Azəri
Friday 26th of April 2024
0
نفر 0

Vahabilərin nəzərincə ölüm nə deməkdir


Ölüm haqqında müxtəlif versiyalar irəli sürülmüşdür. Biz isə burada vahabilərin bu barədə fikirlərini nəzərinizə çatdırmaq istəyirik. Ibn Qəyyim Covzidən belə nəql olunur:

“İslam Peyğəmbəri (s) olmuş olsa da belə meyitə təvəssül etmək çirkdir. Ona görə ki, Quranın buyurduğuna əsasən meyit puç olmuş hesab olunur.

"اِنَّكَ مَيِّتُ وَ اِنَّهُمْ مَيِّتُونَ" [1]

“Sən ey peyğəmbər, vəfat edəcəksən, onlar da vəfat edəcəklər”.

Sonra sözünün davamında belə deyir:

“Ölülərdən yardım diləyib, “ya seyyidi” (ey mənim ağam), “ya rəsulallah unsurni” (ey rəsulallah mənə kömək et) “ya seyyidi Əli ibn Əbi Talib əğisni” (ey mənim ağam Əli ibn Əbi Talib mənə yardım et) və bu kimi sözləri dilə gətirmək şirkdir”.[2]

Çox maraqlıdır ki, İbn Qəyyim və vahabilər Quranın Bərzəx əhli üçün onların diri olduqlarını təkid[3] etdiyi halda belə necə Bərzəx həyatına inanmır və ölülərin digər adamlarla ruhi və mənəvi rabitədə olmadıqlarını güman edirlər?! Ya da Quranın şəhidlər barəsində “Allah yolunda öldürülmüşləri ölü hesab etməyin. Əslində onlar sağdırlar və Pərvərdigarları tərəfindən ruzilənirlər”[4]dediyini bildikləri halda belə necə şəhidlərin ölü olduğunu sanırlar.

Şeyx Məhəmməd bin Əbdül Vəhhab Qurani Kərimin

"فَكَشَفْنَا عَنْكَ غطَاءَكَ فَبَصَرُكَ الْيَوْم حَدِيد"[5]

“Və biz sənin (gözlərin önündən) pərdəni götürdük və bu gün baxışın itidir”.

Ya digər yerdə:

"وَ لَهُمْ رِزْقُهُمْ فِيهَا بكرة وَ عَشِيّاً"[6]

“Onların ruziləri (Bərzəx əhlinin) səhər və axşam orada hazırdır” buyurduğunu bilə-bilə necə “ölən hər kəs puç olur” deyə fikirləşə bilirlər?!

Bu ayələrə diqqətlə nəzər saldıqda Bərzəx dünyasında gecə-gündüzün olduğu üçün dünyadan köçmüşlər ruzilənirlər və buna görə də o aləm (Bərzəx) sakinlərini puç hesab etmək olmaz. Əlbəttə, gecə və gündüz Bərzəx əhlinə aiddir. Çünki Qiyamətdə bu versiyaların təsəvvürü üçün Günəş yoxdur. Bununla da belə nəticəyə gəlirik ki, ölüm puçluğa qovuşmaq deyildir və vahabilərin bu barədə nəzəriyyəsi isə özü-özlüyündə batildir.

Müqəddəs vücudlara təvəssül etmək izni
Qurani Kərim bu ayədə İlahi dərgaha yaxınlaşmaq üçün Haqq həzrətlərinin seçilmişlərinə təvəssül edib onlara pənah aparmağı rəva bilərək izn vermişdir:

"يَا اَيُهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللهَ وَابْتَغُوا اِلَيْهِ الْوَسِيلَة وَ جَاهِدُوا فِى سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ"[7]

“Ey iman gətirən şəxslər, Allahdan qorxun və Ona (təvəssül edib) yaxınlaşmağa çalışın və Onun yolunda cihad edin, bəlkə xilas olasınız”.

Bu ayədə vasitələrlə təvəssül cəhd etmək ümumi halda deyildiyinə baxmayaraq, Quran ayələrində və rəvayətlərdə qeyd olunan digər analogiyaya əsasən demək olar ki, bu vasitələrin ən aşkar nümunəsi peyğəmbərlər və övliyalardır. Ayənin məfhumunu nəzərə alaraq belə bəyan etmək olar:

Allaha sığınmağın özünün feyzin nəticəsi olduğunu nəzərdə tutaraq kamilliklə təqvaya riayət edin. İxlas və təqva nəticəsində məqamlar əldə edən, təvəssül olunan şəxslərin müstəqil olmaması mümkündür. Lakin sizin də təvəssül etmək üçün təqvaya riayət etməniz lazımdır.

Həyatda olanlara təvəssül edib yardım diləmək
Bu dünyada ömür sürənlərdən yardım diləyib kömək istəmək də olar. Bunu şirk hesab etmək olmaz. Bu, Quran dastanlarının düzgün bilib təsdiqlədiyi məsələlərdəndir. Məsələn, Yusif peyğəmbər zindanda olarkən öz zindan yoldaşına azad olan kimi onun vəziyyəti barədə zamanın padşahı ilə söhbət etməsini xahiş edir. [8] (اذكرني عند ربك) Yaxud da Xızır peyğəmbərlə Musa (əleyhiməssəlam) bir kəndə çatdıqları zaman o kəndin camaatından xahiş etdilər

[9](فَانْطَلَقَا حَتَّى إذَا أتَيَا اهل قريه اسْتَطْعمَا أَهْلَهَا Beləliklə, kəndə gedib oranın camaatına çatdılar. Oranın adamlarından kömək istədilər.

Bu üç böyük şəxsiyyətin belə rəftarları şirk olmadığı halda belə hətta ağıllı bir rəftar sayılaraq onların isməti ilə heç bir təzadı yoxdur. Bu sözləri təsdiqləmək üçün Peyğəmbərə (s) olunan bu xitab ayəsinə istinad etmək olar:

“Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmalarını istəsəydilər və peyğəmbər (də) onlar üçün əfv olunmalarını istəsəydi, yəqinliklə onlar Allahın Mehribanlığının şahidi olardılar”.[10]

 Bu ayəyə əsasən Peyğəmbər (s) günahkarların şəfaət vericisi olması icazəsi verilmişdir. Şiə etiqadına əsasən isə bu vasitəçilik yalnız Peyğəmbərin (s) həyatı dövrünə aid olmayıb hələ də davam edir.

 

--------------------------------------------------------------------------------

[1] Zümər (39), 30-cu ayə.

[2] “Fəthul-Məcid”, səh. 197.

[3] Mömin (40), 46-cı ayə.

[4] Ali-İmran (3), 169-cu ayə.

[5] Qaf (50), 22-ci ayə.

[6] Məryəm (19), 35-ci ayə.

[7] Qaf (50), 22-ci ayə.

[8] Yusuf (12), 42-ci ayə.

[9] Kəhf (18), 77-ci ayə.

[10] Nisa (4), 64-cü ayə.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment