Azəri
Friday 26th of April 2024
0
نفر 0

BƏDA BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 

İnsanda bədanın mənası budur ki, hansısa bir şey barəsində əvvəldə mövcud olmayan bir rəy meydana gəlir, onun fikri, görmək istədiyi bir işdən dönür. Çünki, onun rəyini və o rəy əsasında əməl edəcəyini dəyişəcək bir şey qarşıya çıxır, nəticədə görmək istədiyi feli tərk etməli olur. Bu da öz mənafe və məsləhəti barədə bilməməzliyindən, yaxud əvvəlki fellərindən peşman olmasından irəli gəlir.

Amma bədanın qeyd edilən bu mənası Allah-Taala barəsində qeyri-mümkündür. Çünki, bədanın bu mənası nöqsan və cəhldən (bilməməzlikdən) irəli gəlir və bunların da hər biri (İmamiyyə məzhəbinin əqidəsinə görə) Allah barəsində qeyri-mümkündür.

İmam Sadiq (əleyhis-salam) buyurur:

Hər kəs Allahda peşmançılıq səbəbilə nəzər dəyişikliyi baş verdiyini güman etsə, bizim nəzərimizə görə, Əzim Allaha kafir olmuşdur.

Yenə də buyurur:

Hər kəs güman etsə ki, Allahda dünən bilmədiyi hər hansı bir şey barəsində (bu kimi) nəzər və rəy dəyişikliyi hasil olubdur, bu halda mən ondan bizarlıq edirəm.

Amma məsum İmamların (əleyhis-salam) hədislərində gələn bəzi kəlamlarda, nəzər dəyişilməsinin qeyd olunan mənasının Allah barəsində səhih olması başa düşülə bilər. Məsələn, İmam Sadiq (əleyhis-salam) buyurur ki:

Allahda oğlum İsmail barəsində olan bəda (rəy dəyişikliyi) heç bir şey barəsində baş verməyib.

Məhz bu səbəbə görə də İslam firqələrinin bəzi müəllifləri (İmam Sadiq (əleyhis-salam)-ın sözünü yanlış təfsir edərək) Peyğəmbər Əhli-beytinin ardıcılları olan haqq İmamiyyə məzhəbinə bədanın qeyd olunan mənasını irad tutaraq onlara tənə vururlar.

Bu barədə səhih mətləb, Allahın Quranda buyurduğu kimidir:

Allah istədiyini məhv edir, istədiyini də öz yerində təsbit edir və yalnız Onun yanındadır Ümmül-Kitab.

Bunun mənası belədir ki, Allah bəzi vaxtlar hansısa bir şeyi Öz peyğəmbəri, yaxud övliyasının dili ilə aşkar edir, yaxud zahirən müəyyən bir məsləhətli iş bu cür izhar etməyi tələb edir. Sonra isə onu aradan aparır, ilk dəfə zahir olduğundan başqa şəkildə baş verir. Allah da öncədən buna elmli olur. Məsələn, həzrət İsmail yuxuda görür ki, atası onu Allah yolunda qurbanlıq edir.

Deməli, İmam Sadiq (əleyhis-salam)-ın buyuruğunun mənası budur ki, Allah-Taala heç bir məsələni, oğlu İsmailin məsələsi kimi aşkar etməyib. Çünki zahirən camaat arasında təsəvvür olunurdu ki, o Həzrətin oğlu İsmail böyük övlad olduğundan, ondan sonrakı İmam da o olacaqdır. Allah onun canını aldı ki, camaat onun sonrakı İmam olmamayacağını bilsin.

Bədanın bu mənası sabiq şəriət hökmlərinin bizim əziz Peyğəmbərimizin vasitəsi ilə qüvvədən salınmasına (nəsxə) çox yaxındır. Hətta bizim Peyğəmbərin gətirdiyi şəriət hökmlərinin bəzisi də sonradan qüvvədən salınaraq başqası ilə əvəz edilmişdir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)

 
user comment