Azəri
Friday 26th of April 2024
0
نفر 0

QƏLBİN SAĞLAMLIĞI VƏ XƏSTƏLİYİ


Bizim həyatımız qəlbimiz və ruhumuzla bağlıdır. Bədəni idarə edən də odur. Bütün bədən üzvləri ona tabedir; əməl və hərəkətlər qəlbdən qaynaqlanır. Deməli, insanın bədbəxt və ya xoşbəxt olması da onun qəlbinin necə olmasına bağlıdır. Quran ayələri və hədislərdən məlum olur ki, insanın bədəni bəzən sağlam, bəzən isə xəstə olduğu kimi, onun qəlbi də bəzən sağlam, bəzən isə xəstə olur. Quranda buyurulur: “O gündə (qiyamətdə) insan üçün mal-dövlət və övlad heç bir fayda verməz, yalnız o kəslərdən başqa ki, (yalnız o kəslər nicat tapar ki,) Allaha doğru sağlam qəlblə qayıtmış olsun.”

Yenə buyurulur: “Həqiqətən bunda (bəd əməl sahiblərinin həlak olmasında) qəlbi olan insanlar üçün ibrətlər vardır.”

Yenə buyurulur: “Behişti müttəqilər üçün yaxına gətirərlər ki, azacıq belə, uzaq olmasın. Bu, həmin behiştdir ki, Allaha doğru qayıdaraq öz nəfslərini günahdan saxlayan insanlara vədə verilmişdi. Onlar həmin kəslərdir ki, mehriban Allahdan qorxaraq (Onun hüzurunda) xüşu halında olan qəlblə gələrlər.”

Gördüyünüz kimi bu ayələrdə “sağlamlıq” qəlbə aid edilir və insanın axirət səadəti Allah dərgahına sağlam və xüşu halında olan qəlblə qayıtması ilə şərtləndirilir. Digər tərəfdən Qurani-Kərim bəzi qəlbləri xəstə adlandırır. O cümlədən:

“Onların (münafiqlərin) qəlblərində xəstəlik vardır. Allah da onların xəstəliklərini artırar.”

“Allah qəlblərində xəstəlik olanların xəstəliklərini artırdı.”

“O zaman ki, münafiqlər və qəlblərində xəstəlik olanlar “Allahın və Rəsulun vədələri qürur və aldadıcı şeydən başqa heç nə deyildir” - deyərlər.”

“Sən qəlblərində xəstəlik olanları (yəhudi və məsihilərlə dostluq üçün) tələsən halda görərsən. Onlar deyərlər: “Qorxuruq ki, bizim üçün bir giriftarçılıq yaransın.””

Bu ayələrdə küfr, nifaq və kafirlərlə dostluq qəlbin xəstəliyi kimi qeyd olunur. Bu kimi ayələr, eləcə də Peyğəmbərdən (s.ə.v.v.) və Əhli-beyt imamlarından (ə) nəql olunan yüzlərlə rəvayətlərdən məlum olur ki, insanın qəlbi və ruhu da bədəni kimi sağlam və ya xəstə ola bilər. Deməli, qəlbin xəstəlik və sağlamlığını məcazi mənada götürməyin heç bir zərurəti yoxdur. Allah qəlbin və nəfsin xaliqi olduğu, Peyğəmbər (s.ə.v.v.) və pak imamlar (ə) insanı və qəlbi tanıyıb qəlbin bəzi xəstəliklərindən xəbər verdikləri halda nə üçün qəlbin xəstəliyi özünün həqiqi mənasında yozulmamalıdır?! Həqiqi insanşünaslar küfr, münafiqlik, haqqı qəbul etməmək, təkəbbür, kin-küdurət, qəzəb, xəbərçilik, söz gəzdirmək, xəyanət, xudbinlik, qorxu, bədxahlıq, töhmət, nalayiq danışmaq, qeybət etmək, kobud rəftar, zalımlıq, paxıllıq, hərislik, eyb axtarmaq, yalan danışmaq, şan-şöhrət istəmək, riyakarlıq, hiyləgərlik, sui-zən etmək, qəlbin daşlaşması, nəfsin zəifliyi və sair kimi çirkin sifətləri qəlbin və ruhun xəstəliyi kimi təqdim etmişlər. Deməli, belə dərdlərlə dünyadan gedənlər Allah hüzurunda sağlam qəlbə malik olmayacaqlar ki, aşağıdakı ayənin nümunəsi olsunlar: “O gündə Allahın dərgahına sağlam qəlblə gələnlərdən başqa, mal dövlət və övlad heç kəsə fayda verməz (heç kəs mal-dövlət hesabına canını qurtara bilməz).”

Qəlbin və nəfsin xəstəliklərini əhəmiyyətsiz hesab etmək olmaz. Bunlar fiziki xəstəliklərdən qat-qat təhlükəli, müalicəsi də olduqca çətindir. Fiziki və cismi xəstəliklərdə bədənin normallığı, müvazinəti pozulur, müəyyən ağrılar, narahatçılıqlar baş verir. Bəzi hallarda üzvdə nöqsanlı hal irəli gəlir. Lakin hər bir halda o məhduddur və ömrünün axırına qədər davam etmir. Amma qəlbin və nəfsin xəstəlikləri öz ardınca axirət bədbəxtçiliyini, işgəncəsini və əzabını, qəlbin dərinliklərinə işləyən və ruhu yandıran bir dərd gətirir. Bu dünyada Allahdan qafil olan, ilahi nişanələri müşahidə etməyən, bir ömür zəlalət, küfr və günah içində olan qəlb həqiqətdə kor, qaranlıq və zülmətlidir. Qiyamətdə də elə həmin korluq və zülmətlə dirildilər, dərdli, əzablı, işgəncəli və ağır həyatdan başqa bir taleyə malik olmayacaqdır.

