Azəri
Saturday 27th of April 2024
0
نفر 0

ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI

 

Məqsədim diqqətinizi bu deyilənlərə yönəltməkdir: “Yediklərimiz o qədər ləzzətli idi ki, heç vaxt belə ləzzətlər dadmamışdıq. Nə qədər yeyirdiksədə, doymurduq. Növbənöv şirnilər, meyvələr, müxtəlif dadlı, cürbəcür yeməklər gətirirdilər. Bir saat ötəndən sonra qalxdıq ki, görək sonrası nə olacaq. Həmin şəxs bizi bağın kənarınadək müşayət etdi. Atam ondan soruşdu: “Siz kimsiniz ki, Allah-Taala bu geniş dəstgahı sizə inayət edib, bütün aləmi qonaq edə bilərsiniz? Bura haradır”? O buyurdu: “Mən sizin həmvətəninizəm. Filan məhəllənin qəssabı idim. Bu məqama çatmağımın iki səbəbi vardır: 1-ci odur ki, alverimdə heç vaxt əskik, yüngül satmamışam. Digəri budur ki, ömür boyu namazlarımı əvvəl vaxtında qılmışam. Əti tərəziyə qoyanda azançının “Allahu əkbər” sədası ucalan kimi işimi saxlayıb, məscidə namaza getmişəm. Öləndən sonra bu məqamı mənə verdilər. Ötən həftə istədiyinizi yerinə yetirməyə icazəm olmadı. Bu həftə üçün izn aldım. Sonra öz ömrümüzün müddəti barədə suallar verib, cavab aldıq. “Sən 90 il yaşayacaqsan” dediyi adam hələdə sağdur. Mənə dediyi müddətdən hələ ki, 10 il qalır. Nəhayət, xudahafizləşdik, bizi yola saldı. Geri dönmək istəyəndə özümüzü həmin qəbirin yanında gördük.”

BƏRZƏX ALƏMİNDƏ LƏZZƏTİN DAVAMI

O aləmin xüsusiyyətlərindən biri ləzzətlərin davamlı olmasıdır. Bu dünyada isə əbədi şey yoxdur. Gözəllik ötəri, ağzına qoyduğun təamın ləzzəti müvəqqətr, izdivac da eləcə.! Meyvələrin, xörəklərin də davamı yoxdur, qısa müddətdə xarab olub aradan gedir. Ümumiyyətlə, dünya davam yeri deyil. Bərzəx aləmi isə maddilikdən, tərkibdən uzaq olduğu üçün davamlıdır. Dediklərimin sübutu üçün öz zamanının çox böyük alimi, mərcəyi-təqlidi Əllamə Şeyx Mehdi Nəraqinin “Müstənədüş-şiə” kitabından bir qəziyyə də nəql edirəm. Həqiqətləri ümumi kütlələr hekayələr əsasında daha asan qavradığından bu gerçək qəziyyələrdən nəql olunur.

BUĞDA DOLU ƏBA

“Darüs-səlam” kitabının sonunda Şeyx Məhmud Əraqi mərhum Nəraqidən nəql edir ki, o cənab buyurur: Nəcəfdə olduğum zaman möhkəm bir qıtlıq baş verdi. Bütün uşaqlarım ac olduğu bir halda evdən bayıra çıxdım. (uşaqlar aclıqdan nalə çəkirdilər). Əmvatın ziyarəti üçün Vadiyüs-səlama getdim. Bir cənazə gətirdilər, mənə də “bizimlə gəl” dedilər və əlavə etdilər: “Bu cənazəni ruhlara qovuşdurmağa hazırıq.” Onu geniş bağa daxil edib, ali bir qəsrdə yerləşdirdilər. Burada bütün yaşayış ləvazimatı vardı. Onların ardınca qəsrə daxil olanda qızıl taxtda oturmuş bir cavan gördüm. O məni görüb adımla çağırdı, salam verdim, yanında yer verdi, hörmət göstərdi. Sonra dedi: “Mən gördüyün həmin cənazənin sahibiyəm (adını, şəhərin adını dedi). Gördüyün cəmiyyət məlaiklər idi ki, məni öz şəhərimdən bu bərzəx Behiştinə gətirdilər.” Bu sözləri eşidib, sakitləşdim, bağı seyr etdim. Bu bağdan kənarda da qəsrlər vardı. O qəsrlərdə atam, anam və bəzi tanışları gördüm. Məni də”vət etdilər, təamlarından yedim. Ləzzətin nəhayət həddində ikən yadıma ailəm düşdü ki, indi acdırlar, qəmkin oldum. Atam soruşdu ki, Mehdi, sənə nə oldu? Dedim ki, uşaqlarım acdırlar. “Bu buğda anbarıdır götür” dedi atam. Əbamı buoda ilə doldurdum. Bir də gördüm əbam buğda ilə dolu halda Vadiyüs-səlamda, əvvəlki yerimdə oturmuşam. Evə gəldim. Əyalım “bu buğdanı haradan gətirdin”? deyə sual verdi. Demədim. Bir müddət həmin buğdadan istifadə etdik, buğda qurtarmırdı.

Qısası, mərhumun əyalı çox israr edir və o bu məsələni açır. Növbəti dəfə qadın buğda üçün gedəndə, buğdadan əsər-əlamət qalmadığını görür. Bu qəziyyənin oxşarları “Darxs-səlam” kitabında zikr olunub. İstəyənlər müraciət edə bilərlər.

ÖLƏNLƏRİN NALƏSİNİ HEYVANLAR EŞİDİRLƏR

Bərzəx aləminin nemətləri kimi, əzabları, bəlaları da davamlıdır. Allaha pənah aparaq. Əgər bərzəx əzabına düçar olmuş bir şəxsin naləsi qulağımıza çatsa, dünya bəlaları nəzərimizdə heç olar.

Rəsullullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Beətdən (risalətə çatmazdan) əvvəl qoyun otardığım zaman bəzən qoyunların heyrətli bir hala gəldiyini müşahidə edirdim. Amma qurd gözə dəymirdi. Vəhy nazil olduqdan sonra Cəbraildən bunun səbəbini soruşdum. Dedi ki, bərzəx aləmində (bərzəx Cəhənnəmində) ölülərin naləsi ucalanda cin və insandan fərqli olaraq, heyvanlar bu sədanı eşidər və narahat olarlar.”

HAŞİMİNİN QATİLİNİN YUXUDA NALƏLƏRİ

Səduq (r)ın “Səvabul-əal” kitabında nəql olunub ki, İmam Hüseyn (əleyhissalam)-ın qardaşlarından birini qətlə yetirmiş misilsiz gözəl surətli bir cavanın surəti Kərbəla hadisələrindən sonra qır tək qaralmış, zifləmişdi (ravidən nəql olub). Onun vəziyyətini qonşularından soruşanda, dedilər: Kərbəla səfərindən qayıdandan sonra gecələr o qədər nalə çəkir ki, bizi də yuxudan oyadır. Yanına gedib, əhvalını özündən soruşdum. Dedi: “Öldürdüyüm haşimi cavan hər gecə gəlir, məni atəşə tərəf çəkir. O qədər nalə çəkirəm ki, yuxudan oyanıram.” Bu nalələr və üzüqaralıq sonrakı əzabın bu dünyada görünən mində bir zərrəsidir.

ƏTTARIN MÖİZƏSİ VƏ VERDİYİ BORCU İSTƏYƏN YƏHUDİ

Bərzəx əzabının bu dünyada zuhuru üçün çox əsaslar vardır ki, onları xatırlamaq uzun çəkər. Təkcə “Darüs-səlam”da zikr edilmiş bir qəziyyəni nəql edirik. Zahid alim Seyyid Haşim Bəhrani buyurmuşdur: “Nəcəfdə bir əttar (ətir satan tacir) vardı. Hər gün günorta namazından sonra dükanında camaata moizə edərdi və məclisi heç vaxt boş olmazdı. Bir hind şahzadəsi bu şəxsin yanında içində nəfis gövhərlər və qiymətli cəvahirlər olan sadıqçanı əmanət qoyur. Geri qayıdıb əmanətini geri götürmək istəyəndə, əttar əmanət qoyulduğunu inkar edir. Hər yerdən əli üzülən hindu Həzrət Əmirəl-möminin (əleyhissalam)-ın pak qəbrindən yardım istəyib, dedi: “Ya Əli, mən sənin qəbrinin yanında qalmaq üçün vətənimi, rahatlığımı tərk edib, olanımı əttara əmanət verdim. İndi o inkar edir, mənimsə nə başqa bir şeyim, nə də şahidim var. Səndən başqa dadıma yetəcək bir kimsə yoxdur.”

Axşam yuxuda Həzrət Əli (əleyhissalam) buyurdu ki, sübh şəhər darvazasında çıx, gördüyün birinci adamdan əmanətini istə. Yuxudan oyanan kimi şəhərdən çıxdı. Gördüyü ilk adam ailəsinin ehtiyacı üçün dalındakı şələni satmaq istəyən qoca bid oldu. Hindu ondan bir şey istəməyə utandı və pak məzara qayıtdı. İkinic kecə də həmin yuxunu və sübh həmin şəxsi gördü, amma yenə də bir söz demədi. Üçüncü dəfə də eyni yuxunu görüb, səhəri həmin abidlə rastlaşdı.

Bu dəfə vəziyyətini ona danışıb, əmanətini istədi. O şərif şəxs bir az fikirləşib, sabah günortadan sonra əttarın dükanına gəl, əmanətini çatdırım-dedi.

Səhəri gün camaat əttarın dükanına yığışdığı vaxtda abid kişi gəlib, buyurdu: Bu gün moizə etməyi məni öhdəmə qoy.

Əttar qəbul etdi. Abid buyurdu: Ey camaat, mən filankəsin oğlu filankəsəm. Xalqın haqqında bərk qorxanam. Allahın yardımı ilə qəlbimdə dünya malına məhəbbət yoxdur. Qənaət, üzlət əhliyəm. Amma bütün bu təriflərə baxmayaraq, başıma çox acı bir hadisə gəlib ki, sizə danışmaq istəyirəm. Sizin ilahi əzabın şiddəti , Cəhənnəm odunun yandırması ilə qorxutmaq, cəza gününün bəzi xəbərlərini sizə çatdırmaq istəyirəm. Bir gün mən borc almağa məcbur oldum. Bir yəhudidən 10 qran aldım və 20 günə qaytarmağa şərtləşdik-yəni gündə yarım qran. On gün yarım qran qaytarandan sonra yəhudimi görə bilmədim. Sonra yuxuda Qiyamətin başlandığını gördüm. Məni və sair adamları hesab üçün ayırdılar. İlahi fəzldən, mən Behişt əhlindən olub, Behiştə tərəf hərəkət etdim. Sirata çatanda Cəhənnəmin nərəsini eşitdim. Borclu qaldığım yəhudinin Cəhənnəmdən alov şöləsi tək ayrılıb yolumu kəsdiyini gördüm. “Mənim 5 qranımı ver, get”! dedi. Ağlayaraq dedim: “Mən səni axtardım ki, borcunu qaytaram.” Nə qədər dedimsə buraxmadı. “Onda qoy bir barmağımı bədəninə toxundurum.” Razı oldum. Bədənimə tohunan barmağının dağlayıcı sutisindən yuxudan oyandım və sinəmdə onun barmağının yarasını gördüm. bəli, ində də yaralıyam və etdiyim dərmanlar heç bir fayda vermir.”

Bunu deyib, qoca abid sinəsini açdı, yaranı görən adamların naləsi qalxdı. Əttar ilahi əzabın çətinliyindən qorxuya düşdü. həmin hindunu evinə aparıb, əmanətini qaytardı və üzr istədi.

KİMSƏ İNKAR ETMƏDİ

Əql hökm edir ki, eşitdiyimiz sözlər qeyri-mümkün (məhal) deyilsə, onu inkar etməməli, əksinə, mümkün hesab etməliyik. Məsələn, bir astranom Ayın Yerin ətrafında fırlandığını, Marsın da ətrafında fırlanan ulduzların (peyklər) mövcud olduğunu deyirsə, görəsən bu xəbəri eşidəndə inkar etməliyikmi?! Əksinə, mümkündür ki, bu xəbər doğru olsun. Şeyxür-Rəis deyir: “Əgər eşitdiyiniz xəbərin ziddinə dəliliniz yoxdursa, onu mümkün hesab edin. Məsələn, eşitsəniz ki, dünyaya ikibaşlı uşaq gəlib, əql üçün qeyri-mümkün olmadığında, bu xəbəri mümkün bilin.”

ÜÇ NÖV XƏBƏR

1. Qeyri-mükünlüyünə əqli dəlil olmayan xəbər inkar edilməməlidir.

2. Ziddinə dəlil olmamaqla yanaşı, bu xəbərə sadiq və doğruçu şahid varsa, əqlin hökmü ilə bu xəbər qəbul olunmalıdır.

3. Əgər xəbər verən şəxsin Allah-Taala tərəfindən mö”cüzə kimi bir sənədi, şəhadətnaməsi varsa, bu xəbər tam yəqinliklə qəbul olunmalıdır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)

 
user comment