Azəri
Wednesday 24th of April 2019
  2392
  0
  0

Uşaq tərbiyəsi

Uşaq tərbiyəsi

Uşaq- anlayışı bizim qalmağımız və gələcəyimiz deməkdir. Sağlam uşaq hər bir evin sevgi və qalması deməkdir. Hər bir körpə ailəyə xoşbəxtlik və fərəh gətirir. Amma bu həmişə belə olmur. Bəzən onlar ailələrinin bədbəxt olmalarının da səbəbkarı olurlar. İslama görə Həm valideyinlər və həm uşaqların özünəməxsus vəzifələri var. Hər iki tərəfdən biri bu öhdəlikləri layiqincə yerinə yetirmədikdə promlemlər üzə çıxır. Məhz bu növ problemlərin qarşıya çıxmaması üçün Hər iki tərəf öz vəzifə və öhdəliklərini kifayətcə mənimsəməlidirlər.

Uşaq aləmi tam fərqli və özəl bir aləmdir. Düzdür hamı uşaq olur və sonra böyüyür, amma hamı uşaqlığını tam şəkildə və bütövlükdə araşdıra və təhlil edə bilmir. Buna əsasən Hazırda Psixologiya elmində "Uşaq Psixologiyasi" deyilən bir yeni fakultə də formalaşmışdır. Çünki hazırda isbat olunub ki, uşaqlıqda kifayət qədər kam ala bilməyən uşaqlar, həmin məsələnin kin və küdurətini həyatının sonuna qədər özündə saxlayır. Amma beynin gizli və arxa hissəsində onlar qorunur. Ola bilsin ki, heç vaxt onu şəxsin özü də bilə- bilə hiss etməsin. Amma analiz etdikdə onu üzə çıxarır.

Yaxşı uşaq ata- anasının başını uca etdiyi kimi, onların zəif və aciz olduqları qocalıq dönəmində də valideyinləri üçün bir dayaq və arxa olur. Ata- ana uşaqların tərbiyəsində çox səy göstərərlərsə, bir zaman zəhmətlərinin meyvəsindən gözəl şəkildə bəhrələnəcəklər. Eyni şəkildə, əgər bu məsələdə qəflət və tənbəllik nümayiş etdirsələr, nəticədə zərərini görəcəklər.

Bu kitabı tərcümə etmək demək olar ki, bu zəmində və bu məqsədlə baş vermişdir. İslamın uşaq və körpəyə olan qayğısını bilib və ona həyatımızda əməl etmək, bu kitabın tərcüməsinin əsas hədəfidir. Fikrimizcə Quran və məsumlardan olan hədisləri olduğu kimi nəql edib və tərcümə etmək də, insanlarda daha da müsbət təsir bağışlayacağına əmin olub bu kitabın tərcüməsinə başladım.

 

Saleh övlad arzusu insanda fitri- təbii bir istəkdir. Hamının ürəyindən ləyaqətli, sağlam ruh və cismə malik övlad arzusu keçir. Hətta pis, azğın insanları belə övladlarının yaxşı taleyi düşündürür.

Qur`an təfəkkürü sayəsində tərbiyə alanların isə baxışları daha geniş olub, övladlarının sağlam tərbiyəsi ilə barabər onların başqaları üçün rəhbər, nümunə və örnək olmalarına da əhəmiyyət verirlər. Onlar mehriban Allahın dərgahından belə təmənna edirlər:

وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا

“Və o kəslər ki, “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!” – deyərlər.”[1]

Burada mühüm məsələ odur ki, görəsən, bu böyük arzuya çatmaq mümkündürmü? Yaxud dualarımızın həyata keçməyi üçün nə etməliyik?

Deməliyik ki, övlad tərbiyəsində üç əsas zəruridir:

1. Sağlam ailə mühiti.

2. Uşağın hüquqları.

3. Uşağın vəzifələri.

Bu kitab üç hissədə həmin əsasları Qur`an və İslam rəhbərlərinin göstərişlərinə əsasən araşdırır:

Birinci hissə dörd fəsildən ibarət olub, cəmiyyətin sağlam ailə mühiti yaratmaqda və övlad tərbiyəsində mühüm rolu, övladın cismi-ruhi səadət və sağlamlığında ata-ananın yeməyi, onların İslam rəhbərlərinin buyruqlarında övladın gələcəyinə dair cinsi münasibətlərinin keyfiyyətini əhatə edir.

İkinci hissə altı fəsildən ibarət olub, İslam nöqteyi-nəzərindən uşağın hüquqlarını araşdırılır:

Birinci fəsildə körpənin hüquqlarına dair aşağıdakı məsələlər göstərilir: 1. təvəllüd mərasimi; 2. təvəllüd qüslü; 3. körpənin sağ qulağına azan, sol qulağına iqamənin deyilməsi; 4. körpənin kamına ilk olaraq Fərat suyu və ya imam Hüseynin (ə) türbətinin dadızdırılması; 5. körpəyə yaxşı ad qoyulması; 6. körpənin saçını qırxıb, ağırlığı qədər qızıl və ya gümüşün sədəqə verilməsi; 7. qurbanlıq; 8. sünnət mərasimi.

İkinci fəsildə südəmər uşaqların ana və ya layiqli dayə tərəfindən südlə qidalanması haqda göstərişlərə, körpənin hislərinə düzgün yanaşma və sairə toxunulur.

Üçüncü fəsildə təlim-tərbiyənin başlıca hüquq kimi əhəmiyyəti, bu işdə dövlət və ailələrin məs`uliyyətli rolu və digər mühüm incəliklər (uşağın tərbiyəsində növ və İslam tərbiyə metodları) göstərilir.

Dördüncü fəsildə tərbiyəvi hüquqlar sırasında uşaqla mehriban rəftar, ona ehtiram, müraciət qaydaları, övladlar arasında hüquqlar, onlara verilən və`dələr, qayğılar kimi əxlaq normaları açıqlanır.

Beşinci fəsildə tərbiyəçi müəllimlərin uşaqlara zövqi hislərin aşılaması, normal inkişafda oyun və əyləncənin rolu araşdırılır.

Altıncı fəsildə övladların taleyində dua və qarğışın rolu və tərbiyəvi əhəmiyyəti göstərilir. Buna aid hüquqlarla bərabər fəslin sonunda imam Səccadın (ə) övladları üçün duası dəyərli nümunə kimi verilir.

Üçüncü hissədə uşaqların vəzifələri ilə əlaqədar tərbiyəçi müəllimlərin onlarda məs`uliyyət hislərinin aşılaması qarşıya çəkilir. Bu hissə dörd fəsildən ibarət olub, uşağın şəxsi və ata-ana, müəllimlər, özündən böyüklər, dostları qarşısında vəzifələrindən söz açır.

Deməliyik ki, bu kitab valideynlər, tərbiyəçi müəllimlər və təlim-tərbiyə ocaqları üçün nəzərdə tutulmuşdur. Bu əsərdə uşağın təlim-tərbiyəsi ilə bağlı Quran və hədislərdən ən mühüm göstərişlər müəyyən şərhlərlə yanaşı verilib və şübhəsiz, övlad tərbiyəsi ayrıca geniş kitaba ehtiyac duyduğundan bunun özü həmin sahədə digər kitablar üçün dəyərli sərmayə ola bilər.

Yeri gəlmişkən, kitabın tərtib və təhqiq işlərində əməkdaşlıq göstərən “Hədis elmləri və maarifi” tədqiqat müəssisəsinə, hədislərin tərcüməsində həmkarlıq edən hörmətli alim Abbas Pəsəndidəyə xüsusi minnətdarlığımızı bildirir və mütəal Allahdan hamımıza layiqli mükafat diləyirik!

İlahi bizdən bunu qəbul et ki, həqiqətən, Sən eşidən və bilənsən!



[1] Fürqansurəsi, ayə: 74.

  2392
  0
  0
امتیاز شما به این مطلب ؟

آخرین مطالب

      با افتتاح سی ودومین نمایشگاه بین المللی کتاب؛ نشر ...
      گزارش تصویری/ سخنرانی استاد انصاریان در مسجد جامع آل ...
      گزارش تصویری/ سخنرانی استاد انصاریان در حسینیه هدایت ...
      استاد انصاریان: دعا عامِل رفع گرفتاری‌ها، سختی‌ها و ...
      مدیر کتابخانه تخصصی امام سجاد(ع)؛ بیش از 700 نسخه خطی ...
      در آستانه ولادت حضرت امام سجاد علیه السلام؛ تفسیر و ...
      استاد انصاریان تبیین کرد: خداوند در چه صورتی چشم و گوش ...
      نگاهی به کتاب «تواضع و آثار آن» اثر استاد انصاریان
      اعلام برنامه سخنرانی استاد انصاریان درماه شعبان ...
      استاد انصاریان: کنار اسلام دین‌سازی نکنید/ داروی حل ...

بیشترین بازدید این مجموعه

      کودکی که درباره یوسف و زلیخا شهادت داد و جبرئیل را ...
      متن سخنرانی استاد انصاریان در مورد امام علی (ع)
      متن سخنرانی استاد انصاریان در مورد حجاب
      عکس/ پرچم گنبد حرم مطهر امام حسین(ع)
      مطالب ناب استاد انصاریان در «سروش»، «ایتا»، «بله» و ...
      استاد انصاریان: لقمه حلال نسخه شفابخش همه بیماری ها و ...
      استاد انصاریان: کنار اسلام دین‌سازی نکنید/ داروی حل ...
      اعلام برنامه سخنرانی استاد انصاریان درماه شعبان ...
      نگاهی به کتاب «تواضع و آثار آن» اثر استاد انصاریان
      استاد انصاریان: دعا عامِل رفع گرفتاری‌ها، سختی‌ها و ...

 
user comment