Azəri
Friday 26th of April 2024
0
نفر 0

AİLƏ BAŞÇISININ AĞIR MƏSULİYYƏTİ

  AİLƏ BAŞÇISININ AĞIR MƏSULİYYƏTİ

İslamda ailə

Hüseyn Ənsariyan

 

ÖZÜNÜZÜ VƏ AİLƏNİZİ CƏHƏNNƏM ODUNDAN QORUYUN

«Təhrim» surəsinin bir ayəsində ailə başçısının ağır, eyni zamanda dünya və axirət mənfəətinə malik bir məsuliyyətinə toxunulur. Əgər hamı bir nəfər kimi, xüsusilə də ailə məsuliyyətini daşıyanlar bu ayəyə diqqət yetirsəydilər, ailələrinin bir çox problemləri həll olunardı. Ev mühitindəki iztirablar, əmniyyətsizliklər aradan qalxar, hər şey öz qaydasına düşərdi.

يَآ أيُّهَا الَّذِينَ ءَامَنُوا قـُواْ أنْفـُسَكُمْ

«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəldilmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)» (Təhrim surəsi,6).

Bəli, bu böyük məsuliyyət ailə başçısının üzərinə düşür. Onlar öz ailələrini tövhidə, qiyamətə inama, ilahi təqvaya sövq etdirməklə, tərəqqiləri üçün şərait yaratmaqla onları qiyamət gününün əzabından qorumalıdırlar.

Ayədə buyurulan «O odun yanacağı insandır» cümləsi olduqca incə və mühüm məsələdir.

Ayədə açıqca ifadə olunur ki, qiyamət əzabının kökü günahdır. Əslində, qanunauyğunsuzluq və cərimənin mahiyyəti birdir. Dünyada isə tam əksinədir. Məsələn, əgər hər hansı bir şəxs qanuna zidd bir iş görərsə (yol hərəkəti qaydalarını pozarsa), müəyyən məbləğdə cərimə olunacaq. Burada qanunauyğunsuzluq insanın gördüyü iş, cərimə isə maddi bir məsələdir. İnsanın gördüyü işlə onun cəriməsinin mahiyyəti fərqlidir. Lakin qiyamətdə qanunauyğunsuzluqla (cinayətlə) cərimənin mahiyyəti eynidir. Qiyamətin cəriməsi (cəzası) cinayətkarın qurşandığı cinayətdir ki, bu özünü od şəklində göstərir.

İnsanın bulaşdığı hər bir aludəçilik, törətdiyi hər bir günah onu bürüyən bir oddur. Lakin bu od qiyamətdə zahir olacaq.

Bir çox insanlar ömürləri boyunca günahla məşğul olmuşlar. Belələri, əslində, özlərini böyük bir oda atmışlar. Lakin o atəş qiyamətdə özünü göstərəcək və sahibini əbədi olaraq özünə əsir edəcək. Bu mövzuda iki Quran ayəsinə nəzər salaq:

«Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, onları təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!» (Bəqərə surəsi,174).

«Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu cəhənnəmə girəcəklər»( Nisa surəsi,10).

Hər iki ayədə haram mal yemək od yemək hesab olunmuşdur. Bu gün ləzzətli bir tikə yemələrinə baxmayaraq, sabah həmin ləzzətli tikə öz həqiqətini od şəklində göstərəcək.

Bu müqəddəs varlığın buyruğudur. Belə ki, bütün varlıq, yaradılış, cin, mələk, qadın, kişi ‒ hamısı onun iradəsinin cilvəsidir.

O, günahın həqiqətini görür. Biz onu ləzzətli bir tikə şəklində görsək də, O, onun od olduğunu müşahidə edir.

Qiyamət günü bütün üzvlər özlərinə məxsus günahlarına görə alovlanacaqlar. Bu üzvlərin sahibləri isə əzab çəkəcək və nicat tapa bilməyəcəklər.

Ailə başçıları öz ailələrini günahın məhsulu olan bu oddan qorumalıdırlar. Həyatın bütün sahələrində ilahi təqvaya riayət etməli, özlərini və ailələrini əldən çıxmalı olan bir neçə günlük dünya var-dövləti üçün əbədi oda atmamalıdırlar.

Bu odun yanacaqlarından biri də daş kömürdür. Yəqin ki, onun haqqında hamınız eşitmisiniz. Çox bərk və möhkəm maddədir. Onun istiliyi çox yanma, müddəti isə uzundur.

Milyon illərdir ki, yerin dərinliklərində daş kömür və digər yanar maddələr mövcuddur. Bu yanar maddələrin təzyiqi bəzən dağ zirvələrində vulkan (yanardağ) şəklində özünü göstərir. Qarşısına çıxan hər bir şeyi yandıraraq məhv edir. Bu maddələrin odu, alovu sona yetən deyil. Əksinə, Quranın buyruğuna əsasən, bu alov gələcəkdə bütün yer üzünü bürüyəcək. Belə ki, dəryalar da alovlanacaq.

«Dənizlər od tutub yanacağı zaman»(Təkvir surəsi,6).

Bu müasir alimlərin də gələcəkdə baş verəcəyini proqnozlaşdırdıqları bir həqiqətdir.

«(Qiyamət günü) elə bir gündür ki, yer (Yer kürəsi) başqa bir yerlə əvəz olunacaq» ( İbrahim surəsi, 48).

Yerin dərinliklərinin yanar maddələrlə dolu olmasını, gələcəkdə yer üzünün od tutacağını nəzərə aldıqda, cəhənnəm və onun təqəbələrinin bu dünyada olacağı haqqındakı rəvayətləri qəbul etmək məcburiyyətində qalırıq.

O günün alovunun, odunun yanacağı insan və daşdır. İnsanı alovlandıran günah, yeri alovlandıran isə daşdır. Yer kürəsinin yerüstü və yeraltı daşlarının həcmi və ağırlığı az deyil. Bundan əlavə, o daimidir. Bu yandırıcı daşların əbədiliyi insanın axirətdə əbədi qalacağı kimi Haqqın iradəsidir.

Buna görə də, ailə başçıları bu ilahi nidaya daha çox diqqət yetirməlidirlər.

«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, …» (Təhrim surəsi,6).

 Cəhənnəm odunun xidmətçiləri daş ürəkli mələklərdir. Onlarla qarşılaşmaq heç cür mümkün deyil. Cəhənnəm əhli olduqca zəifdir.

Bu dünyada səviyyəsiz, alçaq olan insanların qiyamətdəki məqamı da səviyyəsiz və alçaqdır. Onların yeri cəhənnəmdir. Hansı ki, gördüyümüz bu yer üzərindədir. Onu alovlandıran insan və daşlardır. Onun xidmətçiləri daşürəklidir. Onun əzabı ağır, şiddətli və əbədidir. Oradakı insanlar isə nə ölür və nə də yaxşı yaşaya bilirlər.

«Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)»  (Əla surəsi, 13)

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Kəramətlər
Xanım Zəhranın (s.ə) mövludu münasibətilə qızıl gül paylanıb
Ədalətə iqtisadi cəhətdən baxış:
10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ

 
user comment