج ۱، ص ۴۶۰، بیت الاحزان: ص ۱۰۴، بحارالانوار: ج ۲۸، ص ۲۵۰، ح ۳۰٫

Ömər ibni Xəttab itaətsizlik edərək həzrəti Fatimənin (səlamullahi əleyha) evini yandırdıqdan sonra və xanımı qapı ilə divar arasında saxlayaraq bətnindəki uşağı saldırdıqdan sonra həzrət Fatiməi Zəhranın (səlamullahi əleyha) ona dedikləri: “Ey Ömər ibn Xəttab! And olsun Allaha! Əgər İlahi əzabın günahsız insanlara da nazil olmasından qorxmasaydım onda görərdin ki, mən Allaha necə and içib sizə nifrin edirəm və sonra da, dualarımın tez bir zamanda necə qəbul olunduğunun şahidi olardın.”

Usuli Kafi, Cild. 1, Səh. 460, Biharul Ənvar, Cild. 28, Səh. 250, Hədis 30, Beytul Əhzan, Səh. 104.

 

7- Əbu Bəkr həzrəti Fatimənin (səlamullahi əleyha) qarğışına düçar oldu

قالَتْ (علیها السلام): وَاللّهِ! لا کَلَّمْتُکَ ابَداً، وَاللّهِ! لاَدْعُوَنَّ اللّهَ عَلَیْکَ فی کُلِّ صَلوه.

صحیح مسلم: ج ۲، ص ۷۲، صحیح بخاری: ج ۶، ص ۱۷۶٫

Əbu Bəkr iki dünya xanımlarının sərvəri həzrəti Fatimənin (səlamullahi əleyha) evinə hücum çəkərək evi odladıqdan sonra Xanım Fatimə (səlamullahi əleyha) ona belə buyurdu: “And olsun Allaha! Əbədi olaraq səninlə danışmayacağam. And olsun Allaha! Gündəlik namazlarımda Allahı çağırıb sənə qarğış edəcəyəm.”

Səhih Müslim, Cild. 2, Səh. 72, Səhih Buxari, Cild. 6, Səh. 176.

 

8- Həzrət Fatimə (səlamullahi əleyha) Əbu Bəkir ilə, Ömərin itaətsizlikinə görə onlardan Allaha və onun rəsuluna şikayət etdi

قالَتْ (علیها السلام): إنّی اُشْهِدُ اللّهَ وَ مَلائِکَتَهُ، انَّکُما اَسْخَطْتُمانی، وَ ما رَضیتُمانی، وَ لَئِنْ لَقیتُ النَبِیَّ لاشْکُوَنَّکُما إلَیْهِ.

بحارالانوار: ج ۲۸، ص ۳۰۳، صحیح مسلم: ج ۲، ص ۷۲، بخاری: ج ۵، ص ۵٫

Əbu Bəkir ilə, Ömər itaətsizlik edərək İmam Əlinin məqamını və həzrət Fatimənin (səlamullahi əleyha) əmlakını qəsb etdikdən, həmçinin Xanım Fatiməyə (səlamullahi əleyha) qarşı nalayiq rəftarlarından sonra həzrət Fatimə səlamullahi əleyha belə buyurdu: “Allahı və onun mələklərini şahid tuturam ki, siz məni həm qəzəbləndirdiniz həm də incitdiniz. Məni özünüzdən razı salmadınız. Allahın rəsulu ilə görüşən kimi sizin şikayətinizi ona edəcəyəm.”

Biharul Ənvar. Cild. 28. Səh. 303, Səhih Müslim. Cild. 2. Səh. 720. Səhih Buxari. Cild 5. Səh. 5.

 

9- Həzrət Fatiməyə (səlamullahi əleyha) üç gün səlam verməyin təsiri

قالَتْ (علیها السلام): مَنْ سَلَّمَ عَلَیْهِ اَوْ عَلَیَّ ثَلاثَهَ ایّام اوْجَبَ اللّهُ لَهُ الجَنَّهَ، قُلْتُ لَها: فی حَیاتِهِ وَ حَیاتِکِ؟ قالَتْ: نعَمْ وَ بَعْدَ مَوْتِنا.

بحارالانوار: ج ۴۳، ص ۱۸۵، ح ۱۷٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Hər kim atama və mənə üç gün davamlı sürətdə salam göndərə Allah Cənnəti ona vacib edər. Ravi deyir Xanıma belə ərz etdim: Atanızın və sizin həyatda yaşadığınız zaman? Buyurdular: Bəli həm həyatda yaşadığımız zaman həm də, dünyanı dəyişdiyimzdən sonra (kim bizə üç gün səlam versə Cənnətə daxil olar).”

Biharul Ənvar. Cild 43. Səh. 185. Həd. 17

 

10- Qadınlar üçün ən yaxşısı nədir?

قالَتْ (علیه السلام): خَیْرٌ لِلِنّساءِ انْ لا یَرَیْنَ الرِّجالَ وَ لا یَراهُنَّ الرِّجالُ.

بحارالانوار: ج ۴۳، ص ۵۴، ح ۴۸٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Qadının şəxsiyyətini qorumaq üçün ən yaxşı yol budur ki, heç bir (naməhrəm) kişiyə baxmaya və kişilərin gözünə görsənməyə”

Biharul Ənvar. Cild 43. Səh. 54. Hədis. 48

 

11- Xanım Fatimə (səlamullahi əleyha) həzrəti Əlidən (əleyhi səlam) onun qəbrini ziyarət etməsini istədi

قالَتْ (علیها السلام): اوُصیکَ یا ابَا الْحَسنِ انْ لا تَنْسانی، وَ تَزُورَنی بَعْدَ مَماتی.

زهره الرّیاض ـ کوکب الدّری: ج ۱، ص ۲۵۳٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) ömrünün son çağlarında həzrəti Əliyə (əleyhi səlam) buyurdu: “Ey Əbəl Həsən (İmam Əli)! Vəsiyyət edirəm ki məni yaddan çıxartmayasan və dünyamı dəyişdikdən sonra (qəbrimin üzərinə gəlib) məni ziyarət edəsən.”

Zəhrətu Riyaz – Kövkəbu Durriy. Cild 1. Səh. 253

 

12- Qdınların cənazəsi tabutda bilinməməlidir

قالَتْ (علیها السلام): إنّی قَدِاسْتَقْبَحْتُ ما یُصْنَعُ بِالنِّساءِ، إنّهُ یُطْرَحُ عَلیَ الْمَرْئَهِ الثَّوبَ فَیَصِفُها لِمَنْ رَای، فَلا تَحْمِلینی عَلی سَریر ظاهِر، اُسْتُرینی، سَتَرَکِ اللّهُ مِنَ النّارِ.

تهذیب الاحکام: ج۱، ص ۴۲۹، کشف الغمّه: ج ۲، ص ۶۷، بحار:ج ۴۳، ص ۱۸۹،ح ۱۹٫

Bərəkətli ömrünün son anlarında Əsmaya belə vəsiyyət etdi: “Qadın dünyasını dəyişdikdən sonra onun cəsədi üzərinə sadəcə bir parça atıb dəfn olunmasını çox ayıb və pis bir iş bilirəm. Çünki bəzi nalayiqlər onun cüssəsini görüb digərləri üçün danışırlar. Buna görə də, məni ətrafı örtülməmiş və bədənim müşahidə olunan tabut daxilində qərar vermə. Allah səni Cəhənnəm atəşindən qoruyub saxlasın.”

Təhzibul Əhkam. Cild. 1, Səh. 429, Kəşful Ğummə. Cild. 2, Səh. 67 və Biharul Ənvar Cild. 43. Səh. 189, Həd. 19.

 

13- Əsil Hicablı qadın necə olmalıdır?

قالَتْ (علیها السلام): … إنْ لَمْ یَکُنْ یَرانی فَإنّی اراهُ، وَ هُوَ یَشُمُّ الریح.

مرد نابینائی وارد منزل شد و حضرت زهراء (علیها السلام)پنهان گشت، وقتی رسول خدا (صلی الله علیه وآله وسلم) علّت آن را جویا شد؟ در پاسخ پدر اظهار داشت: اگر آن نابینا مرا نمی بیند، من او را می بینم، دیگر آن که مرد، حسّاس است و بوی زن را استشمام می کند.

بحارالانوار: ج ۴۳، ص ۹۱، ح ۱۶، إحقاق الحقّ: ج ۱۰، ص

Kor bir kişi evə daxil olduğu an həzrəti Fatiməyi Zəhra (səlamullahi əleyha) gizləndi. Həzrəti Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alih) gizlənməsinin səbəbini ondan soruşduqda Xanım Fatimə (səlamullahi əleyha) belə cavab verdi: “Əgər o kor kişi məni görmürsə mən ki, onu görürəm. Bundan əlavə kişi xaylaqları qadının qoxusun hiss edirlər.”

Biharul Ənvar. Cild. 43. Səh. 91. Həd. 16 – Ehqaqul Həqq Cild. 10. Səh

 

14- Xanım Fatimə (səlamullahi əleyha) nümunəvi ana və həyat yoldaşıdır

قالَتْ (علیها السلام): اُوصیکَ اَوّلاً انْ تَتَزَوَّجَ بَعْدی بِإبْنَهِ اُخْتی امامَهَ، فَإنَّها تَکُونُ لِوُلْدی مِثْلی، فَإنَّ الرِّجالَ لابُدَّ لَهُمْ مِنَ النِّساءِ.

بحارالانوار: ج ۴۳، ص ۱۹۲، ح ۲۰، اعیان الشّیعه: ج ۱، ص ۳۲۱٫

Həzrəti Fatimə (səlamullahi əleyha) ömrünün son anlarında həyat yoldaşı Əmirəl Möminin həzrəti Əliyə (əleyhi səlam) belə vəsiyyət etdi: “Məndən sonra bacım qızı Əmamə ilə ailə həyatı qur. Çün ki, o övladlarım ilə mənim kimi davranacaqdır. Birdə hər bir halda kişilərin qadınlara ehtiyacı vardır.”

Biharul Ənvar Cild 43. Səh 192. – Əyanul Şiə. Cild 1. Səh. 321.

 

15- Cənnət ananın ayaqları altındadır

قالَتْ (علیها السلام): الْزَمْ رِجْلَها، فَإنَّ الْجَنَّهَ تَحْتَ اقْدامِها، و الْزَمْ رِجْلَها فَثَمَّ الْجَنَّهَ.

کنزل العمّال: ج ۱۶، ص ۴۶۲، ح ۴۵۴۴۳٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Daim ananın xidmətində dur və onun yanında qal. Çün ki, Cənnət ananın ayaqları altındadır...”

Kənüz Ümmal. Cild. 16. Səh. 462. Hədis. 45443

 

16- Kimlər orucun faydalarından bəhrələnə biləcək?

قالَتْ (علیها السلام): ما یَصَنَعُ الصّائِمُ بِصِیامِهِ إذا لَمْ یَصُنْ لِسانَهُ وَ سَمْعَهُ وَ بَصَرَهُ وَ جَوارِحَهُ.

مستدرك الوسائل : ج 7، ص 336، ح 2، بحارالا نوار: ج 93، ص 294، ح 25

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Oruc tutan şəxs əgər gözün, dilin, qulaqların və digər bədən əzalarını kontrol etməzsə öz orucundan heç bir fayda aparmayacaq.”

Mustədrəkul Vəsail. Cild. 7. Səhifə 336. – Biharul Ənvar. Cild 93. Səh. 294. Hədis. 25.

 

17- Mömün və kafir ilə təbəssümlə davranmaq

قالَتْ (علیها السلام): اَلْبُشْری فی وَجْهِ الْمُوْمِنِ یُوجِبُ لِصاحِبهِ الْجَنَّهَ، وَ بُشْری فی وَجْهِ الْمُعانِدِ یَقی صاحِبَهُ عَذابَ النّارِ

تفسیر الإمام العسکری (علیه السلام): ص ۳۵۴، ح ۲۴۳، مستدرک الوسائل: ج ۱۲، ص ۲۶۲، بحارالانوار: ج ۷۲، ص ۴۰۱، ح ۴۳٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Mömün insanla təbəssüm edib, onunla gülər üz davranmaq insanı Cənnətə aparar. Kafirin üzünə gülümsənib, onunla təbəsmmlə davranmaq isə, insanı Cəhənnəm əzabına düçar edər.”

İmam Həsən Əskərinin Təfsiri. Səh. 354. Hədis. 243. Müstədrəkul Vəsail. Cild 12. Səh. 262. – Biharul Ənvar. Cild. 72. Səh. 401. Həd. 43

 

18- Gigeniyaya riayət etmək

قالَتْ (علیها السلام): لا یَلُومَنَّ امْرُءٌ إلاّ نَفْسَهُ، یَبیتُ وَ فی یَدِهِ ریحُ غَمَر.

کنزل العمّال: ج ۱۵، ص ۲۴۲، ح ۴۰۷۵۹٫

Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Xörək yedikdən sonra əllərini yumayan şəxs (xəstələndiyi zaman) özündən başqa heç kimi danlamağa ixtiyarı yoxdur.”

Kənzul Ümmal. Cild 15. Səh. 242. Hədis. 40759

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir
Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm ...
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
Əli ələyhis-salamın matəmində
Hüseyndir Xaliqi əzəm fədası..
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ
İRAQLILARIN MƏKTUB YAZMASI
Yəhudinin Peyğəmbərə (s) suallar
İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi
Həzrət Məsumənin (ə.s) buyurduqlarından

 
user comment