Allah Quranda buyurur: “Hər kəs Bizim zikrimizdən üz döndərsə ağır həyata malik olacaqdır və Qiyamətdə onu kor məhşur edəcəyik. O deyər: “Nə üçün məni kor diriltdin? Halbuki mən dünyada görürdüm!” Allah onun cavabında buyurar: “Bizim ayələrimiz sənin üçün gəldi, lakin sən isə onları unutdun. Buna görə də sən də unudulacaqsan.””

“Nə üçün yer üzündə seyr eləmirlər ki, onunla düşünə biləcəkləri qəlbləri, eşidən qulaqları olsun?! Həqiqətən (kafirlərin) zahirdəki gözləri kor deyil. Əksinə onların qəlblərinin gözü kordur.”

“Hər kəsin bu dünyada (batini gözü) kor olsa axirətdə də kor və yolunu azmış olacaqdır.”

“Hər kəsi Allah hidayət etsə o, hidayət olunmuşlardan olar. Hər kəsi (öz əməli nəticəsində) azdırsa, onun üçün heç bir dost və köməkçi tapmazsan və qiyamətdə onları üzü üstə kor, lal və kar halda dirildərik.”

Bu sözdən təəccüblənərək “Qiyamətdə insanın batin gözü necə kor ola bilər? Məgər bizim zahirdəki qulaq-gözümüzdən başqa bir qulaq və gözümüz də varmı?” - deyə soruşa bilərsiniz. Cavab bundan ibarətdir ki, Xaliqin və ilahi insanşünasların verdiyi xəbərə görə insanın qəlb və ruhunun da gözü, qulağı və dili vardır. Amma onun gözü, qulağı və dili öz növündəndir. İnsanın nəfsi çox sirli bir varlıqdır. O, zatının batinində xüsusi bir həyata malikdir. Nəfsin özünəməxsus bir aləmi vardır. Bu aləmdə həm nur vardır, həm də zülmət, həm səfa və paklıq var, həm də küdurət və aludəlik, həm görmək və eşitmək vardır, həm də korluq və karlıq. Bu aləmin nuru və zülməti dünya aləminin nur və zülməti növündən deyildir. Allaha, məada, nübüvvətə və Qurana iman gətirmək nəfs aləminin nurudur.

Allah Quranda buyurur: “Ona (Muhəmmədə) iman gətirib onu əziz tutub kömək edənlər, həmçinin onunla olan nura (Qurana) tabe olanlar qurtuluşa, səadətə nail olacaqlar.”

“Həqiqətən Allah tərəfindən sizin üçün nur və bəyan edən kitab nazil olmuşdur.”

“Allah, islamı qəbul etmək üçün sinəsini (qəlbini) genişləndirdiyi və Pərvərdigarının tərəfindən ruh alan bir şəxs (başqaları ilə birdirmi?!) Vay olsun o kəslərin halına ki, qəlbləri Allahın zikrindən (yayınmaqla) qəsavət bağlamışdır (daşlaşmışdır). Belə şəxslər aşkar azğınlıqda olacaqlar.”

Allah bizə xəbər verərək buyurmuşdur ki, islam, Quran, iman, islamın hökmləri və qanunları bütünlükdə nurdur və onlara tabe olmaq qəlbi nurani edir. Doğrudan da bunlar qəlbə elə bu dünyada nuranilik verir, lakin onun nəticəsi axirət aləmində aşkar olur.

Allah bizə yenə də xəbər verərək buyurmuşdur ki, küfr, nifaq, günah, haqdan imtina etmək zülmət və qaranlıqdır. Bununla qəlbi qaraldıb aludə edir. Əlbəttə, bunun da nəticəsi axirət aləmində aşkar olacaqdır. Peyğəmbərlər də buna görə gəlmişlər ki, insanları küfr zülmətindən çıxardaraq iman və nur mühitinə daxil etsinlər.

Quranda buyurulur: “(Ey Peyğəmbər!) Biz Quranı sənə nazil etdik ki, insanları qaranlıqlardan, zülmətlərdən nura doğru çıxarasan.”

Möminlər elə bu dünyada iman, nəfsin saflığı, gözəl əxlaq, zikr, Allahı yad etmək və saleh əməl kimi nurun vasitəsilə öz qəlb və nəfslərini nurani edir, batini göz və qulaqları ilə həqiqətləri eşidib-görür və kamal dərəcələrində ilahi qürb məqamına doğru hərəkət edirlər. Belə nəfslər bu dünyadan getdikdən sonra tam mənada nur, sevinc, şadlıq və gözəllikdə olacaq, axirət aləmində dünyada əldə etdikləri həmin nurdan bəhrələnəcəklər.

Allah Quranda buyurur: “Yada sal o zamanı ki, mömin kişilər və qadınların nuru onların qabaqlarını və sağ tərəflərini işıqlandırar. (Onlara deyilər:) Bu gün sizin müjdəniz ağacları altından çaylar axan behiştdir, bu behiştdə həmişəlik qalacaqsınız. Bu böyük qurtuluş və səadətdir.”

Bəli, axirət aləminin nuru elə bu dünyada kəsb edilməlidir. Buna görə də axirət aləmində kafirlərin və münafiqlərin nuru olmayacaqdır.

Quranda buyurulur: “Yada sal o zamanı ki, münafiq kişilər və qadınlar möminlərə deyər: “İcazə verin, sizin nurunuzdan istifadə edək.” Onlara deyilər: “(Əgər bacarırsınızsa) dünyaya qayıdaraq özünüz üçün nur hazırlayın.”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment