Azəri
Friday 26th of April 2024
0
نفر 0

Qurani-kərimdə nə üçün dastanlara yer verilib?

Qurani-kərimdə nə üçün dastanlara yer verilib?

 Quran-Kərimin əhəmiyyətli bir hissəsi keçmişdə baş vermiş əhvalatları bəyan edir.

Bu ilahi kitabla yaxından tanış olmayanlar, onu vərəqləyərkən tez-tez rastlaşdıqları dastanlardan təəccüblənir, bəziləri isə irad tutmağa da cəsarət edirlər. Amma məsələyə diqqətlə yanaşdıqda, hər şeyin məntiqəuyğun olmasına şübhə qalmır.

Tarix, insan həyatındakı müxtəlif problemlərin bir növ laboratoriyasıdır. Həyat həqiqətlərinin dərk olunmasında tarixin müstəsna əhəmiyyəti vardır. Tarixdə müxtəlif qövmlərin başına gəlmiş hadisələr, bu hadisələri doğuran səbəblər, əyani dərs vəsaitinə bərabərdir. Həzrət Əli (ə) buyurur: «Tarixin təcrübəsindən öyrənməklə, sanki o qövmlərin birinci və sonuncusu ilə birgə yaşamışam»(«Nəhcül-bəlağə».

Tarix və dastan xüsusi bir cazibəyə malikdir. İnsan körpəlikdən qocalanadək, bu cazibənin təsiri altında olur. Tarix və dastan hamı tərəfindən dərk olunur, hansı ki, bir məsələnin sübutu üçün gətirilən dəlilləri hamı eyni səviyyədə dərk etmir.

Yuxarıda deyilənlər bir daha sübut edir ki, Quran tarix və dastana geniş yer ayırmaqla, ən üstün təlim-tərbiyə yolunu seçmişdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq

 
user comment