Azəri
Friday 26th of April 2024
0
نفر 0

ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI


Nəhayət 1340- hicri-şəmsi ilinin şəhrivər ayının 22- Şeyxin bərəkətli ömür quşu bir ömür nəvi tərəqqidən ruhi saflaşdırmadan sonra Allah dərgahına pərvaz etdi. Onun ilahi ruhunun ərşə pərvazının baş vermə əhvalatı çox ibrətamiz eşitməlidir. Burada mərhum Şeyx Rəcəbəli Xəyyatın vəfatının bəyan olunması ilə eyni zamanda böyük ilahi şəxsiyyətlərdən iki nəfərinin vəfatınıŞeyxin vəfatına çox oxşar olduğuna görəqeyd edəcəyik.

VƏFATDAN ƏVVƏLKİ GÜN

Şeyxin övladı onun vəfatından əvvəlki günü belə vəsf edir: Vəfatından əvvəl atam tamamilə sağlam idi. Anam evdə yox idi, təkcə mən evdə idim. Axşamçağı atam gəldi, dəstəmaz alıb mənə dedi: Bir azca yorğunam, əgər o şəxs gəlib paltarlarını aparmaq istəsə qayçıların yanındadır, otuz tümən zəhmət haqqısıdı.

Atam o vaxta qədər deməmişdi ki, bir kəs gəlsə ondan zəhmət haqqı al ya kimsə qədər verməlidir. Mən bu hadisədən heç başa düşmədim.

ŞEYXİN ŞAGİRDLƏRİNDƏN BİRİNİN YUXUSU

Şeyxin müridlərindən biri sadiq yuxu vasitəsi ilə vəfatından əvvəlki gecə onun ilahi dərgaha pərvaz edəcəyini bilmişdi. O, bu yuxunu belə bəyan edirdi: Şeyx vəfat etdiyi günün qabaqkı gecəsində yuxuda gördüm ki, «Qəzvin» məscidinin qərb tərəfindəki dükanların qapısını bağlayırlar. Soruşdum: olubdur? Dedilər ki, cənab Şeyx Rəcəbəli dünyadan getmişdir. Nigaran halda yuxudan ayıldım, gördüm ki, gecə saat üçdür. Öz yuxumu doğru yuxulardan hesab etdim. Sübh azanından sonra namazı qılıb, dayanmadan cənab Radimənişin yanına getdim. Belə sübh tezdən gəlməyimi görüb təəccübləndi. Mən yuxumu ona danışdım.

Sübh saat beşdə hava işıqlanmamış Şeyxin mənzilinə yola düşdük. Şeyx qapını açdı, içəri daxil olub oturduq. Şeyx oturub buyurdu: Belə sübh tezdən harada idiniz?

Mən yuxumu demədim, bir qədər söhbət etdikdən sonra Şeyx böyürü üstə uzandı, əllərini başının altına qoydu buyurdu: Bir şey deyin, şer oxuyun!

Məzmunu aşiqlərin ayrılacğını çatdıran bir şer oxuduq.

ŞEYX ÖLÜM YATAĞINDA

Bir saat keçməmişdi ki, Şeyxin halı birdən birə dəyişildi. Dedim ki, həkim gətirək. Mənim yəqinim var idi ki, Şeyx bu gün dünyadan gedəcəkdir. O, buyurdu: İxtiyar sahibisiniz.

Həkim bir nüsxə yazdı, aptekə gedib dərman aldıq, qayıdanda gördük ki, Şeyxi o biri otağa aparıblar. O, üzü qibləyə oturmuşdu, ayağının altına bir parça salmışdılar. Əlinin baş şəhadət barmağını o parçaya sürtürdü.

Mən daha diqqətli idim ki, görəsən belə bir ilahi şəxsiyyət dünyadan necə gedəcəkdir. Ona bir halət baş verdi, sanki bir kəs onun qulağına isə deyirdi, o isə cavabında dedi: İnşaallah!

Sonra buyurdu: Bu gün neçənci gündür? Bu günün duasını gətirin?!

Mən o günün duasını oxudum, buyurdu: Verin Seyyid Əhməd oxusun.

O da oxudu, sonra Şeyx buyurdu: Əllərinizi asimana qaldırın deyin: Ya Kəriməl əfv, ya Əziməl əfv, əl-əfv, Allahım məni bağışla!

Mən dostuma baxıb dedi: Get, cənab Süheylini bura çağır. Çünki, mənə elə gəlir ki, yuxum doğrudur bu ayrılıq nöqtəsidir. Bunu deyib getdim.

 

XOŞ GƏLMİSİNİZ AĞA!

Bu hadisənin davamını Şeyxin övladlarından biri belə deyir: Gördüm ki, atamın olduğu evdə çox səs-küy var. Dedilər Şeyxin halı pisdir, dərhal otağa daxil oldum.Atam bir neçə dəqiqə bundan qabaq dəstəmaz alıb otağa daxil olmuşdu. Gördüm ki, üzü qibləyə oturub. Birdən ayağa qalxdı sonra oturub gülərüzlə dedi: Xoş gəlmisiniz ağa![1]

Əl verib görüşdü, sonra əlini çəkdi qurtardı, dodağında gülüş Allahın dərgahına qovuşdu.

QƏBRİN BİRİNCİ GECƏSİ

Şeyxin dostlarından biri deyir: Yuxu aləmində mərhum Şeyxin qəbrinin birinci gecəsində onun hüzuruna çatdım. Gördüm ki, movla Əli (ə) tərəfindən ona böyük bir məqam verilmişdir. Ona yaxınlaşdım, çox incə həssas bir nəzərlə məni süzdü sanki ata öz istəkli oğluna nəsihət vermək istəyir, oğlu isə diqqət yetirmir. Onun baxışından yadıma saldım ki, o, həmişə belə buyurardı: Allahdan başqa heç nəyi istəməyin, amma biz yenə həvayi-nəfsə giriftarıq.

Ona yaxınlaşdım, iki cümlə buyurdu: Birinci cümləsi: Həyatın düzgün xətti Allah Onun övliyaları ilə ünsiyyətdə olmaqdadır.

İkinci cümlə: O kəs həqiqi şəkildə yaşadı ki, onun əyalı toy gecəsi öz köynəyini Allah yolunda ehsan etmişdi.



[1]  Mərhum Süheylidən nəql olunubdur ki, «ağa» dedikdə məqsəd imam Zaman (ə) idi ki, ömrünün axır vaxtlarında onun görüşünə gəlmişdi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xanım Zəhranın (s.ə) mövludu münasibətilə qızıl gül paylanıb
Ədalətə iqtisadi cəhətdən baxış:
10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK

 
user comment