Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Müqəddəs Cəmkəran Məscidi Və Onun Əməlləri

Xalqa deyin ki, bu məkana ehtiram etsinlər və buranın ziyarətinə gəlsinlər və burada 4 rəkət namaz qılsınlar. 2 rəkəti təhiyyəte – məscid və 2 rəkət də İmam Zaman (əc) namazı. Hər kəs bura gəlib bu namazları burda qılsa, elə bil Kəbənin içində qılıbdır.

Bismillahir-rəhmanir-rəhim

Müqəddəs Cəmkəran Məscidi Və Onun
Əməlləri

Təqribən min il bundan qabaq bir kişi Həsəni Muslih Qumun yaxınlığında Cəmkəran adlı bir kənddə yaşayırdı. O belə deyir: Gecə öz evimdə yatmışdım. Bir dəstə camaat gəlib məni yuxudan oyatdılar və mənə çox ehtiram etdilər. Dedilər ki, səni həzrəti Məhdi(əc) çağırır. Məni bir yerə apardılar ki, ora indi Cəmkəran məscididir. Gördüm ki, bir taxt qoyublar və onun üstünə gözəl bir xalça sərərək balışlar düzüblər. Bir nurani şəxs (30 – 35 yaşında) o taxtın üstündə əyləşib və bir nəfər ağsaqqal kişi əlində bir kitab oxuyur. O kitab Quran idi. Mənə dedilər: O şəxs ki, taxtın üstündə əyləşib İmam Zaman (əc), bu ağsaqqal kişi isə Xızr peyğəmbərdir. Ağa məni öz adımla cağırdı və öz yanında əyləşdirdi. Mənə belə buyurdu: Get Həsəni Müslimə de ki, neçə vaxtıdır bu yerdə hər nə əksən və hər nə tikirsən uçur, xarab olur. Bilginən ki, haqqın yoxdur bu yerdə bir şey əkəsən. Çünkü bu yer müqəddəs bir yerdir. Başqa yerlərdən fəzilətlidir. Gərək bu yerdə məscid tikilə.
Birdə ona de ki, əgər bizim əmrimizə qarşı çıxsan, necə ki, iki oğlun əlindən getdi, Allah səni yenə də tənbih edəcək. Həsəni Müslih deyir: Ərz elədim ağa, yaxşı olar ki, bir əlamət və nişan qərar verəsən o inanıb sözlərimi qəbul etsin. Ağa buyurdu: Get Seyyid Əbulhəsənin (Qumun böyük alimlərindən biridir) yanına, de ki, o da bu işdə sənə kömək etsin. Həsəni Müslimdən bizim haqqımızı alın və bu yerdən hər nə qazanıb versin. Aldıqlarınızı bu məscidin tikilməsində işlədin. Sonra buyurdu: Xalqa deyin ki, bu məkana ehtiram etsinlər və buranın ziyarətinə gəlsinlər və burada 4 rəkət namaz qılsınlar. 2 rəkəti təhiyyəte – məscid və 2 rəkət də İmam Zaman (əc) namazı. Hər kəs bura gəlib bu namazları burda qılsa, elə bil Kəbənin içində qılıbdır. Bu namazların necə qılınması barədə Ağa buyurdu: Təhiyyəte məscid 2 rəkətdir. Həmd surəsi bir dəfə, Qul huvəllah surəsi 7 dəfə. Rüku və səcdənin zikrləri də 7 dəfə. 2 – ci rəkət də 1 – ci rəkət kimi qılınır.
2 – ci namaz, 2 rəkət imam Zaman (əc) namazı: Hər rəkətdə həmd surəsi 1 dəfə oxuyursan, iyyakə nəbudu və iyyakə nəstəin ayəsinə çatanda isə bu ayəni 100 dəfə təkrar etməlidir. Həmd surəsini qurtardıqdan sonar qul hüvəllah surəsini 1 dəfə, rüku və səcdə zikrlərini isə 7 dəfə deməlidir. Namazdan sonra bir dəfə (la ilahə illəllah) və sonra həzrət Fatimeye Zəhra (ə) zikrini yəni 34 dəfə Allahu əkbər, 33 dəfə Əlhəmdulillah, 33 dəfə Subhanəllah dedikdən sonra səcdəyə gedib 100 dəfə salavat deyirsən.Ağa buyurdu: Get, elə ki, yola düşdüm buyurdu: Cəfər Kaşaninin (çoban idi) sürüsündə 1 keçi var. Onu al gətir və burada kəs. Ətini xəstələrə payla, Allah – taala hamısına şəfa versin. Sabah səhər getdim Qumda seyyid Əbülhəsənin yanına. Gördüm o da məni gözləyir. Dedi ki, keçən gecə mənə dedilər ki, Həsəni Muslih adında bir kişi Cəmkərandan gələcək. Hər nə desə həqiqətdir. Etimad elə, onun sözü bizim sözümüzdür. De görüm hekayət nədir? Məndə hər nə olmuşdusa dedim. Oradan tez gəlib Cəmkəranın yaxınlığında Cəfər Kaşaninin sürüsünü gördük və macaranı ona dedik. Sürünün içinə daxil olub o keçini tutdum. O dedi: And olsun Allaha ki, bu günə qədər bu keçini sürünün içində
görməmişdim. Bu gün bir neçə dəfə bu keçini tutmaq istədimsə tuta bilmədim. Sən ki, bu asanlıqla onu tutdun, apar. Keçini gətirib orada kəsdik. Ətini xəstələr arasında bölüb payladıq. (Bütün xəstələr ki, bu ətdən yemişdilər şəfa tapdılar) Keçən gecədən zəncirlər və mismarlar ki, məscidin yerini bildirirdi, onları götürdük. Seyyid Əbülhəsən onları Qumda öz evinə apardı. Hər xəstə ki, özünü o zəncirə sürtürdü şəfa tapırdı. Elə ki, seyyid Əbülhəsən dünyadan getdi, sandığı açdıq, o zəncirləri orada görmədik. 


source : 184.154.47.229
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər
İSMAİLİYYƏNİN İMAMƏTƏ OLAN BAXIŞI
ŞİӘ SÖZÜNÜN MӘ᾿NASI VӘ YARANMA TARİXİ
Tərəzidə aldatma!

 
user comment