Azəri
Friday 26th of April 2024
0
نفر 0

Rəbiyyət Aslanovaya cavab

Rəbiyyət Aslanovaya cavab

 “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Əraf surəsi 179)
 


Müsəlman xalqımızın “səs”-i və YAP-ın əsasında vəzifəyə gəlmiş bəzi üzdəniraq “xalq nümayəndələri” və “hüquq müdafiəçiləri” azca məqam və pula sahib çıxan kimi nəinki özlərinin kim olduğunu yaddan çıxarır hətta, hazırdırlar ki, məqam və vəzifəyə görə müsəlman xalqının bütün müqəddəs və mənəviyyatından üz döndərərək bütöv bir cəmiyyəti açıqca ona verilən dövlət tribunasından təhqir etsin. Müsəlman xalqın belə “deputatlardan” biri də 1951-ci ildə Kəlbəcərdə anadan olmuş və vəzifəyə xatir müsəlman xalqının bütün müqəddəs bildiklərini ayaqlar altında qalmasına hazır olan və əsl vəzifəsi müsəlman xalqın tapdalanmış hüquqlarını qorumaq olan halda, dövlətin bəzi məntiqsiz məmurlarına qoşulub öz xalqının mənəviyyatına qarşı məntiqsiz qiyama qalxmış, Rəbiyyət Aslanovdır. Rəbiyyət Aslanova “müsəlman xalqının etiqad və mənvi hüquqlarını boğmaq” üzrə birinici yerə çıxdığına görə ona fəxri bir məqam, üç dəfə “deputatlıq” və “Milli məclisdə insan hüquqları komitəsinin sədri” vəzifəsi verilib. Bəli! Nə “gözəl vəzifə” nə yüsək “məqam”?!


Amma çox təssüflər olsun ki, belə bir “yüksək məqama” qədər yüksəlmiş və 2010-cu ildə Balakən rayon tərəfindən 109-cu saylı seçki məntəqəsindən müsəlman xalqın “nümayəndəsi” və bundan əlavə, milli məclisdə müsəlman xalqın ölkədə batmış “hüqüqlarını qoruyan bir komitəsinin sədri” – kimi məsuliyyətli vəziflər Rəbiyyət Aslanovanı yaman çaşdırıb. Buna bir neçə dəlilimiz var;


Son rəsmi çıxışlarından birində o öz savadsızlığını və vəzifəsini yaddan çıxararaq, xalqın ehtiram etdiyi və mənəvi məclislərində yalnız, onları öz məclislərində yuxarı başa çıxardıqlarını, övladlarına toy etdikdə dövlət zaksından əvvəl onlara müraciət etdiyi ruhanilər haqqında çox məntiqsiz və təhqiredici sözlər söyləmiş və həqiqətən də, qeyd olunmuş iki ən mühüm və məsuliyyətli yüksək dövlət məqamına tam şəkildə layiq olmadığını sübuta yetirmişdir. Əlbəttə, öz xalqının ən təsirli və xalqın gözündə ehtirama layiq, bütün xeyir və hüzn məclislərindən ilk növbədə onlara müraciət etdikləri şəxsiyyətləri təhqir etməyə cürət edən belə bir “deputatın” və “hüquq müdafiəçisinin” qeyd olunmuş vəziflərə heç əvvəldən ləyaqəti olmadığını məlum olur.


Rəbiyyət Aslanovanın el arasında mollalar kimi amma, savadından asılı olmayaraq, Allahın müqəddəs Quranını, dinini, xalqın ən çətin vaxtlarda ilk öncə onların sevinc və kədərinə şərik olub, müsəlmançılıq adət və qanunlarını yerinə yetirməyi özlərinə şəri borc bilən ruhanilər haqqındakı fikirləri onun özünün şəxsiyyətini daha yaxşı sübut edir. O, son zamanlar öz çıxışlarından birində heç bir istisna etmədən, bütün ruhanilər haqqında hüquq müdafiəçilərinin sədri kimi belə deyir: “Azərbaycanda mollalar cəmiyyətin savadsız təbəqəsidir. Savadsızlığa görə mollalardan sonrakı sinif vətəndaşlığı belə olamyan qaraçılardır. Bir dəfə müsahibəsində Şeyx gileylənmişdi ki, Sovet dövründə mollalar ikinci sort adamlar idi. Şeyx haqlıdır, amma bu gün mollaları nə cəmiyyət, nə də hakimiyyət hətta 7-ci sort insanlar sırasına belə aid etmir.”


(http://www.islamtimes.org/vdccx1qm.2bq4p8ava2.html)

Rəbiyyət Aslanova özünü unutmaqla yanaşı bütöv dinini, etiqadını və ən başlıcası müsəlman xalqını unudub ki, belə sözləri yüksək tribunlaradan söyləyir. Özü də hüquq müdafiəçisi kimi danışır. Rəbiyyət Aslanova unudub ki, onun dünyadan gedənlərinin hamısını istər sovet dövründə və istərsə də indiki zamanda həmin “qaraçı səviyyəli mollalar” dəfn edib və edir. Rəbiyyət Aslanova bir şeyi də yaddan çıxarıb ki, sadiq qaldığı keçmiş dövlət başçısı mərhum Hedyər Əliyevi də həmin “qaraçı səviyyəli mollalar” bakının mərkəzində İslam qanunları əsasında torpağa tapşırdılar. Bəs sən demə, bizim keçmiş dövlət başçımızı “qaraçılar” və hətta, Rəbiyyətin sözlərinə əsasən, onlardan da “aşağı səviyyəli insanlar. 8-ci sort insanlar” dəfn ediblər. Amma, bunu səkkiz milyonluq müsəlman xalq içində yalnız, özünün “bəsirət gözü” ilə fəlsəfə elmləri doktoru, professor, 4 kitabın və 40 məqalənin müəllifi, rus və ingilis dillərini bilən, 1978-ci ildən Azərbaycan Dövlət Universitetində assistent, baş müəllim, dosent vəzifələrində çalışmış, 2004-cü ildən Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professoru olmuş və 2010-ci il noyabrın 7-də 109 saylı Balakən seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü Rəbiyyət Aslanova görmüşdür. Bəh-bəh, nə deyəsən belə vəzifəyə, elmə və ağıla!?


Amma Rəbiyyət Aslanovaya bir neçə söz: 1. Əvvəla, molla sözü ərəb sözündən olub çox savadlı, yüksək elm və əxlaqa malik olan insanla deyilir; (Nizami, Fizuli, Molla Pənah Vaqif, Molla Vəli Vidadai və sair alimlərimiz bu adı özlərinə ləqəb kimi götürüb) 2. Bizim məqsədimiz ölkəmizdə bəzi savadsız mollaları müdafə etmək deyil amma, bunu qeyd etmək lazımdır ki, insana dəyər verən onun elmi yox, insaniyyəti və əqidəsidir. Elm, əgər insana yaxşı yolda, haqqa yetişməyə və kamal yolunuda istifadə olunsa insanın ziynətidir, yoxsa, zilləti olar; 3. Bizim bu günkü bəzi möhtərəm mollaları savadsız edən zəmanəmizin atesit rejimi olub və əgər siz savadlı molla arzulayırsınızsa nəyə görə milli məclisdə xaricdə yüksək ali təhsil almış, dini savadı olan mollaları və din xadimlərinin ölkdə hətta, cəmiyyət içində belə danışmalarına qadağa qoymusunuz?!


Doğundan da Allah-taala Quranda çox gözəl buyurmuşdur:


“Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Əraf surəsi 179)

 

 


Hacı Faiq Vəlizadə


Əl-Mustafa (s) adına beynəlxalq İslam


univeristetinin doktorantı


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ekvadorda Ərdoğana qarşı üsyan, Terrorçu Rədd Ol! Deyə ekvadorlular şüar ...
Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...
59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı
Suriyada "müsəlman-məsihi qardaşlığı" adlı konfrans keçiriləcək
ABŞ Hazırda 7 Ölkəni bombalayır; 7-si də müsəlman ölkələridir.
Xəlifə rejimini muzdlu əskərləri İmam Hüseyn (ə) Əzadarlığının ...
Fazil Mustafa Azərbaycan xalqına “siyğədən əmələ gəlmişlər” Hz. Aişəyə ...
Hacı Taleh: “Sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah ...
İslam Həmkarlar Təşkilatı Qəzzada 100 min yaşayış məntəqəsinin tikilməli ...
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür

 
user comment