Azəri
Friday 26th of April 2024
0
نفر 0

Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin əməlləri

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Bu gecə Hicri Qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olur. Rəcəb - qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Hz.Əli(ə) buyurur: “Rəcəb mənim ayım,
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin əməlləri

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Bu gecə Hicri Qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olur. Rəcəb - qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Hz.Əli(ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin(s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”. Bu ay və bu aydan sonra gələcək mübarək Şəban ayı bəndələrin Xaliqləri olan, Aləmlərin Pərvərdigarı cənab Allah Təalanın qonaqlıq ayı, mübarək Ramazan ayı üçün hazırlıq ayıdır. Çoxları bu mübarək ayda Allah Cəllə Cəlaluhun geniş rəhməti sayəsində günahın çirkinliklərindən təmizlənə bilərək, ləyaqət və şərafət qazanırlar.

Biz ABNA saytının kollektivi olaraq başda özümüzün və bütün dünya məzlumlarının (özlərinə zülm edib günah edənlərin) bu ayda bağışlanmasını və ilahi rəhmətə qovuşaraq onda məhv olmasını Uca Rəbbimizdən acizanə diləyirik. Qoy Allah Təala Zamanın İmamının şərəfli gəlişini tezləşdirsin! Bizim hammımızın onun ətrafında cəmləşib özümüzü və dünyanı islah edək! Amin Ya Rəbbəl Aləmin!

 

Mübarək Rəcəb ayı haqda qısa məlumat

Rəvayətlərdə bildirilidiyi kimi, Rəcəb, Şaban və müqəddəs Ramazan ayları ilin ən fəzilətli vaxtlarıdır. Peyğəmbər(s) buyurur ki, bu istiğfar (Allahdan bağışlnma istəmək) ayıdır və ona “Əsəbb” (çox tökülən) deyilir, çünki ilahi rəhmət çox nazil olur.

 

عن الصادق علیه السلام: «إِذَا کَانَ یَوْمُ الْقِیَامَهِ نَادَى مُنَادٍ فِی بُطْنَانِ الْعَرْشِ أَیْنَ الرَّجَبِیُّونَ فَیَقُومُ أُنَاسٌ یُضِی‌ءُ وُجُوهُهُمْ لِأَهْلِ الْجَمْعِ عَلَى رُءُوسِهِمْ تِیجَانُ الْمَلِکِ مُکَلَّلَهً بِالدُّرِّ وَ الْیَاقُوتِ مَعَ کُلِّ وَاحِدٍ مِنْهُمْ أَلْفُ مَلَکٍ عَنْ یَمِینِهِ وَ أَلْفُ مَلَکٍ عَنْ یَسَارِهِ یَقُولُونَ لَهُ هَنِیئاً لَکَ کَرَامَهُ اللَّهِ یَا عَبْدَ اللَّهِ فَیَأْتِی النِّدَاءُ مِنْ عِنْدِ اللَّهِ جَلَّ جَلَالُهُ عِبَادِی وَ إِمَائِی وَ عِزَّتِی وَ جَلَالِی لَأُکْرِمَنَّ مَثْوَاکُمْ وَ لَأُجْزِلَنَّ عَطَایَاکُمْ وَ لَأُبَوِّئَنَّکُمْ مِنَ الْجَنَّهِ غُرَفاً تَجْرِی مِنْ تَحْتِهَا الْأَنْهارُ خالِدِینَ فِیها وَ نِعْمَ أَجْرُ الْعامِلِینَ إِنَّکُمْ تَطَوَّعْتُمْ بِالصَّوْمِ لِی شَهْراً عَظَّمْتُ حُرْمَتَهُ وَ أَوْجَبْتُ حَقَّهُ مَلَائِکَتِی أَدْخِلُوا عِبَادِی وَ إِمَائِی الْجَنَّهَ ثُمَّ قَالَ جَعْفَرُ بْنُ مُحَمَّدٍ«ع» هَذَا لِمَنْ صَامَ شَیْئاً مِنْ رَجَبٍ وَ لَوْ یَوْماً وَاحِداً فِی أَوَّلِهِ أَوْ فِی وَسَطِهِ أَوْ فِی آخِرِه»

روضه الواعظین و بصیره المتعظین، ج ‌۲

Bu gözəl ay barədə İmam Cəfər Sadiq (əleyhi səlam) belə buyurub:

"Qiyamət günü carçı ərşin bətnindən fəryad çəkərərk "Eynər Racəbiyyun? (Rəcəb ayının əhli haradadır?)" Elə bu zaman üzləri nurla parıldayan bir qrup insanlar ayağa qalxar. Bu insanların başları üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları vardır. Onların hər birinin həm sağ və həm sol tərəfində durub ona "Allahın sənə əta etdiyi bu kəramətlər mübarəkin olsun!" sözlərini deyən min mələk vardır. Bu zaman Allah Cəllə Cəlaluh tərəfindən nida gələr: "Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və çaylar axan behiştə sizə mənzillər verəcəyəm. Siz orada əbədi qalacaqsınız. Və bu çalışan kəslər üçün nə gözəl mükafatdır. Siz könüllü surətdə - Mənə xatir, hörmətini uca tutduğum və haqqınin riayət olunmasını vacib bildiyim bir ayda oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!".

- Daha sonra İmam Sadiq (əleyhi səlam) sözlərinə belə davam etdi: “Bütün bu deyilən mükafat o kəs üçündür ki, bu ayın bir miqdarınə, hətta 1 gün olsa da belə ayın əvvəlində, ortasında və yaxud axırında oruc tuta".

 

Rəcəb ayının əməllərindən

Rəcəb ayının ilk gecəsi bu duanı oxumaq tövsiyə edilmişdir: "Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan" (Duada Allah Təaladan 3 mübarək ayın - Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) "leylətul-rəğayib" adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.

Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.

Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində).

Oruc tutmağa imkanı olmayan insanlar, əvəzində bu duanı da oxuya bilər: “Subhanəl-ilhil-cəlil, subhanə mən la yənbəğit təsbihu illa ləh, subhanəl-ə’əzzil-əkrəm, subhanə mən ləbisəl ‘izzə huva ləhu əhl”.

Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.

Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.

Həzrət Rəsulullahdan (s) nəql edilir: "Hər kim Rəcəb ayında 100 dəfə söyləyə: "əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh" və oxuduğu duanı sədəqə ilə xətm edə (duanı oxuduqdan sonra sədəqə verə), Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar".

Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;

Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir.

Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: "Əstəğfirullahə və əs-əluhut-təvbə"

Qeyd:İslam təqvimində ən fəzilətli gecələrdən biri olan Leylətul rəğaib(Rəğaib gecəsi)Rəcəb ayının birinci cümə gecəsinə(cümə axşamı günü şam azanından sonra) təsadüf edir.Bu gecənin xüsusiyyət və əməlləri barədə inşaAllah məlumat verəcəyik.


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq

 
user comment