Azəri
Wednesday 22nd of May 2019
  906
  0
  0

CӘBR VӘ IXTIYAR

CӘBR VӘ IXTIYAR

Tarixdən mə`lum olduğu kimi, kəlam bəhsləri hicri tarixi ilə birinci əsrin ortalarından başlanıb. Özü də, deyəsən kəlam bəhslərinin ən qədimi «cəbr və ixtiyar» məsələsidir. Cəbr və ixtiyar məsələsi ilk növbədə insani, sonra isə ilahi və təbii məsələdir. Mövzu insan, yə`ni insanın azad və ya məcbur olmasından bəhs etdiyi üçün insani bir məsələ hesab olunur. Amma digər tərəfdən, məsələnin əks nöqtəsi Allah və ya təbiət olduğu üçün, yə`ni ilahi iradə, qəza-qədər (təqdir) və ya təbiətin icbari amilləri, səbəb-nəticə qanununun insanı azad buraxması və ya məcbur etməsi olduğu üçün ilahi, yaxud təbii məsələdir. Hər halda, bu mövzu ümumi olaraq insan müqəddəratı ilə bağlı bir məsələdir. Təfəkkür mərhələlərindən birinə daxil olan, amma bu məsələni irəli sürməyən cəmiyyət tapmaq mümkün olmadığı kimi, az da olsa elmi və fəlsəfi düşüncəyə malik olan, lakin bu məsələ barədə düşünməyən bir insan da tapmaq olmaz.

Bir sıra səbəblər nəticəsində, elmi təfəkkür mərhələsinə daxil olmuş İslam cəmiyyətinin istər-istəməz irəli sürdüyü ilk məsələ cəbr və ixtiyar məsələsi olub. Bu məsələnin, hicrətin birinci əsrində belə tez irəli sürülməsinin səbəbini başqa şeylərdə axtarmağımıza heç bir zərurət yoxdur. Bu məsələnin İslam dünyasında qarşıya çıxması çox təbii bir iş idi və əks təqdirdə belə bir sual yaranardı: «Necə olub ki, həmin cəmiyyətdə bu məsələyə diqqət yetirilməyib.»

Islam ümməti özünəməxsus ideoloji əsaslara malik olan bir cəmiyyətdir, müsəlmanların dini kitabı olan Qur`anda cəbr-ixtiyar, ilahi qəza-qədər və əməllərin cəzası ilə bağlı məsələlər gətirilmişdir. Və təbiidir ki, müsəlmanların Qur`an ayələrində dərindən düşünmələri və onun mə`nalarına diqqət yetirmələri, istər-istəməz cəbr-ixtiyar məsələsinin ortaya çıxması ilə nəticələnməli idi.

ӘDALӘT MӘSӘLӘSI

Cəbr-ixtiyar məsələsinin araşdırılması «ədalət» məsələsinin də qarşıya çıxmasına səbəb oldu.

Çünki, bir tərəfdən ixtiyar və ədalət, digər tərəfdən isə cəbr və ədalətsizlik arasında birbaşa əlaqə vardır, yə`ni dini vəzifə, cəza və mükafat yalnız ixtiyar olan yerdə mə`na kəsb edir. Insan iradə azadlığı və ixtiyara malik olmayıb, ilahi iradə və ya təbii amillərin tə`siri altında məcburiyyətdə olsa, artıq şər`i vəzifə, mükafat və cəza heç bir mə`na daşımayacaq.

Islam kəlam alimləri iki dəstəyə bölünüblər. Elə ilk əvvəllərdən mö`təzilə adlandırılan qrup ədalət və ixtiyar tərəfdarı, sonralar əş`ərilər adlandırılan «hədis əhli» isə cəbr və icbar tərəfdarı olublar. Әlbəttə müxalif qruplar ilahi ədaləti açıq-aşkar inkar etməyiblər, çünki hər iki dəstənin e`tiqad bəslədiyi Qur`ani-kərim, zülmü Allahdan qətiyyətlə rədd edərək Onun ədalətli olmasını sübuta yetirib. Onlar ilahi ədalət məsələsini xüsusi tərzdə təfsir edərək deyirlər ki, ədalət əvvəlcədən vəsf edilərək Allahın işləri üçün me`yar kimi müəyyənləşdirilməsi mümkün olan bir həqiqət deyil; ümumiyyətlə Allahın işləri üçün me`yar tə`yin etmək Onun üçün vəzifə müəyyənləşdirmək və Haqqın iradəsini məhdudlaşdırmaq deməkdir; məgər Haqqın işləri üçün qanun fərz edərək həmin qanunu Ona və Onun işlərinə hakim etmək olarmı? Bütün qanunlar onun məxluqudur və O, mütləq hakimdir, hər bir tabeçilik və hakimlik müqəddəs zatın mütləqliyinə ziddir. Ilahi zatın ədalətli olmasının mə`nası, Onun əvvəlcədən müəyyənləşdirilmiş «ədalət qanunlarına» tabe olması demək deyil; əksinə ədalətli olması Onun ədalət mənbəyi olması deməkdir; «O, ədalətli iş görər» deyil, «ədalət Onun etdikləridir» demək lazımdır. Әdalət və zülm onun işlərindən sonrakı və onların əsasında müəyyənləşdirilən bir şeydir. Әdalət, Allahın işlərinin me`yarı deyil, Allahın işləri ədalətin me`yarıdır. Necə deyərlər: «Xosrov nə etsə şirindir.»

Әdalət tərəfdarı olan mö`təzilə isə belə deyir: «Әdalət, özü bir həqiqətdir və Allah həkim və adil olduğu üçün Öz işlərini ədalət me`yarları əsasında həyata keçirir. Biz işlərin zatına nəzər saldıqda, həmin işin ilahi zatın təkvini və təşri`i iradəsinə bağlılığı nəzərə alınmadan görürük ki, onların bə`ziləri zati baxımdan digərlərindən fərqlənir. Məsələn, bə`zi işlər, o cümlədən xeyirxah adamın mükafatlandırılması öz-özlüyündə ədalətli, cəzalandırılması isə zülmdür. Deməli, işlər öz zatlarında bir-birlərindən fərqli olduqları və Allah-taalanın müqəddəs zatı mütləq xeyir, kamal, hikmət və ədalət olduğu üçün O, öz işlərini ədalət me`yarları ilə müəyyənləşdirir.

IŞLӘRIN YAXŞI VӘ PISLIYININ ZATI OLMASI

Burada təbii olaraq, qarşıya digər bir məsələ çıxır. Daha doğrusu ədalət məsələsini bir qədər də genişləndirərək «gözəllik və qəbahət»in zati olub-olmamasını aydınlaşdırmaq lazım gəlir. Görəsən işlər zati gözəllik və ya zati qəbahətliyə malikdirlərmi? Məsələn düzlük, əmanətdarlıq, yaxşılıq və bu kimi işlər öz zatlarında gözəl və zəruri olan işlər sayılırlarmı? Yaxud yalan, xəyanət, xəsislik və buna bənzər sifətlər çirkin və qəbahətdirmi? Görəsən yaxşılıq və bu kimi bəyənilən sifətlər gerçək və zati sifətlərdir və ümumiyyətlə hər bir iş onu görənin kimliyindən və xarici şəraitindən asılı olmayaraq, bu sifətlərdən hansı birinəsə mənsub olaraq onun ziddindən uzaqdır, yoxsa bunların hamısı şərtidir.

ӘQLIN SӘRBӘSTLIYI

Işlərin zati sifətlərindən söz getdiyi üçün, istər-istəməz ağıl və onun bu sifətlərin kəşf edilməsindəki sərbəstliyi məsələsi də ortaya çıxır. Görəsən insan ağlı şeylərin gözəllik və qəbahətliyini müstəqil şəkildə dərk edərək həmin sifətləri bir-birindən ayırd edə bilir, yoxsa həmin işdə şəriətin köməyinə möhtacdır? Bu səbəbdən də gözəllik və qəbahətin zatiliyi məsələsi İslam terminalogiyasında «gözəllik və qəbahətin əqliliyi» kimi ifadə olunmuşdur.

`təzilə firqəsi tam qətiyyətlə bu məsələnin əqli olmasının tərəfdarıdır. Onlar insan ağlının müstəqil və sərbəst olması məsələsini irəli sürərək deyirlər ki, biz işlərin zati baxımdan bir-birlərindən fərqlənməsini aşkar şəkildə dərk edirik; həmçinin ağlımız şəriətin köməyi olmadan bu aşkar həqiqətləri bir-birindən ayırd edə bilir.

Әş`ərilər isə ədalətin zati sifət olmasını inkar etdikləri kimi, gözəllik və qəbahətin zati və əqli olmasını da inkar edirlər. Onlar əvvəla, gözəllik və qəbahəti nisbi, mühit və zəmanənin xüsusi şəraitinə tabe və bir sıra təqlid və təlqinlərin tə`siri altında olan şey hesab edirlər. Ikinci, əqlin gözəllik və qəbahəti tanımaq üçün şəriətin yol göstərməsinə möhtac olduğunu bildirirlər.

Әş`ərilər müstəqil əqli, başqa sözlə desək, əqlin müstəqilliyini qəbul etmədikləri və mö`təzilə firqəsinin insan əqlinin şəriətin köməyi olmadan gözəllik və qəbahətin dərk edə bilməsi nəzəriyyəsini səhv hesab etdikləri üçün, bu iddia ilə çıxış edirdilər ki, biz «ədalət», «zülm», «yaxşı», «pis» və bu kimi şeylərin nə olmalarını şəriətdən götürməli və həmin məsələlərdə yalnız İslam sünnəsinə tabe olmalıyıq. Onlar özlərini də «sünnə əhli» və ya «hədis əhli» adlandırırdılar. Əş`ərilər bu addan istifadə edərək xalq arasında özlərinə güclü bir ictimai dayaq da yarada bildilər. Belə ki, onlarla mö`təzilə arasında əqli müstəqilliyin qəbul edilib-edilməməsi üstündə olan ziddiyyət, xalq tərəfindən sünnə və hədislə əql arasındakı ziddiyyət kimi qiymətləndirilirdi. Məsələnin xalq tərəfindən belə qiymətləndirilməsi əş`ərilərin ictimai bazalarının güclənməsinə, mö`təzilə firqəsinin isə zəifləməsinə səbəb oldu.

Әslində mö`təzilə firqəsi sünnəyə heç vaxt e`tinasız yanaşmamışdı, amma əş`ərilərin özlərinə belə bir ad seçməsi və mö`təzilə ardıcıllarını öz tərəf müqabilləri kimi tanıtdırmaları onların nüfuzdan düşməsinə səbəb oldu. Mö`təzilə firqəsinin üçüncü əsrin əvvəllərində xalq kütləsi arasında məğlubiyyətə uğramasında bu amilin rolu inkaredilməzdir. Bu sü`ni anlaşılmazlıq elə bir həddə çatıb ki, hətta şərqşünas və islamşünasların bə`ziləri bilərəkdən və ya bilmədən mö`təzilə firqəsini «sünnə əleyhdarı olan ziyalılar» kimi tanıtdırırlar. Amma məsələdən xəbərdar olanlar bilirlər ki, mö`təzilə və əş`ərilər arasında olan ziddiyyətlərin, onların İslam dininə bağlılıqları ilə heç bir əlaqəsi yoxdur. Әslində mö`təzilə ardıcılları İslama əş`ərilərdən daha çox bağlı və ürəkyandıran olublar.

Adətən ziyalı hərəkatları tamamilə saf niyyətli olsa da belə, ibadət və itaət iddiaçıları müqabilində avam kütlələrin ittihamları ilə qarşılaşmalı olurlar.

`təzilə ilə əş`ərilər arasındakı ziddiyyətlər, əqlin haqqı və onun ədalətlə bağlı məsələləri barədə başlanmasına baxmayaraq, həmin bəhs sonralar «tövhid» məsələlərinə də sirayət etdi. Mö`təzilə həmin məsələdə də əqlə müdaxilə etmək haqqı verir, əş`ərilər isə bu mövzuda da hədislərin zahirinə tabe olmağı zəruri sayırdılar. Bu barədə gələcək bəhslərdə geniş söhbət açacağıq.

ILAHI IŞLӘRIN HӘDӘF VӘ MӘQSӘDI

Indi növbə kəlam elminin mühüm bəhslərindən olan digər bir məsələyə çatır. Әvvəlki bəhslərdən yaranan həmin məsələ də Allah-taalanın işlərinin hansı hədəf və məqsəd daşımasından söhbət açır.

Bildiyimiz kimi, insanlar gördükləri işlərdə müəyyən hədəf və məqsədlər nəzərdə tuturlar. Insanın hər bir işində bir «üçün və görə» yatıb. Nə üçün dərs oxuyursan? Bilikli və bacarıqlı olmaq üçün. Nə üçün işləyirsən? Gəlir əldə edərək məişətimi tə`min etmək üçün. Beləliklə, hər bir «niyə, nə üçün?»ün qarşısında bir «üçün və görə» durur. Insanın işlərini mə`nalı edən də məhz həmin «üçün»lərdir. Ağıla batan, hədəfə malik olan, yə`ni xeyir və mənfəət üçün yerinə yetirilən hər bir iş mə`nalı hesab edilir. Hədəfsiz iş mə`nasız söz və içi boş qabıq kimidir. Әlbəttə hər bir «üçün» və «mə`na» da, öz növbəsində digər bir «üçün» və «mə`na»ya malik ola bilər. Amma bunlar sonda zati olan şeydə, filosofların dili ilə desək, «mütləq xeyir»də qurtararaq sona çatmalıdır.

Hər halda insan öz əqli işlərində müəyyən hədəf və məqsədə malik olur və onun hər «nə üçün?»ünün qarşısında bir «görə» dayanır. Әgər insanın gördüyü işin «niyə və nə üçün»ünün qarşısında «görə»si olmasa, həmin iş bihudə, boş, puç və əbəs bir şey kimi qiymətləndirilir.

Filosoflar sübuta yetiriblər ki, insanın tam bihudə və boş iş görməsi, yə`ni onun işinin heç bir hədəf və məqsədə malik olmaması mümkün deyil. Bütün boş və bihudə işlər nisbidirlər. Məsələn, biz xəyali şövq və idrakdan yaranan və həmin şövq və idraka münasib hədəf və məqsədə malik olan işi, əqli hədəfə malik olmadığı üçün «bihudə» adlandırırıq; yə`ni o, yarandığı başlanğıcla müqayisədə bihudə deyil, amma yaranmalı olduğu, lakin yaranmadığı mənbəyə nisbətdə boş və bihudədir.

Әbəs və bihudənin müqabil nöqtəsi hikmətdir. Həkimanə iş o işdir ki, hətta nisbi baxıldıqda da hədəf və məqsədsiz görünməsin, başqa sözlə desək, əqli hədəfə malik olsun və bundan əlavə, ən düzgün və layiqli seçim olsun.

Deməli, insan işinin həkimanə olması onun hədəf və məqsəd daşımasından, özü də əqlin bəyəndiyi ən düzgün və layiqli seçimlə birgə olan hədəfə malik olmasından asılıdır. Buna görə də, o insan həkimdir ki, birincisi, öz işində hədəf və məqsədə malik olsun, ikincisi, hədəflərin ən üstün və ən layiqlisini seçsin və üçüncüsü isə ən üstün və ən layiqli hədəfə çatmaq üçün ən yaxşı və ən yaxın yolu seçsin. Başqa sözlə desək, hikmət və ya insanın həkim olması onun tam agahlıqla ən yaxşı hədəflər üçün ən yaxşı şəraiti seçməsidir. Başqa bir ifadə ilə desək, hikmət və ya insanın həkim olması onun hər bir «nə üçün» və «niyə» müqabilində bir «üçün» və «görə»yə malik olmasını tələb edir. Burada həmin «nə üçün və niyə?»nin hədəf və ya ona çatmaq vasitəsinin seçilməsinə aid olması da fərq etmir.

Nə üçün bu işi gördün?

Filan hədəf üçün.

Nə üçün həmin hədəfə üstünlük verdin?

Onun filan üstünlüyünə görə.

Nə üçün filan vasitədən istifadə etdin? Filan üstünlüyünə görə.

Insan həyatında «nə üçün»lərə əqli cavab verə bilməyən hər bir iş bu cəhətdəki naqisliyi qədər, insanın həkimliyi və ağıllılığındakı naqisliyi kimi qiymətləndirilir.

Allah-taala necə, O da belədirmi? Görəsən Allah-taalanın işləri də, insanlar kimi hədəf və məqsəddən yaranırmı? Allahın işləri də insanların işləri kimi «nə üçün», «görə» və ən yaxşı və ən layiqlinin seçilməsinə əsaslanırmı? Yoxsa, bunların hamısı insana aiddir və Allah barəsində də belə mühakimə yürütmək bir növ bənzətmə, yə`ni xaliqi məxluqa oxşatmaq və onları bir-biri ilə müqayisə etmək deməkdir?

`təzilə məktəbi təbii ki, Allah işlərinin də hədəf və məqsədə malik olmasının tərəfdarıdır. Onlar Qur`anın, Allahın həkim olmasını dəfələrlə vurğulayan ayələrini də bu cür təfsir edərək deyirlər ki, O, Öz işlərində hədəf və məqsədə malikdir və işlərini tam agahlıqla müəyyən hədəf və məqsədlərlə ən yaxşı və layiqlini seçərək həyata keçirir.

Amma əş`ərilər Allahın öz işlərində hədəf və məqsədə malik olmasını inkar edirlər və Qur`anda dəfələrlə təkrarlanmış hikmət məfhumunu ədaləti yozduqları kimi yozurlar, yə`ni deyirlər ki, Allah hikmətə əsasən iş görmür, əksinə, hikmət elə Onun gördüyü işlərdən ibarətdir.

`təzilənin fikrincə, Allah-taalanın işləri bir sıra məsləhətlərə əsaslanır. Amma əş`ərilər deyirlər ki, ilahi işlərin bir sıra məsləhətlərə əsaslanmasını demək də səhvdir. Allah-taala məxluqatın xaliqi olduğu kimi, xeyir və mənfəət adlandırılan şeylərin də yaradanıdır. O heç bir məxluqu hansısa xeyirə görə yaratmayıb, şeylər və onlar üçün fərz edilən mənfəətlər arasında heç bir zəruri, zati və səbəb-nəticə əlaqəsi yoxdur.

  906
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

      Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
      Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə ...
      Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
      Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, Allahın ...
      Məryəm surəsinin on yeddinci ayəsində "Ruhun (Cəbrail) təzahürünün" mənasını ...
      Kovsər hovuzu nədir?
      Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
      Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
      Quran baхımından Allahı tanımaq yоlu
      Davranış

 
user comment