Azəri
Friday 26th of April 2024
0
نفر 0

Ayətullah Məkarim Şirazinin Ərbəinlə bağlı tövsiyələr

Ayətullah Məkarim Şirazinin Ərbəinlə bağlı tövsiyələr

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ayətullah Məkarim Şirazi Ərbəin ərəfəsində ziyarətçilərə xidmətlərin göstərilməsi ilə bağlı tövsiyələrində deyib: "İmam Hüseynin (ə) ziyarətçilərinə xidmət göstərmək olduqca əhəmiyyətlidir, ona diqqət yetirmək və rəvac vermək gərəkdir."

"İmam Hüseynin (ə) ziyarətçilərinə xidmət göstərmək iftixardır", - deyə bildirən Ayətullah İmamın qırxında İmam Hüseynin (ə) ziyarətini (Ərbəin ziyarəti) olduqca qiymətli və böyük bir xəzinə adlandırıb.

"Ziyarətin kənarında mədəni sahələrə də əhəmiyyət vermək lazımdır", - deyə Ayətullah Məkarim Şirazi qeyd edib ki, İmam Hüseynin (ə) Ərbində baş verən ziyarəti nizam və intizamla baş verməlidir, izdiham təhlükəyə çevrilməməli, qadınlar və uşaqları üçün xüsusi yerlər nəzərdə tutulmalıdır.

Alim düşmənlərin ərəbəin qabağı məkirli planlarına da toxundu: "Mina faciəsindən sonra düşmən oxşar hadisələrin təbii olmasını göstərmək məqsədi ilə ərbəin günü də qanlı hadisələr törətmək fikrindədir. Buna görə də, diqqətli və muğayat olmalıyıq.

O lazımı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini vacib sayaraq şəxsi və qrup mənafelərinə xidmət edən təbliğatların baş verməməsini istəyib.

Ayətullah Məkarim Şirazi ərbəin ziyarətçilərinə dua etməyi, onların sağlamlığını Allahdan diləməyi hamıdan istəyərək bu duaları dəyərləndirib.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment