Azəri
Saturday 23rd of March 2019
  497
  0
  0

ӘMӘLIN CӘZASI

ӘMӘLIN CӘZASI

Ilahi ədalət bəhsində barəsində danışılmalı olan məsələlərdən biri də axirətdə əməllərə cəza verilməsi məsələsidir. Məad, yaxşı və pis əməllərə baxılması, yaxşı və pis iş görmüş insanlara əməllərinə müvafiq olaraq cəza verilməsinin özü ilahi ədalətin təzahürlərindəndir. Adətən məadın isbat edilməsi üçün gətirilən dəlillərdən biri də «Allah adil və həkim olduğu üçün insanların əməllərini hesabsız, cəza və mükafatsız qoymur» müddəasıdır.

Әmirəl-mö`minin Әli (ə) buyurur:

«Allahın zalımlara bir müddət möhlət verməsi mümkündür, amma onları heç vaxt boş buraxmayacaqdır. O, zalımların yolu üstündə dayanaraq sümük boğazı tutan kimi onların yolunu bağlayacaqdır».

Bu fəsildə söhbət Allahın ədalətli olması vasitəsi ilə məadı isbat etmək deyil. Әksinə burada söhbətimiz ilahi ədalət baxımından cəzaların keyfiyyətinə edilən iradlar barəsindədir. Deyirlər ki, axirət dünyası barəsində nəql edilən cəza formaları ilahi ədalətin ziddinədir. Çünki, həmin cəzalarda günahla cəza arasında tənasüblük yoxdur və cəzalar ədalətsiz formalarda icra edilir.

Bu iradda ilahi ədalətə dəlil hesab edilən cəza, ədalətə irad və hikmətə zidd kimi qiymətləndirilir. Bu iradın əsası, cəza qanunlarında cinayətlə cəza arasında tənasübə riayət edilməməsidir. Məsələn ədalət, yoldan keçən şəxsin başına zibil tökənin cəzalandırılmasını tələb edir. Indi həmin şəxs üçün nəzərdə tutulmuş cəzanın çox ağır, məsələn e`dam və ya həbs olmamasında heç bir şübhə yoxdur. Cinayətlə cəza arasında tənasüb prinsipinə əsasən, belə bir cinayət üçün ən çoxu bir həftə həbs cəzası kifayətdir. Bu kiçik işə görə həmin şəxsi səhra məhkəməsində mühakimə edib güllələsələr ədalətsizliyə yol vermiş olarlar. Cinayətlərə görə cəza verilməsi ədalətin zərurətlərindəndir, amma cinayətlə cəza arasındakı tənasübə riayət edilməsə, cəzanın özü bir növ ədalətsizlik olacaqdır.

Qeybət, yalan, zina, qətl və bu kimi günahlar cinayətdirlər və cəza tələb edirlər. Amma görəsən axirətdə onlar üçün müəyyənləşdirilmiş cəza növləri, həddən artıq kəskin deyilmi? Qur`an qətl üçün cəhənnəmdə əbədi qalmaq cəzası müəyyənləşdirib. Rəvayətlərdə nəql edilib ki, həmin şəxs cəhənnəm itlərinin yeməyi olacaqdır. Bu minvalla digər günahlar üçün də ağır və dözülməz cəzaların veriləcəyi qeyd edilib. Onlar keyfiyyətləri baxımından həddindən artıq çox ağır, zaman baxımından isə çox uzun müddətli cəzalardırlar. Indi irad budur ki, günahla onun üçün müəyyənləşdirilmiş cəza arasındakı tənasübsizlik, ilahi ədalətlə nə qədər düz gəlir?

Bu irada cavab vermək üçün müxtəlif cəza növləri barəsində söhbət edərək, axirət cəza növlərini tanımağımız lazımdır. Bu da əvvəlcə, mö`təbər Islam sənədləri və əqli dəlillərin imkanı çərçivəsində axirət dünyasının quruluşu və həmin dünyanın quruluşu ilə bu dünyanın quruluşu arasındakı fərqlər barəsində söhbət etməyimizi tələb edir.

