Azəri
Saturday 27th of April 2024
0
نفر 0

İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?

İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?

İslamda yataqda yaxınlıq etməyə xüsusi təkid olubdurmu? İslamda yaxınlığın forması və necə edilməsi barəsində göstərişlər varmı? Mümkünsə, fəqihlərin nəzərlərindən əlavə bu haqda olan rəvayətləridə açıqlayın. (Təqlid Mərcəyim: Sistanı)
Qısa cavab
İslam insan həyatının bütün sahələri üçün o cümlədən yaxınlıq barəsində qaydalar tənzimləyibdir ki, bu qaydalara riayət etmək, ər və arvadın ruhi və cismi, fərdi və ictimai sağlamlığında, onların uşaq sahibi olmasında uşağı sağlam olmasında, məhəbbətin çox olmasında və... təsirlidir. Rəvayətlərdə yaxınlığın ancaq yataqda olmasına işarə olmasa da, lakin islam bu işi hər yerdə etməyə icazə verməyibdir. Bu iş üçün xüsusi və münasib bir yer nəzərdə tutulmalıdır və xüsusi şərtlər çərçivəsində yerinə yetirilməlidir.

Ətreaflı cavab
İslam həyat dini olduğuna görə, insan həyatının bütün sahələri üçün o cümlədən yaxınlıq üçün qaydalar tənzimləmişdir. Bu qaydalara riayət etmək, ər və arvadın ruhi və cismi, fərdi və ictimai sağlamlığında, uşaq sahibi olmağın, uşağın sağlam olmasında, məhəbbətin çoxalmasında və... təsirlidir.
Rəvayətlərdə olan bu yaxınlıq qaydalarının bəzisi bunlardır:

Yaxınlığı uca Allahın adı ilə başlaması: Rəvayətlərdə yaxınlıqdan qabaq dua və zikrlər qeyd olubdur ki, onların ən mühümü Allahı yad etməkdir. Həzrəti Əli (ə) buyururur: Yaxınlıq etmək istəyən insan bunu desin:

«بسم الله و بالله اللهم جنبنی الشیطان ما رزقتنی»
Bismillahi və billah əllahummə cənnebniş- şeytan ma rəzəqtəni.
Allahın adı ilə və allah üçün, İlahi mənə ruzi verdiklərindən şeytanı uzaq et! [1]

Yaxınlığın vaxtı: Yaxınlıq üçün xüsusi vaxtlar təyin edilmişdir ki, ona riayət etməməyin mənfi nəticələri ola bilər. İmam sadiq (ə) buyurur: Ayın əvvəli, ortası və sonu yaxınlıq etmə, çünki, uşağın düşməsinə səbəb olar. Əgər övlad dünyaya gəlsə, dəli və ya yuxuda yerimə xəstəliyinə düçar ola bilər...[2]
Heyz və nifas günləri və oruc tutan vaxt yaxınlıq etməməli. Peyğəmbər (s) buyurur: Hər kəs heyz vaxtı arvadı ilə yaxınlıq etsə, dünyaya gələn uşaq xora ya çirk və ya pisi xəstəliyinə düçar olar. Ona görə də yalnız özünü danlamalıdır. [3]

Təqlid mərcələrinin hamısı, o cümlədən Ayətullah Sistani, həmin günlərdə cinsi yaxınlığı haram buyurublar. [4]

Yaxınlıq vaxtı üzü qibləyə və arxası qibləyə olmasın. İmam Sadiq (ə) buyurur: "... Kişi üzü qibləyəvə arxası qibləyə cinsi yaxınlıq etməməlidir. ..."[5]
Yaxınlıq edilən yer digər insanlardan uzaq, hətta oyaq südəmər və uşaqlardan uzaq olmalıdır. Peyğəmbər (s) buyurur: "Əgər uşaq oyaq olanotaqda öz arvadınızla cinsi yaxınlıq etsəniz, uşağın xoşbəxtlik və nicat tapmağa həsrət qalmasına səbəb olar."[6]
Rəvayətlərin bəzisində səma altında olan və gəmi kimi yerlərdə yaxınlıq etmək qadağan edilibdir. [7]

Buna əsasən rəvayətlərdə yaxınlığın ancaq yataqda olmasına işarə olmasa da, lakin İslam bu işi hər yerdə etməyə icazə verməyibdir. Bu iş üçün xüsusi və münasib bir yer nəzərdə tutulmalıdır.
Qeyd etməliyik ki, üçüncü şətdən başqa digər qaydalara riayət etməmək haram deyil, yalnız məkruhdur.

[1] - Hürr Amuli, Məhəmməd bin Həsən, Vəsailüş-şiə, cild 20, səh 136, Məktəbul İslamiyyə, Tehran
[2] - Məclisi, məhəmməd Baqir, Hilyətul müttəqin, Dördüncü bab, Evlənməyin fəziləti və onun qaydaları, Dördüncü fəsil.
[3] - Hilyətul müttəqin, Dördüncü babın dördüncü fəsli.
[4] - O həzrətin tozihul məsailin risaləsi, məsələ 448, 504, və 1565
[5] - Hilyətul müttəqin, Dördüncü babın dördüncü fəsli, Vəsailüş- şiə, cild 20, səh 120.
[6] - Vəsailüş- Şiə, cild 20, səh 132.
[7] - Vəsailüş- Şiə, cild 20, səh 137.

 


source : www.islamquest.net
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ

 
user comment