Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN”

ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN”


Həmd və sitayiş bütün aləmləri tərbiyə edən Allaha məxsusdur. 
İnsanın təkamülü üçün yaranış nizamını, yerin hərəkətini, günəş, hava, bitkilər, çaylar və maddi ne’mətləri qərar verdi. 
Ruhun təkamülü üçün səmavi kitablar, acı və şirin ibrətli hadisələr müəyyənləşdirdi. Bəşərin hidayəti üçün ağıl və fitrətə əsaslanan möhkəm qanunlar və din göndərdi. Yeri dəlilsiz qoymadı; saysız aşkar və gizli ne’mətləri minnətsiz olaraq insanların ixtiyarına verdi. Əgər varlıq aləmində zərrəcə nizamsızlıq yaransa hər şey məhv olar. 
Dağların, bitkilərin, atomların, ulduzların, suyun, torpağın, fəsillərin, gecə-gündüzün, bədən üzvlərinin, müxtəlif meyllərin və müxtəlif hidayətlərin gözəl və möhkəm nizamı Onun aləmlərin Rəbbi olduğunu göstərir. 
Dəqiq nizamla yaranmış bədən üzvlərimiz insanı heyrətə gətirir. 
Qulağın, gözün, qəlbin, tənəffüs sisteminin, damarların, sinirlərin, beş duyğu üzvünün və sair orqanların cilası Allahın qeyri-adi tədbirini göstərir. 
Təəssüf ki, insan şükür əvəzinə küfr edir.[283] Allaha yaxınlaşmaq əvəzinə üz çevirir: “İnsana bir ne’mət ver-diyimiz zaman üz çevirib uzaq gəzər.”[284] İlahi eşq və Al-laha sitayiş əvəzinə düşmənçilik edir;[285] təvazökarlıq əvəzinə təkəbbür göstərir: “Ey insan! Səni kərim olan Rəbbinə münasibətdə aldadan (və ya məğrur edən) nədir?”[286]
İnsan ehtiyacı ödənən kimi, tüğyan edir: “Həqiqətən insan azğınlıq edər. Özünün dövlətli olduğunu (bir şeyə ehtiyaclı olmadığını) gördüyü üçün!”[287] Allahın ne’mətlərini öz əziyyətinin bəhrəsi hesab edir.[288] “Ayıq ol!” çağırışlarını qəlbən eşitmir.[289]
Bu naşükür insan azca yaxşılığa görə hamıya təşəkkür etdiyi halda əsil ne’mət sahibi olan Allahı unudur. 
Təəssüf ki, insan haqq yolu azmış, düşüncə və fitrət işığını söndürmüş, gözünü və qəlbini bağlamışdır. O, qəlbini ona-buna bağlayır və Allaha yox, şeytani və insani qüvvələrə arxalanır. 
“Əl-həmdu lillahi Rəbbil-aləmin” cümləsi insanı qəflətdən uzaqlaşdırır, ne’mətləri yada salır və bizə Allahın rəbliyini xatırladır. 
Allah aləmlərin Rəbbidir. Bütün varlığın, bütün yaranmışların və hər bir şeyin Rəbbidir: “O hər şeyin Rəbbidir.”[290] Cahiliyyət dövründə hər bir şey üçün ayrıca rəbb olduğunu güman edirdilər. Allah bütün mövcudları, heyvanları və varlıqları idarə edir. Hər bir şeyin hakimi və idarə edəni Odur. Həm yaradır, həm idarə, həm də tərbiyə edir. 
“ƏR-RƏHMANİR-RƏHİM”
Onun geniş rəhməti hamının üzərinə kölgə salır. Onun rəhməti qəzəbindən çox və öncüldür. 
Günahkarlara tövbə yolu qoymuşdur. Ölüm anınadək tövbələri qəbul edəcəyinə və’d vermişdir və tövbə edənləri sevir.[291] Allah rəhimli olmağı özünə vacib etmişdir. (bax: “Ən’am” surəsi, ayə 54). O hamıya ümid verir və öz rəhmətinə doğru çağırır: “...Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar.”[292]
Allahın rəhmət nümunələrindən biri Onun pislikləri yaxşılığa çevirməsidir.[293]
Çətinliklər və bəlalar da bir növ rəhmətdir. Çünki in-san bu yolla qəflətdən ayılır və hərəkətə vadar olur. Çətinliklərə dözmək ilahi övliyalar üçün şirindir. Çünki onlar çətinliklər müqabilində mükafat alırlar. 
“MALİKİ YƏVMİD-DİN”
Cəza gününün sahibidir. Bu sifət Allah haqqında qeyd olunmuş digər bir sifətdir, həmd və sitayişin Allaha məxsus edilməsindən sonra bəyan olunur. İnsan daha çox üç halda təşəkkür edir:
1. Ötən lütf və ne’mətlərə diqqət etdikdə;
2. Hazırkı məhəbbətə diqqət etdikdə; 
3. Gələcək lütflərə ümid etdikdə. 
Beləliklə, yalnız Allaha sitayiş olunmalıdır. Çünki həm keçmişimizi tə’min edirik, həm indi Onun ne’mətləri, rəhməti və lütfündən bəhrələnirik, həm gələcək və qiyamətdə bütün işlərimiz Ona bağlıdır və Onun kərəminə ümidvarıq. 
O malikdir. Dəyərsiz, müvəqqəti və e’tibarsız yox, həqiqi malik!
İnsanlar dünyada gizli və aşkar şirklərin torunda əsir olublar. Lakin qiyamətdə hamı görəcək ki, dünya və onda olan hər bir şey Allahındır. Varlığın sahibi, qəti hökmdar və həqiqi hakim Odur: “O gün hökm ancaq Allahındır!”[294]
Qiyamətdə xalqdan soruşulacaq: “Bu gün hakimiyyət kimindir?” Onlar deyəcək: “Bir olan və hər şeyə qalib Allahındır!”[295]
“Maliki yəvmid-din” cümləsi insanın yadına qiyamət hesabını salır. Nə qədər ki, hesab alınmayıb, insan özü özü ilə hesab çəkməlidir.[296]
İmam Səccad (ə) namazda bu cümləni o qədər təkrarlayırdı ki, az qalırdı ruhu pərvaz etsin.[297]
“Din” kəlməsi cəza mə’nasını bildirir. Allah cəza və mükafat gününün sahibidir. Bu surədə Allahın həm rəhminə, həm qəzəbinə, həm də ədalətinə işarə olunur ki, düzgün tərbiyə yolu, yə’ni qorxu və ümid arasında yaşayış prinsipi aydın olsun. 
“İYYAKƏ NƏ’BUDU VƏ İYYAKƏ NƏSTƏİN”
Biz yalnız sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
Bu yerədək namaz qılan şəxs yaranış, məad və Allahın sifətləri barəsində öz əqidəsini bildirir. Bu əqidənin səmərəsi xalis bəndəlik və Allahdan kömək diləməkdir. 
Namaz qılan şəxs tənha olduqda da cümləni cəm formasında deyir ki, özünü ibadət edənlərə qatsın, onun naqis ibadəti ixlaslı və kamil insanların ibadəti arasında qəbul olsun. 
Deyilənlərdən aydın olur ki, “mənlər” “biz” olmalıdır. Camaatla birlikdə ibadətlər, xüsusi ilə namaz əsasdır. Fərdçilik və guşənişinlik dəyərsizdir. 
Pərəstiş kömək diləməklə yanaşıdır. Beləliklə, bəndəlik edərkən fikri azğınlıqlardan qorunmaq, qürrələnməmək, riya və süstlüyə düçar olmamaq üçün doğru yolu Ondan istəyək. Bəli, Ondan kömək istəməliyik. Çünki iman tövfiqi Onun əlindədir. Sübhlər ayılmaq, dəstəmaz almaq, hərəkət üçün qüvvə, namazın qəbul olması, bizi təkəbbür və riyadan qorumaq Onun əlindədir. Onun lütfü sayəsində ibadətə meyl edirik. 
Namaz qılan Allaha ibadət edir və bu ibadətlə Allah-dan kömək istəyir. 
Şərqpərəstlik, qərbpərəstlik, güclülərə bəndəlik, şəhvət və məqama əsirlik, qadın, var-dövlət və övlada aldanmaq yox, yalnız Allaha ibadət!
Namazın bu cümləsi Allahdan savay bütün hakimiyyətləri məhkum edir; davamsız qüvvələrdən yardım diləmək və onlar qarşısında alçalmağı inkar edir; namaz qılanlara Allaha bəndəlik sayəsində izzət dərsi verir. Bu yolla Allahdan qeyrilərinin bəndəsi olmaq, hədələr və təkliflərə aldanıb Allah yolunu unutmamaq öyrədilir. 
“İHDİNƏS-SİRATƏL-MUSTƏQİM”
Həmd-səna oxuyub, bəndəliyimizi göstərdikdən və kömək dilədikdən sonra Allahdan ilk istəyimiz doğru yola hidayətdir. Həyatın əməli və fikri məsələlərində əqidə, rəftar və doğru yolu tanımaq çox mühüm, eyni zamanda çətindir. Buna görə Allahdan istəyirik ki, bizi doğru yola hidayət etsin. 
DOĞRU YOL
Doğru yoldan danışarkən azğın yollar da açıqlanır. Əgər azğın yolları tanısaq, doğru yolu daha yaxşı tanıyacağıq. 
Azğın yollar:
1. Qəzəb və şəhvət zamanı həvəs yolu;
2. Başqa həvəs yolu;
3. İfrat, təfrit və birtərəfli baxış yolu;
4. Şeytani vəsvəsə yolu;
5. İnsanları hədələyib və ya şirnikdirib özünə çəkən zalım hökumətlər yolu;
6. İnsanı var-dövlət və məqam xatirinə özgələrin razılığını əldə etmək fikrinə salan dünyapərəstlik yolu;
7. Məntiqsiz və dəlilsiz yollar;
8. İnsanın fikirləşmədən, məşvərət etmədən və təcrübəsiz seçdiyi yol;
9. Uçuruma aparan yol (azmışların yolu);
10. Yersiz adətlər, şəxsi səliqələr yolu. 
Doğru yol hansıdır?
Allah yolu:[298] “Həqiqətən, Rəbbim düz yoldadır.” 
Peyğəmbərlər yolu: “Həqiqətən, sən düz yoldasan!”[299]
Bəndəlik və pərəstiş yolu: “...Mənə ibadət edin, bu doğru yoldur.”[300]
Mə’sum rəhbərlərin yolu: İmam Sadiq (ə) buyurur: “And olsun Allaha, biz düzgün yoldayıq.”[301]
Allaha və Onun qanunlarına bağlanmaq yolu: “...Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.”[302]
Bir neçə xatırlatma: 
1. Bə’zən müxtəlif şərait, zaman və insanlar üçün doğru yol fərqli olur. Bə’zən sükut, bə’zən danışmaq lazım gəlir. Bə’zən var-dövlət, bə’zən can fəda olur. Bə’ziləri üçün təhsil, bə’ziləri üçün işləmək lazım gəlir və... (Əlbəttə, bu söz rahatlıq axtaranlar üçün ictimai və dini məs’uliyyətlərdən qaçmağa bəhanə olmamalıdır.)
2. Xüsusi imkanlara və şəraitə malik olanlar başqa insanları (Allah yolunda başqa iş görənləri) tənqid edib, eyb axtarmamalıdırlar. Çünki Allah razılığını əldə etmək üçün bir çox yollar var. İnsanların əməllərinin dərəcələri fərqlidir. Hamı bir bayraq altında müxtəlif minik vasitələri ilə ilahi yolda hərəkət edir. 
3. Doğru yolda olmaq mühümdür. Lakin ondan da mühümü bu yolda davamlı hərəkətdir. Çünki insanlar üçün azmaq təhlükəsi var. Həzrət Əli (ə) bir Qur’an ayəsini belə təfsir edir ki, yə’ni gələcəyimizi doğru yolda qərar ver.”[303]
4. İnsan ən üstün təkamül mərtəbəsində də Allahdan düzgün yol istəməlidir. Çünki bu yol mərəhələlərdən ibarətdir. Nur, elm və hərəkət kimi təkamül xarakterinə malikdir. Qur’an Allahın doğru yolunda olanların doğruluğunu artıracağını bildirir. (bax: “Məryəm” surəsi, ayə 76). “Məkarimul-əxlaq” duasının əvvəlində imam Səccad (ə) Allahdan istəyir ki, onun imanını, yəqinini istək və hədəfindən üstün dərəcəyə çatdırsın. 
5. Düzgün yol seçimi çətindir. Bu yolda hərəkət tükdən nazik yolda hərəkət kimidir. Bir çoxları ya yol seçimində, ya da hərəkət zamanı azırlar. Biri əqidəsində çaşqınlığa düçar olur, o biri əməllərində. Biri bütün işlərə məcbur edildiyini hesab edir, o biri Allahın tə’sirsiz olduğunu düşünür. Biri mə’sum rəhbərləri Allahla eyni həddə tutur (həzrət İsa (ə) və həzrət Əlini (ə) Allah hesab edənlər), o biri adi insanlarla bərabərləşdirir, dəli və sehir-baz hesab edir. Bə’ziləri imamlar və şəhidlərin ziyarətini şirk sayır (vəhhabilər kimi), bə’ziləri isə ağaca ip bağlayıb hacət istəyir. Biri dünyaya bağlanır, o biri rahiblik yolunu seçir. Bə’ziləri o qədər xərcləyirlər ki, özləri ehtiyaclı olur, bə’ziləri isə paxıllıq edirlər. Biri ifrat qeyrətdən hətta yoldaşının adını çəkmir, o biri yoldaşını yarımçılpaq vəziyyətdə küçəyə buraxır. 
İslam dini xalqı doğru yola də’vət edir. Bu yol bütün işlərdə orta həddə əsaslanır. Hətta bə’zi hədislərdə “orta hədd” “ibadət” tə’biri bəyan olunur. 


 [283]bax: “İsra” surəsi, ayə 67. 
[284]“İsra” surəsi, ayə 83. 
[285]bax: “Yasin” surəsi, ayə 77. 
[286]“İnfitar” surəsi, ayə 6. 
[287]“Ələq” surəsi, ayə 6-7. 
[288]“Qəsəs” surəsi, ayə 78. 
[289]bax: “Saffat” surəsi, ayə 13. 
[290]“Ən’am” surəsi, ayə 164. 
[291]bax: “Bəqərə” surəsi, ayə 222. 
[292]“Zumər” surəsi, ayə 53. 
[293]bax: “Furqan” surəsi, ayə 70. 
[294]“İnfitar” surəsi, ayə 19. 
[295]“Mu’minun” surəsi, ayə 16. 
[296]bax: “Məkarimul-əxlaq”, Peyğəmbərdən (s) Əbuzər Ğəffariyə. 
[297]“Nurus-səqələyn”, 1-ci cild, səh.16, 78-ci hədis. 
[298]“Hud” surəsi, ayə 56. 
[299]“Zuxruf” surəsi, ayə 43. 
[300]“Yasin” surəsi, ayə 61. 
[301]“Nurus-səqələyn”, 1-ci cild, səh.17. 
[302]“Ali İmran” surəsi, ayə 101. 
[303]“Təfsiri Nümunə” Təfsiri Safidən nəql olunmuşdur. 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Neysan suyunun xüsusiyyəti. Bahar yağışından qafil olmayın!
NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Quranda möminlərin sifətləri
İmam Hüseyn (ə) və İmam Zaman (ə.f)
"Fatihə" surəsi
İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə ...
CAHANIN ƏN ŞƏRƏFLI QONAĞI
Kumeyl duasının şərhi
Quranın hikmətləri bir daha təsdiqləndi

 
user comment