Azəri
Friday 26th of April 2024
0
نفر 0

SƏCDƏ AYƏSİNİN TƏFSİRİ

SƏCDƏ AYƏSİNİN TƏFSİRİ

Həsən ibni Mənsur deyir: İblis, Adəm (ə)-a səcdə etməyə əmr olunduqda dedi: İlahi! Adəmə yalnız o zaman səcdə edərəm ki, səcdənin əzəmət və şəfaətini ondan götürmüş olasan. Və mənim Sənə səcdə etməyim yalnız Sənin böyüklüyünə bir nişanə olsun. Bir tərəfdən mənə Adəmə səcdə etməyimi əmr edirsən, digər tərəfdən isə Özündən savayı başqa bir varlığa səcdə etməyi qadağan edirsən. Allah-taala buyurur: “Əgər Adəmə səcdə etməsən səni əbədi əzaba düçar edəcəyəm.”

İblis dedi: “İlahi! Məni əzab və işgəncə içindəmi görmək istəyirsən?”

Allah-taala buyurur: “Bəli!”

İblis dedi: “Nəzər salaraq məni əzab və işgəncə içində görməyin mənim üçün hər şeydən şirin və əzizdir. Elə bu da məni əbədi olaraq əzab içində qalmağıma vadar edir. Nə istəyirsən, onu da et!”[1]

Müəllif:

Daim yenilik axtaran Ruzbəha və onun tərəfdarlarının gözləri aydın olsun ki, o öz təfsirində əql, məntiq, Qur᾽an və dini əsaslara müvafiq olmayan belə bir iftiraya nail ola bilmişdir. (İstehza və təəssüf hissi ilə deyilir= Red.)

ALLAH-TAALA İLƏ İBLİSİN SÖHBƏTİ

İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: İblis Allah-taalaya deyir: Əgər məni Adəmə səcdə etməkdən azad etsən, Sənə elə ibadət edərəm ki, nə yaxın olan mələklərin, nə də göndərdiyin peyğəmbərlər buna qadir olmazlar.

Allah-taala buyurdu: Mənim sənin ibadətinə heç bir ehtiyacım yoxdur. Sən Mənə öz istədiyin kimi yox, Mənim istək və əmrimə əsasən, ibadət etməlisən.

Başqa bir rəvayətdə deyilir: Dindən çıxmış bir şəxs İmam Sadiq (ə)-dan soruşur: Allah-taala mələklərə Adəmə səcdə etməyi əmr etmişdir?

İmam Sadiq (ə) sualın cavabında buyurur: Hər kəs Allahın əmrilə səcdə edərsə, Allaha səcdə etmiş olur. Demək mələklər Adəmə səcdə etsələr də, Allahın əmri ilə səcdə etdikləri üçün Allaha səcdə etmiş olurlar.

İSLAM İKİ ŞƏHADƏT VERMƏKLƏ QƏBUL OLUNUR

Səmai, İmam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: İslam, Allahın birliyinə şəhadət verməkdən ibarətdir.

«Əşhədu əlla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah».

Bu iki şəhadəti verməklə insanların can və malları toxunulmaz qalır, vərəsəlik, nikah qanunları və digər şeylər qüvvəyə minir və icra olunur.

Əbu Hüreyrənin Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyilir: Mən bu camaatla Allahın vəhdaniyyətinə, mənim nübüvvətimə və mənə nazil olanlara şəhadət verib iman gətirmələri üçün mübarizə aparıram. Əgər onlar bu iki şeyə iman gətirib qəbul etsələr,+ amanda olarlar və xalqın hüquq və işlərinə dəxalət etməyincə heç kəsin onların can və malına təcavüz etmək haqqı olmaz.

Bu hədisi Cabir və Əbdullah ibni Ömər azacıq fərqlə nəql etmiş və onu əhli-sünnə mühəddisləri öz mö᾽təbər kitablarında gətirmişlər: Səhihi Buxari, 1/39, Səhihi Termizi, 1/68, Sünəni Nəsai, 2/224 və 161, Əhməd ibni Hənbəl, 2/528 və 346 (Əbu Hüreyrədən 3/24 və 199, Ənəsdən, 5/246, Mə᾽az ibni Cəbəldən, 5/433,).

Yenə də Əbu Hüreyrə həzrət Rəsuli-əkrəmdən (s) nəql edərək deyir: Mən camaatla «la ilahə illəllah» kəlməsinə görə mübarizə aparıram. Hər kəs bu sözü qəbul edib desə, xalqın hüququna təcavüz etməyincə canı və malı amandadır, əməllərinin hesabı da Allahın Öz öhdəsinədir.

Bu rəvayəti Müslüm, Əbu Davud, İbni Macə, Termezi, Nəsai, Əhməd, Təyalisi və Buxari də nəql etmişlər.

Ovs ibni Səqəfi deyir: Biz Mədinə məscidində idik. Bu zaman həzrət Rəsuli-əkrəm (s) oraya varid oldu, bir kişi ona yaxınlaşıb nə isə bir söz dedi və Peyğəmbər də (s) onun cavabında buyurdu: Get de onu öldürsünlər! O kişi gedib yenidən qayıtdı. Həzrət Peyğəmbər (s) onu yanına çağırıb buyurdu: O, Allahın birliyinə və mənim peyğəmbərliyimin həqqaniyyətinə şəhadət verirmi?

Dedi: Bəli!

Peyğəmbər buyurdu: İndi ki, belədir, get onlara de ki, onu öldürməyib azad etsinlər. Çünki mən Allah tərəfindən insanların Onun birliyinə və mənim peyğəmbərliyimin həqqaniyyətinə şəhadət vermələrinə əmr olunmuşam. Bu iki həqiqətə e᾽tiraf etdikləri zaman can və malları amanda qalacaq və gördükləri bütün işlərin müqabilində ilahi qanunlara müvafiq olaraq cəzalandırılıb-mükafatlandırılacaqlar.

Bu rəvayəti Əbu Davud, Təyalisi, Əhməd Darmi və Təhavi də nəql etmişlər.

İBADƏTDƏN MƏQSƏD VƏ ONUN NÖVLƏRİ

Koleyni İmam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: İbadət üç qismə bölünür: Bə᾽ziləri Allahdan qorxduqları üçün Ona ibadət edərlər. Bu, qul və kölələrin ibadətinə bənzəyir. Bə᾽ziləri Allaha savab və qazanmaq üçün, muzdurlar kimi nə isə əldə etmək məqsədi ilə ibadət edərlər. Bə᾽ziləri də Allaha saf niyyətlə, eşq və məhəbbətlə ibadət edərlər. Bu isə azad insanların ibadətidir.

Bu mətləbi bir qədər fərqli bəyanla İmam Əli (ə) belə buyurmuşdur: «Bə᾽ziləri Allaha tacirlər kimi nəyinsə müqabilində (maddi maraq olmaqla), bə᾽ziləri kölələr kimi qorxu üzündən, bə᾽ziləri də azad insanlar kimi, onlara nəsib olan ne᾽mətlərin şükrünü yerinə yetirmək üçün ibadət edərlər.[2]

 

ƏMRUN BƏYNƏL-ƏMREYN MƏSƏLƏSİ

Həsən və Şami deyir: İmam Rza (ə)-dan soruşdum: Allah-taala bütün işləri insanların öz öhdələrinə buraxmışdır? Buyurdu: Xeyr. O, təsəvvür olunandan daha uca və daha tədbirlidir və bütün işləri heç də insanların öz öhdələrinə buraxmamışdır.

Dedim: Demək, Allah-taala insanların bütün işlərinə dəxalət edərək onları günah etməyə məcbur edir.

İmam Riza (ə) cavab verdi: Xeyr. Allah-taala bütün bu yanlış təsəvvürdən uca və münəzzəhdir. Sonra sözlərinə davam etdi: «Ey Adəm övladları, Mən sənin xeyirxah işlərinə, sənin özündən daha yaxınam (agaham). Çünki gördüyün bütün işləri ixtiyarına qoyduğum güc və qüvvə və bacarıqla həyata keçirirsən və tutduğun günah işlərə sən Məndən daha çox yaxınsan. Çünki insan bütün günah işləri Allahın ona bəxş etdiyi güc və bacarıqla əncam verir.»

ŞƏFAƏT HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR

Şəfaət haqda bir çox hədis və rəvayətlər nəql olunmuşdur. Biz nümunə olaraq onlardan bir neçəsinə işarə etdik. Bu məzmunda nəql olunmuş rəvayətlərdən biri də Peyğəmbərin (s) buyurduğu — «Hər bir peyğəmbərin [ümmətin şəfaət olunması üçün] dua etmə haqqı olmuş və etdikləri dualar Allah-taalanın dərgahında qəbul olunmuşdur. Lakin mən ümmətimin şəfaət olunmasında edəcəyim duanı qiyamət gününə saxladım»— hədisidirş

Bu hədis aşağıdakı mənbələrdə nəql olunmuşdur:

“Səhihi-Buxari” (dua fəsli), 1-ci cild, 145-ci səh. “Səhihi-Müslüm”, 1-ci cild, 130-cu səh. (Cabir və Ənəsə istinad olunmadan).

Malik ibni Ənəs «Muvəttə», 1-ci cild, 166-cı səh (Əbu Hüreyrədən). Əhməd ibni Hənbəlin «Müsnəd» kitabı, 2-ci cild, 215-313, 181, 396, 109, 426, 486-cı səh.

 

 

 



[1] Ibni Ruzbәhanın tәfsiri, 21-ci Hind çapı.

[2] Nәhcül-bәlağә, 229-cu hikmәt.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment