Azəri
Friday 26th of April 2024
0
نفر 0

Hacı Fəxri İlyasov 3 il 6 ay azadlıqdan məhrum edildi

 Hacı Fəxri İlyasov 3 il 6 ay azadlıqdan məhrum edildi

 İyunun 29-u Gəncənin Nizami Rayon Məhkəməsində ruhani Fəxri İlyasovun işi üzrə keçirilən prosesdə hakim Gündüz Şirinov hökmü elan edib.
 


Əhli Beyt - - xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyunun 29-u Gəncənin Nizami Rayon Məhkəməsində ruhani Hacı Fəxri İlyasovun işi üzrə keçirilən prosesdə hakim Gündüz Şirinov hökmü elan edib. O, Fəxri İlyasova 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. İyunun 16-da keçirilən prosesdə dövlət ittihamçısı Əlihüseyn Məmmədov gəncəli ruhaniyə 4 il 6 ay iş istəmişdi.

Məhkəmənin hökmündən razı qalmayan və apellyasiya şikayəti verəcəyini bildirən vəkil Elçin Namazov açıqlamasında deyib ki, Konstitusiya Məhkəməsi gəncəli ruhanilərin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cu maddəsi ilə bağlı qəbul etdiyi qərar artıq qanuni qüvvəsinə minib: “Ona görə də hakim Fəxri İlyasovun ittiham olunduğu 221.3-cü maddəni 221.2 ilə əvəzlədi. Bu isə ədalətsizlikdir. Biz hesab edirik ki, ən pis halda Fəxri İlyasova 315.1-ci maddə ilə iş kəsilə bilərdi. Əslində bu da ədalətsizlikdir. Biz bu gün məhkəmədən hüquqlarını müdafiə etdiyim şəxsin azadlığa buraxılması barədə qərar gözləyirdik. Qərara təəssüf edirəm”.

Fəxri İlyasov bu ilin yanvarında başqa bir gəncəli ruhani Azər Cəbiyevlə Gürcüstana gedərkən, sərhəd postunda həbs edilib. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunublar.

Mayın 12-də Gəncənin Nizami Rayon Məhkəməsində hakim Abdulla İsgəndərov Azər Cəbiyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Azər Cəbiyevin də vəkili Elçin Namazovdur.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə rejimini muzdlu əskərləri İmam Hüseyn (ə) Əzadarlığının ...
Fazil Mustafa Azərbaycan xalqına “siyğədən əmələ gəlmişlər” Hz. Aişəyə ...
Hacı Taleh: “Sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah ...
İslam Həmkarlar Təşkilatı Qəzzada 100 min yaşayış məntəqəsinin tikilməli ...
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür
Sumqayıt məktəblərində hicab yasaqdır
Hicab və Hicab Məhbuslarının hüquqlarının Müdafiə Komitəsinin Bəyanatı
Qasırğa cənub bölgəsində fəsadlar törədib
İngiltərə ölkədə ən böyük Məscidin tikintisinə icazə vermədi
Mədinə universitetində Quran məlumatları adlı tədqiqat müəssisəsi yaradılacaq

 
user comment