Azəri
Friday 26th of April 2024
0
نفر 0

İMAM HƏSƏN ƏSGƏRİDƏN (Ə) SONRA YENİ ŞİƏ FİRQƏLƏRİ

Həzrət Mehdinin (ə) dünyaya gəlişinin məxfiliyi imam Həsən Əsgərinin (ə) vəfatından sonra imamət məsələsinə münasibətdə şiələr arasında tərəddüdə səbəb oldu. Şiə əqidəsinə görə imamət məqamına seçilmək üçün on birinci imamın oğlu olmalı idi. İmam Həsən Əsgərinin (ə) övladından xəbərsiz olanlar bu barədə şəkk-şübhəyə düşdülər. Mənbələrdə bildirildiyinə görə imam Həsən Əsgəridən (ə) sonra onun ardıcılları on dörd ya on beş firqəyə bölündülər. Bu firqələrin sayının iyirmiyə çatdığını bildirənlər var.

İmam Mehdinin (ə) dünyaya gizli gəlişi gizli həyat sürməsi bir tərəfdən, imam Həsən Əsgərinin (ə) qardaşı fərin imamlıq iddiası digər bir tərəfdən şiələri çaşqın vəziyyətdə qoydu. Bu tərəddüdlü vəziyyətdən istifadə edən digər məzhəblər imamiyyə məzhəbinə yetərincə zərbələr vurdular. təzilə, əshabe-hədis, zeydiyyə ardıcılları, eləcə , Abbasilər şiəliyə qarşı əllərindən gələni etdilər.

İmam Həsən Əsgərinin (ə) vəfatından sonra şiəliyə münasibətdə tarixdə misli görünməmiş tərəddüdlər, təfriqələr ortaya çıxdı. Yuxarıda sadalanan səbəbləri əsas götürərək uyğun dövrü şiələrin pərişanlıq heyrət dövrü adlandırmaq olar.

Amma müxtəlif yollarla, eləcə , etibarlı adamlar vasitəsi ilə imam Mehdinin (ə) dünyaya gəlişinə əmin olanlar onun imaməti üzərində möhkəm dayandılar. Bu zaman kəsiyində yaranmış bütün məzhəblər az bir müddətdən sonra məhv olub getdi. Bu gün həmin firqələrin heç bir davamçısı yoxdur. Uyğun uydurma məzhəblər haqqında yalnız tarix kitablarında yazılmışdır. Hətta Şeyx Müfid dövründə bu firqələrin davamçılarından qalmamışdı. Şeyx Müfid bu barədə yazır: «Hazırda, hicri 373- ildə bizim dövrümüzdə həmin qruplardan kimsə qalmamışdır».

Söhbətimizin davamında imam Həsən Əsgərinin (ə) şəhadətindən sonra meydana çıxmış firqələrlə tanış olacağıq.

İMAM HADİNİN (Ə) OĞLU FƏRİN İMAMLIĞINA ETİQAD

İmam Həsən Əsgəridən sonra onun qardaşı fərin imamlığına inanlar dörd qrupa bölündülər:

Bir qrup dedi ki, imam Həsən Əsgərinin (ə) qardaşı imamdır. Onlar bu əqidələrinə əsas olaraq imam Həsən Əsgərinin (ə) vəsiyyətini yox, imamdan sonra övladının qalmamasını əsas götürürdülər. Onlar çarəsizlikdən fərin imamətə çatdığını qəbul edirdilər.

ziləri isə iddia edirdilər ki, imam Həsən Əsgəri (ə) fərin imaməti barədə vəsiyyət etmiş onu öz canişini yin etmişdir. Bu firqə zi başqa firqələr kimi fəri on ikinci imam sayırdı.

ziləri isə fərin atasından irsi olaraq, imamət qazandığını iddia edirdilər. Onlar hətta imam Həsən Əsgərinin (ə) övladı olmadığını güman edərək onun özünün imamətini yanlış sayırdılar. Bildirirdilər ki, imam yalnız övladı olan şəxs ola bilər. Belə bir qənaətə gəlirdilər ki, imam Hadidən (ə) sonra onun canişini fər olmalı imiş. Beləcə fər on birinci imam kimi qəbul edilirdi.

