Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

Qələbə yaxındadır! - “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslaminsesi-nə "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin mətbuat xidmətindən bu haqda məlumat daxil olub. Bəyanatda deyilir: "Son günlər ermənilər növbəti təxribat
Qələbə yaxındadır! - “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslaminsesi-nə "Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin mətbuat xidmətindən bu haqda məlumat daxil olub.

 

Bəyanatda deyilir:

"Son günlər ermənilər növbəti təxribatlara əl ataraq mülkü vətəndaşlarımıza, evlərə və cəbhə bölgəsindəki ərazilərimizdə hücum etmək istəmiş, diversiyalarının baş tutacağı niyyətilə addım atmışlar. Lakin ordumuzun rəşadətli və şəhadətsevər zabit və əsgərləri tərəfindən sarsıdıcı cavab zərbələri onların bu niyyətlərini ürəklərində qoymuş, yüzlərlə daşnak məhv edilmiş, digərləri isə qəsb etdikləri bəzi əraziləri qoyub qaçmağa başlamışlar.

Beləcə bəzi ərazilərimiz düşmən işğalından təmizlənmiş və ilk qələbəmizi qazanmışıq. Hazırda da, döyüşlərin getdiyi bir vaxtda, xalqımızın hər bir nümayəndəsi düşmənə endirilən cavab zərbələrinə dəstək vermiş və verməkdədir. Bu sevincin davamlı olması üçün analarımız gözüyaşlı dualarında, mərd gənc və atalarımız isə səfərbərlik elanını gözləməkdədir.

Biz,  "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin idarə heyəti və üzvləri olaraq Qarabağın azadlığı və düşmənin cəzalandırılması əməliyyatlarına görə, Ordumuzu dəstəkləyir, yanında olduğunu ərz edir və bu döyüşlərdə dövlətimizin maraqlarını qorumağa hazır olduğumuzu bəyan edirik. Xatırlatmaq istəyirik ki, təşkilatımızın qurucusu şəhid qardaşı kimi daima öz çıxışlarında Qarabağ və şəhidlik məktəbindən danışar, şəhid Mübariz İbrahimovun şəhadətindən sonra onun evinə ilk kütləvi ziyarət təşkil etməklə şəhidlik və vətənə olan məhəbbətini sübut etmişdir.

MMDİB-nin təsisçisi Hacı Abgül Süleymanov  bu günlər üçün gözyaşları içində dua edər və Qarabağın azadlığını məhz rəşadətli əsgərlərimiz və şəhidlik ruhiyyəsilə alınacağını qeyd edərdi. Ümid edirik ki, bu günlər millətimizin milli vəhdət günüdür və bu gündə milli-mənəvi ruhiyyənin yüksəldilməsinə böyük rolu olan şəxslər aramızda, yanımızda hazır olmalıdırlar. Bir daha, bu qələbələr münasibətilə xalqımızı təbrik edir, ordumuza Allahdan izzətli döyüş, qələbə, güc arzu edirik.

Şəhidlərimiz üçün Allah Təaladan böyük əcrlər istəyir, onları Allah yanında ən üstün şəhidlərin sırasına salınmasını arzu edirik. Şəhid ailələrinə isə, dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Ümid edirik ki, qələbə Allahın iznilə yaxındadır..."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Suriya, 5 il dağıdıcı müharibə alovunda müqavimət göstərən Hələb
İraq Silahlı Qüvvələri onlarla terrorçunu öldürərək minaladıqları ...
"Kaçak" serialının çəkiliş qrupu özlərini İŞİD tərəfdarı kimi qələmə ...
ABŞ-ın İndiyana əyaləti də Səudiyyə rejimini Şeyx Nimri edam etdiyinə görə ...
Nurəddin Şirin cənabları Netanyahonun cavabını canlı yayımda israilin ...
Ərəbistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı
Tunisli alim: “Müsəlmanlar vəhdətlərini qorumaqla təkfirçilik xərçəngindən ...
Allahşükür Paşazadə “Təkfirçi və Ekstremist Cərəyanlar” adlı Ümumdünya ...
İmam Sadiq əleyhissəlamın münazirələri
Səadətli təvəllüd

 
user comment