Azəri
Friday 26th of April 2024
0
نفر 0

İmam Xamenei: İngils "şiə"liyi və amerikan "sünni"liyi qayçının iki başı kimidir

İmam Xamenei: İngils "şiə"liyi və amerikan "sünni"liyi qayçının iki başı kimidir

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümüdünya Müsəlmanlarının Ali Lideri və İslam İnqilabının Rəhbəri İmam Xamenei cənabları dövlət məmurları, islam ölkələrinin səfirləri və “İslami vəhdət” konfransının iştirakçılarını qəbul edib.

Görüşün əvvəlində Peyğəmbər (s) və İmam Sadiqin (ə) təvəllüdü münasibətiylə qonaqları təbrik edən Ayətullah uzma Xamenei deyib: “Bu gün bölgədə iki iradə üz-üzə dayanmışdır. Vəhdət və ixtilaf iradəsi. Bu həssas zamanda Qurana və Peyğəmbərin (s) ilahi təlimlərinə söykənmək lazımdır, çünki vəhdətə səbəb olan dərman islam dünyasının çətinliklərinin həll yoludur. Peyğəmbərin önəmi olduqca çoxdur və Allah bu nemətə görə Qurani Kərimdə bizə minnət qoymuşdur. Aləmlərə rəhmət gələn Peyğəmbərin təlimləri bəşəriyyətin nicat və qurtuluş yoludur. Bəşəriyyət düşmənləri və güc sahibləri insanın səadətinə səbəb olan bu təlimlərə müxalifdirlər. ELə bu səbəbdəndir ki, Allah Peyğəmbərə (s) göstəriş verir ki, münafiq və kafirlərə boyun əyməməklə yanaşı, onlarla cihad etsin. İslam və insaniyyət düşmənləri ilə cihad şəraitə uyğun olaraq dəyişir. Bəzən hərbi, bəzən siyasi, bəzən mədəni və bəzən elmi. Müsəlman xalqları, xüsusən dini mübəlliğlər və cavanlar Peyğəmbərə (s) nazil olan ilahi təlimləri mütaliə edərək tanış olmalı və bu təlimlər toplusunu istifadə etməlidirlər.”

Düşmənin və imperialist qüvvələrin müsəlmanı zəiflətmək və aralarında ixtilaf salmaq planlarına toxunan Ayətullah Xamenei “İslam dünyası bu gün çoxlu problemlərlə üz-üzədir. Bu problemlərin həlli birlik, yardımlaşmaq, həmkarlıq, çox sayda islami ortaqlığımıza görə məzhəbi və fikri ixtilaflarımızdan keçməklə mümkündür. İslami dövət və millətlərin vəhdəti ilə ABŞ və İsrail rejimi öz istəklərini müsəlmanlara zorla qəbul etdirə bilməz və Fələstin məsələsinin unudulması təhlükəsi də zərərsizləşdiriləcəkdir.”, -deyə əlavə edib.

Asiyanın şərqi olan Myanmadan Afrikanın qərbində yerləşən Nigeriyaya qədər müsəlmanların çəkdiyi işkəncələrə toxunan İnqilab rəhbəri bildirib: “Bunlar imperialist qüvvələrin yaydığı ixtilafın nəticəsidir. Bu vəziyyətdə ingils "şiə"liyi və amerikan "sünni"liyi qayçının iki başı kimidirlər. Bu qruplar ixtilaf yaratmaq və məsələləri odlandırmaqla məşğuldurlar. İngiltərənin qədim siyasəti olan “ixtilaf yarat, hökmranlıq et” indi də islam düşmənlərinin əlində bir alətdir. İngiltərənin addığı addımlar və yürütdüyü siyasətlər bölgənin çəkdiyi əzab və əziyyətlərinin mənbəyidir. Son günlərdə İngiltərə utanmadan zülmə məruz qalmış İranı bölgənin təhlükəsi adlandırdı. Lakin hamı bilir ki, bu ittihamların əleyhinə olaraq İngiltərənin özü fəsad, təhdid və təhlükə mənbəyidir."

Sözlərinin davamında inqilab rəhbəri deyib: "Düşmənin fəaliyyətlərinin İslam İnqilabından sonra daha da çoxalması onların qorxusunun və İslam dövlətinin artıq nümunəyə çevrildiyinin göstəricisidir. Düşmən zahirdə yumşaqlıq göstərsə də, batində sözün əsil mənasında vəhşi və sərtdir. Millətlər bu əxlaqsız, dinsiz və insanfsız düşmənlə üz-üzə durmağa hazır olmalıdırlar. İslam dünyasnın ən ehtiyac duyduğu məsələ vəhdət və birlikdir. İslamın bütün məzhəbləri ixtilaf yaratmaqdan çəkinsinlər və Peyğəmbəri (s), Quran və Kəbəni vəhdətləri üçün mərkəz təyin etsinlər. Dövlət və millətlər şeytanlar müqabilində ayıq olmalıdırlar. Niyə zahirdə islami olan ölkələr düşmənin siyasətlərinə boyun əyirlər? İmam Xomeyninin (r) və inqilabın fəxr olunası yolunu davam etmək, düşmən müqabilində müqavimət göstərmək, haqq və həqiqəti müdafiə etmək, izzət, dünya və axirətin səadətinə səbəb olacaqdır.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...

 
user comment