Azəri
Sunday 5th of July 2020
  4904
  0
  0

Bağışlanmanın səbəbləri hansılardır?

Sual : Quran hansı əməlləri bağışlanmanın səbəbləri kimi tanıtdırır?

 
Qısa cavab:

Ətraflı cavab: Qurani-Kərimdə bir sıra məsələlər bağışlanmanın səbəbləri və günahların aradan qalxması ünvanında qeyd edilmişdir. Aşağıda onların bir qisminə işarə edirik:
    1. Tövbə
    یا اَیُّهَا الَّذِینَ آمَنُوا تُوبُوا اِلَى اللّهِ تَوْبَهً نَصُوحاً عَسى رَبُّکُمْ اَنْ یُکَفِّرَ عَنْکُمْ سَیِّیاتِکُمْ
    “Ey iman gətirənlər, Allaha xalis şəkildə tövbə edin, ola bilsin ki, Rəbbiniz sizin günahlarınızı örtsün.” (1)
    2. İman və saleh əməl
    وَ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ وَ آمَنُوا بِما نُزِّلَ عَلى مُحَمَّد وَ هُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ کَفَّرَ عَنْهُمْ سَیِّیاتِهِمْ
    “İman gətirən, yaxşı işlər görən və Məhəmmədə nazil olana, – o, Rəbləri tərəfindən nazil olan haqdır – iman gətirən kəslərin (isə) günahlarını təmizləyər və (dünya və axirətdə) vəziyyətlərini yaxşılaşdırar.” (2)
    3. Təqva
    اِنْ تَتَّقُوا اللّهَ یَجْعَلْ لَکُمْ فُرْقاناً وَ یُکَفِّرْ عَنْکُمْ سَیِّیاتِکُمْ
    “Əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin günahlarınızı təmizləyər.” (3)
    4. Hicrət, cihad və şəhadət.
    فَالَّذِینَ هاجَرُوا وَ اُخْرِجُوا مِنْ دِیارِهِمْ وَ اُوذُوا فِی سَبِیلِی وَ قاتَلُوا وَ قُتِلُوا لَاُکَفِّرَنَّ عَنْهُمْ سَیِّیاتِهِمْ
    “(Allah) hicrət edən, öz evlərindən qovulan, Mənim yolumda əzab-əziyyət görən, döyüşən və öldürülən kəslərin pisliklərini mütləq təmizləyəcək və bu, Allah tərəfindən bir mükafatdır.” (4)
    5. Gizlində sədəqə vermək və bəxşiş vermək
    نْ تُبْدُوا الصَّدَقاتِ فَنِعِمّا هِیَ وَ اِنْ تُخْفُوها وَ تُوْتُوهَا الْفُقَراءَ فَهُوَ خَیْرٌ لَکُمْ وَ یُکَفِّرُ عَنْکُمْ مِنْ سَیِّیاتِکُمْ
    “Əgər (müstəhəb olan) sədəqələri aşkar etsəniz, o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz, bu, sizin üçün daha xeyirlidir və (Allah) günahlarınızı təmizləyər. Allah əməllərinizdən xəbərdardır.” (5)
    6. Borc vermək
    اِنْ تُقْرِضُوا اللّهَ قَرْضاً حَسَناً یُضاعِفْهُ لَکُمْ وَ یَغْفِرْ لَکُمْ
    “Əgər Allaha gözəl bir borc versəniz (mallarınızı, əməllərinizi və övladlarınızı Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat-qat artırar və sizi bağışlayar.” (6)
    7. Kiçik günahların bağışlanmasına səbəb olan böyük günahlardan çəkinmək
اِنْ تَجْتَنِبُوا کَبایِرَ ما تُنْهَوْنَ عَنْهُ نُکَفِّرْ عَنْکُمْ سَیِّیاتِکُمْ
    “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik.” (7)
    Beləliklə, Allahın bağışlanma qapıları hər tərəfdən bəndələrinin üzünə açıqdır. Quranın yeddi ayəsinə əsasən, onun yeddi qapısı qeyd edilmişdir və daha yaxşı olar ki, onun bütün qapılarından daxil olaq. (8)

  4904
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

    CIHAD MÜRACIƏTI
    Riyakar və saxtakar insanın üç əlaməti
    Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
    Milli Şura və Müsavat partiyası birgə mitinq keçirdi
    SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
    QARĞIŞ
    Bağışlanmanın səbəbləri hansılardır?
    Sualın xülasəsi: İnsanın dünyadan köçmüş yaxın adamını yuxuda görməyi üçün hansı ...
    Həqiqəti göstərən eynək
    İncitmək

 
user comment