Azəri
Saturday 27th of April 2024
0
نفر 0

İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?

9. İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?

Ötən bəhsimizdə ilahi hakimiyyətin tə’yin olunması yollarını araşdırdıq.

Qeyd etdik ki, Peyğəmbərin (s) xəlifəsi və İslam hökumətinin rəhbəri yalnız Allahın əmri ilə Onun mə’sum Rəsulunun vasitəsi ilə tə’yin olunmalıdır. Bu məsələnin nə dərəcədə zəruri olmasını izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Kiçik bir müəssisənin rəhbəri səfərə getdiyi zaman öz işini mütləq inanılmış bir şəxsə tapşırır. Müəssisə və ya idarənin başsız qoyulması, qısa müddət ərzində özbaşınalıq və hərc-mərcliyin yaranmasına səbəb olacaqdır. Bütün insanlardan müqayisəedilməz dərəcədə ağıllı və uzaqgörən bir şəxs olan Peyğəmbər (s) 23 il ərzində ağır zəhmətlərin və saysız-hesabsız şəhidlərin qanı hesabına qurduğu bir ideal hakimiyyəti özbaşına qoya bilərdimi? Hətta qısa müddətli səfərlərə getdikdə Mədinə şəhərinə canişin tə’yin edən bir şəxs ümməti öz ixtiyarına buraxıb gedə bilərdimi?

Bu sualın cavabı dinindən və məzhəbindən asılı olmayaraq, hər bir ağıl sahibinə mə’lumdur. Lakin burada bir addım geri çəkilərək əhli-sünnənin mö’təbər saydığı səsvermə və ya icma məsələsinə nəzər salırıq.

Peyğəmbərdən (s) sonra xəlifələrin tə’yin olunma məsələsini əhli-sünnənin iddia etdiyi səsvermə və ya icma üsulu ilə olub-olmadığını araşdıraq.

1. Peyğəmbər (s) vəfat etdiyi gün, hətta dəfn mərasimindən öncə bir dəstə müsəlman Səqifə adlı bir yerə toplanıb Әbu Bəkr ibni Qəhafəni xəlifə seçdilər.

Yə’qin ki, səsvermənin bütün xalqın iştirakı və əksəriyyətin səsverməsi ilə müəyyənləşdiyini hamı qəbul edir. Çünki, azlıq təşkil edən bir dəstə xalqın əksəriyyətinə hakim ola bilməz.

Səqifə dediyimiz məkan Bəni-Saidə tayfasının müzakirə üçün toplandığı üstü bağlı kiçik bir yer idi.

Peyğəmbər (s) vəfat edən gün bu kiçik yerdə müsəlmanların neçə faizinin toplanmasının mümkünlüyü hamıya aydındır.

Bəs digər müsəlmanların, yerdə qalan böyük əksəriyyətin bu seçkidə iştirak etmək hüququ yox idimi?

Yəmən, Taif və digər ölkələrdə yaşayan yüz minlərlə müsəlman özlərinə rəhbər seçmək hüququndan məhrum idilərmi?

Böyük əhli-sünnə alimləri imam Fəxri Razi, Cəlaləddin Süyuti, İbni Әbil Hədid Mö’təzili, Təbəri, Buxari, Müslim və s. öz kitablarında açıq şəkildə bəyan etmişlər ki, hətta bu səsvermədə Mədinə müsəlmanlarının böyük əksəriyyəti iştirak etmədilər.

Bəs icma və səsvermə dedikdə kimlər nəzərdə tutulur?

