Azəri
Friday 26th of April 2024
0
نفر 0

Bu gün həzrəti Rüqəyyənin Şəhadətinin ildönümüdür

Xəbər Agentliyi- Həzrət Rüqəyyə 3-cü İmam həzrət Hüseyn ibn Əlinin (əleyhimə səlam) kiçik qızıdır. Onun anasının adı Ümmü İshaqdır. Həzrət Rüqəyyə Hicri Qəməri tarixi ilə 59-cu ildə Mədinə şəhərində dünyaya gəlib. Hicri Qəməri tarixi ilə 61-ci ildə atası İmam Hüseynlə birlikdə Kərbəlaya səfər edir və Hicrətin 61-ci ilində Məhərrəm ayında Şama sürgü olnur. Səfər ayının 5-ində isə Şam şəhərində əsirlikdə üç yaşındaikən Şəhadətə çatır.
Bu gün həzrəti Rüqəyyənin Şəhadətinin ildönümüdür

Xəbər Agentliyi- Həzrət Rüqəyyə 3-cü İmam həzrət Hüseyn ibn Əlinin (əleyhimə səlam) kiçik qızıdır. Onun anasının adı Ümmü İshaqdır. Həzrət Rüqəyyə Hicri Qəməri tarixi ilə 59-cu ildə Mədinə şəhərində dünyaya gəlib. Hicri Qəməri tarixi ilə 61-ci ildə atası İmam Hüseynlə birlikdə Kərbəlaya səfər edir və Hicrətin 61-ci ilində Məhərrəm ayında Şama sürgü olnur. Səfər ayının 5-ində isə Şam şəhərində əsirlikdə üç yaşındaikən Şəhadətə çatır.

Biz ABNA olaraq bu hüzünlü və qəmli gün ilə bağlı başda İmam Zaman həzrətləri olmaqla o həzrətin yer üzərindəki haqq naibi Vəliyyi Fəqih həzrəti Ayətulah Xamenei cənablarına, Ali Təqlid MƏrcələrinə və dünyanın bütün məzlumlarına baş sağlığı verir və o Xanımın intiqamının tez bir zamanda alınmasını Allah Təaladan arzu edirik.

Xanım Rüqəyyənin həyatına qısa bir baxış.

Həzrət Rüqəyyənin (ə) Şamda məzarı məşhurdur. Onun varlığının hikməti və Şamda dəfn olunması, din düşmənlərinin əbədi rüsvay olmasına səbəb oldu. Belə ki, heç kəs Şamda baş verən hadisələri inkar edə bilməcəyək. Ona görə ki, Xanım Rüqəyyənin (ə) məzarı, qadınların bu müqəddəs məkanda əsir olmaqlarının əlamətidir. Artıq heç bir kəs, Şam hadisələrini dana bilməz.

Həzrət Rüqəyyənin (ə) qəbri, əhli beytə (ə) olunan zülmlərə canlı şahid, sənəddir. Şöhrət-yəni 1400 il bütün Müsəlmanların Şamda həzrət Rüqəyyənin qəbrini tanımaqları, Həzrət Rüqəyyənin (ə) qəbrinin varlığına dəlilidir və onun (ə) bu məkanda dəfni Kərbəla və daha sonra isə Peyğəmbər Ailəsinin qadınlarının və körpə uşaqlarının əsir götürülərək Şama aparılması tarixin canlı bir əlamətdir. Buna görə də, o həzrətin qəbri və məqamı barəsində olan bəzilərinin şəkk və şübhələrinə əhəmiyyət vermək və diqqət etmək lazım deyil. Onlar, (həzrət Rüqəyyənin Şamda dəfninə və onun məqamına şübhə ilə yanaşanlar), şeytanın azdırdıqları şəxslərdir. Onlar, məsələlərə nadan və cahil olduqları üçün, həqiqətləri dərk edə bilmirlər.

 

Həzrət Rüqəyyənin (ə) şəhadəti Şam əhlini qəflət yuxusundan ayıldır

Şamın xarabasında həzrət Rüqəyyənin (ə) ürəkyandırıcı şəhadətindən sonra əhli beyt (ə) xanımları əzadarlığa və ağlamağa məşğul oldular. O gün, Şam şəhərinin bütün küçələrindən ağlamaq səsi eşidilirdi. Artıq Şam əhli qəflətdən ayılmış, Peyğəmbəri Əkrəmin (s) əhli beytinin məzlumiyyətindən agah olmuşdular. Onlar bazarları tətil etdilər və Ali-Əbaya (ə) əza saxladılar. Şam əhli deyirdilər: And olsun Allaha, biz o başın Hüseyn ibn Əlinin (ə) başı olduğunu bilmirdik. Bizə o başın, Yezid əleyhinə çıxmış, bir nəfər xaricinin başı olduğunu demişdilər. Camaatın xəbərdar olması xəbəri Yezidə çatdıqda, o, Qüran cüzvələrinin məsciddə camaata paylanmasını əmr etdi ki, camaat namazdan sonra Qüran oxusunlar, bəlkə bununla imam Hüseyni (ə) onların yadından çıxara bilə. Amma daha heç bir şeylə imam Hüseyni (ə) camaatın yadından çıxara bilməzdi. ("200 dastan əz kəramat və məsayib həzrət Rüqəyyə". Həqiqətə çatmaq "Misbahul-hərəmeyn". Həqiqətə çatmaq "Səhabu-rəhmət", səh. 772. )

 

Bibi bunlar bizi müsəlman bilmirlərmi ...?

Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra, onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib, qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn etdilər.

Həzrət Rüqəyyə (ə) dəfn olunan gecəsi, həzrət Ümmü Gülsüm heç cür aram olmurdu. O, dayanmadan ağlayır, nalə və fəryad edir, xarabanın ətrafında gəzirdi. Əhli beytin (ə) xanımları nə qədər təsəlli versələr də o, sakitləşmirdi. Ondan bunun səbəbini soruşanda dedi: Keçən gecə Rüqəyyənin (ə) mənim qucağımda yuxuya getməsi yadıma düşür. Gecə yarısı yuxudan ayılıb gördüm o, bərk ağlayır və sakit olmur. Ondan soruşdum: Niyə ağlayırsan?

Rüqəyyə (ə) mənə dedi: Bibican, bu şəhərdə mənim kimi əsir olmuş və ev-eşiyindən uzaq düşən var? Bunlar bizi müsəlman bilmirlərmi ki, çörək və suyu bizdən əsirgəyirlər, biz yetimlərə yemək vermirlər?(Müntəxəbut-təvarix". )

 

 

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment