Azəri
Friday 26th of April 2024
0
نفر 0

Muhəmməd Mursinin müəllimi vəhhabi alimi Şiə oldu

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misirin tanınmış Əl-Əzhər Universitetinin böyük alimlərindən sayılan Şeyx Misbah Əmin Ər-Rudəyni uzun araşdırmalardan sonra Şiə oldu və Nəcəfi Əşərəf şəhərinə gedərək həzrəti Əmirəl Mömi
Muhəmməd Mursinin müəllimi vəhhabi alimi Şiə oldu

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misirin tanınmış Əl-Əzhər Universitetinin böyük alimlərindən sayılan Şeyx Misbah Əmin Ər-Rudəyni uzun araşdırmalardan sonra Şiə oldu və Nəcəfi Əşərəf şəhərinə gedərək həzrəti Əmirəl Möminin, əli ibn Əbu Talibin hərəmin ziyarət etdi.

73 yaşlı Şeyx Misbah Əmin Ər-Rudəyni hərəmə daxil olarkən deyib: “Ömürüm qalan hissəsini mübarək hərəmin kənarında keçirtmək istəyirəm!”

Özünün Şiə olması haqda alim belə deyib: “İnsanın öz xətalarını başa düşüb tövbə etməsi yalnız Allahın lütf sayəsində mümkündür. Mən öz həyatımda çoxlu mütaliə və araşdırmalar aparmışam. Ancaq mənim hidayət olmama ilk hadisə bir neçə il öncə “Rafizi kimdir?” adı altında təhqir və böhtan dolu yazılmış məqalə oldu. O yazıda şiələr çox ədəbsiz şəkildə təhqir edilərək, heyvanlara bənzədilmişdi. Mən o zaman bu yazıya qarşılıq olaraq, İslam Peyğəmbərinin davranış və gözəl əxlaqı barədə məqalə yazmışdım.”

Qeyd edək ki, Şeyx Misbah Əmin Ər-Rudəyni Böyük Sünni Tədqiqatçı alimlərindən biri olmuş, Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin müəllimi eyni zamanda sələfiməsləkli İxavanul-Muslimin Təşkilatının tanınmış simalarından biri və Msir əsilli Qətər sakini sələfi alimi Yusif Əl-Qərzavinin yaxın dostlarından olub.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...
Yəhudilər “Azan səsindn narahatıq” deyib Məscidlərin səsucaldanlarını ...
BMT-nin 50 tonluq yardımı Səna Hava Limanına gətizdirildi
AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi

 
user comment