2. Әgər icma və səsvermə hüququ təkcə səhabələrə aiddirsə, əhli-sünnə alimlərinin yazdığı kitablar belə bir iş üçün tələb olunan yetərsayın olmadığını yazırlar. Peyğəmbərin (s) Mədinə şəhərində olan səhabələrinin böyük bir qismi nəinki bu səsvermədə iştirak etmədilər, hətta Әbu Bəkrə bey’ət etməkdən boyun qaçırdılar. Әhli-sünnə alimlərindən İbni Həcər Әsqəlani, Bilazəri öz tarix kitablarında, Məhəmməd Xandşah «Rövzətus-səfa» kitabında, İbni Әbdül-birr «İstiab» kitabında yazırlar:

«Sə’d ibni Ubadə, Xəzrəc tayfası (Mədinə şəhərində böyük tayfalardan biri), Qüreyş tayfasının bir hissəsi və 18 nəfər məşhur səhabə Әbu Bəkrə bey’ət etmədilər:

1. Salman Farsi;

2. Әbuzər Ğəffari;

3. Miqdad ibni Әsvəd Kəndi;

4. Әmmar Yasir;

5. Xalid ibni Səid ibn As;

6. Bəridəh əl-Әsləmi;

7. Әbi ibni Kə’b;

8. Xəzimə ibni Sabit zu-şəhadətəyn;

9. Әbul Heysəm ibn Teyhan;

10. Səhl ibni Hənif;

11. Osman ibni Hənif Zu-şəhadətəyn;

12. Әbu Әyyub Әnsari;

13. Cabir ibni Abdullah Әnsari;

14. Həzifə ibni Әl-yəman;

15. Sə᾿d ibni Ubadə;

16. Qeys ibni Sə᾿d;

17. Abdullah ibni Abbas;

18. Zeyd ibni Әrqəm.

Digər hədislərdə, o cümlədən Әhli-sünnə tarixçisi Yə᾿qubinin tarixində Әli (ə)-ın və Peyğəmbərin (s) əmisi Abbasın  bey᾿ət etmədikləri yazılmışdır. Ümumiyyətlə, Bəni-Haşim tayfasının bey᾿ət etmədiyi barədə geniş söhbət açacağıq.

3. Әgər həqiqətən müsəlmanlar yığışıb səsvermə yolu ilə özlərinə rəhbər seçirdilərsə, nə üçün bu işə bütün müsəlmanları, heç olmasa səhabələri də᾿vət etmədilər? Peyğəmbərin (s) pak cənazəsi qüsl-kəfən olunan bir zamanda səs-səmir salmadan bir xəlvətə çəkilib ümmətə rəhbər, xəlifə tə᾿yin etdilər. Nə üçün səsverməni İslam hakimiyyətinin, əziz Peyğəmbərimizin (s) iqamətgahı, idarə mərkəzi olan «Peyğəmbər məscidində» (Məscidun-nəbi) təşkil etmədilər? Peyğəmbər hərəmi olan bu məscidin kənarında, Peyğəmbərin (ə) nurlu evində o həzrətin dəfn mərasimi keçirilirdi. Әziz peyğəmbərlərinin qəlbləri yandıran əzasına cəm olan müsəlmanlar, səhabələr bu seçkidən nə üçün xəbərsiz qalmalı idilər? Әn məhşur tarixçi, əhli-sünnə alimi Məhəmməd ibni Cərir Təbəri öz tarix kitabının ikinci cildində yazır:

«Ömər ibni Xəttab (ikinci xəlifə) Peyğəmbərin (s) evinə yaxınlaşdı, lakin evə daxil olmadı. İçəri xəbər göndərib Әbu Bəkri çağırdı. Әbu Bəkr «indi vaxtım yoxdur» dedikdə, bir daha xəbər göndərdi ki «mühüm bir məsələ ortaya çıxmışdır, sənin olmağın lazımdır». Әbu Bəkr bayıra çıxdıqdan sonra Әnsarın (Mədinə əhli‒Ovs və Xəzrəc tayfaları) Səqifəyə yığışıb özlərinə rəhbər seçmək istədiklərini dedi. Onlar birlikdə Səqifəyə tərəf yola düşdülər. Yolda Әbu Ubeydə rast gəldilər, üç nəfər yollarına davam etdilər».

Belə bir səsvermə və belə bir icmanı necə adlandırmaqda çətinlik çəkirik.

4. Әgər bu səsvermə həqiqətən normal şəraitdə keçirilmişdisə və hakimiyyət hüququ Әbu Bəkr ibni Qəhafəyə verilmişdisə, nə üçün Ömər ibni Xəttab bu xilafətin batil olduğunu, birinci xəlifənin seçilməsinin bir fitnə olduğunu deyirdi.

 

5. Әgər İslam xəlifəsi icma və səsvermə yolu ilə tə᾿yin olunmalıdırsa, nə üçün ikinci xəlifə Ömər ibni Xəttabın xilafəti bu üsulla tə᾿yin olunmadı?

İstisnasız olaraq, bütün əhli-sünnə tarixçiləri Ömər ibni Xəttabın birinci xəlifənin vəsiyyəti ilə hakimiyyətə tə᾿yin olunduğunu yazırlar.

6. Görəsən üçüncü xəlifə Osman ibni Әfvanın seçki üslubunu necə adlandırmaq olar?

Әgər icma və səsvermə zəruridirsə, üçüncü xəlifənin tə᾿yin olunmasında heç bir səsvermənin olmadığı hamıya mə᾿lumdur.

Әgər Ömər ibni Xəttabın tə᾿yin olunduğu üsul qanuni idisə, bəs nə üçün o, vəsiyyətində özündən sonra müəyyən bir şəxsi xəlifə tə᾿yin etmədi?!

Digər tərəfdən, xəlifənin seçilməsində vəsiyyət üslubunu qəbul ediriksə, nə üçün Peyğəmbərin (s) bu məsələ ilə bağlı hər hansı bir vəsiyyət etdiyini qəbul etməyək? Göründüyü kimi xəlifələrin tə᾿yin olunmasında müəyyən bir üsul və qayda müşahidə etmək olmur.

Heç bir xəlifənin tə᾿yin olunma üsulu bir-biri ilə uyğun gəlmir.

 

 

10. ӘLİ (Ә)-IN XİLAFӘTӘ MÜNASİBӘTİ

Ötən bəhsimizdə İslam hökumətinin ilk xəlifələrinin tə᾿yin olunması barədə danışdıq. Qeyd olunan tarixi mə᾿lumatlardan aydın oldu ki, xəlifələrin seçilməsi heç bir məntiqi əsasa uyğun gəlmir. Adları çəkilən xəlifələr hətta əhli-sünnənin qəbul etdiyi me᾿yarlarla seçilməmişdir. Bu mövzu ətrafında bəhs etdiyimiz zaman belə bir iradın qarşıya çıxacağı ehtimal olunur:

Sual:

«Әgər bu  xəlifələr (ilk üç xəlifə) məntiqi və sağlam me᾿yarlarla seçilməmişdisə, nə üçün şiələrin mütləq imam və mə᾿sum hesab etdikləri Әli (ə) bu xəlifələrə bey᾿ət etmiş və hətta xilafət və hakimiyyət məsələlərində onlara yaxından köməklik göstərmişdi?

Cavab:

İlk növbədə Әli (ə)-ın xəlifələrə bey᾿ət etməsi və onlara yaxından kömək göstərməsi siyasi əhəmiyyət kəsb edirdi. Biz növbəti bəhsimizdə bu siyasi zərurəti geniş şəkildə təhlil edəcəyik.

Digər tərəfdən, əhli-sünnə tarixçilərinin yazdığına əsasən Әli (ə) altı aydan sonra birinci xəlifə Әbu Bəkrə bey᾿ət etdi. Bütün əhli-sünnə alimləri bu bey᾿ətin zor gücünə alınmasını təsdiq etmişlər. Burada dediklərimizi təsdiq etmək üçün bə᾿zi əhli-sünnə kitablarına müraciət edirik:

1. Səhih Buxari, 3-cü cild;

2. Səhih Müslim, 5-ci cild;

3. Әl-imamətu vəs-siyasə (Müslim ibni Qətibə Dinuri);

4. Mürucuz-zəhəb, 1-ci cild (Məs᾿udi);

5. Şərhu-nəhcil-bəlağə, 2-ci cild (İbni Әbil Hədid Mö᾿təzili).

Bu kitabların hamısında aşağıdakı cümlə eyni şəkildə yazılmışdır:

«Әli (ə), Fatimə (rəziyəllahu ənha) vəfat etdiyi günə qədər bey᾿ət etmədi».

Bütün tarixçilər həzrət Fatimənin Peyğəmbərdən (s) altı ay sonra vəfat etdiyini yazırlar. Bu müddətin dəqiq olmasını aşağıdakı kitablarda mülahizə edəcəyik:

Әhməd ibni Ә᾿səm Kufi Şafei «Fütuh» kitabında və Әbu Nəsr Həmidi «Cəm bəynə səhihəyn» kitabında yazır:

«Әli (ə) Әbu Bəkrə altı aydan sonra bey᾿ət etdi».

İndi isə oxuculara təqdim edəcəyimiz hədislər Әli (ə)-dan zorla bey᾿ət alınmasını təsdiq edən sənədlərdir:

1. Әbu Cə᾿fər Bilazi Әhməd ibni Yəhya ibni Cabir Bağdadi (adlarını çəkdiyimiz bütün alimlər əhli-sünnə məzhəblərindəndir) öz tarix kitabında yazır:

«Әbu Bəkr Әlidən bey᾿ət istədi. O, bey᾿ət etməyi qəbul etmədikdə Ömər ibni Xəttabı onun evinə göndərdi. Ömər bir parça odla onun evini yandırmağa getdi. Qapıda həzrət Fatimə ilə rastlaşdı. Həzrət Fatimə dedi: Ey Xəttabın oğlu, bizim evimizi yandırmaq üçün gəlmisən?

Ömər dedi: Bəli....»

2. İbni Xəzabə «Ğürər» kitabında Zeyd ibni Әsləmdən nəql edir:

«Mən həmin gün Ömərlə birlikdə idim. Odun götürüb Fatimənin evinin qapısına apardıq. Ömər Fatiməyə dedi: Evdə kim varsa çölə çıxsın, yoxsa evi və evdəkiləri yandıracağam....»

3. İbni Әbdi Rəbbih «Әqdul-fərid» kitabının 3-cü cildində yazır:

«Әli və Abbas Fatimənin evində oturmuşdular.

Әbu Bəkr Ömərə dedi: Get onları gətir. Gəlmək istəməsələr, zorla gətir. Ömər bir parça od götürüb onların evinə yollandı....»

4. Әbu Әbdullah ibni Müslim ibni Qətibə ibni Әmr Bahili Dinuri «Tarixul-xüləfa ər-raşidin» kitabının 1-ci cildində yazır:

«Әbu Bəkr bir dəstə şəxsin Әlinin evində toplanaraq ona bey᾿ət etmədiyini eşidən kimi Öməri onların üzərinə göndərdi.

Ömər gəlib onların evdən çıxmasını tələb etdi. Onlar boyun qaçırdıqda Ömər od-alov gətirməyi əmr etdi və dedi: And olsun Ömərin canı əlində olan Allaha, çıxmasanız evi sizinlə birlikdə yandıracağam. Ömərə bu evdə Fatimənin olduğunu dedikdə cavab verdi: Fatimə olsa belə evə od vuracağam.

Bu zaman Әlidən başqa hamı çıxıb bey᾿ət etməyə getdi. Әli (ə) dedi: And içmişəm ki, Qur᾿anı bir yerə toplayıb yazım; bu işi qurtarmayınca çölə çıxmayacağam.

Ömər yenə tə᾿kid etdikdə Fatimənin naləsini görüb geri qayıtdı. Qayıtdıqdan sonra Әbu Bəkri təhrik etməyə başladı. Әbu Bəkr bir neçə dəfə Qunfuzu göndərsə də Әli rədd cavabı verdi. Nəhayət Ömər bir dəstə adamla yenidən Әlinin evinə getdi. Qapıdan Peyğəmbərin qızı onların səsini eşidib nalə etməyə başladı:

“Atacan, ey Allahın Rəsulu, səndən sonra Xəttabın oğlu (Ömər) və Әbu Qəhafənin oğlundan (Әbu Bəkr) biz nələr çəkdik  ”

