Azəri
Friday 26th of April 2024
0
نفر 0

DUA QUR`ANDA

DUA QUR`ANDA

Kümeyl duasının şəhri

Hüseyn Ənsariyan 

Sonsuz feyz mənbəyi, sahilsiz kəramət okeanı, həqiqət fəzasının yaradıcısı, elm hikmət süfrəsini açan Cənab Haqq Qur`ani-Məciddə buyurur: Ey peyğəmbər, xalqa de ki, əgər dua etməsələr, Allah onlara e`tina göstərməz.”[1]

Dua Allahın diqqət rəhmətini insana yönəldən bir vasitədir. Bu rəhmət vasitəsi ilə insan bəlalardan uzaqlaşır, səadətə nail olur. Sevənlərin məhbubu, zikr edənlərin üz tutduğu, şükür edənlərin həmsöhbəti, `minlərin sığınacağı olan Rəbbimiz belə buyurur: Əgər bəndələrim Mənim haqqımda soruşsalar, (cavabı budur ki,) Mən həqiqətən yaxınam, dua edən Məni çağıran zaman onu qəbul edərəm.”[2]

Bəli, insana Allahdan daha yaxın olan başqa bir varlıq yoxdur. Məhz bu yaxınlıq insanı vücuda gətirmiş, onu ana bətnində tərbiyə etmiş, dünya həyatına gətirmiş, bu qonaq üçün maddi `nəvi ne`mətlərdən süfrə açmış, xoşbəxtlik yolunu insana göstərmək üçün peyğəmbərlər göndərmiş, Qur`an `sum imamlar kimi misilsiz ne`mətlər qərar vermiş, susuzluğunu saf sularla yatırmış, aclığını dadlı yeməklərlə doyurmuşdur. Məhz bu yaxın varlıq xəstəliklərə şəfa vermiş, ailə-övlad dost-tanış vasitəsi ilə insanı tənhalıqdan qurtarmış, ayıbları libaslarla örtmüş, qəlblərdə Öz məhəbbətini icad etmiş, müşkülləri aradan qaldırmış, sağlamlığa davam vermişdir. Axı insanın dəyərini Allahdan başqa kim ucalda bilər? İnsanın halından, ehtiyaclarından, arzu istəklərindən Allah qədər xəbərdar olacaq ikinci bir varlıq varmı?

Bəli, insana hamıdan yaxın olan Odur. “Qafsurəsinin 16- ayəsində buyurulur: Doğrudan da, insanı biz yaratmış nəfsinin ona nələr vəsvəsə etdiyini bilirik. Biz ona boyun damarından da yaxınıq.”

Əql bəsirətcə hamıdan üstün, qəlbləri bütün qəlblərdən nurani, qeyb aləminə hamıdan daha agah olan, həqiqəti olduğu kimi dərk edən peyğəmbərlər bütün vücudları ilə duaya bağlı olmuşlar. Onların gecəsi, gündüzü duasız ötüşə bilməz. Onlar duanı təkamül mayası, daxili çirkinlikdən təmizlənmə amili, müşküllərin həlli üçün səbəb bilmişlər. Bu ilahi şəxsiyyətlər əmin idilər ki, ilahi dərgaha əl açmış heç bir insan əliboş dönəsi deyil. Allah-Taalaya təvazökarlıqla dua edən bu insanlarda dualarının qəbul olunmasına zərrəcə şübhə yox idi. Bu həqiqət həzrət İbrahim (ə)-ın dilindən gözəl şəkildə bəyan olunur: Həmd olsun Allaha ki, qoca vaxtımda mənə İsmail İshaqı əta etdi. Həqiqətən, mənim Rəbbim duaları eşidəndir.”[3]

 Bəli, məhz duanın gücü hesabına Həzrət Zəkəriyya arvadı - yaşlarının ötməsinə baxmayaraq - Yəhya kimi övladla jdələndilər (“Məryəm”, 5-9). Həzrət İsa (ə) yaxınlarının arzusu ilə səmadan bir süfrə açılmasını istədi Allah onun duasını qəbul etdi (“Maidə”, 112-115).

Allah-Taala bəndələrinə bütün hallarda dua etməyi tapşırır. Tapşırır ki, əllərimizi açıb təvazö sınıq qəlblə ehtiyaclarımızı Ondan istəyək dualarımızın qəbul olunacağına ümidvar olaq. Qəti şəkildə bildirmişdir ki, təkəbbür göstərib duaya arxa çevirənlər zəlil görkəmdə Cəhənnəmə gətiriləcəklər. “Ğafirsurəsinin 60- ayəsində buyurulur:

Məni çağırın, sizə cavab verim (duanızı qəbul edim). Həqiqətən, Mənə ibadət etməkdən boyun qaçıranlar tezliklə zəlil halda Cəhənnəmə daxil olacaqlar.”



[1] «Фурган», 77.

[2] «Бәгәрә», 186.

[3] «Ибраһим», 39.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment