Azəri
Friday 26th of April 2024
0
نفر 0

Ömür kitabının zindanda vərəqlənən 60-cı səhifəsi – Azərbaycan Dindarlarına Azadlıq!

Ömür kitabının zindanda vərəqlənən 60-cı səhifəsi – Azərbaycan Dindarlarına Azadlıq!

hli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün Azərbaycanda onlarla günahsız insan daş divarlar arasında əzablı zindan həyatı yaşamaqdadır. Onların "cinayəti" haqqa tapınmaq, haqqı dilə gətirmək, haqq uğrunda mübarızə aparmaqdır. Din və ədalət yolunda azadlığını itirmiş bu imanlı insanlar arasında nurlu simalı, ağzı dualı bir haqq aşiqinə də rast gəlmək olar. O, ölkə dindarları arasında dini əqidəsi, dönməz mövqeyi ilə tanınan və sevilən Axundzadə Ruhullah Höccət oğludur. O, ömrünün 60-cı qışını məhbəsdə, daş divarlar arasında qarşılayıb. Gəlin əvvəlcə dindar insanı, savadlı bir ziyalını zindana gətirib çıxaran mübarizə yoluna nəzər salaq.

Axundzadə Ruhullah Höccətullah oğlu 1955-ci il yanvar ayının 21-i Astara rayonunda dəmiryolçu ailəsində dünyaya gəlib. Orta təhsilini Astara rayonunda alıb, Azərbaycan Texniki Universitetini bitirib. Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri olub...

Doğulduğu rayonda və ölkə dindarları arasında səmimi və halal bir insan kimi tanınmış Axundzadə 4 il bundan əvvəl, yanvarın 21-də, qışın ən şaxtalı və soyuq günlərinin birində hicab repressiyaları dalğasında həbs edilərək zindana atıldı.

Azərbaycan Respublikası Baş Prokurorluğu Azərbaycan İslam Partiyası Astara rayon komitəsinin sədri Ruhullah Axundzadənin evindən silah-sursat "tapılması" ilə bağlı rəsmi məlumat yaydı. Bu ağ yalana inanan olmasa da, rejim şər və böhtan üsuluna əsaslanaraq digər islamçılar kimi onu da insan üçün ən şirin nemət olan azadlıqdan məhrum etdi. Beləcə pak, yüksək mənəviyyatlı insanlar ən çirkin üsullarla bir-bir həbs olundular.

Ruhullah Axundzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini "törətməkdə" şübhəli şəxs qismində tutulub. AİP Astara rayon təşkilatının sədri Ruhullah Axundzadə bu ittihamla 11 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan ona Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də yeni ittiham irəli sürülüb.

Hacı Ruhullahı həbs etməklə onu susdurduqlarını güman edənlər isə çox yanıldılar. Onun haqq deyən səsi daş divarlar arasında daha gur səsləndi. Həqiqəti çatdıran fikirləri digər dustaqlar arasında geniş yayılaraq ona böyük nüfuz qazandırdı. Hacı Ruhullah zindanda onlarla məhkumu düz yola qaytardı, qumar, içki, narkotik kimi günah əməllərdən uzaqlaşdırdı, onları Allahın pak yoluna dəvət etdi. Buna görə ona qarşı təzyiqlər artsa da, haqq aşiqini susdurmaq onlara nəsib olmadı. Əksinə, məhbəsdə qazandığı nüfuzdan çəkindilər.

Yanvarın 21-i onun əqidə dostları, zindandakı həmfikirləri, yaxınları, qohumları və təmsil etdiyi partiyanın bütün üzvləri üçün xüsusi bir gundür. Həmin gün Ruhulla Axundzadənin doğum günü idi, zaman onun ömrünə yuvarlaq bir rəqəm əlavə etdi.

Həyatda 60 yaşa qədəm qoydu, zindan ömründən isə daha 4 il ötdü. 60 yaşa qədəm qoymaq müdriklik çağına qədəm qoymaq deməkdir. Zindan isə möminlər üçün sınaq və imtahan qapısıdır. Bu sınaqlardan alnıacıq çıxan Mövsümlər, Ruhullalar, Farəməzlər, Abgülllər,Talelər Əhli -Beyt məktəbinin layiqli davamçıları olduğlarını sübut etdilər. Sınmadılar, təzyiqlar, işgəncələr, azadlığı itirmək önları cismən zəiflətsə də, mənən daha da möhkəmləndirdi, mübarizə əzmlərini daha da yüksəltdi. Allah tezliklə qapılarını açsın, AMİN!

Təbrik edirik səni, əziz qardaşımız Ruhulla! Arzu edirik ki, 60-cı yaş günün zindanda keçirdiyin son doğum günün olsun. Səni şərləyənlərin zülmət dünyası bir az da qaranlığa qərq oldu. Hesab vaxti onlar öz iyrənc əməllərinə heç cürə haqq qazandıra bilməyəcəklər. İblisə xidmət edənlərin son məkanı cəhənnəm olacaq, inşallah. Bu, onların özlərinin seçdiyi şərəfsizlik yoludur. Sənin və zindanda əzab çəkən bütün əqidə dotlarının yolu isə pak və nurlu haqq yoludur. Yolunuz açıq olsun!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...

 
user comment