Xalq Fatimənin səsini eşidib geri qayıtdı. Ömər bir neçə nəfərlə qalıb Әlini zorla evdən çıxardı, Әbu Bəkrin yanına aparıb ona bey᾿ət etməsini istədi. Әli «Әgər bey᾿ət etməsəm nə edəcəksiniz?» deyə soruşdu. Cavabında «And olsun Allaha boynunu vuracağıq» dedilər. Әli dedi: Deməli, Allahın bəndəsi, Peyğəmbərin (s) qardaşını öldürəcəksiniz? Ömər cavab verdi: Sən Peyğəmbərin qardaşı deyilsən. Bu zaman sakit əyləşən Әbu Bəkr dilləndi: Nə qədər ki, Fatimə sağdır, onu incitməyin....

Әli özünü Peyğəmbərin (ə) qəbrinə çatdırıb Qur᾿ani-Kərimdə Harunun qardaşı Musa peyğəmbərə dediyi cümləni dedi:

«Anam oğlu, bu tayfa məni zəiflətdi və az qala məni öldürəcəkdilər».

5. İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil bəlağə» kitabının 1-ci cildində yazır:

«Әli və Bəni-Haşim tayfası Fatimənin evində idilər. Zübeyr də onlarla birlikdə idi. Ömər bir dəstə ilə o evə tərəf gedib onlardan çölə çıxmalarını istədi. Zübeyr qılıncını götürüb çölə çıxdı. Ömər yanındakılara əmr etdi: Bu iti tutub saxlayın.

Sümmə ibni Әsləm onun qılıncını alıb daşa vuraraq sındırdı....»

6. Məhəmməd ibni Cərir Təbəri öz məşhur tarix kitabının 2-ci cildində yazır:

«Təlhə, Zübeyr və bir dəstə səhabə Әlinin evində toplaşmışdılar. Ömər ibni Xəttab ora gəlib dedi: Bey᾿ət etmək üçün çölə çıxmasanız hamınızı odda yandıracağam».

Fikrimizcə bu qədər mö᾿təbər əhli-sünnə kitabları Әli (ə)-ın bey᾿ətinin bir məcburiyyət olduğunu təsdiq etmək üçün kifayət edər. Deyilən və deyilməyən onlarla əhli-sünnə kitabı göstərir ki, Әli (ə) bu xəlifələrin hakimiyyəti ilə heç zaman ürəkdən razılaşmamış və səbr etmək məcburiyyətində qalmışdır. Burada bütün şiə və sünni alimlərinin qəbul etdiyi məşhur əhli-sünnə alimi İbni Әbil Hədidin şərh yazdığı «Nəhcul-Bəlağə» kitabından «Şiqşiqiyyə» xütbəsinə nəzər salmağımız yerinə düşərdi. Әli (ə) bu xütbədə hansı zülmlərlə üzləşdiyini, bu zülmlərin qarşısında səbr etməyə məcbur olduğunu ürək yanğısıyla bəyan edir. Bu xütbədən bə᾿zi parçaları hörmətli oxuculara təqdim edirik:

«And olsun Allaha ki, filankəs (Әbu Bəkr) xilafəti bir köynək kimi əyninə geydi. Amma o bilirdi ki, mənim xilafətə ləyaqətim bir qütb kimi idi. Bütün elmlər axar çaylar kimi məndən mənşə alırdı. Heç bir quş mənim zirvəmə qanad çala bilmədi. Xilafət libasını kənara atıb fikirləşdim ki, əlsiz-ayaqsız hücum edim, yoxsa bu korluğa səbr edim? Gördüm ki, səbr etmək daha düzgün və əlverişli yoldur.

Mən səbr etdim, lakin elə bil ki, gözlərimdə tikan, boğazımda sümük qalmışdı. Gözlərimin önündə mənim mirasımı talan edirdilər. Nəhayət birinci (Әbu Bəkr) dünyadan getdi, xilafəti isə özündən sonrakı filankəsin (Ömərin) qucağına atdı....»

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ

 
user comment