Azəri
Thursday 17th of June 2021
2548
0
نفر 0
0% این مطلب را پسندیده اند

Seyidlərin hörmətini saxlayaq!

İmam Əli (ə) və həzrət Fatimənin (ə.s) nəslinə ehtiram vacib olması Oğul, sənə Əli və Fatimənin nəslinə (seyyidlər) ehtiram saxlamaq zəruridir və bu, vacib əməllərdən sayılır. Quranın buyurduğuna görə bu, müqəddəs peyğəmbərliyin əvəzində istənilən əməldir..
Seyidlərin hörmətini saxlayaq!

 İmam Əli (ə) və həzrət Fatimənin (ə.s) nəslinə ehtiram vacib olması

Oğul, sənə Əli və Fatimənin nəslinə (seyyidlər) ehtiram saxlamaq zəruridir və bu, vacib əməllərdən sayılır. Quranın buyurduğuna görə bu, müqəddəs peyğəmbərliyin əvəzində istənilən əməldir..

Yaxşısı budur ki, belələrinin ehtiramı qorunsun və xəlvətdə isə (müxtəlif vasitələrlə) qarşısı alınsın. Lakin bu nəsildən olmayanlara Həzrət Əlinin qardaşı Əqil, Peyğəmbərin əmisi Abbas və başqa Haşimi nəslindən olanlara ehtiram etməyi sənə vacib bilmirəm. Doğrudur ki, onlar da əsli-nəsəbdə şərafətlidirlər, lakin Quranda gələn (Əhli-beyt və seyidlər barəsində) ehtiram hökmü onlara şamil deyil. Həmçinin (yalandan) özlərini seyid sayanlara da ehtiram etməyi sənə vacib görmürəm. Hər vaxt onların seyidlik iddialarının yalan olması aşkar olunsa ehtiram olunmamalı və əgər onun seyid olmasında şübhə varsa çəkinməyin məsləhətdir.
Əlbəttə, təkcə ana tərəfi seyid olanlara da (yəni anası seyid qızı olan) atası seyid olanlar kimi ehtiram etməyi sənə vacib bilirəm. Çünki insana qızının oğlu (nəvə) həqiqətən oğul sayılır və şəri hökmlərdə də müştərəkdirlər. Elə buna görə də İmam Həsən ilə İmam Hüseyn əleyhissalam Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) öz oğulları sayılırdılar. İmam Həsən ilə İmam Hüseynin Peyğəmbərə oğul sayıldıqları kimi indi də ona ana tərəfindən mənsub olanlar onun oğulları sayılır (lakin seyidlik keçməmək şərtilə) amma “xüms” ona düşmür (halal deyil). Buna dəlil Həmmad ibn İsanın İmam Kazimdan əleyhissalam nəql etdiyi hədisdir.

“Miratur-rəşad” kitabından

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


source : sibtayn
2548
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Сәудијјә режиминин үздәнираг ХИН-дән Исраил режимини ...
Seyidlərin hörmətini saxlayaq!
İmam Əlinin(ə) şəhadəti münasibəti ilə matəm mərasimi islam inqilabının böyük ...
QƏNIMƏT VƏ MəğNƏM
İMAMDAN QISA KƏLAMLAR
IMAM ƏLI ™-IN KITABININ ADI HÖKMLƏRDƏ
SALAVAT AYƏSİ
Peyğəmbəri-Əkrəmin (s) mübahilə etməsinin tarixçəsi
İslam nəzərində şadlıq MÖ᾽MİNİ SEVİNDİRMƏK
İran Xalqı ardıcıl olaraq 4-cü gündə küçələrə çıxıb iğtişaşa yox dedilər

 
user comment