Azəri
Saturday 27th of April 2024
0
نفر 0

DÜNYADA ƏN BÖYÜK ALOV ŞİMŞƏKDİR

 

Buyurur, ağac alovunu şimşək alovu ilə müqayisə edin. Şimşək buludların toqquşmasından yaranan lətif alovdur. Toxunduğu cismi yandırıb uzaqlaşır. Yandırdığını heç bir şey söndürə bilmir. Ağacı vurduqda tamamilə külə döndərir. Dənizə düşdükdə, hətta suyun altındakı balıqları da yandırır. Bəli, ağacdan da alğv yaranır. Amma bu alovu bir ovuc torpaq və ya su sndürür. yandırıcılığı da məhduddur.

Aydın olur ki, digər bir aləmin alovu bu dünyanın heç bir alovu, hətta şimşək alovu ilə də müqayisə edilə bilməz. Bərzəxdə ruhi əzabda olan insanın qəbirdəki cəsədinin də təsirlənməsi mümkündür. Əlbəttə ki, həmişə yox. Əksinə, bəzi Allah dostlarının məzarında heç bir ətir səpələnmədiyi halda xoş qoxular, müşk, ətir qoxusu duyulmaqdadır.

KİMLƏR ÜÇÜN QORXULU DEYİL?

Əhli-beyt (əleyhissalam)-dan xoş bir müjdə yetişib ki, bir dəstəni Allah-Taala qəbir qorxusu qəbir sıxıntısı rvə bərzəx əzablarından amanda saxlayır. Əvvəl o adamları ki, təlqin olunmuş olsunlar. Zahirən dəfndən sonrakı üçüncü təlqin nəzərdə tutulur. Yəhya ibni Əbdüllah deyir ki, İmam Sadiq (əleyhissalam) buyurdu: “Nə edə bilrəsiniz ki, sizin meyyitləriniz Nəkir və Münkərdən amanda qalsınlar?” Soruşdum ki, nə edək, buyurdu: “Meyyit dəfn olunduqdan sonra onun vəlisi qəbrin yanında durub ağzını qəbrin baş tərəfinə yaxınlaşdırsın, sonra uca səslə təlqin desin. Təlqindən sonra Münkir Nəkirə deyər: “Gedək, höccəti, cavabı ona təlqin etdilər.” Təlqin 3-dür: Öləndə, dəfn zamanı qəbirdə və dəfndən sonra. Kimsə deməsin ki, ölü nə eşidir deyilənləri! Əvvəldə qeyd olunmuşdu ki, ruh oradadır və bizdən daha yaxşı eşidir. Deməyin ki, ölü ərəb dilini bilmir. Bu dünyadan köçən adam üçün bütün dillər eynidir. Məhdudluq bu dünyanın xüsusiyyətidir.

İLAHİ RƏHMƏTİN NÜZULU ZAMANI ÖLÜM

Növbəti qəbir əzabından amanda qalacaq dəstə cümə axşamının günortasından cümənin günortasınadək dünyadan gedənlərdir. Çünki bu müddət ərzində ilahi rəhmət nazil olur. Ölənlər həmin rəhmət yağışında Allah dərgahına qovuşduqlarından, rəhmət ağuşunda olarlar. Bu güzəşt əslində ilahi lütfdən olub bəndənin bağışlanması üçün bəhanədir.

XURMA BUDAĞI VƏ 40 NƏFƏRİN ŞAHİDLİYİ

Vəd edilmişdir ki, qəbrə qoulan çubuq, budaq qəbir əzabına mane olar. Yaxşı olar ki, budaq xurma ağacından və tər, yaş olsun. Həzrət Baqir (əleyhissalam) buyurmuşdur: “Nə qədər ki, budaq yaşdır, nəmdir meyyitə əzab verilməz və çubuq quruduqdan sonra əzabı iki çubuqca olmaz, inşallah!” Əzabdan amanda qalmağın digər səbəbi meyyitin yaxşılığına 40 nəfərin şəhadət verməsi və onun bağışlanmasını istəmələridir. “Ənvari-nömaniyyə”də İmam Sadiq (əleyhissalam)-dan nəql edilmişdir ki, Həzrət buyurdu: “Əgər 40 nəfər şəxs meyyitin yanında hazır olub “Xudaya, biz onun yaxşılığından başqa bir şey bilmirik” desələr, Allah-Taala buyurar: “Onun haqqındakı şəhadətinizi qəbul edib sizin bilmədiklərinizi bağışladım.”

NƏ ÜÇÜN DAVUD PEYĞƏMBƏR ABİDİN CƏNAZƏSİNƏ NAMAZ QILMADI?

Bəni İsrail tayfasında bir abid şəxs vardı. Allah-Taala Davud peyğəmbərə vəhy etmişdi ki, bu şəxs riyakardır. Ona görə də həmin abid öləndə Davud (əleyhissalam) onun dəfnində iştirak etmədi. Başqaları gəldilər və 40 nəfər şəxs ona namaz qılıb dedilər: “İlahi, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik. Sən onu daha yaxşı tanıyırsan. Bağışla onu!” Qüsl veriləndə də 40 nəfər gəlib həmin cür dedilər. Çünki daxildən tanımırdılar. Davud (əleyhissalam)-a vəhy olundu ki, nə üçün ona namaz qılmadın? Ərz etdi ki, Xudaya, Sən onun riyakar olduüunu xəbər vermişdin. Nida yetdi ki, doğrudur, amma bir dəstə adam onun yaxşılığına şəhadət verdiyi üçün Biz də imza etdik və bağışladıq.” Əzabdan amanda qalmağa haqqı olmayan kəsin bu yolla bağışlanması da Yaradanın bir fəzlidir.

MƏCLİSİNİN KƏFƏNİNƏ HÜSEYN (ƏLEYHİSSLAM)IN TÜRBƏTİ İLƏ YAZILMIŞ ŞƏHADƏT

Xeyir əməl sahibləri öz kəfənlərini hazırlayaravə möminlərin o kəfənə (kəfən sahibi haqqında) şəhadətlərini yazmalarını xahiş edərdilər. Mühəddis Cəzairi nəql edib ki, sutadı Əllamə Məclisi möminlərdən istəyib ki, onun kəfəninə Hüseyn (əleyhissalam)-ın türbəti ilə (kəfən sahibinin imanına) öz şəhdətlərini yazsınlar. Belə yazıblar: “İmanına şəkk yoxdur”, sonra adlarını yazıb, möhür vurublar.

Eləcə də qəbrə və kəfənə Həzrət Hüseyn (əleyhissalam)-ın türbətindən qoymaq, meyyitin alnına və iki övcuna türbət çəkmək fövqəl-adə təsirli işlərdəndir.

ÖLÜMDƏN SONRA İNSANA YETİŞƏCƏK XEYİR İŞLƏR

Ölən şəxsin yerinə, onun üçün bu dünyada görülən işlər bərzəx və Qiyamətdə həmin şəxs üçün faydalıdır. Məsələn, bir işin savabını ölənə hədiyyə etmək, borcunu ödəmək, qəza namaz və orucunu, boynunda qalmış vacib həccini yerinə yetirmək, ölən üçün Allah yolunda sədəqə vermək, dua edib bağışlanmasını istəmək və s. Bu barədə Əhli-beyt (əleyhissalam)-dan çoxlu rəvayət gəlib. İstəyənlər “Vəsailüş-şiə” kitabına müraciət edə bilərlər. Xülasə, Allah-Taala ölən üçün işlərin savabını mərhuma çatdırır və bu işi görən adama neçə qat artıq savab mərhəmət edir.

MEYYİT ÜÇÜN HƏDİYYƏLƏR

Həzrət Sadiq (əleyhissalam) buyurur: “Meyyit sıxınıtı və narahatlıqda olduğu zaman, bəzən onun üçün rahatlıq yaranar, ona deyərlər ki, bu rahatlıq dünyada filan şəxsin sənin üçün hədiyyəsinin nəticəsidir.”

Bəzi bəxşişlərin meyyit üçün daha çox savabı olar, “Vəsail” kitabında İmam Sadiq (əleyhissalam)-dan belə rəvayət olub:

Xudavənd Cəbrəilə əmr edər ki, hər birinin əlində Behişt neməti dolu xonça olan yetmiş min mələklə həmin qəbrə doğru getsinlər və “ey Allahın dostu, salam olsun sənə, bunlar filankəs oğlu filankəsin sənə göndərdiyi hədiyyədir”, desinlər, sonra qəbri nurla dolar...


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ilahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan ...
IKINCI ÇAPIN MÜQӘDDIMӘSI
Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir

 
user comment