Azəri
Friday 26th of April 2024
0
نفر 0

Kaşiful-Ğita ABŞ, Britaniya, sionizmə...

Kaşiful-Ğita ABŞ, Britaniya, sionizmə...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İslam alimləri həzrət Peyğəmbər (s) və məsum imamların varisləri olaraq tarix boyu küfr və zülmə qarşı mübarizə aparmışlar. Xüsusi ilə son iki əsrdə dünya imperializmi İslam və müsəlmanlara qarşı öz şagirdləri və əlaltılarına böyük meydan açmışdır. Öz növbəsində həqiqi İslam alimləri bu hücumlar qarşısında mətanətlə dayanmışlar. Molla Əli Kəninin Latari əleyhinə mübarizəsindən başlamış Mirza Şirazinin tənbəki hərəkatına qədər böyük mücahidələrə şahid oluruq. Seyid Cəmaləddin Əsədabadinin yorulmadan apardığı ardıcıl mübarizə, böyük İraq alimlərinin Beynən-Nəhreyndə Britaniyaya qarşı mübarizələri, şəhid Ayətullah Seyid Həsən Müdərrisin 1919-cu il müqaviləsinə qarşı hərəkatı, məşrutə dövründə Nəcəf və İran alimlərinin mübarizələri din alimlərinin tarixə yazılmış qəhrəmanlıq salnamələridir.

Müasir təqlid mərcələri arasında Ayətullah-üzma Şeyx Məhəmmədhüseyn Kaşiful-Ğitanın fədakarlıqları xüsusi yer tutur. Alim öz əsərləri ilə İslam və şiəliyə misilsiz xidmətlər göstərmişdir. Onun dəyərli "Şiəliyin bünövrəsi və prinsipləri" kitabında azğın cərəyanlar, vəhabilik haqqında danışılır, şiəliyə yönəli ittihamlara yetərli cavab verilir. Alim yazır ki, Misir mətbuatında şiəliyə qarşı yer alan ittihamlar sonradan məlum oldu ki, Britaniyanın vəhabilərin qolluğundan çıxmış əli ilə görülən işdir. Alim yazır ki, bu hadisədən sonra dözə bilmədim və sükutu pozdum. Kitab alimin həyatı dövründə 15 dəfə çap olunub. Müxtəlif dillərə çap olunmuş kitabda fitnəkarlıq pərdələri yırtılır, ittihamlar cavablandırılır. Kaşiful-Ğita deyir ki, Fatimilər dövrünün yadigarı olan Əl-Əzhər universitetinin bu fitnələrə uyması məni təəccübləndirdi.

Mərhum Ayətullah Kaşiful-Ğita Britaniyanın fitnələri haqqında yazır: "Vəhabilik saxta məzhəbdir, onun bünövrəsini Britaniyanın tərbiyə etdiyi Məhəmməd ibn Əbdül-vəhab qoymuşdur." Böyük müctehid Londonun fitnələrini ifşa edərək bildirir ki, düşmənlər şiə həqiqətlərini təhrif edir, İslamın siyasi prinsiplərini ixtisara salaraq kitablar yayırlar.

Ayətullah Kaşiful-Ğitanın Amerikanın Yaxın Şərqin Dostları Cəmiyyətinin rəisinə ünvanladığı məktubda Vaşinqtonun şeytani fitnələri ifşa olunur. Cəmiyyət rəisinin müavini Qarland Evans Hopkins 1954-cü ildə alimin Londonda təşkil olunan konfransa qatılmasını istəyir. Konfransın məqsədi kommunizmə qarşı İslam və xristianlığı yaxınlaşdırmaq idi. İki din arasında bu sahədə anlaşma əldə olunması üçün çalışırdılar.

Ayətullah Kaşiful-Ğitanın cəmiyyət rəisinə yazdığı böyük məktub adı çəkilməyən tərcüməçi tərəfindən 68 səhifədə çap olunmuşdur. Əsəri ikinci dəfə doktor Əli Şəriəti tərcümə edib. Başqa bir tərcümə Cəlaləddin Farsiyə aiddir. Bizim nəzərdən keçirdiyimiz nüsxə 1333-cü ildə (60 il öncə) naməlum tərcüməçi tərəfindən fars dilinə çevrilən təcümədir. Bu mətndən zəruri nöqtələri oxucuların diqqətinə çatdırmaq istədik. Nisbətən böyük həcmli mətndən çıxarılan nöqtələr alimin dərin düşüncəsini ortaya qoyur.

Məktubda oxuyuruq:

Yaxın Şərqin Dostları Cəmiyyətinin rəis müavini cənab Qarland Evans Hopkins! Sizin mənə ünvanladığınız məktubu aldım. Bu məktubda mənim İslam və məsihi alimlərinin qatılacağı konfransda iştirakım arzulanır. Yazırsınız ki, konfransın mövzusu ruhani və əxlaqi dəyərlərdir. Sonra kommunizmin təhlükəsindən danışırsınız. Siz konfransa dəvət alan 50 alimin bu mövzuda çıxış etməsini istəyirsiniz. Mənim nəzərimcə, konfrans iki mövzu üzərində dayanmalıdır:

1. İslam və məsihilikdə ruhani dəyərlər və əxlaq nümunələri;
2. Kommunizm təhlükəsi, İslam və məsihiliyin çıxış yolu göstərməsi

Kommunizm təhlükəsini necə aradan qaldırmaq olar? Öncə deyim ki, əməlin təsiri sözün təsirindən böyükdür. Əgər cəmiyyət və dövlət başçıları haqqında danışdıqları ruhani və əxlaqi dəyərlərə əməl etmirsə, danışmaq əbəsdir. Kommunizm təhlükəsini aradan qaldırmaq üçün xalqlar azad olmalı, ictimai ədalət təmin edilməli, zülm və fəsadın kökü kəsilməli, insan haqları qorunmalıdır...

Ey Amerika xalqı, ey Amerika dövləti, ey Britaniya dövləti! Sizdə bu xüsusiyyət varmı? Siz özünüzdə ruhani və əxlaqi dəyərlər görürsünüzmü? Ruhani dəyərlərə qiymət verirsinizmi?

Sizin ərəb və Fələstin müsəlmanlarına qarşı amansız cinayətləriniz adınızda bir qara ləkədir. Siz deyilsiz ki, öz çirkin əlinizlə, yəni beynəlxalq sionizmlə ərəblərə zərbə vurursunuz? Qadın və uşaqları, dinc insanları qətlə yetirən siz deyilsiniz?! Yəhudiləri pul və silahla təchiz edən kimdir? Siz olmasaydınız, yəhudilərdə bu cürət haradaydı! 900 min ərəbi öz ev-eşiyindən, vətənindən didərgin salan siz deyilsiniz?! Onlar susuz səhralarda, açıq səma altda qalıblar. Onların öz vətənlərində şərəfi vardı. Onların halına daşlar ağlayır...

Qərb bu regionda öz fəsad yuvası olaraq İsraili yaratdı. Bu gün Amerika, Britaniya, bütün Avropa onu müdafiə edir. Amerika-Britaniya-Sionizm üçlüyü Yaxın Şərqdə İslam və müsəlmanlarla müharibə aparır.

Siz həmişə yəhudiləri müsəlmanların üzərinə qaldırdınız. Eyni vaxtda ərəbləri öz sıralarınıza çəkirsiniz ki, üzərlərinə öhdəçilik qoyasınız...

Tehranda, Suriyada, Misirdə, Livanda qan tökən siz deyilsiniz?! (Alim 1953-cü ildə London və Vaşinqtonun İslam ölkələrinə müdaxilələrini nəzərdə tutur) Bu ölkələrdə min bir müsibət yaradan, günahsız insanların qanını axıdan kimdir?! Tunis, Mərakeş, Əl-Cəzair, Koreya, Hindistan, Çin, Keniya sizin alışdırdığınız odda yanmırmı?!

Sizin nəzərinizdə din maddədən fərqli bir şeydir? Siz maddədən başqa bir şey qəbul edirsiniz? Maddi dünya uğrunda dünyanı fəsada çəkən siz deyilsiniz?! Kütləvi qırğın silahları, nüvə silahı, kimyəvi silahlar istehsal edən kimdir?!

***

Ayətullah-üzma Kaşiful-Ğita kimi mücahid alimlər İslam tarixinin iftixarıdır. Bu gün ən böyük məktəb dünya imperializmi və sionizmlə mübarizə məktəbidir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...

 
user comment