ziləri isə iddia edirdilər ki, imamlıq fərə atasının dövründə həyatını dəyişmiş qardaşı Məhəmməddən irs qalmışdır. Guya imam Hadi (ə) vəsiyyət edibmiş ki, ondan sonra oğlu Məhəmməd imamət məqamına çatasıdır. Amma Məhəmməd vəfat etdiyindən çarəsiz qalan imam vəsiyyətini öz az yaşlı qulamı Nəfisə etmişdir. Guya imam Hadi (ə) müsəlmanların ehtiyaclı olduğu kitabları, bilikləri, döyüş ləvazimatlarını ona vəsiyyət etmişdir tapşırmışdır ki, əgər imam Hadi (ə) dünyasını dəyişsə, bütün bunları qardaşı fərə versin.

Bu insanlar imam Həsən Əsgərinin (ə) imamlığını qəbul etməmişlər. Onların nəzərincə, imam Hadi (ə) imam Həsən Əsgərini (ə) yox, digər oğlu Məhəmmədi on birinci imam yin etmiş fərin canişinliyini təsdiqləmişdir.

İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) DİGƏR BİR OĞLUNUN İMAMLIĞINA ETİQAD

Bu qrup da dörd hissəyə bölünür:

ziləri bu əqidədə olmuşlar ki, imam Həsən Əsgərinin (ə) Əli adlı bir oğlu olmuşdur. İmam (ə) Əlinin canişinliyini vəsiyyət etdiyindən on ikinci imam, eləcə , Mehdi-Qaim Əli sayılmalıdır.

zilərinin əqidəsinə, imam Həsən Əsgərinin (ə) vəfatından səkkiz ay sonra gəlmiş oğlu on ikinci imamdır.

Başqa bir qrup inanırdı ki, imam Həsən Əsgəridən (ə), Allahın məsləhəti ilə o vaxt dünyaya gəlməmiş bir oğlu qalmışdır. Anasının bətnində olan bu uşaq Allahın əmri ilə yüz illər anasının bətnində qalıb, sonra dünyaya gələ bilər.

zilərinin əqidəsinə görə, imam Həsən Əsgəridən (ə) sonra onun Məhəmməd adlı oğlu imam olmuşdur. Guya bu şəxs dünyasını dəyişmiş zamanında yenidən dirilib qiyam edəsidir.

İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) İMAMƏTİNİN DAVAMINA İNANANLAR

Belə bir əqidədə olanlar da iki qrupa bölünmüşlər:

1. Bir qrup iddia edirdi ki, imam Həsən Əsgəri (ə) sağdır Mehdi o özüdür. Guya imamın heç bir övladı olmadığından o özü qeybə çəkilmişdir.

Bu insanların fikrincə, əgər imam dünyasını dəyişərkən onun övladı qalmamışdırsa, demək, o özü Mehdidir. Guya müsəlmanlar onun sağ olduğuna inanmalı intizarını çəkməlidirlər.

2. İkinci bir qrup inanırdı ki, imam Həsən Əsgəri (ə) dünyasını dəyişmişdir sonra yenidən dirilmişdir. Guya rəvayətdə bildirilir ki, öldükdən sonra yenidən dirilən bir imam qaimdir. Onların nəzərincə, əgər imam Həsən Əsgərinin (ə) canişini qalmamışdırsa, demək, o özü sonuncu imam idi. Guya imam dünyasını dəyişdikdən sonra yeni bir həyata başlamış gözlərdən gizli qalmışdır. O bir vaxt zühur edib dünyanı ədalətlə doldurasıdır.

Bu firqənin digər firqələrdən fərqi odur ki, onlar imamın dünyasını dəyişdikdən sonra diriləcəyinə etiqad etmişlər. Hansı ki, əvvəlki qruplar imamın dünyasını dəyişmədən qeybə çəkildiyini iddia edirdilər.

İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) QARDAŞI MƏHƏMMƏDİN İMAMLIĞINA ETİQAD

Bu insanlar inanırdılar ki, imam Hadidən (ə) sonra onun oğlu Məhəmməd canişin olmuşdur. Onlar imam Həsənlə (ə) imam Hüseyni (ə) istisna edərək, iki qardaşın imam olmasını mümkünsüz sayırdılar.

Onlar fəri imamət məqamına layiq saymırdılar, onun ədalətsiz olduğunu bildirirdilər.

İmam Həsən Əsgərinin (ə) isə övladı olmadığı üçün imamət məqamına layiq bilmirdilər. Ona görə bu qrupdan olanlar fərin imam Həsən Əsgərinin (ə) yox, onların digər bir qardaşı Məhəmməd ibn Əlinin canişinliyini iddia edirdilər. Bu şəxsin həm övladı olmuşdu, həm özü ləyaqətli bir insan idi. Bu əsasla da onu imam Mehdi (ə) sayırdılar. Onun diri olduğunu bir zaman zühur edəcəyini iddia edirdilər.

ON BİRİNCİ İMAMA ETİQAD

Bir qrup şiə bildirirdi ki, imam Həsən Əsgərinin (ə) vəfatından sonra imamət məsələsi şübhəli qaldığından, fərin ya başqa bir şəxsin imam olduğu bilinmədiyindən, şübhələrdən yaxa qurtarmaq üçün imam Həsən Əsgərinin (ə) imamətində dayanmaq lazımdır.

DURĞUNLUQ (FƏTRƏT) DÖVRÜNƏ ETİQAD

Bir dəstə şiə belə düşünürdü ki, imam Həsən Əsgərinin (ə) imamətindən sonra ilahi höccətlər düzümü arasında fasilə yaranmışdır. Onlar yer üzündə ilahi höccətin olmamasını mümkün sayırdılar. Bildirirdilər ki, həzrət İsa İslam Peyğəmbəri arasında da ilahi höccət olmamışdır.

Bu insanlar imam Həsən Əsgərinin (ə) dünyasını dəyişməsinə inanırdılar. Sadəcə, ondan sonra kimsənin canişin olduğunu qəbul etmirdilər. Dəlil göstərirdilər ki, həzrət Peyğəmbərdən sonra bir peyğəmbər gəlməmişdir.

Əvvəldə qeyd etdiyimiz kimi, imam Həsən Əsgəridən (ə) sonra meydana çıxmış bütün bu firqələr zaman keçdikcə on birinci imamın övladı olduğundan xəbər tutdular. Hazırda bu firqələr haqqında yalnız kitablarda yazılmışdır.

 

DÖRD NAİBNƏVVABE-ƏRBƏƏ»)

İmam Mehdi (ə) kiçik qeyb dövründə dörd şəxsi özünə xüsusi naib seçib, şiələrə təqdim etmişdir. Bu dörd şəxs əvvəlki imamların səhabələrindən təqvalı şiə alimlərindən olmuşlar. Dörd naiblə tanış olaq: Osman ibn Səid Əmri, Məhəmməd ibn Osman ibn Səid Əmri, Hüseyn ibn Ruh Növbəxti, Əli ibn Məhəmməd Səməri.

Şiələr bu dörd səfir haqqındakı lumatların əksərini Şeyx Tusinin «Əl-ğeybət» kitabından götürmüşlər. Şeyx Tusi öz növbəsində iki mənbəyə istinad etmişdi. Bu kitablardan biri Məhəmməd ibn Osman ibn Səid Əmrinin qızı Ümmü-Gülsümün oğlu İbn-Bərinənin kitabıdır. İkinci kitab Əhməd ibn Nuhun «Əxbarul-vukəlail-ərbəə» əsəridir. Uyğun iki kitab hansı səbəblərdənsə məhv olub getmişdir. Təəssüf ki, Şeyx Tusi digər alimlər dörd səfirin həyatı haqqında olduqca az lumat vermişlər. Bu səbəbdən imam Mehdinin (ə) dörd xüsusi səfirinin həyatı haqqında ətraflı lumat əldə etmək mümkün deyil. Mənbələrdəki lumatların imkan verdiyi qədər bu səfirlər haqqında dörd başlıq altında söhbət aparacağıq:

Dörd naib;

Dörd naibin seçilmə meyarı;

Naiblərin şiələrlə rabitə yolu;

Dörd naibin vəzifələri məsuliyyətləri.