IKI DÜNYA ARASINDAKI FӘRQLӘR

Görəsən axirət dünyasına da bu dünyaya hakim olan təbii qanun və əsaslar hakimdirmi? Görəsən bu dünya ilə axirət dünyası arasında fərq və ya fərqlər vardırmı? Axirət dünyası eynilə bu dünya kimidirmi və onun yeganə fərqi zaman baxımından bundan sonra gəlməsidirmi?

Bu iki dünya arasında fərqin mövcudluğu qətidir. Әgər oxşarlıqlar varsa, fərqlərin olması da inkaredilməzdir.

Onlar müxtəlif qanunların hakim olduğu iki həyat və iki dünyadırlar. Hökm çıxarmaqda tələsməyin, mən ilahi ədalətin dünyanın qanunlarından olub, axirətə aid olmamasını və orada zülmün rəva olmasını demək istəmirəm. Xeyr, bir qədər diqqət yetirsəniz mə`lum olar ki, mən digər bir mətləbi çatdırmaq istəyirəm.

Bu iki növ həyat arasında mövcud olan fərqləri göstərmək üçün əlimizdə heç bir misal yoxdur. Çünki hər hansı bir misalı gətirmək istəsək, onun bu dünya qanunlarına aid olması qaçılmaz bir iş olacaq. Amma zehnləri həmin məsələ ilə tanış etmək üçün bir qədər güzəştlə dünya və axirəti ana bətni ilə dünyaya oxşatmaq olar. Həmin misaldan bundan əvvəl də, başqa bir məqsəd üçün istifadə etmişdik.

Uşaq ana bətnində olanda bir növ həyat tərzinə, doğulduqdan sonra isə digər bir həyat tərzinə malik olur. Bu iki həyat tərzinin müştərək cəhəti, onların hər ikisində qidalanma xüsusiyyətinin olmasıdır. Amma ana bətnində olan döllə, dünyaya gələn uşağın qidalanması arasında fərq vardır. Uşaq ana bətnində bir bitgi kimi yaşayır. Bitgi öz kökü ilə qidalandığı kimi, uşaq da göbək vasitəsi ilə ananın qanından qidalanır və həmçinin nə ciyərləri ilə nəfəs alır və nə də mə`dəsi hansısa bir fəaliyyət göstərir. Amma bu dünyaya ayaq basan kimi, onun əvvəlki yaşayış tərzi dəyişir, həyatına başqa bir quruluş hakim olur. O, burada bir an belə əvvəlki kimi yaşaya bilmir və yeni yerləşdiyi bu dünyada nəfəs almalı və ağızı ilə yemək yeyərək qidalanmalıdır. Doğulmamışdan qabaq ciyərinə hava, mə`dəsinə isə yemək getsəydi o ölərdi. Indi isə bunun əksi olub. Indi əgər bir neçə an ciyərinə hava getməsə və bir neçə saat yemək yeməsə ölər. Uşaq doğulandan sonra onu əvvəlki şəraitdə, məsələn bağlı bir qutuda yerləşdirərək ona, göbək vasitəsi ilə qan vurmaq və onun ağız-burun yollarını bağlamaqla saxlamaq olmaz. Çünki uşağın yaşayış sistemi dəyişib və o, bu yeni sistemdən istifadə etməlidir.

Axirət dünyası da bu dünya ilə müqayisədə belədir. Orada olan həyat tərzi bu dünyadakından fərqlidir. Hər iki dünyada yaşayış var, amma onlar eyni deyildirlər. Oradakı yaşayışın qanun və sistemi, bu dünyadakından fərqlidir. Başqa sözlə desək, dünya ilə axirət iki aləm və həyatdırlar. Bu iki dünya arasındakı fərqləri əldə etmək üçün bu barədə dini sənədlərdə olan vəsflərə müraciət etmək lazımdır.

Indi isə onlar arasındakı bir neçə fərqə işarə edək.

1. Sabitlik və dəyişkənlik; Bu dünyada hərəkət və dəyişkənlik mövcuddur. Burada uşaq böyüyür, kamilləşir və sonra qocalaraq ölür. Bu dünyada yeni şeylər köhnəlir və köhnələr aradan gedir. Amma axirət dünyasında qocalıq və köhnəlik yoxdur. Orada ölüm məsələsi də yoxdur. Bu dünya fanilik, axirət dünyası isə əbədilik dünyasıdır. Bura aradan getmə və fanilik, ora isə sabitlik və bərqərarlıq evidir.

2. Xalis və saf olmayan həyat; Ikinci fərq budur ki, bu dünyada ölümlə həyat bir-birinə qarışıb, amma ora birbaşa yaşayış dünyasıdır. Burada cansız əşyalar və heyvanlar var və onların hər biri digərinə çevrilir. Indi bizim bədənimiz olan və yaşayan cismimiz, nə vaxtsa ölü və cansız olub və həyat bir daha ondan ayrılacaq və o, cansız hala qayıdacaqdır. Dünyada həyatla ölüm bir-birinə qarışıb. Amma axirətdə belə deyildir. Axirətin torpaq, gövhər, çınqıl, ağac və meyvələrinin hamısı həyata malikdirlər. Od orada da şüurlu və fəaldır.

Qur`ani-kərim «Әnkəbut» surəsinin 64-cü ayəsində belə buyurur:

«Axirət yurdu isə , şübhəsiz ki, canli və diridır.»

Axirət canlı bir varlıqdır.

Bu dünyada bədən üzvləri şüur və dərkə malik deyildirlər. Amma axirət dünyasında dəri, bədən və dırnağın da dərk etmə qüvvəsi var və onlar hətta söz də danışırlar. Qiyamətdə ağızlara möhür vurulacaq və hər bir bədən üzvü gördüyü iş barəsində özü danışacaqdır.

Dildən sual soruşulmayacaq ki, o da yalanla əməlləri ört-basdır edə bilsin. Orada bütün üzvlər danışıq qüvvəsinə malik olacaq və öz gördükləri işləri izah edəcəklər.

Qur`ani-kərim «Yasin» surəsinin 65-ci ayəsində belə buyurur:

الْيَوْمَ نَخْتِمُ عَلَى أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

«Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.»

Başqa bir yerdə isə insanların öz bədən üzvləri ilə bəhs və mübahisə etmələrini nəql edib. Qur`an, qiyamətdə günahkarların qulaq, göz və digər bədən üzvlərinin onların əleyhinə şəhadət vermələrini bəyan etdikdən sonra, həmin insanlarla onların bədənləri arasındakı mübahisəni belə vəsf edir:

وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدتُّمْ عَلَيْنَا قَالُوا أَنطَقَنَا اللَّهُ الَّذِي أَنطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ

«Onlar öz dərilərinə: Nə üçün əleyhimizə şəhadət verirsiniz?-deyəcəklər. Dəriləri də belə cavab verəcəkdir: Hər şeyi dilə gətirən Allah bizi danışdırdı...» (Fussilət-21).

3. Әkin və biçin; Dünya ilə axirətin üçüncü fərqi budur ki, bura əkin və toxum səpmə yeri, ora isə məhsul götürmə və biçin yeridir. Axirətdə əməl və ya müqəddimə yoxdur, orada nə varsa məhsul və nəticədir. Ora imtahanların qiymətləri e`lan edilən gün kimidir. Әgər şagird imtahan vaxtı dərs oxumağa bir az möhlət verilməsini istəsə və ya qiymətlər bildiriləndə «məndən indi soruşun cavab verim» desə, alacağı cavab bu olacaq ki, imtahanın vaxtı keçib, indi qiymət vermək vaxtıdır. Peyğəmbərlərin «camaat, saleh əməllərlə məşğul olun və axirət evi üçün azuqə toplayın» deyə, fəryad etmələrinin səbəbi də əməl vaxtının məhdud olmasıdır.

Әmirəl-mö`minin (ə) buyurur:

«Bu gün iş və əməl günüdür və hesabat yoxdur, sabah isə hesabat günüdür və (orada) iş (imkanı) yoxdur.» (Nəhcül-bəlağə, 42-ci xütbə).

O həzrət digər bir xütbəsində isə belə buyurur:

«Ey Allah bəndələri, dil və bədənlərinizin sağlam olduğu, bədən üzvlərinizin sözünüzə baxdığı və fəaliyyət meydanı açıq olduğu indiki vaxtda iş görün.»

`ni, bədən sənin fəaliyyət göstərməyin və iş görməyin üçün vasitədir, səndən alınmamışdan və məhv olmamışdan qabaq onunla iş gör, (özü də) sənə xeyir və faydası olan iş!

Möhlət qurtardıqdan və Qadir Allahın əmri ilə ruh bədəndən ayrıldıqdan sonra, əlindən heç bir iş gəlməyəcək. Həmin vaxt «məni qaytarın yaxşı işlər görüm» deyib, nə qədər fəryad etsən, eşidəcəyin cavab bu olacaq: «Mümkün deyil!» Әgər ağacdan qopmuş kal meyvənin ağaca birləşməsi və onun, keçmiş vəziyyətinə qayıdaraq yetişib şirinləşməsi mümkün olsa, dünyaya qayıtmaq da mümkün olar. Amma yaradılış qanunu başqa cürdür.

Peyğəmbərin (s) bu barədə buyurduğu cümlə, necə də gözəldir. O həzrət buyurub:

«Dünya axirətin əkinəcəyidir.»

Bu hədisdə insanın ömrü, eləcə də dünya və axirət həyatı ilin iki fəslinə bənzədilib. Dünya əkin fəsli, axirət isə məhsul yığımı fəsli misalındadır.

4. Şəxsi və müştərək müqəddərat; Dünya ilə axirət arasında olan dördüncü fərq, dünyada müqəddəratların müəyyən qədər müştərək olmasıdır. Amma axirətdə hər bir şəxsin digərindən ayrı bir müqəddəratı var. Məqsəd budur ki, dünya həyatı ictimaidir və ictimai həyatda birlik və vəhdət mövcuddur. Xeyirxah insanların yaxşı işləri başqalarının səadətində tə`sir göstərir. həmçinin pis əməlli insanların pis işləri, cəmiyyətə mənfi tə`sir göstərir. Buna görə də burada müştərək məs`uliyyətlər də vardır. Cəmiyyətin üzvləri bir bədən üzvləri kimi, az-çox bir-birlərinin cəzasını çəkməlidirlər. Onlardan birinin fəaliyyətinin pozulması başqa üzvlərin sağlamlıqlarının aradan getməsinə səbəb olur. Məsələn, qara ciyərin yaxşı işləməməsinin zərəri, digər üzvlərə də tə`sir göstərir.

Cəmiyyətin üzvləri müştərək müqəddərata malik olduqları üçün bir nəfər günah etmək istəyəndə başqaları ona mane olaraq qarşısını almalıdırlar. Peyğəmbər (s) bir nəfərin günahının cəmiyyətə tə`sirini bir misalla belə bəyan edib: Bir qrup adam gəmiyə minmişdi və gəmi dənizin ortasında hərəkət edirdi. Sərnişinlərdən biri öz oturduğu yeri deşməyə başladı. Digər sərnişinlər həmin şəxs öz yerini deşir deyə, ona bir söz demədilər və beləliklə su həmin yerdən gəmiyə dolaraq onu batırdı. Amma əgər digər sərnişinlər onun əlindən tutaraq həmin işi görməsinə mane olsaydılar, həm öz canları sağ qalardı və həm də onu xilas edərdilər.»

Dünyada qurunun oduna yaş da yanır və ya hansısa təhlükədən birlikdə nicat tapırlar. Bir qrupun müştərək həyat keçirdiyi cəmiyyətdə həm yaxşı və həm də pis işlərlə məşğul olanlar var. Bə`zən pis işlərlə məşğul olanlar, xeyirxahlıq və yaxşı işlərlə məşğul olanların səmərəsindən bəhrələnirlər və bə`zən də günahsız insanlar, günahkarların əməllərinin zərbəsindən ziyan görürlər.

Amma axirət dünyası belə deyil. Orada başqalarının əməlinə şərik olmaq qeyri-mümkündür. Nə biri başqasının gördüyü və heç bir rolu olmadığı işdən bəhrələnə bilir və nə də heç kimə, kiminsə günahına görə əzab verilir. Axirət «ayrılıq» evidir, yaxşını pisdən, pakı isə napakdan ayırır. Orada günahkarları çağırırlar ki:

وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ

«Ey günahkarlar! Bu gün (mö`minlərdən) ayrılın!» (Yasin-59).

Orada ata oğuldan, oğul isə atadan ayrılar və hər kəs öz əməlinin cəzasını çəkər.

وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى

«...Heç bir günahkar başqasının günahını daşımaz...» (Әn`am-164).

Bu fərqin yaranma mənşəyi, axirətin sırf fe`liyyət, bu dünyanın isə hərəkət, yə`ni iste`dadla hərəkətin bir-birinə qarışmış dünya olmasıdır. Sırf fe`liyyətlər bir-birlərindən tə`sirlənmir və bir-birlərinin kənarında olmalarına baxmayaraq, tərkibə girmirlər. Amma qarışıq fe`liyyətlər tə`sir qəbul edir və bir-birləri ilə tərkibə girmək imkanına malikdirlər. Buna görə də dünyada insanların bir növ vəhdəti olan «cəmiyyət» yaranır, amma «cəmiyyət» axirət üçün mə`nasız bir şeydir. Dünyada tədrici tə`sir göstərmə və tə`sirlənmə var, amma axirətdə belə bir şey yoxdur.

Dünyada xeyirxah insanlarla oturub-duranda, həmin yoldaşlıqdan müsbət tə`sirlər əldə edilir, pis insanlarla oturub-duranda isə azğınlığa səbəb olur. Mövləvi deyir:

Məzmunu: Gizli yollarla sinələrdən sinələrə məhəbbət və kinlər yol tapır.

Firdovsi isə belə deyir:

Məzmunu: Әgər ənbər satanın yanından keçsən, paltarını ənbər iyi bürüyər; əgər kömür satanın yanından keçsən, ondan pis və qaralıqdan başqa bir şey tapmazsan.

Axirət dünyasında isə adam əbədi olaraq xeyirxahlarla otursa da, onun məqamı yüksəlmir və həmçinin pislərlə oturanda da, onun dərəcəsi tənəzzülə uğramır. Orada kiminləsə oturub-durmaq tə`sirli deyil və heç bir şey digər şeylərə tə`sir göstərmir. Orada kiməsə kin bəsləmək və ya birinin xeyrini istəmək, sinədən sinəyə keçmir. Orada nə ətir satanla oturub-duranda adamdan xoş iy gəlir və nə də kömür satanla olanda üstünə qara toz qonur. Orada, istər təbii, istərsə də şərti mübadilə mövcud deyil. Alış-veriş mübadiləsi bu dünyaya məxsusdur.

Әlbəttə, «axirət dünyasında olan həyat ictimai deyildir» sözündən məqsəd, orada hamının fərdi və tək həyat keçirməsi, özündən başqa heç kəsi görməməsi və başqaları ilə ünsiyyətdə olmaması demək deyildir. Məqsədimiz budur ki, bu dünyada olan cəmiyyət, yə`ni fərdlərin həqiqi tərkibi nəticəsində yaranmış müqəddəratlar, onları bir-birinə bağlayan əxlaqi və mə`nəvi birliklər, tə`sirlənmə və tə`sir göstərmələr, əməkdaşlıqlar, ziddiyyətlər və mübadilələr o dünyada mövcud deyil. Amma həm cənnətdə və həm də cəhənnəmdə birgə və cəm həyat vardır, ancaq bu fərqlə ki, xeyirxah və əməli saleh insanların cəmiyyətlərində olanlar ünsiyyət, ülfət, səfa və səmimiyyətdədirlər. Qur`anın tə`biri ilə desək:

وَنَزَعْنَا مَا فِي صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَانًا عَلَى سُرُرٍ مُّتَقَابِلِينَ

«...Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər». (Hicr-47). Yaramaz şəxslərin cəmiyyətlərində isə nifrət, bir-birindən bezmək və xoşagəlməz sözlər hakim olar.

كُلَّمَا دَخَلَتْ أُمَّةٌ لَّعَنَتْ أُخْتَهَا

«...Hər tayfa (cəhənnəmə) girdikcə özündən əvvəlki dindaşına və ya tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lə`nət oxuyacaq...» (Ә`raf-38).

إِنَّ ذَلِكَ لَحَقٌّ تَخَاصُمُ أَهْلِ النَّارِ

«Şübhəsiz ki, bu — cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi, çənə-boğaz olması — bir həqiqətdir.» (Sad-64).

  497
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış
      Davranış

 
user comment