Azəri
Friday 26th of April 2024
0
نفر 0

HƏZRƏT ZƏHRANIN (S) TƏSBİHİ

 
Həzrət Zəhranın (s) təsbihatı namazın tə’qibatlarındandır. Yə’ni hər namazdan sonra 34 dəfə “Əllahu əkbər”, 33 dəfə “əl-həmdu lillah” və 33 dəfə “subhanəllah” demək. Bu təsbihatı Allahın rəsulu (s) öz qızı Fatiməyə (s) öyrətdi. Həzrət Zəhranın (ə) təsbihatı çox tövsiyə edilir və bu əməlin böyük mükafatı vardır.
İmam Baqir (ə) buyurur: “Sitayişlər arasında həzrət Zəhranın (ə) təsbihatından üstünü yoxdur. Əgər olsaydı, Allahın rəsulu (s) Fatiməyə (ə) onu öyrədərdi.[423]
Çoxsaylı rəvayətlərdə imam Hüseyn (ə) torpağından hazırlanmış 34 dənəli təsbeh saxlamaq tə’kid olunur. Bu təsbehlə zikr etməyin xeyli savabı var. Hətta zikr demədən onu əldə çevirmək də dəyərlidir.[424] Başqa bir hədisdə buyurulur ki, uyğun təsbehin hər bir giləsi Allaha zikr deyir.”[425] İmam Hüseyn (ə) türbəti Kərbəla hadisəsini yada salır və şəhadət məktəbini yaşadır. Hüseyn (ə) türbəti insanı ilahi rəhbərliyə, cihada, şəhadətə, isara və zülmlə mübarizəyə sövq edir.
Qeyd olunmuş təsbihat hətta sünnə əhlinin kitablarında nəql olunmuşdur.[426] Lakin onların heç biri bu zikrin həzrəti Zəhra (ə) təsbihi olmasını qeyd etmir.
ŞÜKR SƏCDƏSİ
Allah-təalanın ne’mətlərinə təşəkkür mə’rifət, ədəb və bəndəlik nişanəsidir. Ayə və rəvayətlərdə ne’mətlərə şükür etmək tövsiyə olunur. Ne’mətləri yada salmaq insanın Allaha məhəbbətini artırır və ne’mətləri davamlı edir.[427]
Ne’mətlərə şükür bəşər gücündən xaric olsa belə, insan bacardığı qədər Allahın ne’mətlərinə və yaxşılıqlarına təşəkkür etməlidir. Şükür formalarından biri torpağa səcdə edib Allaha şükür deməkdir.
Şükür səcdəsi namazın tə’qibatlarındandır.[428] Mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 83-cü cildini bütövlükdə (yalnız axırıncı səhifələrdən savay) namazın tə’qibatları haqda rəvayətlərə həsr etmişdir. Bu kitabda şükür səcdəsi barədə pak imamlardan (ə) 63 hədis nəql etmişdir.
Namazdan sonra səcdə namaz üçün əldə edilmiş tövfiqə görə şükürdür.[429]
Şükür səcdəsində üç dəfə “şukrən lillah” demək kifayətdir. Lakin hədisdə belə deyilir: Əgər insan bir nəfəsə “ya Rəbb, ya Rəbb” desə, Allah ona xitab edər: “Ləbbeyk! Ma hacətək?” “Qəbul etdim! Nədir hacətin?”[430]
İmam Sadiq (ə) buyurur: “Namazdan sonra şükür səcdəsi namazın kamilləşməsinə, Allahın razılığına və mələklərin təəccübünə, xoşlanmasına səbəb olur. Allah onlardan dəfələrlə soruşur: “Bu bəndənin mükafatı nədir?” Onlar deyirlər: “Sənin rəhmətin və behiştin, onun müşküllərinin həll olması və hər bir xeyir.” Lakin bu sözdən sonra heç bir cavab eşitmir və Allaha ərz edirlər: “Biz bu səcdənin mükafatının nə olduğunu bilmirik? Allah-təala buyurur: “O mənə şükür etdi, mən də ona təşəkkür edirəm.” Allah-təala bu cümlə ilə mələklərə bildirir ki, Allahın ondan razılığı və ona təşəkkürü behişt, rəhmət və müşküllərin həllindən üstündür.”[431]
Hədisdə deyilir: Allah həzrət Musaya (ə) buyurdu: “Səni peyğəmbərliyə seçməyimin səbəbi namazdan sonra etdiyin səcdələr idi.”[432]
MÜSTƏHƏB NAMAZLAR (NAFİLƏLƏR)
Gündəlik (17 rəkət) vacib namazlardan əlavə çox savabı olan namazlar mövcuddur. Bu namazlar vacib namazlara əlavə olunduğu üçün onlara nafilə deyilir.[433]
Müstəhəb namazlar 34 rəkətdir. Yə’ni vacib namazlardan iki dəfə çox.
1.   Sübh namazının nafiləsi –iki rəkət, sübh namazından əvvəl;
2.   Zöhr namazının nafiləsi –səkkiz rəkət, zöhr namazından öncə;
3.   Əsr namazının nafiləsi –səkkiz rəkət, əsr namazından öncə;
4.   Məğrib namazının nafiləsi –dörd rəkət, məğrib namazından sonra;
5.   İşa namazının nafiləsi –iki rəkət oturaq halda işa namazından sonra;
6.   Gecə namazının nafiləsi –on bir rəkət sübh azanından öncə. Bu namazın səkkiz rəkəti “gecə nafiləsi”, iki rəkəti “şəf’” və bir rəkəti “vitr” adlanır.[434]
Hədisdə buyurulur: “Nafilə namazları hədiyyə kimidir və bütün hallarda qəbul olunur.”[435]
Müstəhəb namazlar üzərində tə’kid olunmasına baxmayaraq, bu namazlar istək və eşqlə qılınmalıdır. İnsan özünü vadar etməməlidir. Əvvəlcə çalışmalıdır ki, ruhi hazırlıq və qəlb istəyi yaransın.
İmam Riza (ə) buyurur ki, qəlblər bə’zən hazır olur, bə’zən isə yox! Qəlblər hazır olanda ibadət edin.[436]
Bu səbəbdən müstəhəb namazlar vacib namazlara nisbətən asanlaşdırılıb. Bu asanlaşdırma insanları daha çox cəzb etmək üçündür.
1.   Müstəhəb namazı həm oturaq halda, həm ayaq üstə qılmaq olar.
2.   Müstəhəb namazda yalnız “həmd” surəsini oxuyub rükuya getmək olar.
3.   Müstəhəb namazda birinci rəkətlə ikinci rəkət arasında şəkk namazı batil etmir və namazqılan şəxs onu istədiyi şəkildə davam etdirə bilər.
4.   Müstəhəb namazda artıq və ya əskik kəlmələr üçün “səcdeye-səhv” yoxdur.
5.   Vacib namazların məsciddə qılınması daha yaxşıdır. Lakin nafilələr haqqında belə bir göstəriş verilməyib.
Bütün bu asanlaşdırmalar insanları ibadətlərə təşviq etmək üçündür. Hətta müstəhəb namazı vaxtında qıla bilməyən şəxs onun qəzasını qıla bilər. Bir hədisə əsasən Allah-təala mələklərə buyurar: “Baxın bəndəmə! Ona vacib etmədiyimin qəzasını qılır!” (Başqa bir hədisdə belə əlavə olunmuşdur: “Sizi onu bağışlamağıma şahid edirəm”)[437]
Başqa bir hədisdə buyurulur: “Nafilə namazı vacib namazlarda baş verən nöqsanları aradan götürür.”[438]
Nafilə namazı insanın verdiyi sədəqə kimidir.[439]
GECƏ NAMAZI
Nafilələr arasında “gecə namazı”nın xüsusi yeri vardır. Qur’an ayələri və hədislərdə digər müstəhəb namazlardan daha çox gecə namazına tə’kid olunmuşdur. Buna görə Allahın övliyaları davamlı şəkildə gecə namazı qılırdılar. Allah sevimli bəndəsi həzrət Məhəmmədə (s) gecə namazını vacib etdi. O belə göstəriş verdi: “Gecənin bir vaxtı durub sənə xas olan əlavə namazı qıl.”[440]
Qur’an gecə namazı qılan və gecələr dua edib yalvaranları belə vəsf edir: “...Sübh vaxtı Allahdan bağışlanmaq diləyənlərdir.”[441] “Okəslər ki, gecəni Rəbbi üçün səcdə və qiyam halında keçirər.”[442] “Onlar gecələr az yatırdılar.”[443]
Mö’minlər sübh vaxtı və gecələr ibadət üçün yataqlarından qalxar və ibadətə məşğul olarlar. Onlar behişt, hurilər və bu kimi ne’mətlərdən başqa Allah tərəfindən saxlanılmış və gözlərinin işıqlanmasına səbəb olan ne’mətlərlə mükafatlandırılarlar.[444]
Buna görə gecə namazı bütün peyğəmbərlərə lütf olmuşdur.[445] Allahın rəsulu (s) bir neçə dəfə həzrət Əliyə (ə) gecə namazını tövsiyə etdi: “Unutmayasan gecə namazını!”[446]
Başqa bir hədisdə deyilir: “Mö’minin şərəfi gecə namazıdır.”[447]
İmam Sadiq (ə) buyurur: “Gecə namazı qılınan və Qur’an oxunan evlər səma əhlinə parlaq ulduzlar kimi görünər.”[448]
Bundan əlavə, sübhlər qalxıb faydalı havadan bəhrələnmək bədənə və ruha müsbət tə’sir göstərir. Hədisdə deyilir: “Gecə ibadət etmək sağlamlığa səbəb olur.”[449] Başqa bir hədisdə gecə namazının mə’nəvi tə’sirlərindən əlavə ağrıların sakitləşməsinə səbəb olduğu bildirilir.[450]
Gecə namazı insanın Allaha məhəbbətinin nişanəsidir. Bu eşq insanı yuxudan ayırır və gecə raz-niyazına vadar edir. Əgər bu eşq olmasaydı insan hansı maraqla tənhalıq və qaranlıqda istirahətdən ayrılıb mə’şuqla söhbət edərdi?
Qüdsi bir hədisdə Allah-təala buyurur: “Məni sevdiyini iddia edib gecə çatan kimi yatan şəxs yalançıdır. Məgər bütün aşiqlər mə’şuqla xəlvətdə qalmaq istəmirmi?”[451]
Gecə namazı üçün tövfiq lazımdır. Bu tövfiqi Allahdan istəməliyik.
Bə’zən günahlar və yalanlar insanın gecə namazından, duanın şirinliyindən məhrum olması ilə nəticələnir.
Hədisdə deyilir: “Bə’zən bir şəxs yalan danışır və buna görə gecə namazından məhrum olur.”[452]
İnsan davamlı şəkildə gecə namazı qılıb, ibadət etməklə kamillik və nəfs paklığına nail olur, Allaha yaxınlaşır. Bununla da onun gözü, qulağı və əlləri ilahiləşir (yalnız haqqı görür, haqqı eşidir və ilahi işlər görür), etdiyi hər bir dua qəbul olunur.[453]


[423]“Vəsail”, 4-ci cild, səh.1024.
[424]bax: “Cəvahir”, 10-cu cild, səh.405.
[425]bax: “Vəsail”, 4-ci cild, səh.1033.
[426]bax: “Səhihi Müslim”, 1-ci cild, səh.418; “Səhihi Buxari”, 1-ci cild, səh.110; “Sunəni ibn Macə”, 1-ci cild, səh.299, namazın tə’qibatı mövzusu.
[427]bax: “İbrahim” surəsi, ayə 5.
[428]bax: “Biharul-ənvar”, 83-cü cild (Beyrut), səh.194, bu kitabda şükür barəsində təxminən 87 rəvayət, 38 ayə nəql edilmişdir.
[429]bax: “Bihar”, 83-cü cild, səh.200.
[430]“Vəsail”, 4-ci cild, səh.1071.
[431]“Vəsail”, 4-ci cild, səh.1071; “Vafi”, 2-ci cild, səh.123.
[432]“Bihar”, 83-cü cild, səh.200.
[433]“Nəfl” kəlməsi əlavə mə’nasını bildirir..
[434]“Biharul-ənvar”, kitabının 84-ci cildi müstəhəb namazlar haqqında rəvayətlərə həsr edilib və bu barədə yüzlərlə hədis nəql olunub.
[435]“Qisarul-cuməl”, 2-ci cild.
[436]bax: “Bihar”, 84-ci cild, səh.47.
[437]“Bihar”, 84-ci cild, səh.43; “Vəsail”, 3-cü cild, səh.56.
[438]“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.177.
[439]bax: “Qisarul-cuməl”, nafilə.
[440]“İsra” surəsi, ayə 79.
[441]“Ali İmran” surəsi, ayə 17.
[442]“Furqan” surəsi, ayə 64.
[443]“Zariyat” surəsi, ayə 17.
[444]bax: “Səcdə” surəsi, ayə 17.
[445]bax: “Bihar”, 84-ci cild, səh.136.
[446]“Vafi”, 2-ci cild, səh.22.
[447]“Vafi”, 2-ci cild, səh.21.
[448]“Vafi”, 2-ci cild, səh.22.
[449]“Vəsail”, 5-ci cild, səh.272.
[450]bax: “Vafi”, 2-ci cild, səh.22.
[451]“Misbahuş-şəriət”.
[452]“Nurus-səqələyn”, 3-cü cild, səh.204.
[453]bax: “Səvabul-ə’mal”, səh.88.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI

 
user comment