Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

Qətərin Milli Quran müsabiqəsi komitəsinin birinci xəbər toplantısı bu gün (13.03.2012) olacaq

Qətərin "Şeyx Casim bin Muhəmməd Ali Sani" adına Quran hifzi müsabiqəsinin 19-cu tur komitəsinin birinci xəbər toplantısı bü gün (13.03.2012) sübh Duhedə olacaq

  xəbər agentliyinin Qətərin “Əş-Şətq” qəzetinə istinadən verdiyi məlumata əsasən, bu toplantıda "Şeyx Casim bin Muhəmməd Ali Sani" adına Quran hifzi müsabiqəsinin vaxtı, proqramları və fəaliyyətləri barədə müzakirələr aparılacaq.

Qətərin İslam işləri naziriliyi 2012-ci ildə keçiriləcək (1433-cü hicri) "Şeyx Casim bin Muhəmməd Ali Sani" adına Quran hifzi müsabiqəsinin 19-cu tur komitəsinin təşkil olunması hökmünü imzaladı.

Bu hökmə əsasən Seyid Məhəmməd Məhmud əl-Məhmud komitənin rəisi, Nasir Yusif əs-Səliti komitənin rəis müavini və vitse-prezidenti və Həmd Əhməd əl-Molla, Əli Ubeyd Ali Mehran, Fəhəd Muhəmməd əl-Fəhid, Səd İmran əl-Kuvari və Haşim Muhəmməd Teyfur bu komitənin üzvləridir.

Müsabiqədə iştirak etməyin şərtlərini, müsabiqənin zaman və məkanını, mükafatlarını, habelə müsabiqə zamanı əlavə proqramların icrasını təyin etmək, komitənin öhdəsinə düşən vəzifələrdir.

Bu xəbərə əsasən "Şeyx Casim Quran müsabiqəsin" komitəsi Qətərin Dini İrşad və Təbliğ idarəsində fəaliyyət göstərir. Müsabiqələrin Hakim və Münsiflər heyəti yarışların son nəticəsini bu komitəyə elan edəcklər.

"Şeyx Casim Quran müsabiqəsi" kişi və qadınların iştirakı ilə 7 ixtisas: Quranın (30 cüz) tərtil və təcvidlə hifzi, 25, 20, 15, 10, 5 cüz (Quranın hər 10 vərəqi bir cüz sayılır) Quran hifzi tərtil və təcvid qaydalarına əsasən və yeniyetmələr və səkkiz yaşından aşağılar üçün 1 cüzdən 5 cüzə kimi Quran hifzi üzrə keçiriləcəkdir.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nardaran “işi”-2. İsa Şükürov: "İdealım İmam Hüseyndir"
ELMIN MƏHƏMMƏDIN (S) PEYĞƏMBƏRLIYINƏ ŞƏHADƏT VERMƏSI BARƏDƏ TƏDQIQAT
Fələstin YUNESKO-ya üzv seçildi
Britaniyada İmam Əli (ə) haqqında seminar keçiriləcək
Camiətül-Mustafada (s) təhsil almaq üçün 2000 qeyri-iranlı rəqabət aparacaq
Analoqsuz inkişafı olan Bakı kasıbçılıq üzündən dünya çempionatından imtina ...
Azərbaycan öz "XİLASKARINI" gözləyir?
Tehranın əliyevlərdən bir daha açıqlama tələbi
Azərbaycanda Şəhid Anası soruşur: Bəs niyə varlının balası şəhid olmur?
Ayətullah Sistani cənabları vəsiyyət edib

 
user comment