Azəri
Thursday 18th of April 2019
  792
  0
  0

Vahabi etiqadının yeni təhlili(1)

Vahabi etiqadının yeni təhlili(1)

Bismillahir Rəhmanir Rəhim

Müqəddimə

On iki il bundan öncə “Vahabi etiqadının yeni təhlili” adlı kitab yazılmışdı. Bu günə qədər Qum Elmi Hövzəsi İslami Təbliğat Müəssisəsinin mərkəzi nəşriyyatı tərəfindən üç dəfə çap olunub yayımlanmışdır.

Kitabın dördüncü çapı zamanı onun fəsilləri barəsində yeni fikirlər irəli sürüldü ilahi yardımlar sayəsində işə başlayıb kitaba yeni məsələlər nəzəriyyələr əlavə olundu.

Bu kitabın xüsusiyyəti

Bu kitab vahabi etiqadını şiə sünnə əhli ilə müqyisələndirib onların əsas məsələləri barəsində müzakirəyə çalışmışdır. Bundan əlavə, kitabdakı sitatlar Məkkə Mədinə şəhərlərində çap olunmuş bu kitablardır:

1. “Fəthul Məcid”; Şeyx Məhəmməd bin Əbdül Vəhhab bu hərəkatın başçılarındandır kitabın əsas müəllifidir Şeyx Əbdül Rəhman bin Həsən Alul Şeyx kitaba şərh yazmış, Əbdullah bin Baz isə ona çıxarış vermişdir.

2. “Əl-əsilətu vəl əcvibətul usuliyyə”; bu əsərin yazıçısı Əbdül Əziz Məhəmməd Sultandır.

3. “Ət-tovhid bil-luğətul farsiyyə” (27-ci nömrə) Səudiyyə Ərəbistanı çapə Xeyriyyə İrşad müəssisəsi çap edərək 1374-cü Günəş ilində iranlı ziyarətçilərə pulsuz paylanmışdır.

Bu mənbələrdən əlavə, sunni şiə alimlərinin digər kitablarında işarə olunmuşdur.

Qarşınızda olan kitabın içindəkilər vahabilərin şiə Məsum İmamlar (ə) haqqında baxış nəzərləridir. Lakin bu o demək deyildir ki, vahabilər fikir, əqidə, hətta uctimai siyasi nöqteyi nəzərindən sünnə əhli ilə ixtilafa malik deyildirlər. Əlbəttə, bu barədə söhbət açacağıq.

Vahabiyyət bir hərəkatdırmı?

Bu günə qədər müsəlmanlar arasında çoxlu hərəkatlar, inqilablar, dini-ictimai dirçəlişlər baş vermişdir. Bunlardan bəziləri sırf siyasi mahiyyət daşımışdır. Hökumətdə heç bir üstünlük olmadan hökumət növünün dəyişməsini misal çəkmək olar. Bəziləri dini quruluşa düzəlişlər vermək üçün yaranmışdır. Bəziləri isə həm dini, həm ictimai həm siyasi mövqe daşımışdır. Məsələn, İran İslam İnqilabını sırf hərəkat dirçəliş kimi qələmə vermək düzgün deyildir. Çünki bütün etiqadi, şəxsi ictimai sahələri öz təsiri altına almışdır. Həqiqətən elə “inqilab” ifadəsinin bu kimi hərəkatlara şamil olması düzgündür.

Qeyd olunan sualın cavabında belə deyilməsi gərəkdir: Həqiqətən vahabiyyət bir din məzhəb şəklində zahir olan, lakin xüsusi ictimai nəticələr yaradan siyasi bir oyanışdır. Əlbəttə, son nəzər ictimai siyasi elmlər ixtisasçılarının öhdəsinə düşür.

Bir neçə məsələ

Vahabi məzhəbi bir neçə adla tanınmışdır. Bu adlardan biri olan “Sələfiyyə”ni nümunə gətirmək olar. Çünki, onların etiqadları budur ki, müsəlmanlar (bu günkü zamanda) dinə düzəliş verib öz əqidələrinə qayıtsınlar. Bunun üçün onlar islamın ilk illərinə dönməlidirlər. (Sələf keçmiş mənasında işlənir). Sələf mövzusunu ilk dəfə olaraq İbn Teymiyyə meydana çıxarmış onun dedikləri vahabi əqidəsinin mənşə əsası hesab olunur.