 

Dörd naibdən biri: Əbu Əmr, Osman ibn Səid Əmri

Osman ibn Səid Əmri imam Mehdinin (ə) ilk xüsusi nümayəndəsi səfiri olmuşdur. Bu şəxs şiələr arasında xüsusi məqama malik idi. Onu «Əsədi» kimi tanıyırdılar. Çünki o bəni-Əsəd qəbiləsindən idi.

Anasının babası Əmri adlandırıldığından bu səfirə Əmri demişlər. Bundan əlavə, imam Həsən Əsgəri (ə) buyurmuşdur: «Əbu-Əmr əvəzində Əmri deyin». Bu səbəbdən səfir Əmri adı ilə məşhurdur.

Əsgər ya Samirrada yaşadığına görə ona Əsgəri demişlər.

Onun yağsatan kimi tanınmasının səbəbi öz siyasi fəaliyyətlərini pərdələmək məqsədi ilə yağ satmaqla məşğul olmasıdır. Əmri şiələrdən qəbul etdiyi dini ödəncləri yağ qablarında gizlədər bu yolla imam Həsən Əsgəriyə (ə) çatdırardı.

Şeyx Tusi öz «Rical» kitabında Osman ibn Səidi həm imam Hadinin (ə), həm imam Həsən Əsgərinin (ə) səhabələrindən saymışdır. Kəşşi Osmanın keçmişi haqqında yazır: «O, on bir yaşından imam Hadiyə (ə) xidmət etmişdir».

Bir şey aydındır ki, Osman ibn Səid Əmri yeniyetmə dövründən əhli-beytə xidmət iftixarı qazanmışdır. O bir neçə imama xidmət etmiş, imam Hadinin (ə) vəkili olmuş, imam Hadinin (ə) ömrünün son on ilində vəkalət qurumuna rəhbərlik etmişdir. İmam Həsən Əsgərinin (ə) vəkillərinin rəisi Əmri olmuşdur. Şiələrin vəkillər vasitəsi ilə imam Həsən Əsgəriyə (ə) göndərdiyi dini ödənclər Osmana təhvil verilmiş, o da öz növbəsində bu əmanətləri imama çatdırmışdır. Növbəti mərhələdə Osman imam Mehdinin (ə) xüsusi naibi məqamına çatmışdır.

Şeyx Tusi bu barədə yazır: Əhməd ibn İshaq ibn d Qummi deyir: «Bir gün imam Hadinin (ə) xidmətinə gedib ərz etdim ki, mən tez-tez uzaqda olduğumdan öz şəri suallarıma cavab ala bilmirəm. Soruşdum ki, kimin sözünü qəbul edim kimə itaət göstərim? İmam (ə) buyurdu: «Əbu-Əmr (Osman ibn Səid) etibarlı şəxsdir. Mən ona etimad edirəm. O, sizə deyirsə, mənim tərəfimdən deyir».

İmam Hadi (ə) dünyasını dəyişdikdən sonra imam Həsən Əsgərinin (ə) xidmətinə gedib eyni sualla ona müraciət etdim. İmam Həsən Əsgəri (ə) atası imam Hadinin (ə) dediklərini təkrarladı buyurdu. «Əbu-Əmr həm əvvəlki imamların, həm mənim etibar etdiyim bir şəxsdir. Məndən sonra da belə olasıdır. Sizə desə, mənim tərəfimdən deyir sizə çatdırsa, mənim tərəfimdən çatdırır». Həzrətin Osman ibn Səid Əmri haqqındakı bu sözləri şiələr arasında məşhur idi. Əbdüllah ibn fər deyir: İmam Həsən Əsgərinin (ə) vəfatından bir neçə il sonra Allah evinin ziyarəti üçün Məkkəyə yola düşdük. Əhməd ibn İshaqla görüşdük Osman ibn Səid Əmrinin onunla olduğunu gördük. Osman ibn Səid Əmriyə müraciətlə dedik: «Əhməd ibn İshaq bizim aramızda etimad sahibidir. O, sizin məqamınız haqqında imam Hadinin (ə) imam Həsən Əsgərinin (ə) dediyi sözləri bizə çatdırmışdır». Sonra həmin iki rəvayəti onun üçün zikr etdik. Osman ibn Səid Əmri imam Hadinin (ə) imam Həsən Əsgərinin (ə) onun haqqında dediyi sözləri eşidib Allahın lütfünə şükür olaraq torpağa düşüb bu nemətə görə səcdə etdi. Bu səhnəni müşahidə edən Əhməd ibn İshaq ətrafdakılar ağladılar.

Əbdüllah ibn fər deyir: Sonra onu Allaha həmin iki imama and verib imam Mehdini (ə) görüb-görmədiyi barədə soruşdum. Onun gözləri doldu, ağladı dedi: «Bəli, mən həzrəti görmüşəm. Onun xüsusiyyətlərini sənə deyirəm. Amma qədər ki, sağam, bu barədə kimsəyə heç danışma.

Şeyx Tusi yazır: «Osman ibn Səid Əmri imam Həsən Əsgərinin (ə) göstərişi ilə Yəmən şiələrindən toplanmış malı onlardan təhvil aldı. İmam Həsən Əsgəri (ə) Osmanın etibarına işarə edərək oradakılara dedi: «Bəli, şahid olun ki, Osman ibn Səid Əmri mənim vəkilimdir onun oğlu Məhəmməd oğlum Mehdinin (ə) vəkili olacaq».

Başqa bir rəvayətə əsasən, imam Həsən Əsgəri öz canişinini etibarlı şiələrdən qırx nəfərinə tanıtdırdı. Bu adamlar arasında Hüseyn ibn Əyyub, Əli ibn Bilal, Əhməd ibn Hilal, Osman ibn Səid vardı. Həzrət həmin qırx nəfərə müraciətlə buyurdu: «Artıq onu görə bilməyəcəksiniz». Sonra oradakılara tapşırdı ki, imam Mehdinin (ə) qeyb dövründə onun nümayəndəsi Osmana itaət etsinlər.

İmam Həsən Əsgərinin (ə) vəfatından sonra Osman ibn Səid Əmri ona qüsl verdi, kəfənlədi dəfn etdi. Bütün bunlar onun uca məqamının sübutudur. İmam Mehdinin (ə) göstərişləri Osman vasitəsi ilə şiələrə çatdırılırdı.

İmam Həsən Əsgərinin vəfatından sonra Qumdan İranın digər nöqtələrindən bir qrup şiə Samirraya dini ödənc gətirdilər. Onlar Samirraya çatdıqda imam Həsən Əsgərinin (ə) dünyasını dəyişdiyini bildilər. Bir qrup şəxs onlara imamın qardaşı fəri canişin kimi tanıtdırdı fər gətirilən malın ona verilməsini istədi. fər sualları cavablandıra bilmədiyindən heyət gətirdiyi əmanəti ona verməkdən imtina etdi. Şiələr Samirradan çıxdıqları vaxt imam Mehdinin (ə) nümayəndəsi onlarla görüşdü. Gətirilən malların nişanələri imam tərəfindən sadalandıqdan sonra onlar həmin əmanətləri həzrət Mehdiyə (ə) təhvil verdilər. İmam onlara bildirdi ki, bundan sonra Samirraya gəlməsinlər onun Bağdaddakı nümayəndəsinə (Osman ibn Səid) müraciət etsinlər.

Osman ibn Səid imam Həsən Əsgərinin (ə) vəfatından sonra Samirradan Bağdada getdi Kərx məntəqəsində sakin oldu. Osman ömrünün sonunadək sakin olduğu yerdə naiblik işinə məşğul oldu. O, imam Həsən Əsgərinin (ə) imaməti dövründə olduğu kimi müqəddəs nahiyəyə ünvanlanmış namələri, ödəncləri qəbul edirdi.

Şeyx Tusi bu barədə yazır: Sahibul-Əmrin (imam Mehdinin) göstərişləri Osman onun oğlu Məhəmməd tərəfindən şiələrə çatdırılırdı. Bu göstərişlər imama ünvanlanmış sualların cavabı zəruri məsələlər haqqında olurdu. İmamın məktublarındakı dəstxətt imam Həsən Əsgərinin (ə) məktublarındakı dəstxətt idi. Şiələr hər iki şəxsin ədalətli olduğunu qəbul edirdilər. Osman ibn Səid dünyasını dəyişdikdən sonra oğlu Məhəmməd ona qüsl verdi onu dəfn etdi. Biz hicri 308-330-cu illərdə Bağdadda onu ziyarət edirdik. Sonradan həmin yeri Əbu-Mənsur ibn Fərəc mir etdi qəbrin üzərində günbəz tikildi. Ətrafdakılar onun ziyarətinə gələr onda təbərrük axtarardılar. Deyirlər ki, bu saleh şəxs imam Hüseynin (ə) süd qardaşı olmuşdur

 

OSMAN İBN SƏİD ƏMRİNİN SƏFİRLİYİNİN DƏLİLLƏRİ

Deyilənlərdən lum olur ki, Osman ibn Səid Əmri həzrət Mehdinin (ə) ilk səfiri naibi olmuşdur. Çünki əvvəla, bu şəxs imam Həsən Əsgərinin (ə) evində xüsusi mövqeyə malik olmuş həzrət onu etibarlı saymışdır. İkincisi, imam Həsən Əsgərinin (ə) qüsl dəfn işləri bu şəxsin ixtiyarına verilmişdir. Hansı ki, şiələrin etiqadına görə imamı imam dəfn etməlidir. İmam Mehdi (ə) ixtifada olduğundan naibi onun nümayəndəsi olaraq bu işləri öhdəsinə almışdır. Üçüncüsü, həm imam Mehdi (ə), həm imam Həsən Əsgəri (ə) Osmanın nümayəndəliyini bir qrup şəxsə bəyan etmişlər. Dördüncüsü, həzrətin namələri göstərişləri Osman ibn Səid vasitəsi ilə çatdırılardı. Nəhayət, həzrətin nümayəndəsi olduğu vaxt onda kəramətlər görünmüşdü.

 

 

OSMAN İBN SƏİD ƏMRİNİN VƏFAT TARİXİ

Osman ibn Səid Əmrinin şiə tarixində mühüm rolu olsa da, onun ölüm tarixi lum deyildir. Hər halda tarixçilər bu tarixi müəyyənləşdirmək üçün y göstərmişlər. Haşim ruf Həsəni yazır: «Osman ibn Səidin səfirliyi hicri 265-ci ilədək davam etdi». Amma bu lumat verilərkən heç bir mənbə göstərilmir. Cavad Əli yazır: «On ikinci imamın qeybindən iyirmi il sonra onun ilk səfiri dünyasını dəyişdi. (hicri 270-ci il)».

ziləri bildirirlər ki, Osman ibn Səid Əmri imam Həsən Əsgəridən (ə) sonra hicri 267-ci ildən qabaq vəfat etmişdir. Çünki yalandan naiblik iddiasına düşmüş Əhməd ibn Hilal həqiqi naib Məhəmməd ibn Osmanla müxalifətçilik etmiş, onun səfirliyini qəbul etməmişdir. Bu şəxs hicri 267-ci ildə ölmüşdür. Demək, Osman ibn Səid Əmrinin vəfatı bu tarixdən əvvələ təsadüf edir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...
Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan ...
GƏNCLƏR VƏ ONLARIN SƏLAHIYYƏTLƏRI
TƏBUK MÜHARİBƏSİ

 
user comment