Azəri
Friday 26th of April 2024
0
نفر 0

VARLIQ ALƏMI

VARLIQ ALƏMI

 

Kumeyl duasının şərhi

Hüseyn Ənsariyan

 

İlahi rəhmətə bürünmüş varlıq aləmini kəmiyyət nöqteyi-nəzərindən təsəvvür etmək mümkün deyil. Amma bu varlıq aləminin kiçik bir hissəsi olan Yer planetini elmin köməyi ilə təsəvvürdə canlandırmaq olur. Bu təsəvvürlər ən kiçik zərrəni belə ağuşuna almış ilahi rəhmətin əzəmətini aydınlaşdırır. Varlıq aləmindəki bütün mövcudlar atom adlı hissəcikdən təşkil olunmuşdur. Ən güclü mikroskoplar belə atomu müşahidə etməkdə acizdir. Təsəvvür edin ki, ən iti iynənin ucunda 55x10(18) atom yerləşir. Əgər iynənin ucunu dağ ölçüsünə gətirə bilsək, hər atom milçək böyüklükdə olar. Atom üç hissədən təşkil olunmuşdur: mənfi yüklü elektron, müsbət yüklü proton işarəsiz neytron. Protonlar neytronlar atomun nüvəsini təşkil edir. Elektronlar isə bu nüvə ətrafında Ay Yer ətrafında fırlandığı kimi fırlanırlar. Varlıq aləminin atomlardan hansı üsulla yaranması yalnız Allaha bəllidir. “Kəhfsurəsinin 51-ci ayəsində oxuyuruq:

Biz insanı göylərin, yerin onun özünün yaranışına şahid etmədik.”

Qur`ani-Kərimin buyurduqlarından aydın olan alimlərin uzun-uzadı elmi araşdırmalardan sonra gəldikləri nəticə budur: Fəzada səpələnmiş tüstü qaz zərrələri yalnız təsadüfən bir-birləri ilə toqquşurlar. “Fussilətsurəsinin 11-ci ayəsində oxuyuruq: «Sonra göylərin yaranışına diqqət etdi. Hansı ki, bir tüstü topası halında idi

Allah-Taala ulduzları yaratmaqla bizə ən yaxın olan səmanı bəzədi. Milyonlarla zərrə bulud topaları tək dövr etməklə mərkəzə doğru cəzb olundu. Bu fırlanma nəticəsində elə bir istilik yarandı ki, zərrə buludları alışıb qaranlığı işıqlandırdı. Nəhayət, milyon-milyon qızmış topalardan ulduzlar yarandı. Beləcə qaranlıq dünya işıqlandı səma ulduzlarla bəzəndi.

Geniş bir ərazidə formasız bulud ətrafı eyni sıxlıqla doldurdu. Maddi zərrələr bir-biri ilə birləşdi. Bulud təlatümə gəlmiş qaz dəryasına döndü fırlanmağa başladı. Hər biri bir iqlim boyda olan dalğalar bir-biri ilə toqquşub bu dəryada gözdən itirdi. Bu coşqun dəryada maddələrin fırlanması `sirindən sanki yivlər yaranırdı. Bu görüntülər asta-asta formalaşıb nizamlı varlığa çevrilirdi. “Süd yolukəhkəşanının bir tərəfində Günəş sistemi formalaşırdı. Bu sistem Allahın rəhməti sayəsində nizama düşürdü. Kəhkəşanın bir hissəsində təlatümlü bir tufan qopdu. Tünd qaz cərəyanları hərəkətə gəlib böyük fırfıra şəklində genişlənir, onun ətrafında işıq yaranırdı. Bu fırfıra hərəkət etdikcə qazlar yavaş-yavaş mərkəzə doğru irəliləyir və mərkəzdə əzəmətli bir nur mənbəyi olan Günəş işıqlanırdı. “Nuhsurəsinin 16- ayəsində oxuyuruq: Onların arasında Ayı işıqlandırıb, Günəşi nurlu çıraq etdi.”

Sonra Günəşin ətrafındakı qaz toz hissəcikləri bir-birindən ayrılıb burulğanlara çevrildi. Bu burulğanlar Günəş ətrafında müxtəlif yollarla hərəkətə başladılar. Günəşə yaxın hərəkət edən burulğanlarda istilik, Günəşdən uzaq hərəkət edən burulğanlarda soyuq hakim idi. Hər bir burulğanda qaz toz hissəcikləri əlaqəli hərəkət edirdi. `zi qaz hissəciklərindən yaranmış buxar toz hissəciklərinə hopur rütubətli hissəciklər bir-birinə yapışırdı. `zən bu prosesdə buz gil parçaları da formalaşırdı. Hər bir burulğanda milyonlarla belə parçalar formalaşmaqdadır. Cazibə qüvvəsi onları bir-birinə doğru çəkir. Onlar bir-birinə yapışaraq nəhəng fırlanan şarlar şəklinə düşür. Bu nüvələr ətrafındakı parçaları özünə cəzb edərək günü-gündən nəhəngləşir. Nəhayət, Allahın qüdrət rəhməti sayəsində Yer planeti yaranır.

Digər burulğanlarda formalaşan planetlər Günəş ətrafında özünə yol seçir. Günəşə ən yaxın planet Ütarid, `ni Merkuridir. Merkuridən sonra Zöhrə (Venera), Yer, Mərrix (Mars), Müştəri (Yupiter), Zühəl (Saturn), Uran Neptun gəlir. Sonuncusu isə Plutondur.

Atom qədər kiçikdirsə kainat bir o qədər böyükdür. İnsan heç zaman bu ölçünü dərk edə bilməyəcək. Saniyədə 300 min km. sür`ətə malik olan işıq ən yaxın ulduzdan dörd il müddətində yerə gəlib çatır. Kaliforniyadakı 5m. diametrli güzgüyə malik teleskop işığı yerə 10x10 (8) ilə çatan ulduzları müşahidə edə bilir. Müasir teleskoplarla müşahidə edilən ulduzları yüz illər boyu saysaq da qurtara bilmərik. Kəhkəşan o qədər əzəmətlidir ki, uzunluğu yüz min işıq ilini ötür. Ən güclü teleskopların görmə məkanında yüz əlli milyondan çox kəhkəşan mövcuddur. İki qonşu kəhkəşan arasındakı məsafə iki milyon işıq ilidir. İndi özünüz fikirləşin ki, teleskopun görmə məkanından kənarda nələr mövcuddur! Həzrət Əli (ə) buyurur: “Yaranış Allahın rəhməti əhatəsindədir. Elə bir rəhmət ki, yaranış inkişaf, xeyir vermə şərrin dəfi, formalaşma nizam mayasıdır.”

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq

 
user comment