Azəri
Saturday 27th of April 2024
0
نفر 0

"Uşaq Mövlud Olimpiadası"na qeydiyyat davam edir

!Biliksevər uşaqların və qayğıkeş valideynlərin nəzərinə
Böyük məmnuniyyətlə qeyd edirik ki, əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışmasına - II "Uşaq Mövlud Olimpiadası"na aeydiyyat davam edir.
"Uşaq Mövlud Olimpiadası" İcərişəhər “Cümə” məsçidi dini icmasının, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) və İmam Sadiq (ə) adına İslam Maarıfi Akademiyasının təşəbbüsü və Deyerler.org-un informasiya dəstəyilətəşkil edilir.
Olimpiadaya aid bir neçə qeyd:
- "Uşaq Mövlud Olimpiadası"nda yalnız ibtidai sinif şagirdləri iştirak edə bilər.
- "Uşaq Mövlud Olimpiadası"nın suallarının Ustad Cəfər Sübhaninin "Əbədiyyət nuru - Həzrət Muhəmməd (s)" kitabının bir hissəsindən (səh. 89-116) tərtib edilməsi nəzərdə tutulub.
Beləliklə, bu kitabın 4 kiçik bölməsi:
"Həzrət Muhəmmədin (s) anadan olması" (səh. 89-99), "Peyğəmbərin (s) uşaqlıq dövrü" (səh. 99-103),
"Həzrət Muhəmmədin (s) ailəyə qayıdışı" (səh. 103-111) və "Həzrət Muhəmmədin (s) gənclik dövrü" (səh. 111-116) əsasında II "Uşaq Mövlud Olimpiadası"nın sualları tərtib ediləcək.
- "Uşaq Mövlud Olimpiadası"nda iştirak etmək üçün, valideynlər və ya şagirdlərin özlərimevludolimpiadasi@gmail.com ünvanına yazaraq, burada iştirakçı barədə qısa məlumatı (ad, soyad, yaş, neçənci sinifdə oxuyur), əlaqə telefonlarını, e-mail ünvanını bildirmək lazımdır.

- Mövlud Olimpiadasında qeydiyyat yalnız mevludolimpiadasi@gmail.comünvanına yazmaqla baş tutur.

- Mövlud Olimpiadasında iştirak üçün qeydiyyat müddəti yanvar ayının 22-si, saat 23.00-a qədərdir.

Və sonda bir daha üzümüzə gələn mübarək mövlud münasibətilə Sizləri təbrik edərək, Mövlud Olimpiadasındakı yarışlarda Sizə uğurlar arzulayırıq.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Suriyalı Hərəm müdafiəçisi olan 5 şəhid Hz. Zeynəb-lə Qonşu Oldu
Tale Bağırzadə "kars"a salınıb
Ekvadorda Ərdoğana qarşı üsyan, Terrorçu Rədd Ol! Deyə ekvadorlular şüar ...
Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...
59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı
Suriyada "müsəlman-məsihi qardaşlığı" adlı konfrans keçiriləcək
ABŞ Hazırda 7 Ölkəni bombalayır; 7-si də müsəlman ölkələridir.
Xəlifə rejimini muzdlu əskərləri İmam Hüseyn (ə) Əzadarlığının ...
Fazil Mustafa Azərbaycan xalqına “siyğədən əmələ gəlmişlər” Hz. Aişəyə ...
Hacı Taleh: “Sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah ...

 
user comment