Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Sevimli Peyğəmbərimizin (s) şəhvətlə

 Sevimli Peyğəmbərimizin (s) şəhvətlə

bağlı nigaranlığı

 

1. Həzrət Peyğəmbərimiz (s) həvayi-nəfsə[1] tabe‌çi‌lik‌‌‌‌‌dən ni‌garan idi

Əziz Peyğəmbərimizin (s) nigaranlıqlarından biri də üm‌mə‌tinin həvayi-nəfsə tabe olmasına görə idi. O cənab bu barədə buyurur:

“Mənim ümmətim barəsində qorxum üç şeydədir:

Alimin büdrəməsi, zalımın hakimiyyətə gəlməsi və həvayi-nəfsə itaət”.[2]

Yenə də buyurur:

“Mənim ümmətim üçün qorxduğum şey onların həvayi-nəfsə itaətidir. Çünki həvayi-nəfs və şəhvətə itaət onları Allahı yad etməkdən saxlayar”. [3]

Ona görə ki, bəzi əvvəlki ümmətlərə namaza yüngül yanaşdıqlarına və şəhvətə itaət etdiklərinə görə əzab gəl‌miş‌dir. Quran onlar barəsində belə buyurur:

“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nə‌sil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşə‌cək‌lər”. [4]

Halbuki, dünya və ona aid olanlar insanın ona ürək bağ‌lamasına layiq deyildir. Nəql olunur ki, bir gün həz‌rət Əli (ə) Cabir ibn Abdullahın (səhabə) dərindən ah çək‌‌di‌yini eşitdi. Həzrət ona buyurdu:

   “Ey Cabir! Nə üçün belə ah çəkirsən?! Dünyaya gö‌rə‌dir‌mi?”

Cabir dedi: “Bəli”.

Əli (ə) buyurdu: “Ey Cabir! Dünya ləzzətləri yeddi növ‌‌dür:

      Yeməlilər, içməlilər, libas, evlilik və cinsi ya‌xın‌lıq, minik va‌sitələri, iyləməlilər və eşitməlilər.

Dünyanın ən ləzzətli yeməyi baldır. Bu bir həşəratın ağız suyudur.

Ən yaxşı içməlisi sudur. O isə çoxdur və cərəyan edə‌rək yer üzündə insanların ehtiyacını ödəyir. Bu da ki, ah və həsrət istəmir.

Dünyanın ən yaxşı libası ipəkdir. O isə bir qurdun ağız suyundan ibarətdir.

Ən yaxşı cinsi əlaqə qadınla olandır. O da iki sidik gə‌lən üz‌vün bir-birinə daxil olmasıdır. Camaatın qadınla ev‌‌lən‌mək‌də ən yaxşı məqsədi, onlarda olan ən pis üzvə gö‌rə‌dir.[5]

Ən yaxşı minik atdır. O da ki, sahibini yerə çırparaq qət‌lə ye‌tirir.

Ən yaxşı iyləməli müşkdür. O da bir heyvanın (cey‌ra‌nın) gö‌‌‌bəyində olan xarab olmuş qandan başqa bir şey deyil.

Ən yaxşı eşitməli avaz ğinadır. O da ki, haramdır.

Elə isə ləzzətləri bu cür olan bir dünyaya, əli çat‌ma‌dı‌ğı‌na gö‌rə heç bir ağıllı şəxs ah çəkməz”.

Cabir deyir: “Allaha and olsun, Əli (ə) dünyanın ləz‌zət‌lə‌ri‌ni mənim üçün belə təsvir etdikdən sonra bir da‌ha dünya və onun ləzzətləri mənim nəzərimdə cil‌və‌‌lən‌mədi. Daha dün‌ya‌nın həsrətini çəkmədim”.[6]

 

2. Həzrət Peyğəmbər (s) qarına pərəstişdən ni‌garan idi

Əziz Peyğəmbərimiz (s) ümmətinin qarına itaət edib, fə‌‌qir‌lə‌rin haqqını unutmasından çox nigaran idi. Həzrət (s) bu‌yu‌rur:

"Öz ümmətim haqda üç şeydən qorxuram: Haqqı ta‌nı‌dıq‌dan sonra baş verən fitnələr nəticəsində düz yoldan az‌ması, qarına pərəstiş və cinsi şəhvət”.[7]

Bəziləri Müaviyənin yağlı süfrəsinə aldandılar və Əlini (ə) tərk etdilər. Onlar cəmi bir dəfə o yeməklərdən yeməklə öz iman‌larını əldən verdilər.

Buna görə də Peyğəmbərimiz (s) bunu ümməti üçün

çox xətərli bilir və buyururdu:

“Mənim ümmətim iki puç şeyə görə atəşə daxil olacaq: Biri qarın, digəri isə cinsiyyət üzvü”.[8]

 Nə çox insan var ki, namaz qılır, oruc tutur, lakin bu iki şeyi kontrol edə bilmir, günaha düçar olur.

O həzrət ümmətini pərhizkarlıq və günahdan çəkinməyə təş‌viq edərkən buyurur:

“Mənim ümmətimdən hər kəs, dörd xislətə giriftar olmasa, Cən‌nəti qazanar: Dünyapərəstlik, həvayi-nəfsə itaət, qarın və cin‌si şəhvət”.[9]

 

3. Əziz Peyğəmbərimiz (s) cinsi şəhvətdən niga‌ran idi

Allah Rəsulunun (s) başqa bir nigaranlığı ümmətinin cin‌‌si poz‌ğunluğa (zina, ləvat, istimna və s.) düçar ol‌ma‌sı‌dır. O, üm‌mətinin öz ehtiyaclarını haram yolla təmin edə‌‌‌cə‌yindən na‌ra‌hat idi.

Əziz Peyğəmbərimiz (s) bu haqda buyurur:

“Öz ümmətim haqda üç şeydən qorxuram: Haqqı ta‌nı‌dıq‌dan sonra baş verən fitnələr nəticəsində onların düz yol‌dan az‌ması, qarına pərəstiş və cinsi şəhvət”.[10]

Digər hədisdə isə belə buyurur:

“Mənim ümmətim barəsində ən çox qorxduğum şey on‌la‌‌rın Lut qövmünün əməllərinə mürtəkib olmalarıdır. Əgər kişilər ki‌şilərlə və qadınlar qadınlarla ki‌fa‌yə‌t‌lə‌n‌sələr, onda əzabdan qorxsun və onu gözləsinlər”.[11]

 Əziz Peyğəmbərimiz (s) rəhmət peyğəmbəri olduğuna gö‌rə öz ümmətinin şəhvət və cinsi azğınlıqdan amanda qal‌ma‌sı üçün üç göstəriş vermişdir.

Əvvəla, çox təkid etmişdir ki, gənclik çağının əvvəl‌lə‌rin‌də evlənsinlər.

İkincisi, naməhrəmə baxmaqdan özlərini qorusunlar.

Üçüncüsü isə, naməhrəm qadın və kişi digərlərinin da‌xil ola bilməyəcəyi yerdə tək qalmasınlar.

 

Gənc yaşlarında evlənmək barəsində həzrət

Peyğəmbərin (s) göstərişi

Əziz Peyğəmbərimiz (s) göstəriş vermişdir ki, gənclər tez ev‌‌lənməklə şeytanın şərindən amanda qalsınlar.

O həzrət (s) buyurur:

“Hər bir gənc, gəncliyinin əvvəllərində evlənərsə, onu az‌‌‌dırmaq istəyən şeytan nalə edərək deyər: Vay olsun mə‌nə! O,

ev‌lənməsi ilə dininin üçdə ikisini məndən qorudu”.

Sonra o həzrət buyurdu: “Deməli, o, üçüncü hissəni di‌‌gər az‌malara düşməməklə qorumalıdır”.[12]

Bir başqa hədisdə isə buyurur: “Ümmətimin ən yaxşısı ev‌lənənlər, ən pisi isə subay qalanlardır”.[13]

 

Naməhrəmə baxmaq

Camaat‒istər qadın, istərsə də kişi-iki qrupa ayrılır: Öz göz‌lə‌rini naməhrəmə baxmaqdan qoruyanlar və göz‌lə‌ri‌ni na‌mə‌h‌rə‌mə baxmaqdan qorumayanlar.

Naməhrəmə baxmayanlar Bərzəxdə və Qiyamət günü göz‌lə‌ri işıqlı, nurlu olacaq. Onlar (Cənnətdə) hurilərə ba‌xa‌caq və digər baxılmalılardan ləzzət alacaqlar.

Əziz Peyğəmbərimiz (s) buyurub:

“Öz gözlərinizi günahdan örtün ki, qəribəlikləri gö‌rəs‌i‌niz”.[14]

Belə şəxslər gah huriləri, gah mələkləri, gah da Be‌hiş‌tin gör‌məli nemətlərini müşahidə edər və onlardan həzz alar‌lar. On‌dan da üstünü, onlar həzrət Pey‌ğəm‌bə‌ri‌mi‌zin (s) hüzuruna ge‌dərək onu görə bilərlər. Qiyamət gü‌nü Pey‌ğəmbərin (s) və mə‌sumların (ə) məhzərinə ye‌tiş‌mək elə də asan məsələ deyil. On‌ları görmək üçün pak göz‌lər la‌zımdır. Necə ki, dualarda Allahdan belə is‌tə‌yirik:

“İlahi, mən sənin Peyğəmbərinə (s) iman gətirdim, la‌kin onu görmədim. Məni onu görməkdən məhrum etmə”. [15]

Behişt arzu yeri deyil. Orada hər bir istək yerinə yetir. Bə‌‌‌zi‌lə‌rinin ancaq bir arzusu var: Peyğəmbərimiz (s) və mə‌‌su‌m‌la‌rın (ə) yanına gedib onların camalına nəzər sal‌sınlar.

Necə ki, bu dünyada hər kəsə İmam Zamanın (ə) mü‌ba‌rək camalını görmək qismət olmur.

Bir gecə xəyalən Mehdiyə sordum,

Səni heç görməzmiyəm, yoruldum?

Dedi: Mən də səni görmək istərəm,

Günahlardan paklanmanı gözlərəm[16].

Amma ikinci qrup, gözlərini haramla doldurduqları üçün kor və ağlar halda diriləcək. Onlar Qiyamətdə heç bir yeri görə bilməyəcəklər. Bu mətləb bu haqda nəql olun‌‌muş hədislərdən aydınca müşahidə olunur.

 

Naməhrəm üçün bəzənmək

Qadınlar da iki fərqli qrupa bölünürlər: Özlərini na‌məh‌‌rəm ba‌xışlarından örtənlər və özlərini naməhrəmə gös‌tə‌rən‌lər. Öz‌lə‌rini naməhrəmdən örtənlərə Allah-taala Qi‌yamət günü rəh‌mət və mərhəmət nəzəri ilə baxacaq, on‌ların (qəflət üzündən olan-Red.) xətalarına göz yu‌ma‌caq. Həzrət Peyğəmbərimizin (s) dövründə bir qrup qadın və kişi cahiliyyət dövrünün adə‌ti‌nə əsasən şalvar gey‌məz‌dilər, uzun ərəb paltarı geyməklə ki‌fayətlənərdilər.

Bir gün yağışlı havada əziz Peyğəmbərimiz (s) öz əs‌habı ilə oturmuşdu. Bir qadın ulağa minmiş halda ora‌dan ke‌çirdi. Bir‌dən ulağın ayağı palçığa batdı və yıxıldı. Həz‌rət Pey‌ğəm‌bərimiz (s) və həzrət Əli (ə) üzlərini kə‌nara çe‌virdilər ki, qa‌dı‌nın bədənini görməsinlər. Bəziləri (bəl‌kə də, o qadının mə‌h‌rəm‌lərindən idi) baxıb Pey‌ğəm‌bərə (s) dedilər: “Bu qadın şal‌var geyinib”.

O həzrət xoşhal olaraq üç dəfə buyurdu:

“İlahi, şalvar geyən qadına öz rəhmət nəzərin ilə bax və on‌ları bağışla”.