“Vahabiyyət” siaysi, ictimai dini məsələlərdə Şeyx Məhəmməd bin Əbdül Vəhhabın ardıcıllarından olmaq deməkdir. Çünki, o din cəmiyyətin islah olunma yollarını öz ardıcıllarına öyrətmişdir. Bu iki (Vahabi Sələfi) firqənin davamçıları Əhməd bin Hənbəlin ardıcıllarıdır. Bu bölümə “Zahiriyyə” demək mümkündür. Ona görə ki, Quran rəvayətləri tərcümə etdikdə yalnız onların zahiri mənası ilə kifayətlənirlər. Məsələn, əgər Qurani Kərim

جاء ربك و الملك صفّا صفّا

Buyurursa, onlar Qiyamət günündə Məhşər əhlinin Onu (Allahı) görə biləcəyi şəkildə gələcəyini söyləyirlər.

Bu kitab yuxarıda qeyd olunan ünvanlar barəsində ətraflı izah verərək bu sahədə İmamiyyə etiqadını bəyan etmişdir. Hər hansı surətdə olursa olsun, dolaşıq elmi sübutlardan çəkinmək şərti ilə sadə dillə bəyan etməyə səy göstərilmişdir. Haqq Həzrətlərinin Sahibul Əmrin bu kitaı qəbul edəcəyinə ümid bəsləyirik.

Məhəmməd Hüseyn İbrahimi,

Qum Elmi Hövzəsi.

BİRİNCİ SÖHBƏT

Islam, din birlik

Qurani Kərimin bütün insanları (müsəlman, yəhudu, xristian və...) birliyə dəvət edir bu birlik Peyğəmbərin (s) şəxsiyyətinə, yaxud Kitab əhlinin xüsusi bir bölümünə aid deyildir:

 يا اهل الكتاب تعالوا الى كلمة سواء بيننا و بينكم الا نعبد الا الله و لا نشرك به شيئا و لا يتخذ بعضنا بعضا اربابا من دون الله"[1]

“Ey Kitab əhli! Sizinlə bizim aramızda olan yeganə ortaq sözə gəlin ki, Allahdan başqasına sitayiş etməyib heç kəsi Ona şərik seçməyək bizlərdən bəzilərimiz bəzilərimizi Allah əvəzi bilməyək”.

Qurani Məcid monastr, məbəd (yəhudilərin ibadətgahı), kilsə (xristianların ibadətgahı) məscidi bir cərgədə vurğulayır. Çünki, onların hamısında Allahın adı çəkilir. Elə buna görə Pərvərdigar bütün bu məkanlara ehtiram müqədəsliklə nəzər salmışdır.

Qeyd olunan mübarək ayə hamını birliyə dəvət etməsinə baxmayaraq müsəlmanların bir-birləri ilə bağlılıqlarına da çox təkid etmişdir. Ona görə ki, müsəlmanlar Tovhid, Nübuvvət, qiblə bu kimi birlikdən əlavə, dinin bəzi sahələrində (füruud-dində) şərikdirlər. Bunun üçün digər dinlərə nisbətən, birlik vəhdətlə əlaqədar olaraq onlar arasındakı elmi, mədəni, siaysi s... mübadilələr imkanı daha əlverişlidir.

Kimdən uzaqlaşmaq?

Rəsulullahın (s) rəftarı bizim hamımız üçün örnək, öncül və höccətdir. O həzrət öz mehribançılıq, böyüklük çalışqanlığı ilə əksər camaatın bütpərəst olduğu hicazlılara islamı qəbul etdirməyi bacarmışdır.

Islamı qəbul etdikdən sonra onlardan bəziləri münafiqcəsinə o həzrətlə qarşılaşmağa başladılar. Rəsulullah (s) isə onlarla müharibə etməyə əmr olundu. Onlar zahirdə islamı qəbul edib, niyyət əməldə o əzəmətli şəxsiyyətlə mübarizə edən şəxslər idilər. Bununla belə Peyğəmbər onlarla sülh yolu ilə davranırdı. Onun bu işdə məqsədi məmuriyyətini başa çatdırması, Qurani Kərimi tanıdıb, onun hökmlərini icra etmək idi. Bu, elə məsum imamların qarşıya qoyduqları yol idi onlar heç bir zaman müsəlmanlar arasında müxalifətçiliyə razı olmazdılar.

