Azəri
Friday 26th of April 2024
0
نفر 0

Höccətul İslam Hacı Azər Cəbiyev Hökmü dəyişdirildi

Höccətul İslam Hacı Azər Cəbiyev Hökmü dəyişdirildi

 Höccətul İslam Hacı Azər Cəbiyev Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə şərlənərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib.


Höccətul İslam Hacı Azər Cəbiyev Hökmü dəyişdirildi

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyulun 18-i Gəncə Apellyasiya Məhkəməsində əliyevlərin represiyasına tuş gəlmiş Höccətul İslam Hacı Azər Cəbiyevin şikayətinə baxılıb. Vəkil Elçin Namazovun verdiyi məlumata görə, hakim Ceyhun Əhmədovun hökmü ilə Azər Cəbiyevin ittiham maddəsi dəyişdirilib.

Höccətul İslam Hacı Azər Cəbiyev Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) şərlənərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Gəncənin Nizami Rayon Məhkəməsi isə Azər Cəbiyevi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) şərləyərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi.

Vəkil Elçin Namazov Gəncə Apellyasiya Məhkəməsinin qərarının da qanunsuz olduğunu qeyd edib: “Qərar həm də ədalətsizdir. Çünki Cinayət Məcəlləsinin 221.2.2 maddəsində həbsə alternativ cəza - 2 il müddətində islah işləri də nəzərdə tutulur. Biz şikayət verərkən Azər Cəbiyevə bəraət istəmişdik və bunun reallaşması üçün bütün mümkün dəlilləri ortaya qoyduq. Amma məhkəmə qərəzli hökm çıxardı. Qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək”.

 


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ekvadorda Ərdoğana qarşı üsyan, Terrorçu Rədd Ol! Deyə ekvadorlular şüar ...
Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...
59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı
Suriyada "müsəlman-məsihi qardaşlığı" adlı konfrans keçiriləcək
ABŞ Hazırda 7 Ölkəni bombalayır; 7-si də müsəlman ölkələridir.
Xəlifə rejimini muzdlu əskərləri İmam Hüseyn (ə) Əzadarlığının ...
Fazil Mustafa Azərbaycan xalqına “siyğədən əmələ gəlmişlər” Hz. Aişəyə ...
Hacı Taleh: “Sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah ...
İslam Həmkarlar Təşkilatı Qəzzada 100 min yaşayış məntəqəsinin tikilməli ...
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür

 
user comment