Sonra isə buyurdu:

“Ey camaat! Şalvar geyinin. Çünki şalvar bədəni daha yaxşı örtür. Öz qadınlarınızı evdən çıxarkən şalvarla na‌məh‌rəmlərin gözündən qoruyun (Əlbəttə, Peyğəmbə‌ri‌mi‌zin (s) məqsədi bu gün bəzilərinin dəb, cəlbedicilik, özünügös‌tər‌mə məqsədilə geyindiyi dar, gö‌dək və rəngarəng şalvarlar deyil, enli, sadə və üstündən başqa uzun libas geyilən şalvar‌lar‌dır. Bugünkü şalvarlar əslində qadını şal‌var geyməyərək, ayaq‌ları açıq gəzən qadınlardan daha cəlbedici sax‌layır. Bu isə İslam prinsiplərinə ziddir.-müt. qeydi)”.[17]

Hər kəs iki gəncin evlənməsinə, onların bir-birinə bax‌ma‌la‌rı‌na halal yoldan şərait yaradarsa, Allah-taala ona Qiyamət gü‌nü rəhmət nəzəriylə baxar.

Əziz Peyğəmbərimiz (s) buyurur:

“Hər kəs subay bir insanı evləndirərsə, Allah-taala Qi‌yamət günü ona rəhmət gözü ilə baxar”.[18]

Öz zinət və bədənlərini naməhrəm baxsın deyə onlara gös‌tə‌rən qadınlara isə, Allah-taala Qiyamət günü rəhmət nə‌zəri ilə baxmayacaq.

 

Üçüncü şəxs şeytandır!

Başqalarının asanlıqla girə bilməyəcəyi bir məkanda na‌‌məh‌rəm[19] kişi və qadının tək qalmağı doğru deyil. Əgər nə za‌mansa belə bir şərait yaranarsa (imkan həd‌din‌də), tez hə‌min yeri tərk etməlidirlər. Yoxsa oraya da‌xil olan üçüncü şəxs şey‌tan olacaq. O hökmən onlara vəs‌vəsə edəcək, günaha salmamış onlardan əl çəkməyəcək.

İmam Baqir (ə) buyurur:

“Nuh öz qövmünə lənət oxuduğu və onların məhv ol‌du‌ğu zaman, İblis Nuhun (ə) yanına gələrək dedi:

Ey Nuh! Sənin mə‌nim boynumda haqqın var. Əvəzini ödə‌mək istəyirəm.

Nuh (ə) buyurdu: Sənin boynunda haqqım olmasını is‌tə‌mirəm, de görüm, sənin boynunda nə haqqım var?

İblis dedi: Sən lənət oxudun və həlak olanları Cə‌hən‌nə‌mə doldurdun. Daha mənim azdırmağım üçün heç kəs qal‌mayıb.

Nuh (ə) İblisə buyurdu: İndi mənə nə hədiyyə vermək is‌tə‌yir‌sən?

İblis dedi: Üç yerdə mənim fikrimdə ol (Çünki bu üç yerdə mən insanlara hamıdan yaxınam və günaha düş‌mə‌ləri üçün on‌ları vəsvəsə edirəm): Qəzəbləndiyin, iki nəfər arasında hökm verdiyin və naməhrəmlə bir məkanda tək qaldığın za‌man”. [20]

 

4. Əziz Peyğəmbərimiz (s) uzun arzulara görə nigaran idi.

Həzrət Peyğəmbərimizin (s) digər bir nigaranlığı üm‌mə‌‌ti‌nin uzun-uzadı arzulara qapılaraq, Allahdan qafil ol‌maları ol‌muş‌dur.

O həzrət (s) buyurur:

“Mən ümmətim barəsində iki şeydən qorxuram:

Birincisi, həvayi-nəfs və uzun-uzadı arzular. Çünki hə‌vayi-nəfs insanı Allahı yad etməkdən saxlayır, uzun-uzadı arzular isə, axirəti unutdurur[21]. Bu dünya bizə ar‌xa çevirmiş və ge‌t‌mək‌dədir. Axirət isə bizə üz tutmuş və bi‌zə tərəf gəlməkdədir. On‌ların hər ikisinin də öz öv‌lad‌la‌rı vardır ki, onlara itaət edir‌lər. Siz çalışın ki, axirət öv‌ladları olasınız, dünya öv‌lad‌la‌rı olmayasınız, axirət üçün əməl edəsiniz. Bu gün siz əməl evin‌dəsiniz və bu‌ra‌da sizə hesab yoxdur, sabah isə elə bir evə da‌xil ola‌caq‌sınız ki, ora hesab yeridir və artıq əməl yoxdur”.[22]

Ömər Səd vəzifə arzusu və Reyə hakimlik etmək üçün İmam Hüseynlə (ə) müharibəyə girişdi. O öz-özünə belə züm‌zü‌mə edirdi: Necə Reyi əldən verim, bir halda ki, Rey mənim ar‌zumdur. Necə Hüseynin (ə) qətlini öz boy‌numa götürüm, bir halda ki, onu öldürmək Cəhənnəmlik olmaq deməkdir. An‌caq Rey mülkü mənim gözay‌dın‌lı‌ğım‌dır. Onunla dö‌yü‌şən‌dən sonra tövbə edərəm.

Amma bu uzaq arzu onun həm dünya və həm də axirətdə bəd‌bəxt olmasına səbəb oldu.

(Qeyd edək ki,) məzəmmət olunan o arzulardır ki, in‌sa‌nı Allahı yad etməkdən saxlasın.

Əziz Peyğəmbərimiz (s) buyurur:

“Arzu, Allah-taalanın ümmətimə bəxşişlərindən bi‌ri‌dir. Çünki əgər arzu olmasaydı, heç bir ana öz övladına süd ver‌məz, heç bir bağban ağac əkməzdi”.[23]

 

İnsan ömrü və onun arzuları

İnsan ömrü qısa və məhdud, arzular isə nəhayətsizdir. Bə‌zən heç arzulara çatmamış ömür sona çatır və şəxs dünyadan köçür.

Bir gün əziz Peyğəmbərimiz (s) üç çubuq götürərək on‌‌lardan birini yerə sancdı. Sonra ikinci çubuğu ondan bir az fasilə ilə onun yanında, üçüncüsünü isə, o iki‌sin‌dən çox uzaq fa‌silə ilə yerə sancaraq öz səhabələrindən bun‌ların nə demək ol‌duğunu soruşdu.

Dedilər: “Allah və Peyğəmbəri (s) daha yaxşı bilir”.

Buyurdu: “Birinci çubuq insandır. Ona yaxın olan çu‌buq ömrünün axırıdır. Çata bilməyəcəyi üçüncü uzaq olan çu‌buq‌sa, onun arzularıdır. O, arzularına çatmamış öm‌rünün so‌nuna

çatacaq”.[24]

İmam Əli (ə) buyurub:

“Hər kəs ömür cilovunu arzuların əlinə verər və on‌ların ar‌xa‌sınca gedərsə, sonda arzularının yerinə ölü‌mü‌nü ta‌p‌a‌caq”[25].

İnsan bu gün velosiped arzusundadır və ona razıdır. Elə ki, bir neçə gün onu sürür, motosiklet arzusuna dü‌şür. Sonra bir ucuz, sadə maşın istəyir və bu minvalla ar‌zu‌lar bitib-tükən‌mədən çoxalır, dərinləşir... sonra ev, son‌‌ra villa, sonra... Ömür isə azdır, vəfa etmir. İnsan bu ar‌‌zuların arxasınca düşərsə, Allahı yad etməkdən qafil ola‌caq[26].

 

 

--------------------------------------------------------------------------------

[1] Həvayi-nəfs, yaxud həva və həvəs: Məqsəd nəfsin din, etiqad, şəriət və əxlaq nəzə‌rin‌də məzəmmət olunmuş tüğyanedici istəkləridir.— Red.

[2] “Mustədrəkül-vəsail”, 17/358

[3] “Biharul-ənvar”, 70/90

[4] “Məryəm”, 60

 

[5] Diqqətli insan məqsədli təhlil məqamında məsələləri qarışdırmır. Əqli araşdırmalarda hər bir mövzunun öz yeri var. Əsas şəxsin müzakirə məqamında mə‌sə‌ləyə hansı baxımdan yanaşmasıdır.

Burada da belədir. İslam dini qadına daim hörmətlə yanaşmış, onunla evlənməyi, onu sevməyi tövsiyə etmiş, cinsi rabitəni bu sevginin davamı kimi qiymətləndirmişdir. Əslində, Ustad Mütəhhərinin “Cinsi əxlaq”da (bu kitab dilimizə tərcümə olunub, bu ya‌xınlarda çap olunacaq) dediyinə əsasən, cinsi rabitə insanın varlığının tələbidir. Bu işdə təfrit etmək, onu qanuni yolla ödəməmək, saysız zərərlərə yol açır.

İs‌lamın rəhbərləri olan Peyğəmbərimiz (s) və onun məsum ailəsi (ə) də evlənmiş və bu işə müsbət baxmışlar. Həzrət Əlinin (ə) məqsədi Cabirə dünyanın həqiqətini başa sal‌maqdır, qadın və onun vücudunu pisləmək deyil. Əslində, Allah-taalanın yaratdığı bütün şeylər gözəldir. Gördüyümüz bütün pisliklər bəşərin öz “əməyinin məh‌su‌ludur”.— Red.

[6] “Biharul-ənvar”, 75/11. Burada bir məsələni xatırlatmadan keçə bilmədik: Cabir ibn Abdullah Peyğəmbərimizin (s) görkəmli səhabələrindən olmuşdur. O, uzun ömür ya‌şa‌mış‌dır və Peyğəmbərimizin (s) ona xəbər verdiyinə əsasən, beşinci imam həzrət Mə‌həm‌məd‌baqirin (ə) zamanına kimi yaşamış və cəddinin salamını İmama (ə) çat‌dır‌mış‌dır.

Ehtimal veririk ki, Cabirin ah çəkməsinə səbəb onun maddi çətinlikləri olmuşdur, dün‌yanın bər-bəzəyi, keçici ləzzətləri deyil. Məlum olduğu kimi, o vaxt səhabələr çox çətinlik içində yaşayırdılar və yeməyə, hətta quru çörək belə tapmırdılar. Doğrusunu Allah bilir.— Red.

[7] “ əl-Kafi”, 2/79

[8] “ əl-Kafi”, 2/79

[9] “Müstədrəkül-vəsail”, 12/ 110

[10] “ əl-Kafi”, 2/79

[11] “Müstədrəkül-vəsail”, 14/347

[12] “Müstədrəkül-vəsail”, 14/ 149

[13] “Müstədrəkül-vəsail”, 14/156. Ümidvarıq ki, gənclərimiz evlənməzdən öncə bu zə‌min‌də araşdırma, mütaliə və məsləhətləşməni unutmazlar.— Red.

[14] “Müstədrəkül-vəsail”, 14/269

[15] “Təhzibül-əhkam”, 3/86

[16] Farscada: Şəbi qoftəm be Məhdi kəz tu neqah xahəm.

                      Qofta ke mən həm əz to tərke qonah xahəm.

[17] “Müstədrəkül-vəsail”, 3/244

[18] “əl-Kafi”, 5331. Bu gün bəzi səhv hərəkətləri nəzərə alaraq xatırladırıq ki, evlənmək və ev‌lən‌dir‌mək hər şeyi ölçüb-biçdikdən sonra olmalıdır. Əks təqdirdə, şəxs özünü qına‌malıdır.- Red.

[19] Bu haqda şəriət risalələrinə və kişi-qadın münasibətlərindən söz açan kitablara müraciət etməyiniz uyğundur.— Red.

[20] “əl-Xisal”, 1/132

[21] Maraqlananlar Seyid Ruhullah Musəvinin “40 hədisin şərhi” kitabında həmin hədisin (həvayi-nəfs və uzun-uzadı arzular) şərhinə müraciət edə bilərlər.— Red.

[22] “Biharul-ənvar”, 70/90

[23] “Biharul-ənvar”, 74/175

 

[24] “Məcmuətül-vəram”, 1/272

[25] “Nəhcül-bəlağə”, 471

[26] Əlbəttə, şəxsin ehtiyacına, gələcəyinin tələbinə uyğun olaraq, müəyyən hədəflərə ye‌tişmək üçün, plan cızmasının heç bir eybi yoxdur və bu hətta lazımlıdır. Belə şey‌lərə aid olmayan arzular isə insanı xəyallar girdabına salır və onun şəxsiyyətini reallıq deyil, puç xəyallar əsasında formalaşdırır.— Red.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ

 
user comment