Biz Əlinin (ə) “Nəhcül-Bəlağə”də özündən öncəki xəlifələri qınadığının şahidi olsaq da belə, digər mövqelərdə onları təriflədiyini müşahidə edirik. Bu isə yalnız imamiyyə etiqadının genişlənməsi fikir azadlığı yaratmaq xatirinə idi. Belə nəticəyə gəlmək olar ki, indiki əsrdə şiə sünnü ixtilaflarını araşdırmağın fayda vermədiyi bir halda, hətta əvəzolunmaz zərərlərlə nəticələnməsi mümkündür.

Əslində şiə sünnü arasında birlik vəhdət hər iki məzhəbin, xüsusilə, özünün fikir, mədəniyyət, fiqh, təfsir əqidəsini məhdudlaşdırmayan şiənin mənafeyinə daha uyğundur. Müsəlmanları olan ölkələrə diqqət etmək bu deyilənləri təsdiqləyir. Çünki, şiənin böyük alimləri, o cümlədən Şeyx Mufid, Şeyx Tusi, Əlllamə Hilli Təbatəbai Ustad Mütəhhəri kimi alimlərin kitabları bu ölkələrdə daha çox gözə çarpır.

Şiə sünnü məzhəbinin birliyi sayəsində şiə mədəniyyəti təfəkkürünün islam dünyasında yayılması, nəticədə isə bu iki firqənin bir-biri ilə daha da yaxınlaşması yolları açılacaqdır.

Vahabilər digər firqələrdən daha çox belə birlikdən qorxurlar. Bu səbəbdən, həcc mərasimi zamanı bütün dini kitabların, o cümlədən Quran (fars dilində tərcüməsi), təfsir, tarixi rəvayi kitablar, hətta İranın qəzet jurnallarının ölkəyə daxil olmasının qarşısını alırlar. Onlar bu kitabların içində onların siyasətlərinə, xüsusilə etiqadlarına zidd olan həqiqətlərin olduğundan qorxurlar. Halbuki bunlar heç islamın həqiqətləri ilə təzadlı deyildir.

Onlar dünyagörüşü nöqteyi-nəzərindən həm şiə həm sünnnə əhlinin dörd firqəsi ilə müxalifdirlər. Elə bu səbəbə görə şiə sünnə əhlinin vəhdətinin əleyhinə kitablar yazır, təbliğat aparır bu məsələnin mümkün olmadığını cilvələndirirlər. Onlar: “Biz Quran ayələrini mənalandıran iki Şeyxə ehtiramsızlıq göstərən şəxslərlə heç vaxt anlaşmayacağıq” iddiasındadırlar.

Nə üçün Vahabiyyət tanınmalıdır?

Vahabiyyətin vəhdətçilik anlayışı ilə ziddiyyətli olan hərəkat “vəhdət həftəsi”ndə özünün ən yüksək nöqtəsinə ucalır. Onların bu fitnəli niyyətlərinə ən gözəl cavablardan biri həc ziyarət karvanları ruhanlərinin daha çox vəhdətə çağırmaları, onlarla qarşılaşdıqda necə rəftar etmələri barədə məlumata sahib olmaları, mübahisə yaxud müzakirə zamanı düşünərək necə tutarlı cavab vermələridir.

Sünnə əhlinin ardıcılları olan bəzi həmvətənlərimizin onların rəhbərlərinin nəzərlərini dəqiqliklə müqayisə etmələri gərəkdir. Ona görə ki, bu şəxslər vahabilərin onlarla da əks fikirdə olduqlarını bilməlidirlər. Hətta onlar bir çox sünnə etiqadının şirk, ya küfr olduğunu söyləyirlər. Həqiqətdə vahabiyyət siyasi bir hərəkat olub, özünü məzhəb şəklində sünnə əhlinə qovuşdurmaqla islami məzhəblərin vəhdətlərinin qarşısını almaq, müsəlman millətlərinə müstəmləkəçi hakimiyyətini əbədiləşdirmək, xüsusilə iki əsas firqə olan şiə sünnü firqəsi arasında ayrılığı daha da gücləndirmək istəyir.

Təəssüflər olsun ki, vahabiyyət Ərəbistanın qızıl yataqları olan torpaqlarına sahib olmaqla, Allahın bəxş

etdiyi çoxlu sərvətlərə arxalanmaqla qüdrətli cərəyan kimi fəaliyyət göstərməyə nail olmuşdur. Həmçinin, dünyada öz məramlarını həyata keçirib təbliğ etmək üçün saysız-hesabsız təşkilat müəssisələr yaratmışdır. Çox zaman fəqirlik maddi imkansızlıqdan əziyyət çəkən İran Pakistanın sünnə əhli yerləşən regionlarda kapital qoyuluşu edirlər. Onlar elmi mədrəsələr tikir tələbələr üçün külli miqdarda pullar xərcləyərək onları vahabiçilik siyasətinə tərəf cəzb edirlər. Beləliklə İranın sərhəd zonalarında yaşayan sünnə əhli çox zaman istismarşı vahabiyyətin təbliğatı təsirinə məruz qalırlar.

Ələvi şiəsi ilə Məhəmməd (s) sünnəsinin əl-ələ verib düşmənə qarşı ayağa qalxdığı, istismarçı qüdrətini vahabiyyət simasının arxasında aşkarcasına müşahidə etdikləri bir gündə şiə sünnü alimlərinin vahabiyyət barəsində lazımi tədqiqat aparmaları zərurəti duyulur. Alimlər bu yeni dəstənin (vahabiyyət) yalnız şiə ilə deyil, sünnə əhli ilə müxalif olduqlarını bilməlidirlər. Vahabilər həmişə sünnü qardaşların tərəfdarı olub onlarla dost əlbir olduqlarını göstərməyə çalışırlar. Habelə, alimlər vahabiləri şiə ilə ayıran məsələlərin şiə sünnü arasında ümumi müştərək məsələlər olduğunu, vahabidənsə, sünnə əhlinin şiəyə daha yaxın olduğunu nəzərə almalıdırlar.

Vəhdət və rəhbərlər

Keçmiş onilliklərdə müsəlmanların birliyini öz məqsədi şüarı edən şəxslər var idi. Onlar ya bu dəyərli arzuya nail olmadılar, ya da ki, bu arzunu həyata keçirmək üçün atdıqları addım zəif ibtidai idi. Son zamanlarda Ayətullah Brucerdi (rəhmətullah) “Cameətut-təqrib beynəl məzahibul islami” şüarı istəyinə müsbət cavab vermişdir. Digər alim fəqihlər bu alimin seçdiyi yola öz müsbət nəzərlərini bildirirlər. Bu sahədə İmam Xomeyninin (rəhmətullah) səyləri heç kəsə gizli deyildir. Indiki dövrdə isə Ayətullah Xameneyi bu vəhdətin daha da yayılması üçün “Cameətut-təqrib” vəhdət barəsində özü-özlüyündə böyük ümidverici yeni nəzəriyyələr irəli sürmüşdür.

Qeyd etmək lazımdır ki, keçmiş şiə fəqih alimləri (o cümlədən, şeyx Tusi, Şeyx Mufid Seyid Murtuza Ələmul Huda) şiə sünnü məzhəblərinin vəhdətinə təkidlə yanaşaraq bu sahədə dəyərli kitablar yazmışlar. Məsələn, “Əl-Xilaf” kitabı bu iki məzhəbin əqidəsindəki müştərək məsələləri sadalayır. Ya da Əllamə Hilli şiə sünnə əhlinin dörd firqəsinin fiqhi əsasında “Təzkirətu-Fuqəha” adlı kitabını yazmışdır.

Bütün bunlar fiqhi nəzəriyyələrin qovuşub yaxınlaşması fiqh alimlərinin bir-birlərini anlaması istəyidir. Əlbəttə, hal-hazırda sünnə əhli tərəfindən Fürud-din fiqh sahəsində şiə sünnü nəzəriyələri külliyyatı olan ensiklopediyalar yazılmışdır. “Mosuətu Cəmalu Əbdun Nasir vəl fiqhu ələl məzahibul xəmsə” bu kimi kitabları nümunə gətirmək olar.

 



[1] Ali İmran (3), 64-cü ayə.

  792
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment