Azəri
Sunday 24th of March 2019
  573
  0
  0

USTADIN XATIRӘSI

USTADIN XATIRӘSI

Ömrümdə gördüyüm ən böyük şəxsiyətlərdən, doğrudan da pərhizkarlıq, ibadət və yəqin əhllərinin simvolu və keçmiş alimlərin saleh davamçısı olmuş ustadım mərhum Hacı Mirzə Әliağa Şirazidən bir yuxu xatirəm var ki, məncə onu nəql etmək faydasız olmaz.

1321-ci ilin (1942-ci il) yayında Qumdan Isfahana getdim və onunla birinci dəfə Isfahanda tanış oldum. Әlbəttə, bu tanışlıq sonralar mənim ona qarşı çox güclü məhəbbətimə və onun mənə qarşı ustad və atalıq lütf və mərhəmətinə çevrildi. Bir gün o, ziyarət üçün Quma gəlmişdi. Həmin müddətdə ustad bizim otağımızda qalırdı və onu sevən böyük alimlərin hamısı onunla orada görüşürdülər.

Mən ilk dəfə Isfahana gedəndə həmin şəhərdən olan, düz iyirmi il bir yerdə dərs oxuduğum və indi Qum dini mədrəsələrinin böyük müəllim və müctəhidlərindən olan əziz dostum mənə dedi ki, Sədrəddin mədrəsəsində böyük bir alim var və Nəhcül-bəlağədən dərs deyir, gəl onun dərsinə gedək. Bu təklif mənim üçün ağır idi. Çünki, fikirləşirdim ki, «Kifayətul-üsul» oxuyan tələbənin Nəhcül-bəlağə dərsinə getməyə nə ehtiyacı var?! Nəhcül-bəlağəni özüm oxuyub «bəraət və istishab» qanunları ilə məsələlərimi həll edərəm. Yay tə`tili günlərində heç bir işimizin olmadığından və həmçinin bu təklifi əziz dərs yoldaşım verdiyi üçün oraya getdim və tezliklə öz səhvimi başa düşdüm. Başa düşdüm ki, mən Nəhcül-bəlağəni başa düşməmişəm və indi nəinki onu ustadla oxumağa ehtiyacım var, hətta onu dərs vermək üçün düz-əməlli bir ustadın olmamasını da e`tiraf etməliyəm. Bundan əlavə gördüm ki, təqva və mə`nəviyyat əhli olan elə bir şəxsiyyətin qarşısındayam ki, biz dini tələbələrin dili ilə desək, «onu görmək üçün uzaq yollardan səfər etməyə dəyən» adamlardandır.

Onun özü, canlı bir Nəhcül-bəlağə idi. Nəhcül-bəlağənin nəsihətləri ruhunun dərinliklərinə işləmişdi. Mən həmin şəxsin Әmirəl-mö`minin əleyhissalamın ruhu ilə bağlı olduğunu hiss edirdim. Mən doğrudan da, həmişə hesablayanda, özümün ən böyük ruhi azuqəmin həmin şəxsin söhbətindən olmasını görürəm. Allah ondan razı olsun və onu pak imamlar və övliyalar ilə məhşur etsin.

Mənim həmin şəxsdən böyük xatirələrim var və onlardan biri, indi nəql etmək istədiyim yuxudur. O bir gün dərs əsnasında göz yaşları ağ saqqalına süzüldüyü halda bu yuxunu nəql etdi.

«Yuxuda gördüm ki, ölümüm çatıb. Mən yuxuda ölümü bizə deyilən kimi gördüm. Özümü bədənimdən ayrı görür və bədənimin qəbristanlıqda dəfn edilməsini müşahidə edirdim. Məni qəbristanlığa apararaq dəfn edib getdilər. Tək qaldım və nə olacağından nigaran idim. Birdən, bir ağ itin qəbirə daxil olduğunu gördüm. Həmin vaxt bu itin mənim kobudluğumun təzahürü olmasını və indi mənim yanıma gəlməsini hiss etdim. Nigaran oldum. Özümü itirmişdim və nə etmək lazım olduğunu bilmirdim, elə bu zaman həzrət imam Hüseyn (ə) gəldi və mənə dedi ki, qorxma, mən onu səndən ayıraram. «(Mərhum Hacı Mirzə Әliağa Peyğəmbər (s) və onun pak Әhli-beytinə (ə) çox bağlı olub. Böyük müctəhid, filosof, ədəbiyyatşünas, arif və təbiblərdən sayılan bu böyük insan hətta, qədim tibb və ədəbiyyat kimi bə`zi sahələrdə birincilərdən sayılıb və Ibni Sinanın «Qanun» kitabını tədris edib. O, həmçinin imam Hüseyn (ə) yolunun xidmətçilərindən idi. Minbərə gedər, moizə edər və dini müsibətlər oxuyardı. Çox az adam tapılardı ki, bu təqvalı və saf şəxsiyyətin minbərinə qulaq assın, amma batinən özündə bir dəyişiklik hiss etməsin. O, minbərdə moizə edəndə, Allah və qiyamətdən danışanda mə`nəvi və ruhi dəyişiklik halında olar, Allah, Peyğəmbər və Әhli-beyt məhəbbəti, onu özünə tərəf çəkərdi. Allahı zikr etməklə halı dəyişərdi. O, Allah-taalanın bu ayəsinin nümunəsi idi:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ

«Mö`minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.» (Әnfal-2). Peyğəmbər (s) və ya Әmirəl-mö`mininin (ə) adını çəkəndə göz yaşı tökərdi. Bir dəfə Ayətullah Bürucirdi, onu Aşura ongünlüyündə keçirdiyi məclisdə söhbət etməyə də`vət etmişdi. Onun minbərləri xüsusi tərzdə keçərdi. Adətən, Nəhcül-bəlağədən kənara çıxmazdı. O, Ayətullahın evində minbərə gedərdi və iştirakçılarının əksəriyyəti elm əhli və tələbələr olan məclis, onun söhbətlərindən çox tə`sirlənərdi. Belə ki, o, söhbətə başlayandan qurtarana kimi məclisdə göz yaşı və hıçqırtı səslərindən başqa bir şey müşahidə edilməzdi.) Həmin yuxu məsələsində, şəfaət barəsində nöqtələr var ki, Allahın köməyi ilə gələn fəsildə ona toxunacağıq.

NӘTICӘ

Günahla cəzanın tənasübü barəsindəki iradın cavabını belə xülasə etmək olar ki, tənasübün riayət edilməsi, ictimai və şərti cəzalarda mə`na verir. Qanunverici bu növ cəzalarda cinayətlə cəzanın mütənasib olmasını nəzərə almalıdır. Amma əməllə təkvini əlaqə və bağlılığı olan cəzalarda, yə`ni cəzanın əməlin həqiqi nəticə və əsəri olan yerlərdə və ya günahla eynilik və vəhdəti olan cəzalarda, yə`ni cəza, əməlin özü olanda, tənasübün olub-olmaması barəsində danışmaq mümkün deyil.

«Necə ola bilər ki, Allah bizə çox kiçik günahlara görə böyük cəzalar versin?» deyən Rassel, axirətin dünya ilə olan əlaqəsinin şərti və ictimai əlaqələr növündən olmamasını dərk etməyib.

Rassel kimilər Islam maarifi və həqiqətlərindən uzaq və xəbərsizdirlər. Onlar hətta ilahi maarifin əlifbası ilə belə tanış deyildirlər. Rassel kimilər yalnız xristian dünyası ilə tanışdırlar. Onlar Islamın fəlsəfə, irfan və digər dərin maarifindən azacıq da olsa, agahlığa malik deyildirlər. Rassel, Islam maarifi ilə azacıq tanışlığı olanların gözündə, Islam və şərq fəlsəfəsi sahəsində orta məktəb şagirdi qədər də saya gəlmir.

Islam, öz qoynunda çox böyük şəxsiyyətlər — bu dünyada olduqları halda axirətlə tanış olan və Rassellərin təsəvvürlərindən çox yüksək həqiqətləri duyan insanlar yetişdirib.

Qur`an məktəbinin şagirdləri, axirət dünyasının cəzalarının bu dünyada olan əməllərlə eyni olması həqiqətini və həmin cəzanın dünya əməllərindən başqa bir şey olmamasını çox yaxşı öyrəniblər. Mövləvinin bu həqiqəti bəyan edən şe`rləri var. Bizim özümüzün moizə edilməyimiz baxımından, həmin şe`rləri nəql etmək yaxşı olar.

Mövləvi:

Ey Yusifin kürkünü yırtan; canavarlar bir-bir sənin xasiyyətin olublar və qüssədən sənin bədən üzvlərini yırtırlar; toxuduğunu həmin gün geyin və əkdiyini həmin gün ye; əgər tikanlardan yorulmusansa onları özün əkmisən və əgər ipəyin varsa onu özün toxumusan; əgər səndən məzluma zərər toxunubsa, o, cəhənnəmin zəqqum ağacına dönəcək; ilan zəhəri kimi acı olan bu sözlərin ilan və kərtənkələ olub ətəyindən yapışacaq.

Qur`ana, bu şagirdlərinə görə eşq olsun! Әgər Qur`an olmasaydı Mövləvi, Hafiz, Sənai, Әttar, Sə`di və başqaları da olmazdılar. Iranlıların iste`dadları, Islam nuru ilə parladı və Islam maarifini, bütün xalqlardan daha yaxşı dərk etmək fəxri, Iran xalqları üçün bəsdir. Söhbətimi Sə`dinin bu barədəki nəsihətləri ilə sona çatdırıram. (Məzmunu) Әkdiyimiz bu tikandan xurma yemək olmaz; əyirdiyimiz bu yundan ipək toxumaq olmaz; günah lövhəsinə üzürxahlıq xətti çəkmədik; böyük günahların kənarına yaxşı işlər yazmadıq; qocalıq və gənclik gecə-gündüz kimi keçdi; gecə oldu, gündüz gəldi, biz ayılmadıq; bizim qiyamətdə arxa və pənahımızın olacağı təəccüblü olar, çünki biz bu gün heç kəsə arxa-pənah olmamışıq; əgər qiyamət günü Xacə şəfaət etməsə, bəlkə çirkin olduğumuza görə daraqçıdan incimərik.


  573
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment