Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Haarets azərbaycanlıları təhqir etdi: “Azərbaycan Respublikası İsrail yönümlü Şiə ölkəsidir”

Haarets azərbaycanlıları təhqir etdi: “Azərbaycan Respublikası İsrail yönümlü Şiə ölkəsidir”

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin torpaqlarını işğal etmiş yəhudi sionist rejiminə məxsus “Haarets” qəzeti xəzəryanı ölkələrin əhəmiyyətinə işarə edərək Azərbaycan respublikası kimi ölkələrin enerji ehtiyatları və İran İslam Respublikası kimi böyük ölkələrlə həmsərd olduqlarına görə regionda mühüm rol oynaya bildiklərini qeyd edib.

Haartes yazır: “İsrailin qeyri-ərəb ölkələri ilə əlaqədar xarici siyasəti Deyvid bin Qorionun “sərhəd siyasəti”  fəallaşmışdır. Həmin sərhəd siyasətinə əsasən 21-ci əsrin başlanğıcında “türküstan” regionundakı mənafe İsrail, Azərbaycan respublikası, Özbəkistan, Qazaxıstan arasında bölünə bilər. Bu da Telaviv rəsmilərinin praqmatizmindən asılıdır. Bu tənliyə Türkiyəni də əlavə etsək “1+1+3” düsturu meydana çıxacaqdır. Əlaqədar əməkdaşlıq əsas əmtəələrin ticarəti, enerji təminatı, yolların təhlükəsizliyi, ticarət dövriyyəsinin artması, hərbi təlim və daha əhəmiyyətlisi, İran kimi digər ölkələrə qarşı əməkdaşlıq sahələrini ehtiva edir. Hal hazırda İsrail Çinlə ticari-siyasi əlaqələrini gücləndirməkdədir. Beləliklə “ATUK” ölkələri (Azərbaycan respublikası, Türkiyə, Özbəkistan və Qazaxıstan) ilə strateji əməkdaşlıq yaratmaqla Çin dənizi ilə Aralıq dənizinə qədər uzanan dəhlizdə öz təhlükəsizliyini təmin etmiş olur. Birbaşa ticarət, boru kəmərləri, social-mədəni fəaliyyətlər İsrailin həmişəlik rəqibi olan İran qarşısındakı aparıcı təşəbbüsləridir.”

Haarets qəzeti yazısının davamında İsrailin Azərbaycan respublikası və Türkiyəyə yaxınlaşma məqsədinə işarə edərək yazır: “Azərbaycan respublikasının özünə məxsus mövqeyi İsrailin xarici siyasətində əhəmiyyətli yer tutur. Belə ki, ekspertlərin fikrincə Azərbaycan respublikası ilə İsrail arasındakı özəl strateji əlaqələr baxımından İsrailin birinci xeyri Azərbaycanın İrana strateji bağlılığının artmasına mane olmaqdır. Əslində İsrail dənizlə əhatə olunmuş və çıxacağı olmayan bir adadır. Həm də İran kimi böyük qüdrətlə əlbəyaxadır. Buna görə də özü kimi mövqedə olan ölkələrlə ticarı və hərbi körpü salmalıdır. Məhz bu səbəbdən də Azərbaycan respublikası bizim üçün xilaskar mələkdir. İsrail Azərbaycan arasındakı əlaqə “türk-yəhudi” nəzəriyyəsinin həyata keçirilməsi deməkdir.

Hal hazırda Azərbaycan respublikası İsrailin neftə olan tələbatının üçdə birindən çoxunu təmin edir və ildə bu ölkəyə 2.5 milyon ton neft ixrac edir. Azərbaycan respublikasının strateji mövqeyi təkcə iqtisadi fəaliyyətlə bitmir. Bu ölkə yəhudilərin 2000 illik statusunu qəbul edir. Buna görə də muxalifətlərə baxmayaraq yəhudilərin fəaliyyəti üçün təhlükəsiz bir yerdir.”

Cühüd qəzeti yəhudilərin ikinci Şiə ölkəsində böyük uğur qazandıqlarından təəccüblənərək bu ölkə Şiələrini təhqir edərək yazır: “Bununla əlaqədar iki effektiv məslə vardır. Birinci bu ki, Azərbaycan respublikasının Şiələri dövlətin siyasi, mədəni və təhlükəsizlik tədbirləri nəticəsində öz imamlarının və dini rəhbərlərinin xilafına olaraq şəhadətsiz, müqavimətsiz bir Şiəyə, bir sözlə İsrailin nəzərdə tutduğu bir Şiəyə çevrilmişlər. İkincisi budur ki, respublikanın hakimiyyəti sekular dövlət seçmişdir. Bunun özü də qəribədir. Çünki Şiələrin üçüncü imamı kimi din rəhbərləri dinin siyasətə müdaxiləsini xüsusi vurğulamışlar...”

Əlbəttə qəzet bu mövzuya əsla işarə etmir ki, islam düşmənlərinin, sionist rejimi və Azərbaycanın xain dövlətinin bu və ya digər hilələrinə baxmayaraq ölkə əhalisi din mərasimlərində iştirak edir, yeri gəldikdə isə onların çoxu din yolunda canlarından keçirlər. həmin ölkənin tarixində buna dair çoxlu nümunələr vermək olar: Hacı Mövsüm Səmədov, yaxud hacı Taleh Bağrov kimi bir çox azadlıqsevərlər öz müqəddəs mübarizələrində İmam Hüseyni (əleyhi səlam) örnək götürdüklərini vurğulamışlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

«Əllinci Görüş»
Təhlükədə olan TALIŞ milli kimliyi
Bəhreyn xalqı Şeyx İsa Qasimin himayəsinə qalxdı
Əlhusi: Ərəbistan və BƏƏ-nin hədəfi, Yəmənin işğalıdır
Ali Xəlifə rejimin muzdluları gecə saatlarında bəhreynliləri silahla atəşə ...
İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...

 
user comment